Səhifə 174-də olan tapşırıqların dərsliyin sonunda verilmiş doğru cavabları
“səh. 174” adı altında qeyd olunmalıdır.
Yenə həmin səhifədə 5-ci tapşırığın a) bəndinin dərsliyin sonunda verilmiş
doğru cavabı “3 hadisə mümkündür” deyil, “4 hadisə mümkündür” kimi
verilməlidir.
Yenə həmin səhifədə 10 və 11-ci tapşırıqlar üçün verilmiş doğru cavablar
dərsliyin sonunda “11 və 12” nömrələri ilə qeyd olunub ki, bunlar düzəldilməlidir.
Səhifə 175-də “Nümunə”də verilmiş məsələnin şərtinə görə “0000” və “1111”
hallarının mümkün olub-olmaması aydın olmur.
Səhifə 177-də 11-ci tapşırığın dərsliyin sonunda verilmiş doğru cavabı “3
üsulla” əvəzinə “8 üsulla” verilməlidir.
Yenə həmin səhifədə 14-cü tapşırığın şərti qüsurludur. Həmçinin, şagirdlər
burada mümkün halların sayını seçmə üsulu ilə tapmalıdırlar. Tapşırıqda verilmiş
ədədlərin sayı səkkiz olduğundan, bu o qədər də əlverişli deyil. Ona görə də verilmiş
ədədlərin sayının azaldılması tövsiyə olunur. Həmçinin, tapşırığın a) və b) bəndləri
üçün dərsliyin sonunda verilmiş doğru cavablarda ancaq əlverişli halların sayı
verilmişdir. Halbuki, tapşırıqda mümkün halların da sayı soruşulur.
Dostları ilə paylaş: |