98
Təsviri
incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
sian, Veroneze, Corcone) rəng-kolorit məsələlərinin ciddi tərtib
edirdilər. Sonrakı mərhələlərdə kolorit
nəzəriyyəsi ciddi şəkildə
tədqiq və tətbiq edilir. 1822-ci ildə Delakrua ilk əsəri olan “Dan-
tenin qayığı” tablosunda koloriti cəsarətli həll edərək, burada
qırmızı və göy lokal ləkələri (geyimlərdə), açıq rəngli çılpaq
bədənləri ziddiyyətli olan yaşıl-göy
və qəhvəyi verilən dəniz su-
larının fonunda yerləşdirir.
İncəsənətin nəzəriyyəsi inkişaf etdikcə, kolorit və rəng
nəzəriyyəsi də mükəmməlləşdi. XIX
əsrdə Hegel reflekslərin və
əkslərin rəngin formalaşmasına təsirindən danışarkən qeyd edir:
“... koloritin təşkil mahiyyəti ondan ibarətdir ki, rənglərin bir
birinə
münasibəti, reflekslər əsəri musiqiyə çevirməlidirlər”. XIX
əsr rəssamları rənglərin yaranmasında təbiətə yaxın, ona bənzər
olmağa meylli idilər. Bu baxımdan əvəzsiz rolu impressionistlər
oynamışdırlar. Onların işıq-rəng nəzəriyyəsi dövrünə görə inqilabı
xüsusiyyət daşıyırdı. İmpressionistlər mürəkkəb (ikinci
və üçüncü
dərəcəli) rəngləri spektrın xalis rənglərinə ayırır, rəng yaxmaları-
nı ayrı-ayrı çəkir, bəzən ziddiyyətli rəngləri yaxınlaşdırırdılar, və
bununla tabloda xüsusi parlaqlığa nail olurdular. Təsvir olunan
məkan və zaman həyatın bir anına, fraqmentinə çevrilirdi.
Ejen Delakrua. (1798-1863)
“Dantenin qayığı”, 1822.
Luvr, Paris. Fransa.
99
Mövzu 14
Təsviri sənətdə rəng
Görkəmli Hollandiya rəssamı
Pit Mondrian mücərrəd
rəngkarlıqda predmetsiz rəng ləkərinə istinad edirdi
XX əsrin əvvəllərində alman tədqiqatçısı E.Utits təsviri
incəsənətdə koloritin təşkilinin üç tipini müəyyən etmişdir:
•
Dostları ilə paylaş: