Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


BİRİNCİ HİSSƏ PSİXOLOGİYAYA GİRİŞ



Yüklə 1,29 Mb.
səhifə2/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   297
psix

BİRİNCİ HİSSƏ




PSİXOLOGİYAYA GİRİŞ




1-ci FƏSİL




PSİXOLOGİYANIN PREDMETİ VƏ METODLARI




Qısa xülasə


Psixologiyanın predmeti. Psixika haqqında ümumi anlayış. Psixi inikasın xüsusiyyətləri. Psixi hadisələr: psixi proseslər, psixi hallar, psixi xassələr. Psixologiyanın bir elm kimi tərifi.
Psixologiyanın elmlər sistemində yeri və əsas sahələri. Mü­asir elmlər sistemi və psixologiya. Psixologiya və təbiət elmləri, psixologiya və sosiologiya, psixologiya və pedaqo­gika, psixologiya və dilçilik. Müasir psixologiya elminin prinsipləri və quruluşu. Müasir psixologiya elminin sahələri və onların təsnif prinsipləri.
Psixologiya tarixinin əsas mərhələləri. Müasir psixologiyanın başlıca istiqamətləri. Azərbaycanda psixoloji fikrin və elmi psixologiyanın inkişaf xüsusiyyətləri.
Psixologiyanın tədqiqat metodları. Metod və metodologiya haqqında anlayış. Psixologiyanın tədqiqat metodları və onların təs­nifi. Subyektiv və obyektiv metodlar. Əsas və yardımçı metodlar. Müşahidə obyektiv metod kimi. Müşahidənin növləri. Eksperiment və onun növləri: təbii və laborator eksperiment, müəyyənedici eksperiment, öyrədici (formalaşdırıcı) eksperiment. Müsahibə və onun psixoloji tədqiqatlarda yeri. Sorğu psixoloji metod kimi. Şifahi, yazılı və sərbəst sorğu. Fəaliyyət məhsullarının təhlili və ya praksimetrik metodlar.
Testlər psixodiaqnostik metod kimi. Sosiometriya psixodiaqnostik metodlardan biri kimi. Riyazi-statistik və kibernetik metodlar (modelləşdirmə). Onların psixoloji tədqiqatda yeri. Bioqrafik metodlar.

I. 1.1. Psixologiyanın predmeti


Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Özünün qədim tarixi­­liyi ilə fərqlənən elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır. Psixi hadisələrin təsnifi və onun strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi xassələr (bax şəkil 1).



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin