İQTİSADİ İNFORMATİKA
________________________214________________________
Venivar Buş (ingiliscə Vannevar Bush) amerika
mühəndisi, analoq kompüterlərin yaradıcısı, elmi
tədqiqatlar və elmi birliklərin administratoru və
təşkilatçısı, Amerika Birləşmiş Ştatları prezidenti T.
Ruzveltin elm işlər üzrə məsləhətçisi, “Biz necə fikirləşə
bilərik” məqaləsinin müəllifi, Memax qurğularında
nümunə kimi istifadə ediləcək hipermətnin təklifçisi.
1940-cı ildə ABŞ-ın müdafiə məsələləri üzrə Milli
Tədqiqatlar Komitəsinə rəhbərlik edir. 1943-cü ildə
Edison medalı ilə təltif edilir.
İQTİSADİ İNFORMATİKA
________________________215________________________
Ted Nelson (ingiliscə Теодор Холм Нельсон)
1937-ci ildə anadan olmuşdur. Amerika sosioloqu,
fəlsəfəçisi, informasiya texnologiyaları sahəsində ilk
kəşfçi. Hipermətn anlayışının və digər terminlərin,
Xanadu hipermətn sisteminin yaradıcısı.
Alim ZigZaq informasiya strukturunu yaradır və
sonrakı illərdə sistemin vizuallaşması problemi ilə
məşğul olur. Bir-biri ilə əlaqəsi olan paralel sənədlərin
təhlil olunması üçün XanaduSpace sistemini icad edir.
Bununla yanaşı T.Nelson HTML, XML və brauzer
haqqında daima mənfi fikirlər söyləyən alimlərdən
birincisidir.
İQTİSADİ İNFORMATİKA
________________________216________________________
VEB TEXNOLOGİYALARININ BAZA
STANDARTLARI
Artıq qeyd edildiyi kimi, Veb “müştəri – server”
arxitekturası ilə yaradılmış geniş istifadəçilər çoxluğuna
bircins olmayan aparat-proqram platformalarında sadə
müraciət
təmin
edən
informasiya-kommunikasiya
sistemidir. Bu sistemi yaratmaq üçün:
informasiya
resurslarının təqdimatı vasitələrini; həmin resursların
təkrarsız identifikasiyası üsullarını; müştəri ilə server
arasında
informasiya
mübadiləsi
prosedurlarını
standartlaşdırmaq lazım gəlmişdir.
Veb üçün yaradılan standartlara: hipermətn dili olan
HTML (Hypertext Markup Language), universal resurs
lokatoru (göstəricisi)
URL (Universal Resource Locator) və
hipermətnlərin ötürülməsi protokolları
HTTP (Hypertext
Transfer Protocol) misal göstərilə bilər. Bundan əlavə,
Veb-serverin funksiyalarının genişləndirilməsi imkanlarını
təmin etmək üçün universal şlüz interfeysi
CGL (Common
Gateway İnterface) standartı yaradılmışdır.
HTML dili. Bu, nişan vurma (nişanlama) dilləri
kateqoriyasına aiddir. Bu dillər müəyyən mətndə bu və ya
digər dildə
ayırıcı işarələr yerləşdirməyə imkan verir ki,
həmin işarələrin köməyi ilə mətnin
fraqmentlərini ayırmaq
mümkün olur. Bu prosedur mətnin
nişanlanması adlanır.
İlk nişanlama dili 1970-ci ildə yaradılmış
Tex dilidir. Bu,
riyaziyyat, fizika və informatika sahəsindəki nəşrləri
səhifələməyə imkan verir. Digər nişanlama dili 1986-cı ildə
beynəlxalq standart statusu almış
SGML (Standard
Generalized Markup Language) dilidir ki, HTML bunun
İQTİSADİ İNFORMATİKA
________________________217________________________
əsasında yaradılmışdır. Bu dil
teq adlanan xüsusi işarələr
yığımına malikdir.
HTML dilinin teqləri ilkin mətni
nişanlamağa və kompüter ekranında təqdim etməyə
imkan verir. Teqlər adətən cüt olurlar: açılan və bağlanan
teqlər vardır. Beləliklə, teqlərlə nişanlanmış
HTML mətni
teqlərlə ayrılmış fraqmentlərin iyerarxik ardıcıllığından
ibarətdir. Serverdəki
HTML mətninə müraciət Java dilində
yazılmış
Java-aplet adlanan kiçik proqramın köməyi ilə
həyata keçirilir.
HTML teqləri ilə nişanlanmış mətn adi
mətn faylıdır. Bu fayl
UNİX platformasında html, MS
Windows platformasında isə htm kimi genişləndirməyə
malikdir. HTML fraqmenti məzmun mahiyyəti daşımır. Bu,
yalnız formatlı nişanlamadır və səhifənin müştəri
kompüterinin ekranında təqdimatı üçündür. Hal-hazırda
istifadə edilən versiya (
HTML 4.01 1999-cu ildə
bəyənilmişdir).
Universal resurs lokatoru (URL). Bu, Veb-də
informasiya resurslarının unikal (təkrarsız) identifikasiyası
(ünvanlaşdırılması) üçün istifadə edilir.
URL: Veb-saytın ev səhifəsini (əyani və ya gizli
şəkildə); şəbəkədə HТМL-səhifəsini (HTML- якорная
точка…- dayaq nöqtəsi...) daşıyan faylın adını və yerini;
HTML-səhifəsində hiperiqtibasın
lövbər nöqtəsini (səhifə
fraqmentinin başlanğıc nöqtəsini); İnternet düyünlərində
saxlanan, HTML–səhifələrində iqtibasları olan və Veb-
brauzer vasitəsilə müraciət olunan müxtəlif formatlı
faylları ünvanlaşdırmağa imkan verir.
Hipermətnlərin
ötürülməsi
protokolları
(HTTP). Bu, müştəri ilə Veb-server arasında informasiya
mübadiləsi qaydasını təyin edən etalon modelin tətbiqi
İQTİSADİ İNFORMATİKA
________________________218________________________
səviyyə protokoludur. Müştəri sorğusuna cavab verilməsi
başa çatan kimi protokol serveri növbəti sorğuya yönəldir.
Universal şlüz interfeysi (CGL). Bu, veb-serveri
müxtəlif xarıcı proqramlara, məsələn VBİS-ə qoşmağa
imkan verir.
VEB İNFORMASİYA RESURSLARINA MÜRACİƏT
Veb-serverdə saxlanan informasiya resursunun əsas
vahidi HТМL-səhifəsidir. Bu səhifələrin hər biri ayrıca URL
qiymətinə malikdir ki, bu qiymət də həmin səhifənin
İnternetdə yerini təyin edir. HTML-səhifəsinə müraciət
həmin səhifənin əsasını təşkil edən
HTML faylına müraciət
kimidir. Bu səhifədəki digər qurulmuş komponentləri
(şəkilləri, audio-video verilənləri və s.) brauzer istifadəçi
üçün şəffaf çağırır.
Veb informasiya resursları paylanmış qarşılıqlı əlaqəli
hipermediya
HTML-səhifələri şəbəkəsi təşkil edir ki, bu
şəbəkənin də zirvəsi (baş səhifəsi) HTML-səhifəsi və onun
fraqmentləri,
budaqları
isə
HTML-səhifələrindəki
nişanlama teqləri ilə təyin edilən hiperiqtibaslardır. Bu və
ya digər Veb-saytın informasiya resurslarına müraciət
adətən həmin saytın “ev səhifəsi”nə müraciətlə başlanır,
sonra isə naviqasiya əlaqələrinin köməyi ilə davam
etdirilir. Veb-dəki informasiya resurslarının əksəriyyəti
bütün istifadəçilər üçün açıqdır. Bəzi hallarda müəyyən
resurslara müraciət üçün əvvəlcə Veb-serverdə
qeydiyyata düşmək lazım gəlir. Elə resurslar da vardır ki,
onlara müraciət xüsusi səlahiyyət (parol) tələb edir. VB
məhz belə resurslardandır. Bu resurslara müraciət Veb-in
İQTİSADİ İNFORMATİKA
________________________219________________________
axtarış maşınlarının köməyi ilə həyata keçirilir. Axtarış
servislərinə:
AltaVista, Яndex və s. misal göstərilə bilər.
VEB, JAVASCRİPT VƏ JAVA
HTML dilinin ilkin versiyalarının zəif cəhəti onun
təqdim etdiyi informasiya resursunun statik xarakter
daşıması idi. Bu problemi həll etmək üçün
Netscape
Communication
kompaniyası
aparat-proqram
platformalarından asılı olmayan
Javascript dilini yaratdı.
Bununla əlaqədar olaraq,
HTML dilinə xüsusi “script” teqi
daxil edildi ki, bu teq də
Javascript dilində yazılmış
proqramı HTML-səhifəsinə quraşdırmağa imkan verdi.
Javascript proqramlarına scriptlər və ya ssenarilər deyilir.
Scriptlər və ya ssenarilər (
Job Control Language – JCL,
Perl və s.) əslində, şərhedici köməkçi dillərdir. Bu dillər
Javascript dili ilə yanaşı, uğurla tətbiq edilir. HTML-
səhifələrinə quraşdırılmış
Javascript scriptləri müəyyən
şəraitlər yarandıqda, məsələn, mausun kursorunu ekranın
müəyyən sahəsinə gətirmək lazım olduqda icra edilir.
İnformasiya texnologiyalarının sonrakı inkişafına
Sun
Microsystems kompaniyasında 1995-ci ildə yaradılan Java
dili böyük təsir etdi. Bu, HTML-səhifələrinə “icra edilən
məzmun” daxil etməyə imkan verdi.
HƏLLİNİ GÖZLƏYƏN PROBLEMLƏR
Artıq bir neçə illik intensiv inkişafdan sonra Veb
texnologiyalarının keyfiyyətcə təkmilləşdirilməsi imkanları
tükənmişdir.
İQTİSADİ İNFORMATİKA
________________________220________________________
Veb texnologiyaları əlavələrinin təkamülünə əsas
əngəl
HTML dilinin zəif cəhətləri və funksional
məhdudiyyətləri olmuşdur. Belə ki,
HTML dili qapalı dil
olduğundan, lazım gəldikdə dilin funksional imkanlarını
genişləndirmək üçün istifadəçiyə yeni teqlər daxil etməyə
imkan vermir. Bundan əlavə, möxcud Veb texnologiyası
informasiya resurslarını (
URL-in köməyi ilə) yalnız
yerləşdiyi yer üzrə identifikasiya edir (ünvanlaşdırır),
halbuki daha mücərrəd identifikasiya vasitələrinə ehtiyac
vardır. Çünki mövcud identifikasiya metodunda, resurs
yerini dəyişən kimi, Veb-serverdəki iqtibaslar pozularaq
“asılı” vəziyyətə düşür.
HTML–səhifəsində təqdim edilən
sənədlərin quruluşu, semantikası və digər xassələrinin
təsvirini vermək üçün metaverilənə yer yoxdur. Buna görə
də
HTML-səhifəsinin quruluşu və məzmununun
düzgünlüyünə nəzarət etmək mümkün olmur. Bu
problemlər
HTML dilinin Veb səhifəsinin məzmunca
nişanlanmasına deyil, yalnız kompüter ekranında təqdimat
formatına yönəlik olması ilə bağlıdır.
HTML-səhifəsində
metaverilənin olmaması daha məqsədyönlü axtarışa
imkan vermir.
YENİ VEB TEXNOLOGİYALARI
Son illərdə mövcud olan Veb-texnologiyalarının
məlum qüsurlarını aradan qaldırmaq istiqamətində gərgin
iş aparılır. Bu işlər göstərir ki, Veb-in baza elementləri olan
hipermətn nişanlama dili
HTML-də, universal resurs
lokatoru
URL-də və hipermətn resurslarının ötürülməsi
İQTİSADİ İNFORMATİKA
________________________221________________________
protokolu
HTTP-də köklü dəyişikliklər etməyə kəskin
ehtiyac vardır.
Yeni Veb texnologiyaları 1998-ci ildə qəbul edilmiş
standarta əsaslanır. Bu standarta əsasən
HTML nişanlama
dilinin imkanlarını genişləndirən
XML (Extensible Markup
Language) nişanlama dilindən istifadəyə keçid nəzərdə
tutulur. Mövcud texnologiyada qapalı
HTML-ə həvalə
edilmiş funksiyalar sözügedən standarta əsaslanan yeni
nəsil Veb-də modul prinsipində qurularaq açıq modul
vasitəsilə icra ediləcəkdir.
HTML-dən fərqli olaraq XML dili
XML-sənədinin məzmununu da nişanlamağa imkan verir.
Beləliklə, yeni Veb texnologiyaları
XML platformasına
əsaslanacaqdır.
XML platformasının standartlarında
informasiya
resurslarının
identifikasiyası
URL
mexanizmindən prinsipial surətdə fərqlənən
URİ
(
Universal Resource İdentifier) mexanizminə keçid
nəzərdə tutulur ki, bu da resursları təkcə yerləşdiyi yer
üzrə deyil, həm də bəzi mücərrəd adlar üzrə də
iqtibaslaşdırmağa imkan verir. Bu məqsədlə yeni,
XML
protokolları
işlənib
hazırlanır.
XML-səhifəsində
metaverilən də nəzərdə tutulur.
Yeni Veb texnologiyaları platformasının əsas
prinsipial qoyuluşu mövcud platforma ilə uyuşanlığı da
nəzərdə tutur. Yəni, yeni texnologiyada
HTML dilində
təqdim edilən resurslarla da manesiz işləmək mümkün
olacaqdır.
XML platformasının bir sıra standartları artıq
geniş tətbiq edilməkdədir. Məsələn, XML dili elektron
biznesdə tətbiq edilir.
XML ilə VB dili olan SQL arasında
əlaqələrin yaradılması üzərində gərgin iş gedir. Bu, VB
texnologiyalarının da
XML platformasına keçirilməsi ilə
İQTİSADİ İNFORMATİKA
________________________222________________________
nəticələnəcəkdir. Yəni
XML-ə yönəldilmiş VBİS yaradılması
qaçılmazdır.
XML platforması həm də Veb-in elm tutumluluğunu
və texnoloji mükəmməlliyini təmin etmək üçün təməl
təşkil edir. Bu,
semantik Veb yaradılması deməkdir. Bu
isə yalnız sintaksis mahiyyətli olan
XML-sənədinə də
yenidən baxılmasını tələb edəcəkdir.
İQTİSADİ İNFORMATİKA
________________________223________________________
İDARƏETMƏDƏ İNFORMASİYA
SİSTEMLƏRİNDƏN İSTİFADƏNİN
ƏSASLARI
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI
İnformasiya sistemləri həll etdiyi məsələlərin
mürəkkəbliyi səviyyələrinə və xidmət göstərdiyi
istifadəçilərin sayına görə təsnifləşdirilir.
Sistemin miqyası və ya əlçatanlığı həmin sistemdən
istifadə edən istifadəçilərin sayı ilə müəyyən edilir.
Sistemin əlçatanlığının 2 tipi fərqləndirilir: dinamik
əlçatanlıq və kommersiya əlçatanlığı.
Dinamik əlçatanlıq eyni vaxtda xidmət göstərilən
istifadəçilərin sayı ilə, kommersiya əlçatanlığı isə sistem
istifadəçiləri üçün işçi yeri təşkil etmək məqsədi ilə satın
alınmış lisenziyaların sayı ilə müəyyən edilir. Dinamik
əlçatanlıq daha obyektivdir, lakin çətin qiymətləndirilə
biləndir. Çünki sistemə eyni zamanda müraciət edən
istifadəçilərin sayı həmin momentdə onların hansı
məsələləri həll etdiklərindən əhəmiyyətli dərəcədə asılı
olur. Buna görə də bu göstərici qiyməti müəyyən mümkün
qiymətlər arasında, məsələn, X-dən az, Y-dən çox ola
bilməz şəklində təyin edilir. X ədədi həll edilən məsələlərin
və ya sistemin icra etdiyi biznes-proseslərin xarakteri ilə
bağlıdır. Buna görə də bu ədəd həmişə təxminidir. Y ədədi
isə sistemin leqal (gizli olmayan) istifadəçiləri ilə
İQTİSADİ İNFORMATİKA
________________________224________________________
bağlanmış müqavilələr əsasında əldə edilmiş lisenziyaların
sayına bərabər olduğundan, həmişə dəqiqdir.
“İnformasiya sisteminin miqyaslaşabilənliyi” termini
də hal-hazırda geniş tətbiq edilir. Bu, sistemə eyni vaxtda
müraciət imkanı qazanmış istifadəçilərin sayının artmasına
və ya texnoloji resursların artan yükə adaptasiya
(uyğunlaşmaq) qabiliyyəti kimi dərk edilir.
Miqyaslaşabilənlik sistemin çevikliyini, yəni istismar
şərtlərinin dəyişməsini nəzərə ala bilənliyini xarakteizə
edir.
Sistemə obyektiv qiymət vermək üçün ədədi
parametr kimi istifadə edilən miqyas və miqyaslaşabilənlik
anlayışlarının təyinində müəyyən çatışmazlıqlar diqqəti
cəlb edir. Məsələn, verilmiş informasiya sistemlərinin 100
istifadəçiyə işləmək imkanı verməsi barədəki hökm və ya
təsdiq sistemin hansı məsələlərin həlli ilə məşğul olduğu
barədə heç nə demir. Bu fikri izah etmək üçün aşağıdakı
iki nümunəni müqayisə edək:
Malların pərakəndə satışı ilə məşğul olan yüzlərlə
satıcı-operator işçi yerləri ilə xarakterizə olunan
supermarketdə gedən biznes-proseslər olduqca sadə və
standart olduğundan, bu proseslərin gedişinə kifayət
qədər sadə informasiya sistemi xidmət göstərə bildiyi
halda, ölkənin müxtəlif regionlarında filialları olan iri
xoldinqin cəmi 3-4 mütəxəssisdən ibarət olan analitik
şöbəsi müxtəlif mal qrupları üzrə satış dinamikasını tədqiq
etdikdə xoldinq informasiya sistemlərinin bütün
hesablayıcı və kommunikasiya resursları bu işə cəlb edilir.
İQTİSADİ İNFORMATİKA
________________________225________________________
“Miqyas”
parametrinin
bu
xüsusiyyətini
unutmamaqla, informasiya sistemlərinin aşağıdakı şərti
təsnifatı qəbul edilmişdir:
Lokal informasiya sistemləri (Low End PC). Bunlar
bir-neçə istifadəçi üçün və ya kompüter şəbəkəsinə
ehtiyac
duymayan
kiçik
müəssisə
üçün
məhdudimkanlı
sistemlərdir.
Məsələn,
1C:Бухгалтерия, Инфин, Парус liokal İNSİ-lərdir;
Kiçik sistemlər (Middle End PC). Bunlar çoxsaylı
funksiyalar icra edir, tətbiqi xüsusi məsləhətcilər
tələb edir, nisbətən azsaylı istifadəçilərlə işləyir.
Məsələn, 1С:Предприятие, Парус, Галактика,
PLATİNUM, SCALA kiçik sistemlərdir;
Orta sistemlər (High End PC). Bunlar çoxfunksiyalı,
çoxistifadəçili sistemlərdir, tətbiqi mürəkkəb və
bahadır
və
məsləhətçi
rəhbərliyi
altında
mümkündür. Məsələn, PEOPLE SOFT, BAAN,
SCALA orta sistemlərdir;
İnteqrasiya
edilmiş
idarəetmə
sistemləri
(Enterprise Resource Planning – ERP). Bunlara:
SAP R/3, ORACLE APPLICATIONS aiddir.
Tətbiqinə çəkilən xərclərin həcminə görə orta və iri
sistemlər fərqləndirilir. Məsələn, ERP-sistemi azı 500 min
ABŞ dolları dəyərindədir. Bu parametrin inandırıcı
görünməsi çətin olsa da, bir orientir kimi istifadə edilə
bilər. Təsnifatın bu tipi konkret informasiya sistemi üçün
baza parametrlərinin dəyişmə diapazonunu təyin
etdiyindən, mövqeləşdirici təsnifat adlandırılır.
Göstərək ki, lokal informasiya sistemləri və ERP-
sistemlər yaxşı mövqeləşdirilir. Çünki bunlar bir-birindən
İQTİSADİ İNFORMATİKA
________________________226________________________
kəskin fərqlənir. Praktiki olaraq isə təsnifatda qonşu olan
sistemlər arasında dəqiq sərhəd qoymaq mümkün
deyildir. İnformasiya sistemləri yaradıcıları öz məhsullarını
daim inkişaf etdirir, onların funksional imkanlarını və
fəaliyyət miqyaslarını genişləndirir və daha yüksək
göstəricilərə malik təsnifat qruplarına yaxınlaşdırırlar.
Xüsusilə də kiçik və orta sistemləri fərqləndirmək olduqca
çətin olur. Buna baxmayaraq, bu, dünyada qəbul edilmiş
təsnifatdır.
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏKAMÜLÜ
Burada əsas diqqət ERP-sistemlərinə yönəldilir.
Çünki iqtisadiyyat, biznes və idarəetmə sahəsində
qərarların hazırlanması və qəbulu proseslərində istifadə
edilən informasiya sistemlərinin bütün əsas xüsusiyyətləri
ilə yalnız ERP-sistemlərin nümunəsində tanış olmaq olar.
ERP-sistemin nə olduğunu anlamaq üçün əvvəlcə onun
meydana çıxmasının tarixinə qısa nəzər salmaq lazımdır.
“ERP-sistem”
termini
GartnerGroup
şirkəti
tərəfindən 20-ci əsrin 90-cı illərində ortaya atılmışdır.
“ERP-sistem” anlayışı istehsalın təşkilinin kəmiyyət
metodları təməli üzərində formalaşmışdır. Bu metodların
bünövrəsi 20-ci əsrin əvvəllərində Frederik Teylor və Henri
Qant (1861-1919) tərəfindən qoyulmuşdur. F.Teylor
(1856-1915) istehsalın planlaşdırılması tədris fənninin və
akademik metodların təcrübədə tətbiqinin, yəni
“tərtökdürmə elmi sistemi”nin banisi kimi məşhurdur.
H.Qant iqtisadiyyat və menecment sahələrində ardıcıl
işlərin planlaşdırılması ilə bağlı olaraq fəal istifadə edilən
İQTİSADİ İNFORMATİKA
________________________227________________________
məşhur Qant diaqramları ilə tanınmışdır. Bu yanaşma
əsasında 1950-ci illərdə ABŞ-da şəbəkə planlaşdırması
metodları formalaşdırıldı ki, bunlar da paralel icra edilən
işlər zəncirləri çoxluğunda ən qısa və ya ən sürətli yolu -
“kritik yolu” təyin etməyə imkan verdi. F.Teylor və
H.Qantın əsərlərindəki ideyalar əməliyyatların tədqiqi,
istehsalın təşkili və idarə edilməsi kimi elmi istiqamətlərin
meydana çıxmasına səbəb oldu. Bir sözlə, bugün də
inkişaf etməkdə olan “ERP-sistem”lərin təməli olduqca
məhsuldar olmuşdur.
Fredrfik Uinslou Teylor (ingiliscə Frederick Winslow
Taylor) amerika mühəndiisi, menecment və əməyin elmi
təşkilinin banisi
.
İQTİSADİ İNFORMATİKA
________________________228________________________
20-ci əsrin 60-cı illərinin əvvəllərində ABŞ-da
ehtiyatların
idarə
edilməsinin
avtomatlaşdırılması
sahəsində işlər fəal inkişaf etdirilirdi. Bu işlərdə məhsul
istehsalı üçün tələb olunan ehtiyatların səviyyəsinin
optimallaşdırılması məqsədi ilə riyazi metodlardan istifadə
edilirdi. Ehtiyatların ixtisar edilməsi anbar ehtiyatları və
bitməmiş istehsal şəklində dondurulmuş irihəcmli
vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan
verdi. İlk “ehtiyatların avtomatlaşdırılmış idarə edilməsi
sistemləri”ndə verilmiş müddətə (ay, rüb, il və s.) hazır
məhsul
istehsalı
planı
əsasında
material
və
komplektləşdirici məmulatların satın alınması həcmləri
hesablanırdı.
Henri Lourens Qant (ingiliscə Henry Laurence
Gantt) menecmeti nümunə kimi Birinci Dünya
Müharibəsində istifadə olunan gəmilərin qurulmasında
öyrənir və bu sahədə özünəməxsus diaqramı təklif edir.
Ehtiyatların avtomatlaşdırılmış idarə edilməsi
ideyasını inkişaf etdirərək Oliver Uayt istehsalın
|