Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Azərbaycanda elmi psixologiyanın yaranması və inkişafı



Yüklə 1,29 Mb.
səhifə9/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   297
psix

Azərbaycanda elmi psixologiyanın yaranması və inkişafı

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.


«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet Sosialist Respublikası vahid əmək məktəblilərinin Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və dekretdə məktəblərdə təlimin ana dilində və pulsuz aparılması, zəhmətkeş balalarının üzünə açıq olması elan edildi» (F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nurlan», 2005, s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi. Ali məktəblər açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı.
1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs deyəcək müəllim kadrları hazırlamaq üçün yeni bir ali təhsil müəssisəsi – APİ yaradıldı. 1931-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutu, 1936-cı ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu təsis edildi.
Azərbaycan Dövlət Universiteti isə hələ Azərbaycan Demokratik Respubli­kasının vaxtında – 1919-cu ildə yara­dıl­mış­dı. Universitetdə yaradılan kafedralardan biri də psixologiya ka­fed­rası idi. Kafedraya görkəmli alim A.O.Mako­velski rəhbərlik edirdi. Ali məktəblərdə ən böyük çətinliklərdən biri də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə bağlı idi. Vəziyyətdən çıxış üçün dilləri Azərbaycan dilinə yaxın olan Krımdan, Kazandan, Türkiyədən yüksək ixtisaslı müəllimlər dəvət olunur. Onların sırasında A.O.Makovelski, X.Fikrət, M.Tofiq və başqaları var idi. Onlar həm psixologiyadan dərs deyir, həm də milli kadrların hazırlanmasına kömək edirdilər. A.O.Makovelskinin bu sahədə xidmətləri isə əvəzsizdir.
A.O.Makovelski 1920-ci ildə Azərbaycan Dövlət Univer­sitetində işə dəvət olunur. O, 1920-ci ildən 1930-cu ilə qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə ADU-da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1931-ci ildən 1940-cı ilədək AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır və 1960-cı ilə qədər məntiq-psixologiya kafedrasına rəhbərlik edir. Mako­velskinin yüksək ixtisaslı psixoloq kadrlarının hazırlan­ma­sında əvəzsiz xidmətləri olmuşdur. O, Ə.K.Zəkuyevin dok­tor­luq dissertasiyasının rəsmi opponenti, M.Məhərrəmov, M.Ab­ba­sov, M.Hacıyev, İ.Se­yidov və başqalarının elmi rəh­bəri olmuşdur.
Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış, Azər­baycan şair və filosoflarının yaradıcılığının psixoloji təh­lilini vermişdir.
Azərbaycanda psixologiya elminin inkişafında, psixoloq kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-1965) böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn Ko­ma­rovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer­si­tetinin aspiranturasında oxuyur. 1927-ci ildə pedaqogika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il o, pro­fes­sor elmi adı alır. Komarovski ilk elmi məqaləsini 1914-cü il­də, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa malik olan Ko­ma­rovski «Psixologiya cədvəlləri» (1923), «Uşaqlığın sosio­lo­giyası» (1921), «Təkrarlama metoduna dair» (1940) və s. onlarla fundamental əsərlərin müəllifidir.
Azərbaycanda psixologiya elminin digər tanınmış bir nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988). O, respub­lika­mızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil etdiyi psixologiya laboratoriyasında çoxsaylı, müx­təlif istiqa­mət­li tədqiqatlar aparılmışdır.
F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına APİ-də, sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda psixologiya kafedrasının müdiri olmuşdur.
F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmışdır. Onun tədqi­qatları nəinki ittifaq miqyasında, eləcə də dünyanın bir sıra ölkələrində rəğbətlə qarşılanmışdır. O, ana dili və rus dillərinin mənimsənilməsinin psixoloji əsaslarını tədqiq etmişdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumittifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxışlar bir qayda olaraq yüksək dəyər­ləndirilmişdir. Onun «İkidillilik, onun forması və fərdi fərqlərə görə təsnifatı», «Milli məktəblərdə rus dili təliminin psixoloji əsasları haqqında», «Nit­qin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan hesab olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, psixoloji fikrin inkişafı və təşəkkülündə Əhməd Kərədi Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə V.İ.Lenin adına APİ-də dərs demiş, müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir. 1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə şöbəsində çalışmışdır.
1933-cü ildə V.İ. Lenin adına APİ-nin nəzdində aspirantura şöbəsi açılır. Bu şöbənin yaradılmasıyla psixologiya üzrə kadr hazırlığında da bir dönüş yaranır.
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə­lər­də olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole­mikalar başladı. Qeyd etmək istərdik ki, SSRİ miqyasında gedən proseslər eynilə Azərbaycanda da baş verirdi. Bununla bağlı F. Rüstəmov yazır: «20-ci illərin əvvəllərində pedaqoji elmdə demokratik fikir güclü idi, əsasən qeyri-marksist mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu nəzəriyyələrin bir qismi Avropa­dan türk pedaqoq və psixoloqlarının (X. Fikrət, Mühiddin, İ. Hik­mət, T. Tofiq, N. İsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayı­lır, digər qismi isə rus pedaqoji fikrindən tərcümə edilmiş əsərlərdən milli pedaqoji fikrə keçirdi.
İntellektual mübahisələr çox zaman bir-birinə qara yax­maqla başa çatırdı. Bu proses hər yerdə – mərkəzdə də, yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan yanlışlıqlar ey­ni ilə Azərbaycanda da təkrar olunurdu. Moskvada A.P. Pin­ke­viçin, P.P. Blonskinin başına gətirilənlər Bakıda B.B. Ko­ma­rov­ski, A.O. Makovelski, Ə. Seyidov, Ə. Zəkuzadə üçün təkrarlanır­dı. Hədə, təhqir və yalanlara cavab vermənin fiziki cəhətdən məhvə səbəb olacağını dərk edən alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf məktubları yazır, düzgün elmi mövqelərini tənqid etmək məcburiyyətində qalırdılar».
Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mü­tə­xəs­sislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli marksistlər» tərəfindən də keçirilir, təəssüf ki, çox vaxt məhz onlar «haqlı» çıxırdılar. Tənqid olunanlar sırasında adətən həqiqi elm fədailəri, görkəmli alimlər olurdu.
1931-ci ildə F.Ə.İbrahimbəyov testlər metodunun milli psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə da­nışmağa məcbur olur. Onun 1936-cı ildə nəşf etdirdiyi «Uşaqların əqli inkişafında zərərli nəzəriyyə» adlı məqaləsində pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.
30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə gənc və istedadlı alimlər gəlir. Onların sırasından S. Hacıyev, M. Məhərrəmov, M. Abbasov və başqaları xüsusilə seçilirdilər.
1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnsti­tu­tu fəaliyyətə başlayır. Fərəhli haldır ki, institutun nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da fəaliyyət göstərir. Təlim-tərbiyə prosesi ilə bağlı aparılan tədqiqatlar psixologiya elminin inkişafında xüsusi yer tutur. İnstitutda yara­dılan şöbəyə M.R. Abbasov başçılıq edir. Bu institutda müxtəlif dövrlərdə F.Ə. İbrahimbəyov, A.O. Mako­velski, S. Hacıyev, M. Hacıyev, Z.M. Mehdizadə, Ə.K. Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həm­zəyev, Ə.S.Bay­ra­mov, Ə.Ə. Əlizadə və başqa görkəmli alimlər çalış­mış, tədqiqat işləri aparmışlar.
Hazırda institut Təhsil Problemləri İnstitutu adı ilə fəaliy­yət göstərir. İnstitutun psixologiya və yaş fiziologiyası şö­bə­sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.
Respublikamızda psixologiya elminin inkişafında APRDƏİ (hazırda Bakı Slavyan Universiteti), SSRİ-nin 50 illiyi adına APXDİ (hazırda Azərbaycan Dillər Universiteti), KDPİ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil müəssisələri də özünəməxsus rol oynamışdır.
1946-cı ildə ÜİK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-ci tədris ilindən başlayaraq orta məktəblərin buraxılış siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı qərar qəbul olunur. Qərara uyğun olaraq 1947/48-ci tədris ilində Azərbaycan Dövlət Universitetində məntiq-psixologiya kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O. Makovelskiyə tapşırılır. O, 1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir. 1960-cı ildən kafedra pedaqogika və psixologiya kafedrası adı ilə fəaliyyətini davam etdirir. 1960-1970-ci illərdə kafedraya M.C. Məhərrəmov, daha sonra professor Ə.S. Bayramov rəhbərlik edir. Hazırda kafedraya professor B.H. Əliyev rəhbərlik edir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin