Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə11/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   297
psix

Z. Mehdizadə daha çox məktəbəqədər yaşlı uşaqların psi­xo­loji xüsusiyyətlərinin öyrənilməsinə, tədqiqinə diqqət yetir­miş­dir. Onun 1982 və 1984-cü illərdə nəşr etdirdiyi «Uşaq psi­xo­­logiyası» (I və II hissə) dərslikləri bu sahədə yazılmış ən də­yər­li əsərlərdəndir. Digər görkəmli Azərbaycan psixoloqu İ.Ə. Seyidov 1954-cü ildə namizədlik dissertasiyası müdafiə et­miş, bundan sonra psixologiya elminin inkişafında məhsuldar və səmərəli fəaliyyət göstərmişdir.
İ.Ə. Seyidov 1959-cu ildən başlayaraq Zaqafqaziya psixo­loq­larının elmi-nəzəri konfranslarında, Ümumittifaq konfrans və simpoziumlarında Azərbaycan elmini uğurla təmsil etmişdir.
İ.Ə. Seyidov professorlar Ə.Ə. Əlizadə və M.Ə. Həmzə­yev­lə birlikdə «Ümumi psixologiya» dərsliyini (Bakı, 1982) Azər­bay­can dilinə tərcümə etmişdir. 1976-cı ildə nəşr olunmuş «So­sial psixologiya»nın müəlliflərindən biri də İ.Ə. Seyidovdur.
Azərbaycan psixologiya elminin inkişafında Q.E. Əzimo­vun da özünəməxsus, əhəmiyyətli rolu olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin məntiq-psi­xo­logiya şöbəsini bitirən Q.E. Əzimov 1970-ci ildə namizədlik dissertasiyası müdafiə edir. O, 1987-1991-ci illərdə ADPU-da yaş və pedaqoji psixologiya kafedrasına rəhbərlik etmişdir. Q.E. Əzimovun «Psi­xi inkişaf və tərbiyənin müasir problemləri» (Bakı, 2004) adlı tədris vəsaiti həm onun öz yaradıcılığında, həm də Azər­baycan psixologiya elmində əlamətdar hadisə kimi qeyd olunur.
Azərbaycan psixologiya elmi özünün yeni, mühüm bir dövrünə qədəm qoymuşdur. Yaşlı nəslin nümayəndələri olan professor Ə.S. Bayramov, professor M.Ə. Həmzəyev, professor Ə.Ə. Əli­zadə, gənc nəslin nümayəndələri – professor S.İ. Seyi­dov, B.H. Əliyev Azərbaycan psixologiya elminin yeni istiqa­mət­lərini müəyyənləşdirməklə yanaşı, özləri də səmərəli şəkil­də elmi axtarışlarını davam etdirir, gənc kadrların hazırlanma­sın­da iştirak edirlər.
Bu istiqamətlər içərisində etnopsixologiya məsələləri xüsusilə diqqəti cəlb edir. Uzun illər yasaq olunmuş bu istiqa­mət­də aparılan tədqiqatlar içərisində professor Ə.S. Bayramovun «Etnik psixologiya məsələləri» (Bakı, 1996), ««Kitabi-Dədə Qor­qud» dastanında etnik-psixoloji xüsusiyyətlərin inikası» (Ba­kı, 2000), professor Ə.Ə. Əlizadənin «Azərbaycan etnopsixolo­gi­ya­sına giriş» (Bakı, 2003), ««Xəm­sə»də yaş və pedaqoji psixo­lo­giya məsələləri» əsərləri xüsusi yer tutur.
Müasir dövrdə təhsilin humanistləşdirilməsi və demokra­tikləş­dirilməsi xüsusi aktuallıq kəsb edir. Bu sahədə professor M.Ə. Həmzəyevin «Yaş və pedaqoji psixologiyanın əsasları» (Bakı, 2000; 2003), «Pedaqoji psixologiya» (Bakı, 1991) dərslikləri, professor Ə.Ə. Əlizadənin «Yeni pedaqoji təfəkkür: ideyalar, problemlər. Psixopedaqoji araşdırmalar» (Bakı, 2001), «Müasir Azərbaycan məktəbinin psixoloji problemləri» (Bakı, 1998) əsərləri diqqəti cəlb edir.
Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob­lemləri, hüquq psixologiyası, professor S.İ.Seyidov menec­ment psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləş­dir­mişlər.
Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarışlar davam etdirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir.
Hələ həllini gözləyən çoxsaylı problemlər vardır ki, onların araşdırılması da zəruridir. Bunlar hərbi psixologiya, iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə edir. Hesab edirik ki, dünya psixologiya elminin öyrənilməsi sahəsindəki imkanlar Azərbaycan psixologiya elminin inkişafına əsaslı təsir göstərəcəkdir.
Azərbaycanda psixoloji fikrin, elmi psixologiyanın inkişaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, ictimai-tarixi proseslərin, düşüncə və təfəkkür tərzinin inkişafı və formalaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar isə milli şüurun, milli özünüdərkin formalaşması deməkdir.
Hələ vaxtilə Sokrat deyərdi: «Özünü dərk et!» Milli inkişaf isə özünüdərkdən keçir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin