96
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
valer adlanır. Burada rənglər isti, yumşaq, soyuq, sərt kimi təsnif
edilir. Valer anlayışı əsərin tonal ritmikasını müəyyən edir, yəni
rəng təkrarlamalarını. Rəng dairəsində isti (qırmızı, narıncı, sarı
və onların ortaqları) və soyuq rənglər (göy, yaşıl) bir-birinə qarşı
qoyulur. İnsan iki tip rəng qavramağa qadirdir: additiv rəng (işı-
ğın rəngi) və işığın obyektindən əks olunan rəng.
Ənənəvi rəngkarlıqda əsas, bazis rənglər kimi qırmızı, sarı,
göy qəbul edilib. Bu rənglər xalis rəng kimi də tərif edilir, çünki
onlar digər rənglərin qarışılmasından əmələ gəlmir.
İkinci dərəcəli rəng qrupunu əsas üç rəngin qarışmasından ya-
ranan rənglər təşkil edir. Bura yaşıl, narıncı, bənövşəyi rənglər
aiddir. Bu altı rəngin hər birini qonşu rənglə qarışdıraraq, daha
yeni altı rəng əldə edilir ki, bu da üçüncü qrupu formalaşdırır.
Rənglərin təsnifat metodologiyasında onların
Dostları ilə paylaş: