Dərslik kimi tövsiyyə edilir. B a k I 2 0 1 6 İQTİsadi İnformatiKA



Yüklə 7,63 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix14.11.2019
ölçüsü7,63 Mb.
#29587
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
55-QT-SAD-NFORMAT-KA-DERSLIK-2016


İQTİSADİ İNFORMATİKA 
 
 
________________________271________________________ 
 
bəzi  müəssisələrdə  eyni  texnoloji  proses  getsə  də, 
bunların  hər  birində  özəl  idarəetmə  situasiyası  mövcud 
olur.  Müəssisənin  idarəedilməsi  texnoloji  prosesin  idarə 
edilməsindən  daha  geniş  fəaliyyət  sferasıdır.  Hər  bir 
müəssisənin öz idarəetmə metodları olur.  
Beləliklə, 
idarəedici  informasiya  dedikdə,  təkcə 
istehsal  xarakterli  informasiya  deyil,  həm  də 
“müəssisəətrafı”  informasiya  və  müəssisənin  fəaliyyət 
göstərdiyi iqtisadi mühit barədə olan informasiya nəzərdə 
tutulur.  
Müəssisənin fəaliyyət göstərməsinə təsir edən bütün 
informasiya 
diqqət 
mərkəzinə 
çəkilməlidir. 
Bu 
informasiyanın  bir  hissəsi  qeydə  alınmış  idarəedici 
informasiya  sahəsinə  daxildir.  İstifadə  edilən  proqram 
təminatı  əlçatan  informasiyanın  təqdimat  keyfiyyətini 
yaxşılaşdırsa da, onun genişliyini artıra bilmir. Bu genişlik 
nəzarətedilən  daxili  və  xarici  informasiya  genişliyidir  ki, 
bunun da artırılması üsulu 
yeni məsələ həllindən ibarətdir. 
Yeni  məsələ  dedikdə,  mövcud  informasiya  sistemləri 
çərçivəsində və ya mövcud informasiya texnologiyaları ilə 
həlli mümkün olmayan məsələ nəzərdə tutulur. 
 
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİ 
 
Müəssisənin  idarəedilməsi  dedikdə,  müəssisə 
fəaliyyətinin  iqtisadi  və  sosial  ətraf  mühitdə  baş  verən 
dəyişiklilər nəzərə alınmaqla təşkil edilməsi başa düşülür. 
İdarəedici  işçi  heyəti  maliyyə,  əmək  və  material 
resurslarını elə paylamalıdır ki, nəzərdə tutulan məqsədə 
çatmaq  mümkün  olsun.  İdarəetmənin  vəzifəsi  daxili  və 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________272________________________ 
 
xarici prosesləri izləməkdən və onlara reaksiya verməkdən 
ibarətdir  ki,  baş  vermiş  iqtisadi-sosial  dəyişikliklər 
müəssisənin  inkişafı  üçün  istifadə  edilsin  və  müəssisəyə 
ziyan  vurmasın.  Bunun  üçün  idarəedici  heyət  lider 
keyfiyyətinə  malik  olmalıdır,  situasiyanı  proqnozlaşdıra 
bilməlidir, daim dəyişən vəziyyətlərdə müəssisəni hökmən 
işlək vəziyyətdə saxlamalıdır. 
Müəssisədə  idarəetmə  məsələləri  səviyyələr  üzrə 
fərqlənirlər. 
Yüksək  səviyyə  idarəediciləri  uzunmüddətli 
strateji  qərarlar  qəbul  edirlər  və  fəaliyyətin  prinsipial 
baxımdan  həmin  qərarların  icrasına  yönəldilməsini 
izləyirlər. 
Orta  səviyyə  idarəediciləri  yüksək  səviyyədə 
qəbul  edilmiş  qərarları  reallaşdırırlar. 
Operativ  səviyyə 
idarəediciləri  müəssisədə  işlərin  cari  vəziyyətinə  cavab 
verirlər. Bu səviyyələrin hər birində işləyən idarəedicilərin 
hər  biri  üçün  müxtəlif  növ  informasiya  tələb  olunur  ki, 
bunun  da  böyük  bir  qismi  emaldan  alınmış  nəticə 
informasiya  deyil,  müəssisə  fəaliyyəti  barədə  ilkin 
informasiyadır. 
 
TƏŞKİLATIN FƏALİYYƏTİNİN TƏSVİRİ 
 
Ümumi  idarəetmə  mövqeyindən  müəssisənin 
fəaliyyətinin  strateji  səviyyədə  təsviri  şirkətin  qarşısında 
duran  əsas  məsələnin  ümumi  qoyuluşundan  ibarətdir. 
Sonra  şirkətin  fəaliyyətinin  iyerarxik  dəqiqləşdirilməsini 
əks  etdirən  modelləşdirmə  prosesi  həyata  keçirilir.  Bu 
mərhələ  analitik  və  idarəetmə  işlərinin  aparılması  üçün 
təməl  rolunu  oynayır.  Bundan  sonra  proseslərin  idarə 
edilməsi  metodları,  yəni,  məhsulun  qiymətliliyinin  idarə 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________273________________________ 
 
edilməsi,  nəzarətin  idarə  edilməsi  sistemi  və  məhsulun 
dəyərinin idarə edilməsi metodları gəlir. 
Məhsulun  qiymətliliyinin  idarə  edilməsi  zamanı 
biznes-prosesin reinjirinqinin (Biznes-proseslərin reinjirinqi 
dedikdə,  məhsuldarlıq  və  keyfiyyət  göstəricilərinin 
yaxşılaşdırılması  yolunda  ciddi  irəliləyişə  nail  olmaq 
məqsədi ilə təşkilatın əsas biznes-proseslərinin və ya digər 
biznes-vahidlərin  yenidən  qiymətləndirilməsi,  təhlili, 
modelləşdirilməsi,  identifikasiya  edilməsi  və  sonra 
dəyişdirilməsi  prosesi  başa  düşülür.  Biznes-proseslərin 
reinjirinqi  həmişə  müəyyən  istiqamətə,  dəqiq  son 
məqsədə: xərclərin azaldılmasına, mənfəətin artırılmasına, 
keyfiyyətin  yüksəldilməsinə və  s.  yönəlmiş  olur.)  əsasları 
göstərilir. 
Nəzarətin  idarə  edilməsi  sistemi  fəaliyyətin 
tarazlaşdırılmış  göstəricilərinin  köməyi  ilə  müəssisənin 
idarəedilməsi sistemini təsvir edir. 
Məhsulun dəyərinin idarə edilməsi zamanı xərclərin 
idarə  edilməsinin  əsas  formaları  önə  çəkilir  və 
müəssisənin  idarə  edilməsi  üçün  informasiya  təməli 
yaradılır. 
Bütün 
bu 
proseslər 
kompüterləşdirilmiş 
tamfunksional 
informasiya 
sistemlərinin 
fəaliyyəti 
şəraitində uğurla həyata keçirilir. 
 
MÜƏSSİSƏ MODELLƏRİ SİSTEMİ 
 
Şirkətin  bazar  davranışı  strategiyasının  işlənib 
hazırlanmsı  fəaliyyətin  təşkilinin  birinci  addımıdır.  İkinci 
addım strategiyanın praktiki olaraq həyata keçirilməsidir. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________274________________________ 
 
Bundan  ötrü  müəyyən  tapşırığı  müəssisənin  hər  bir 
bölməsinə  və  sahəsinə  çatdırmaq  və  həmin  tapşırığın 
icrasını izləmək lazımdır.  
 
SİSTEM TƏHLİLİNİN ELEMENTLƏRİ 
 
Müəssisənin  fəaliyyəti  dedikdə,  çoxsaylı  amillərin 
təsiri  altında  baş  verən  poseslər  yığımı  başa  düşülür. 
Müəssisənin  modelləşdirilməsi  dedikdə,  çoxsaylı  az 
əhəmiyyətli amillərin təsiri sərfnəzər edilərək, daha vacib 
elementlərin  imitasiyası  nəzərdə  tutulur.  Lakin  iqtisadi 
fəaliyyətin modelləşdirilməsi zamanı heç bir amilin təsirini 
diqqətdən  kənar  qoymaq  doğru  deyildir.  Bəzən  az 
əhəmiyyətli amillər hadisələrin gedişinə əhəmiyyətli təsir 
göstərə 
bilir. 
Buna 
görə 
də 
müəssisələrin 
modelləşdirilməsi  sistem  yanaşması  prinsiplərinə  xüsusi 
diqqət yetirmək tələb olunur. Çünki bu yanaşma sistemin 
ayrı-ayrı  hissələrinin  öz  aralarında  və  ətraf  mühitlə 
qarşılıqlı  əlaqədə  olduğunu  nəzərdə  tutur. 
Sistem 
yanaşması  informasiyanın  hərəkət  etdiyi  bütün 
altsistemləri  və  modulları  və  həmçinin,  həmin 
informasiyanın emalı ardıcıllığını bitkin şəkildə təsvir edir. 
Sistem  yanaşması  təşkilatın  strukturu  və  davranışının 
təsviri üçün də geniş istifadə edilir.  
Sistem təhlilinin əsas anlayışları: sistem, əks-əlaqə, 
ətraf mühit və sinergetik effektdir. 
Sistem  dedikdə,  müəyyən  məqsədin  reallaşması 
üçün birgə işləyən qarşılıqlı əlaqəli elementlər yığımı başa 
düşülür.  Ayrı-ayrı  elementlər  bir-biri  ilə  əlaqəli 
olduqlarından,  bir  elementdə  baş  verən  dəyişiklik  digər 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________275________________________ 
 
elementlərin dəyişilməsinə səbəb olur. Bu xassə qarşılıqlı 
asılılıq  adlanır.  Sistemdəki  asılılıq  müxtəlif  dərəcəli  ola 
biləndir:  sıx  əlaqəli  elementlər  var,  seyrək  əlaqəli 
elementlər var, əlaqəli olmayan elementlər var. Bir-biri ilə 
əlaqədar  olan  iki  sistem  arasında  intensiv  informasiya, 
məhsul və s. mübadiləsi baş verir. Bu əlaqələrin pozulması 
sistemin işində imtinalra səbəb ola bilir.  
Əks-əlaqə dedikdə, sistemin çıxışı ilə girişi arasında 
mövcud  olan  əlaqə  nəzərdə  tutulur.  Çıxışda  arzu  edilən 
nəticədən  kənarlaşma  baş  verdikdə,  girişə  düzəlişedici 
informasiya (təsir) ötürülür. 
Ətraf  mühit.  Sistem  tam  izolyasiyada  fəaliyyət 
göstərə bilmir. O, həmişə ətraf mühitlə təmasda fəaliyyət 
göstərir. 
Ətraf mühit dedikdə, sistemin  əlaqədar olduğu 
sistem və ya sistemlər, ya da ayrıca agent nəzərdə tutula 
bilər. Sistem ətraf mühitdən sərhədləri ilə ayrılır. Sistemin 
nəzarəti  altında  olanların  hamısı  sistemə  daxildir,  onun 
tərkib  hissələridir.  Sistemin  nəzarətindən  kənar  olanlar 
onun  tərkibinə  daxil  olmadıqlarından,  ətraf  mühit  hesab 
edilir. Sistemin sərhədləri sabit deyil, dəyişə biləndir. Ətraf 
mühitlə  əlaqə  də  müxtəlif  intensivlik  səviyyəsi  nümayiş 
etdirə biləndir. Bu baxımdan, sistemlər iki qrupa bölünür: 
açıq və qapalı sistemlər. 
Sinergetik  effekt  dedikdə,  sistemin  öz  tərkib 
hissələrinin cəmindən böyük olması nəzərdə tutulur. Ayrı-
ayrı  hissələr  birləşdirildikdə,  onların  heç  birinə  xas 
olmayan  yeni  xassə  yaranır  ki,  bu  da  sinergetik  effekt 
adlanır. Ayrı-ayrı sistemlər ayrılıqda əldə edə bilmədikləri 
nəticəni birgə fəaliyyət nəticəsində əldə edə bilirlərsə, bu 
sinergetik effekt hesabına baş verir.  

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________276________________________ 
 
Sistemin  davranışı  bir-neçə  üsulla  təsvir  edilə 
biləndir. Bundan əlavə, sistemi müxtəlif tərəflərdən təsvir 
etmək  mümkündür.  Sistem  yanaşması  nöqteyi-
nəzərindən,  modelləşdirmə  zamanı  aşağıdakı  anlayışlar 
nəzərə alınır: 
 Ç
oxvariantlılıq. Bu, eyni nəticəni müxtəlif üsullarla 
almağın mümkünlüyünü nəzərdə tutur. 
 
S
istem  parametrlərinin  çevikliyi.  Bu,  sistemin 
çevikliyini  (rejimdən-rejimə  keçə  bilməsini)  təmin 
edən  əsas  tələblərdən  biridir.  Sistem  fəaliyyət 
göstərən 
prosesdə 
onun 
girişində 
güclü 
silkələnmələr  (tərəddüdlər,  sapmalar,  qalxıb-
düşmələr) ola bilər. Dayanıqlı fəaliyyət göstərmək 
üçün  sistem  dəyişilən  şəraitə  reaksiya  verməli  və 
yeni şəraitə vaxtında uyğunlaşa bilməlidir.
  
 
SİSTEMİN TƏHLİLİ METODLARI 
 
Modellər sistemi qurulmazdan əvvəl təşkilat və onun 
ətraf mühiti barədə təsəvvür əldə etmək lazımdır. Bundan 
ötrü bir-neçə təhlil metodu tətbiq edilir. Təhlil metodunun 
seçilməsi  modelin  səviyyəsindən  və  modelləşdirilən 
sahədən asılıdır.  
Yaradılan  modelin  səviyyəsi.  Model  müəyyən 
problemin  həlli  üçün  və  ya  problemin  həllinə  şərait 
yaratmaq üçün yaradıla bilər. Lakin bütün hallarda model 
strateji, taktitki və operativ səviyyələrdə qərar qəbulunun 
informasiya təminatını yaxşılaşdırmaq üçündür. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________277________________________ 
 
Funksional  oblastların  sərhədləri.  Yaradılan  model 
yalnız  bir  funksional  oblasta,  məsələn,  mühasibat  uçotu 
və  maliyyəyə  aid  ola  bilər  və  yaxud  bir-neçə  funksional 
oblastı kəsib-keçən prosesə aid ola bilər. 
Modelləşdirmənin sərhədləri və hərəkətə gətiriləcək 
təşkilati səviyyə təyin edildikdən sonra vacib momentlərin 
aşkarlanmasına başlanılır. Sistemin təhlili metodları və ya 
modeldə  əks  etdiriləcək  əhəmiyyətli  faktların  tapılması 
metodları  sırasında:  müsahibə  götürmə,  anketləşdirmə, 
sənədlərin icmalı, müşahidə, beyin hücumu qeyd edilir. 
Müsahibə  götürmə.  Bunun  3  elementi  var: 
müsahibənin planı, götürülməsi və yazılışı.  
Müsahibənin  planı.  Müsahibə  mövcud  informasiya 
sistemlərini  təhlil  etmək  və  gələcək  sistemə  qarşı 
qoyulacaq  tələbləri  təsvir  etmək  üçündür.  Planda 
aşağıdakı momentlər öz əksini tapır: 
 Müsahibə götürmənin məqsədi; 
 Müsahibənin  predmeti  –  alınacaq  informasiya 
qurulacaq modelə aid olmalıdır; 
 Şirkətin 
müştərilərinin 
müsahibəyə 
cəlb 
edilməsi.Ola bilsin ki, modelləşdiriləcək bölmələrlə 
müştərilər  arasında  münasibətlərdə  problem 
vardır; 
 Müsahibəgötürmənin  yeri  və  sualların  tipinin 
müəyyən edilməsi. 
Müsahibənin götürülməsi. Müsahibə dəqiq struktura 
malik  olmalıdır.  Müsahibə  götürən  yaxşı  dinləməyi 
bacarmalıdır.  

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________278________________________ 
 
Müsahibənin yazılışı. Müsahibənin vacib momentləri 
qeyd  edilməlidir.  Qeydlər  biznes-prosesə,  verilənlərə  və 
informasiyanın hərəkətinə aid olmalıdır. 
Biznes-proses dedikdə, girişi resurs sərfindən, çıxışı 
isə istehlak dəyərindən ibarət olan ixtiyari proses nəzərdə 
tutulur  ki,  müəssisənin  fəaliyyətə  gətirilməsi  prosesinin 
mahiyyəti də budur. 
Verilənlər  təşkilatın  biznes-proseslərinin  vəziyyətini 
və gedişini əks etdirir. 
İnformasiyanın hərəkəti. Biznes-proseslər bir-biri ilə 
əlaqəlidir.  Bunlar  izolə  edilmiş  şəkildə  mövcud  ola 
bilmirlər.  Buna  görə  də  bir  biznes-prosesdən  digərinə 
məntiqi keçid izlənməlidir. 
Müsahibə götürmənin 2 nöqsanı vardır: 
 Müsahibə  götürülən  adam  müsahibə  götürənin 
istəyinə  tərəfdar  olmaya  bilər.  Buna  görə  azdırıcı 
cavab verə bilər; 
 Anlayışlar  qarışdırıla  bilir.  Nəticədə  “
nə  almaq”  “ 
necə almağa” çevrilir. 
Anketləşdirmə tədqiq edilən təşkilat barədə konkret 
növ informasiya almaq üçün istifadə edilir. Anketləşdirmə 
aşağıdakı kimi məhdud hallarda sistemin təhlilində tətbiq 
edilir: 
 Bütün  respondentlərin  (rəyi  soruşulanların) 
anlaması üçün sualın qoyuluşu çətin olduqda;  
 Analitik sistemdən yaxşı baş çıxardıqda; 
 Respondetlərin  sayı  həddən  artıq  olmadıqda  və 
suallar standart olduqda. 
Lakin  anketləşdirmə  müştəri  rəyini  öyrənmək  üçün 
çox  münasibdir.  Suallar  standart  olduqda  anketləşdirmə 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________279________________________ 
 
keyfiyyətli model  qurmağa  imkan  verən ən  yaxşı  metod 
sayılır. 
Sənədlərin icmalı. Müəssisənin fəaliyyəti barədə olan 
informasiyanın əksər hissəsi sənədləşdirilir. Buna görə də 
tədqiqatın  növbəti  mərhələsi  sənədləri  nəzərdən 
keçirməkdən ibarətdir. Sənədlərə baxış müəssisə barədə 
ümumi  təsəvvür  yarada  bilir.  Lakin  bu  metod  da  ciddi 
nöqsanlara malikdir. Belə ki: 
 Müəssisədə  olduqca  çox  sənəd  olur,  bunların 
arasından lazımlıları seçmək müşgül məsələdir; 
 Sənədlərdə  keçmiş  dövrə  aid  lazımi  informasiya 
olmaya  bilər.  Çünki  sənəd  formaları  tez-tez 
dəyişdirildiyindən təzə formatda köhnə informasiya 
əks etdirilməyə bilər.  
Buna  baxmayaraq,  sənədlərin  icmalı  vacib 
informasiya mənbəyidir. 
Müşahidə möbcud iş üslubunun nöqsanlarını aşkara 
çıxarmaq  üçün  vacib  informasiya  mənbəyidir.  Müşahidə 
prosesin  necə  getməli  olduğunu  deyil,  necə  getdiyini 
göstərir.  Lakin  müşahidə  aparmağın  da  müəyyən 
çətinlikləri vardır. Əvvəla, müşahidə çox böyük xərc tələb 
edir. İkincisi də, adi halda işçi bir cür, müşahidə altında 
başqa cür davrana bilir. 
Buna  baxmayaraq,  müşahidə  prosesi  üzdən, 
yuxarıdan deyil, daxildən, yaxından izləməyə imkan verən 
lazımlı metoddur. 
Beyin  hücumu.  Bu  metod  mövcud  problemin 
müzakirə edilməsi və yeni ideyalar axtarışı zamanı tətbiq 
edilir. Burada bir qrup adam iştirak edir. Bir seansda şirkət 
fəaliyyətinin müxtəlif cəhətləri müzakirə edilə bilir. Beyin 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________280________________________ 
 
hücumu  çox  dinamik  metoddur.  Qısa  müddətdə  çox 
qiymətli ideyalar ortaya çıxara bilir.
 
 
SİSTEMİN MODELLƏŞDİRİLMƏSİ 
 
Müəssisənin informasiya sistemlərinin öyrənilməsinin 
növbəti mərhələsi müəssisə üçün modellər kompleksinin 
yaradılmasından ibarətdir. Bu modellər əsas informasiya 
axınlarını  imitasiya  edir.  Müəssisənin  modellərinə  2 
aspektdə baxmaq olar: 
 Abstraksiya səviyyəsi üzrə; 
 Əksetdirmə obyektləri üzrə. 
Abstraksiya  səviyyələri  üzrə  modellərin  3  tipi 
fərqləndirilir: konseptual, məntiqi və fiziki modellər. 
Konseptual model predmet oblastını ümumi şəkildə 
təsvir  edir. 
Məntiqi  model  sistemin  əsas  elementlərini 
təsvir  etmək  üçün  qurulur. 
Fiziki  model  gerçək  sistemi 
xırdalıqları ilə təsvir edir. 
Əksetdirmə  obyektləri  üzrə:  struktur  modelləri  və 
davranış modelləri vardır.  
Struktur  modeli  statik  modeldir,  sistemin  tərkib 
hissələrini və onların qarşılıqlı əlaqələrini əks etdirir. 
Bu modellər 2 tipdir: 
 Təşkilati quruluşun modeli; 
 Verilənlərin strukturu modeli. 
Davranış modeli prosesin gedişini imitasiya edir. Bu 
modellərin 3 tipi vardır: 
 Müəssisənin biznes-prosesini təsvir edən funksional 
model; 
 Verilənlərin axını modeli; 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________281________________________ 
 
 Sənəd dövrüyyəsi modeli. 
Təşkilati  quruluşun  modeli  müəssisədəki  işçilərin 
qarşılıqlı  fəaliyyətini  əks  etdirir.  Burada  hər  bir  işçinin 
hakimiyyəti  və  səlahiyyəti  ön  plana  çəkilir.  Bu,  təşkilati 
quruluş  modelini  funksional  modeldən  kəskin  şəkildə 
fərqləndirir. 
Təşkilati  struktur  müəssisə  fəaliyyətinin  formal 
tərəfini təsvir edir. Təşkilati strukturda təşkilatın 3 aspekti 
əks etdirilir: 
 Müəssisənin  bölmələri  (bölmənin  adı,  vəzifəsi  və 
məsuliyyəti); 
 Tapşırığın təyinat ardıcıllığı; 
 Tapşırığın icrasına nəzarət. 
Təşkilati  strukturun:  funksional,  proses  yönümlü, 
matris və layihə kimi 4 forması vardır. 
Verilənlərin 
strukturu 
modeli. 
Müəssisədəki 
verilənlərin strukturu mahiyyətlər, mahiyyət atributları və 
əlaqələr kimi 3 elementin köməyi ilə modelləşdirilir.  
Mahiyyət  elə  obyekt  tipidir  ki,  sərbəst  surətdə 
mövcud  olur  və  müəssisəyə  aid  verilənləri  saxlayır. 
Məsələn,  müəssisədə  işləyən  işçilərin  hamısı  ƏMƏKDAŞ 
mahiyyəti  ilə  təqdim  edilə  bilir.  Mahiyyət  sənədlə  də 
təqdim edilə biləndir. Məsələn HESAB-FAKTURA. 
Atributlar  mahiyyətin  elə  xarakteristikalarıdır  ki, 
onların köməyi ilə ixtiyari mahiyyət obyektləri təsvir edilə 
bilir.  Məsələn,  ƏMƏKDAŞ  mahiyyəti  kadrlar  şöbəsində 
təvəllüd tarixi, işə qəbul edilmə tarixi və s. kimi verilənlərlə 
xarakterizə olunur.  
Əlaqə.  Müəssisədəki  bütün  mahiyyətlər  bir-biri  ilə 
qarşılıqlı  əlaqəlidir  və  sistem  əmələ  gətirirlər.  Məsələn, 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________282________________________ 
 
ƏMƏKDAŞ  mahiyyəti  BÖLMƏ  mahiyyəti  ilə  əlaqəlidir. 
Əlaqələrin “birin-birə”, “birin-çoxa” və “çoxun-çoxa” kimi 
3 tipi vardır. 
Funksional  modelləşdirmə  müəssisənin  biznes-
proseslərini  modelləşdirmək  üçün  istifadə  edilir. 
Müəssisənin  ayrı-ayrı  bölmələrindəki  situasiyları  izləmək 
üçün  müəssisənin  bütün  fəaliyyətini  formal  olaraq 
bloklara  bölmək  lazımdır  ki, sonra  hər  bir  bloka  nəzarət 
etmək asan olsun. 
Funksional  modelləşdirmə  və  biznes-proseslərin 
modelləşdirilməsi  üçün 
IDEFO  standartı  tətbiq  edilir.  Bu 
modelləşdirmə 
nəticəsində 
müəssisə 
fəaliyyətinin 
razılaşdırılmış modeli yaranır. Bu model funksiyaların real 
bölgüsünü, prioritetini (üstünlüyünü) və səlahiyyətini əks 
etdirir.  
IDEFO  -  strukturlaşdırılmış  təhlil  standartıdır  ki,  bu 
da planlaşdırmadan ta son variantın alınmasınadək bütün 
mərhələlərdəki  proseslərin  təsviri  üçün  tətbiq  edilir.  Bu 
standart predmet və fəaliyyətləri qrafik təsvir edən model 
qurmağa imkan verir.  
IDEFO iki növ diaqramdan ibarətdir: 
 Kontekst (aidi) diaqram; 
 Dekompozisiya edilmiş (parçalanmış) diaqram. 
Kontekst  diaqramı  modelləşdirmə  obyektini  təsvir 
edir. Bu diaqramda aşağıdakı elementlər iştirak edir: 
 
Giriş  amilləri  –  nəticənin  alınması  üçün  prosesdə 
istifadə edilən verilənlər və ya materiallar; 
 
Nəticə  -  verilmiş  fəaliyyət  nəticəsində  alınmış 
verilənlər və ya materiallar; 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________283________________________ 
 
 
Mexanizmlər  –  proses  və  ya  fəaliyyətin 
gerçəkləşdiriciləri.  Bəzən  mexanizmlər  resurslar 
kimi istifadə edilir; 
 
Nəzarət  (idarəetmə)  –  girişin  nəticəyə  çevrilməsi 
ardıcıllığını tənzim və təyin edən amillər. 
IDEFO  standartının  blok  diaqramı  aşağıdakı  şəkildə 
verilmişdir.
 
 
IDEFO standartının blok diaqramı 
 
Bu  diaqramdakı  oxların  istiqaməti  prinsipial 
əhəmiyyət daşıyır. 
Dekompozisiya  edilmiş  (parçalanmış)  diaqramlar 
təşkilatın  iyerarxik  səviyyələr  üzrə  necə  bölündüyünü 
təsvir edir (aşağıdakı şəkilə nəzər sal).  
 
İdarəetmə 
 
Fəaliyyət 
və ya 
proses 
 
Giriş 
 
Nəticə 
Mexanizmlər 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________284________________________ 
 
 
  
Dekompozisiya diaqramı 
 
IDEFO standartı ilə model qurularkən aşağıdakı əsas 
qaydalar gözlənilməlidir: 
 Dekompozisiya  edilmiş  (parçalanmış)  diaqram 
qurularkən “valideyn” diaqramın bütün girişləri və 
çıxışları əks etdirilməlidir. 
 İyerarxiyanın  hər  bir  səviyyəsində  (1-ci  səviyyə 
istisna olunmaqla) 3-dən 6-ya qədər blok olmalıdır. 
Əgər  blokların  sayı  3-dən  azdırsa,  onları  başqa 
prosesin tərkibində vermək lazımdır. Blokların sayı 
6-dan 
çox 
olduqda 
onları 
konsolidasiya 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________285________________________ 
 
(Konsolidasiya  –  möhkəmlənmə,  qüvvətlənmə, 
birləşmə) etmək lazımdır. 
 Prosesin adı isimdən və feildən ibarət olmalıdır. 
 Prosesin  blokları  soldan-sağa  və  yuxarıdan-aşağı 
yerləşdirilməlidir. 
 Hər bir ox adlandırılmalıdır. 
 Proses  təsvir  edilərkən  baxış  aspekti  və  məqsəd 
təsvir edilməlidir. 
Müəssisənin  fəaliyyətinin  dekompozisiyası  adətən 
aşağıdakı səviyyələr üzrə aparılır: 
 Müəssisə; 
 Funksiyalar; 
 Proseslər; 
 Fəaliyyət; 
 Tapşırıqlar; 
 Addımlar. 
Funksiyalar müəssisə fəaliyyətinin ən iri təsvir vahidi 
olub, işlər axınından ibarətdir. Aşağı səviyyədə proseslər 
fəaliyyətlərə  parçalanır.  Sonra  fəaliyyətlər  tapşırıqlara, 
tapşırıqlar  isə  addımlara  parçalanır.  Nəticədə  iyerarxiya 
ağacı alınır. 
Menecment  nəzəriyyəsində  prosesə  biznes-proses 
deyilir.  
Biznes-proses  -  bir  və  ya  bir-neçə  əlaqəli  iş  və  ya 
prosedurdur  ki,  bunlar  da  birlikdə  verilmiş  təşkilati 
struktur  çərçivəsində  müəyyən  istehsal  və  qeyri-istehsal 
fəaliyyətini reallaşdırmaq məqsədi güdür. 
Hər bir biznes-proses aşağıdakı elementlərdən təşkil 
edilir: 

 
Yüklə 7,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin