Səhifə 152-də 2-ci tapşırığın “d)” bəndinin “ç)” kimi adlandırılması tövsiyə
olunur. Çünki dərsliyin sonunda verilmiş doğru cavab məhz belə adlandırılmışdır.
Səhifə 153-də 6-cı tapşırığın dərsliyin sonunda verilmiş doğru cavabı “səh. 152”
adı altında qeyd olunmuşdur.
Yenə həmin səhifədə 8-ci tapşırığın a) bəndinin dərsliyin sonunda verilmiş
cavabı “10,535 m
2
” deyil, “10,535 mm
2
” olmalıdır. b) bəndi üçün isə tapşırığın şərti
səhv verilmişdir.
Həmin səhifədə dərsliyin rus dilində olan variantında 7-ci tapşırığın a) bəndi
üçün verilmiş şəkildə böyük çevrənin radiusu verilməmişdir.
Səhifə 155-də 5-ci tapşırığın mətnində əvvəla “π≈3” şərti verilmədiyi halda,
dərsliyin sonunda verilmiş cavabda bu nəzərə alınmışdır. İkincisi, 1-ci şəkil üçün
silindrin ölçüləri izahda verilmiş silindrlə eyni olduğundan onun dəyişdirilməsi
məqsədəuyğundur. Üçüncüsü isə 2-ci şəkildə ölçü vahidi kimi “dm” verildiyi halda,
dərsliyin sonunda verilmiş cavabda heç bir çevirmə əməliyyatı aparılmadan “sm
Dostları ilə paylaş: |