Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə103/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 162 ____________________________ 
sifarişçi bölmələrin büdcələrindən formalaşır. Yəni sifarişçi öz 
büdcəsindən podratçıya vəsait verir. 
Üçüncüsü, informasiya 
sistemləri xidməti ilə sifarişçi bölmələr arasındakı münasibətlər 
formal müqavilələrlə tənzimlənir. 
2.
İnformasiya sistemləri xidmətinin son məhsulu 
informasiya texnologiyalari servisidir. İnformasiya 
sistemləri xidməti ilə digər bölmələr arasındakı həm bazar, 
həm də kvazibazar münasibətləri informasiya sistemləri 
xidmətinin son məhsulu üçün spesifikasiya tələb edir. 
ITIL/ITSM modelində son məhsul dedikdə, informasiya 
texnologiyalari 
servisi 
nəzərdə 
tutulur. 
İnformasiya 
texnologiyalari, mahiyyətcə, verilənlərin, informasiyanın və 
biliklərin emalı vasitəsidir. Bu emalın nəticəsi isə yalnız 
informasiya servisi, yəni informasiya texnologiyalari servisi ola 
bilər. 
İnformasiya 
texnologiyalarinın 
bütün 
digər 
komponentləri: informasiya sistemlərinin özü, informasiya 
texnologiyalari infrastrukturu, verilənlərin ötürülməsi kanalları 
və s. isə yalnız bu son məhsulu (servisi) almaq üçün lazım olan 
resurslardır.
3.
ITIL/ ITSM informasiya sistemləri xidməti 
proseslərini təsvir edir. İnformasiya sistemləri xidmətinin 
funksiyaları və təşkili olduqca fərqlidir. Bu fərq həm müxtəlif 
sahələr üzrə, həm də müxtəlif ölçülü müəssisələr üzrə nəzərə 
çarpacaq dərəcədə böyükdür. Buna görə də informasiya 
sistemləri xidmətinin təşkilati strukturu üçün vahid model 
qurmaq mümkün deyildir. Halbuki, sahəvi aidiyyətdən və 
müəssisənin ölçüsündən asılı olmayaraq informasiya sistemləri 
xidmətlərindəki məqsədlər toplusu olduqca oxşardır. Buna görə 
də proses modeli daha universaldır. Rollu yanaşma bir işçinin 
bir-neçə rolda çıxış etməsinə imkan verdiyindən, proses modeli 
informasiya sistemləri xidmətlərinin sayından asılı deyildir.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin