Səhifə 11-də (dərs 2) “Mürəkkəb ədədlərin sadə vuruqlara ayrılması”
mövzusunda fəal dərsin vacib komponenti olan motivasiya sualı qoyulsa da, bu
normal hesab edilə bilməz. Çünki müəllimin 12 ədədini iki ədədin hasili şəklində
göstərməyi tapşırması motivasiya sualı deyil. Burada, şagirdlər 12=3·4, 12=2·6,
12=1·12 yazacaq ki, bununla da nəyə isə nail olmaq mümkün deyil. Ona görə də
ikinci sual da tapşırılmalıdır.
Yenə həmin səhifədə 360-ın sadə vuruqlara ayrılması sxemi düzgün
verilməmişdir. 360-ın sadə vuruqlara ayrılması sütununda 45-in 2-yə bölünməsi
deyil, 3-ə bölünməsi göstərilməlidir.
Səhifə 12-də 2-ci sətirdə verilmiş “hər bir” ifadəsi artıqdır. Həmin səhifədə
3-cü abzasda “360-nın” deyil, “360-ın” olmalıdır.
Səhifə 13-də “Eyler-Venn” diaqramında 12-nin bölənlərinin hamısı qeyd
olunmamışdır. Həmin səhifədə “Nümunə”də verilmiş “Ortaq bölənlər: 2·2·2=8”
yazılışı doğru deyil.
Dostları ilə paylaş: |