Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə112/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   108   109   110   111   112   113   114   115   ...   297
psix

Qeyri ixtiyari qavrayış

  • İxtiyari qavrayış

    Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-adiliyi, yeniliyi, cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi niyyət olmadan qavrayırıq.
    Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesinə ixtiyari qavrayış deyilir. Müəllimin mühazirəsini dinlədikdə, teatr tamaşasına baxdıqda, kitab oxuduqda biz bu cür hərəkət edirik.
    Q avrayışda illuziyalar. Hiss üzvlərimizə bilavasitə təsir edən cisimlər bəzən olduğu kimi deyil, təhrif edilmiş şəkildə qavranılır. Belə təhrif edilmiş, düzgün olmayan qavrayışa illuziya deyilir. (bax: şəkil 13).
    Şəkil 13.


    Görmə qavrayışında illuziya daha çox özünü göstərir. Şəkildə göründüyü kimi, üfüqi düz xəttlər fondan asılı olaraq, əyri xəttlər kimi qavranılır. İlluziyalar təkcə görmə ilə bağlı deyil, hərəkət, lamisə, ağırlıq, temperaturun qavranılmasında da baş verə bilir.
    İnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayış təhrif olunur. Məsələn, diqqətin zəifləməsi, affekt halı zamanı illuziya hadisəsi özünü göstərir.
    Müşahidə və müşahidəçilik. İxtiyari qavrayışın tipik nümunəsi müşahidədir. Müşahidə hər hansı fəaliyyət sahəsində müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm qavrayışa deyilir.
    Təlim işində, elmi-tədqiqat işlərində, bədii yaradıcılıqda bir sözlə, insanın fəaliyyətinin bütün sahələrində müşahidənin böyük əhəmiyyəti vardır. Müşahidənin müvəf­fəqiyyəti bir çox cəhətdən asılıdır:
    1. Hər şeydən əvvəl müşahidənin səmərəliliyi insanın qarşısında duran məqsəddən, müşahidənin planından asılıdır. Müəyyən edilmişdir ki, insan gözü gündə 100000-ə qədər sıçrayışlı hərəkət edir. Bu sıçrayışlar bir-biri ilə əlaqələndirilməmiş, məqsədsiz olur. Belə vəziyyətdə müşahidə edən həmin qarma-qarışıq təəssüratlardan baş çıxara bilməz. Ona görə də müşahidənin istiqamətini göstərən, necə deyərlər, bir «kompas» lazımdır. Belə bir «kompas» məhz, müşahidənin planı və qarşıya qoyulan məqsəddir.
    2. Müşahidənin müvəffəqiyyətli olması üçün ona qabaqcadan hazırlaşmaq, keçmiş təcrübə, müşahidəçinin biliyi böyük əhəmiyyət daşıyır. İnsan nə qədər geniş biliyə, zəngin təcrübəyə malik olarsa, onun qavrayışı da bir o qədər zəngin olar.
    3. Nəhayət, müşahidə səbr və təmkin tələb edir. Hər hansı bir obyekti müntəzəm olaraq, dəfələrlə həm də, müxtəlif cəhətdən müşahidə etmədən düzgün nəticəyə gəlmək olmaz.
    İnsanın sistematik, uzun müddət həm də planlı şəkildə qavrama qabiliyyəti müşahidəçilik adlanır. Müşahidəçilik qabiliyyəti olan insan predmetlərə, hadisələrə sadəcə olaraq baxmır. O, cisim və hadisələrdən mühüm olan, yeni olan cəhətləri görməyi bacarır. Müşahidəçi adam cisimlərdə oxşar olan, fərqli olan cəhətləri görür.
    Müşahidəçilik şəxsiyyətin ən mühüm, qiymətli keyfiyyətidir. Bu xüsusiyyət ona ətraf aləmdə baş verən hadisələri düzgün qavrama və onlarla düzgün münasibətdə olmaq imkanı verir.
    Akademik İ.P.Pavlov müşahidəçiliyi elmi idrakın mühüm şərti hesab edirdi. O, özünün yaratdığı bioloji stansiyanın fasadında bu sözləri yazmışdı: «Müşahidəçilik, müşahidəçilik və yenə də müşahidəçilik».
    K.D.Uşinski də müşahidəçiliyin əhəmiyyətini qiymətləndirərək yazırdı: «Əgər təlim uşaqlarda əqli inkişafa nail olmaq istəyirsə, o uşaqlarda müşahidəçilik qabiliyyətini inkişaf etdirən çalışmalara üstünlük verməlidir».
    Bütün bunlar göstərir ki, yetişməkdə olan gənclərdə müşahidəçilik qabiliyyətini inkişaf etdirmək məktəbin qarşısında duran vacib məsələdir.



    Yüklə 1,29 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   108   109   110   111   112   113   114   115   ...   297




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin