Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə119/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 186 ____________________________ 
xəbərdar edilməməsinin nəticəsi olduğundan, müəssisənin 
itkilərinə aid edilir. 
Qarşılıqlı dəstəklənmə ilə bağlı itkilər. Bu o zaman baş 
verir ki, bir istifadəçinin üzləşdiyi insident informasiya 
sistemləri xidməti tərəfindən deyil, başqa bir istifadəçi tərəfin-
dən aradan qaldırılır. Bu halda hər iki istifadəçi vaxt itirir ki, 
bu da müəssisə üçün daha çox itki deməkdir. 
İnsidentləri aradan qaldırmaq üçün 
Service Desk (Xidmət 
masası mənasındadır, bütün sorğular, insidentlər, problemlər 
bura daxil olur) adlı xüsusi bölmə yaradılır ki, bu da 
gözəgörünməz itkilərlə mübarizə aparır.
 
NƏZARƏT EDİLMƏYƏN XƏRCLƏR 
İnformasiya sistemləri xidmətinin idarəetmə uçotunda 
problem yaradan ikinci iri xərc qrupu nəzarət edilməyən 
xərclərdir. Bu xərclər gözəgörünəndir, yəni idarəetmə uçotun-
da iştirak edir və təşkilatın büdcəsində ayrıca xərc mövqeyi və 
ya mövqeləri kimi təmsil olunur. Bu xərclərin nəzarət 
edilməyənliyi onu ifadə edir ki, onları törədən obyektlərə və 
proseslərə aid etmək mümkün olmur. Aşağıda baxılan nəzarət 
edilməyən xərclərin hamısı istismar xərcləridir.
Müşayiətetmə xərcləri. Bu xərclər istifadəçilərin 
problemlərinin həlli və müştərilərin iş yerlərində aparılan 
reqlamentli işlərin icrası ilə bağlıdır. Buraya, material və 
ehtiyat hissələri üçün çəkilən xərclər və müşayiətedici işçilərə 
verilən ödəmələr aiddir. 
Müşayiətetmə xərcləri ya İNSİ xidməti xərclərinin 
tərkibində, ya da ayrıca uçota alınır. Bu xərcləri informasiya 
sistemlərinin istismarı törətsə də informasiya sistemlərinə aid 
etmək olmur. Məsələn, məlumdur ki, şırnaqlı printer ucuzdur, 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 187 ____________________________ 
lakin onun boyaq kasseti həm tez-tez dəyişdirilən, həm də 
bahadır. Bu xərc istismar xərci olsa da nəzarət edilməyən 
xərcdir. Müşayiətetmə xərcləri iri ofislərdə informasiya 
sistemləri xərclərinin 32%-ni təşkil edir. 
İnsibatçılıq xərcləri – serverlər, şəbəkə avadanlıqları, 
rabitə kanalı avadanlıqları, paylanmış əməliyyat sistemləri, 
lokal şəbəkələr, qlobal şəbəkələr, VBİS-lər, tətbiqi proqramlar 
kimi kollektiv istifadə edilən sistemlərin inzibatçılığı ilə bağlı 
xərclərdir. Bu xərclər də informasiya sistemləri xidməti 
xərclərinin tərkibində uçota alınır. Bunlar da informasiya 
sistemlərinə aid edilməyən xərclərdir. Buna görə nəzarət 
edilməyən xərc hesab edilir. Bu xərclər informasiya sistemləri 
xərclərinin 12%-ni təşkil edir. 
Avadanlıqların 
modernləşdirilməsinə 
və 
proqram 
təminatına çəkilən xərclər. Bunlar: əlavə avadanlıqlara, 
təşkilatdakı proqram təminatının yeni versiyasına alınan 
lisenziyaya, modernləşdirmə işləri üzrə konsaltinqə və s. 
çəkilən xərclərdir. 
Modernləşdirmə xərcləri də informasiya sistemləri 
xidmətinə çəkilən xərclərin tərkibində ayrıca sətr şəklində 
uçota alınır. Buna baxmayaraq modernləşdirmə xərcləri konk-
ret avadanlığa, proqram təminatına və s. aid edilmir. Bu 
xərclər 9% təşkil edir. 
İstifadəçilərin ixtisasının artırılmasına çəkilən xərclər. 
Buraya: avadanlıqla təchiz edilmiş sinif otaqlarına görə 
ödəmələr, mühazirəçilərin əmək haqları və əməkdaşların sərf 
etdikləri vaxt aiddir. 
Bu xərclər də informasiya sistemləri xidmətinə çəkilən 
xərclərin tərkibində uçota alınır və nəzarət edilməyən xərclər 
olaraq 1% təşkil edir. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin