MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 118 ____________________________
yaradılan dərin dialoq müştərilərin loyallığını təmin edir və
etimadını möhkəmləndirir. Sonra isə mütəmadi olaraq “bilik –
təcrübə - qarşılıqlı fəaliyyət – etimad” tsikli iterativ qaydada
təkrarlanaraq biliyi dərinləşdirir, ünsiyyət təcrübəsini artırır və
loyallığı möhkəmləndirir (şəkil 23).
Şəkil 23. Şirkətlə müştərilərin qarşılıqlı fəaliyyət tsikli
Şəkil 23-dən göründüyü kimi, müştərilərlə qarşılıqlı
münasibətlərin idarə edilməsi sisteminin bilik bazasında “bilik –
təcrübə - qarşılıqlı fəaliyyət” tsikli iterativ qaydada
təkrarlandıqca, biliyin dərinləşməsi, ünsiyyət təcrübəsinin
artması və loyallığın möhkəmlənməsi kimi müvafiq
zənginləşmələr nəticəsində istehsalçılar daha çox mənfəət və
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 119 ____________________________
daha yüksək etimad qazanırlarsa, istehlakçılar da daha yüksək
keyfiyyətli xidmət və servis qazanırlar.
Beləliklə, sərrast marketinq-menecmentin yaradılması
münasibətlərin fərdiləşdirilməsi zərurətindən doğan emal
ediləcək informasiya həcminin artması ilə bağlı olan mürəkkəb
problemlərin həllini tələb edir. Kontakt kanalları üzrə yığılan
müştərilərə aid verilənlərin birləşdirilməsi üçün bütün
informasiya axınlarını əlaqələndirmək və sinxronlaşdırmaq lazım
gəlir.
Münasibətlərin sərrast marketinq-menecmenti şirkətin
bütün iyerarxiya səviyyələri üzrə marketinq-menecmentin vahid
qarşılıqlı əlaqəli idaretmə sisteminin yaradılması yolu ilə
müxtəlif aspektli problemlər çoxluğunu aradan qaldırmalıdır. Bu
məqsədlə sistemli idarəetmənin daha vacib sferaları təyin
edilməlidir ki, sərrast marketinq-menecment qarşısına çıxan
problemləri həll etmək mümkün olsun.
Sistem təhlilində idarəetmənin matris modelləri geniş
tətbiq olunur. Bu modellərdə sütunlar şirkətin bölmələrində həll
edilən ümumi məsələləri, sətrlər isə təşkilatın iyerarxiya
səviyyələri üzrə həll edilən xüsusi funksional məsələləri əks
etdirir. Sətr və sütunların kəsişməsində idarəetməni
əlaqələndirən inteqrasiya edici məsələlər yerləşdirilir. Matris
modeli şirkətin idarəetmə tabeçiliyi üzrə iyerarxiya quruluşunu
pozmadan bütün səy və resursları həm komponent, həm də
ümumsistem məsələlərinin həllinə yönəldir.
Matris modeli ideyalarından bəhrələnərək, sərrast
marketinq-menecment üçün tərtib edilən model cədvəl 5-dəki
kimidir.
|