100
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
•
Kolorizm – naturaya bənzəmə prinsipinə əsaslanır və
rəngkarlıqda, nadir hallarda dekorativ-tətbiqi
incəsənətdə
ifadə olunur.
Rənglərin insan psixologiyasına təsiri və ümumi simvolikası.
Rənglərlə bağlı insanlar müxtəlif fikirdə olsalar da, nəfəs alma, qan
dövranı, nəbz, əzələ fəaliyyəti rənglərə görə dəyişir.
Rənglər insa-
nı fəallaşdıra, sakitləşdirə, həyəcanlandıra, üşüdə və ya isidə, nara-
hatlıq və ya rahatlıq gətirə bilər. İsti rənglər sarı, qırmızı, narıncı,
qəhvəyidir. Soyuq rənglər yaşıl, mavi, bənövşəyi və bozdur.
Soyuq
rənglər qan dövranının azalmasına, damarların genişlənməsinə
səbəb olur. İsti rənglər isə əksinə, qan dövranının artmasına, nara-
hatlığın çoxalmasına səbəb olur. Parlaq rənglər aktivlik hissi verir.
Tutqun rənglər isə istirahət və rahatlıq hissi bəxş edir.
AĞ – neytral rəngdir, lakin bütün
rənglərin sintezindən əmələ
gəlmişdir. Ağ, günəş şüalarını olduğu kimi əks etdirir. Bu ba-
xımdan ağ rəng, şəffaflığı, saflığı, sabitliyi əks etdirir. Onda həm
işıq parıltısı, həm də buz soyuqluğu var.
Toy günü gəlinlərin bu
rəngdə geyinməsi də bu təmizliyə işarədir. Ağ rəngə üstünlük
verən insanlar hadisələrin mərkəzində olmaq istəyən, həyatsevər,
işgüzar insanlar olurlar.
QARA. Qara rəng günəş şüalarını içinə çəkir və çölə hər hansı
bir rəng buraxmır. Qara, şüuraltı olaraq, başqalarında maraqlı
və qəribə təəssürat oyatmaq istəyənlərin rəngidir.
Belə insanlar
öz həssaslığını boğmağa çalışır. Cəsur, təşəbbüsə meylli, sağlam
xarakterli olurlar. Bu rəng tez inciyən
insanlar üçün müdafiə ro-
lunda çıxış edir. Qara rəngdən həddən artıq istifadə həyatın in-
karına, xaosa, boşluğa gətirib çıxara bilər. Gördüyümüz hər han-
sı bir işdə diqqətimizin dağılmamasını istəyiriksə,
qara rəngdən
istifadə etməliyik. Kinoteatrlarda baxılan kinoya diqqətin cəlb
olunması üçün bütün işıqlar söndürülür və ətraf qaranlıq olur.
Lentlərin yuyulması zamanı lentlərin yanmaması üçün oradakı
şərait qaranlıq olmalıdır.