psixologiyanın yaranması, inkişafı
Azərbyacanda psixoloji fikrin təşəkkülü və inkişafı
Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdırılmasını dünya psixologiya elminin inkişafı kontekstindən ayırmamağı lazım bildik.
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlandırırlar. Onlar yazırlar: «Güzəran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də şifahi xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir».
Onlar daha sonra yazırlar: «Güzəran psixologiyasına aid olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur».
İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin, hamının qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəklində, lakonik dillə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da ondan bəhs olunmasın, münasibət bildirilməsin.
Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi, ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini bariz şəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, ümid və istəklər bu yaradıcılığın əsasını təşkil edir.
Psixoloji fikrin yaranması və inşasının digər bir istiqaməti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.Şirazi, Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılıığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır».
Azərbaycan xalqının islam dininin Azərbaycana gəlişinə qədərki həyat, məişət və təfəkkür tərzi şifahi xalq ədəbiyyatında və «Kitabi-Dədə Qorqud» dastanında çox bariz şəkildə öz əksini tapmışdır.
Dastanda totemizmin, şamanizmin, çoxallahlığın xeyli açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac, atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Aruz oğlu Basat».
Dastan belə başlayır: «Xanım hey!»
Belə bir başlanğıc, «hey» nidadır, niskildir, çağırışdır. Əl çatmayan, ötüb keçmiş, yanğı yaradan bir hissdir. Daxilin, genin, idrakın uyuşmadığı bir mühitə düşərək xiffəti, fəryadıdır.
Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və şərəfli tarix durdu, onlar nə qədər çalışsalar da, bu keçmişdən ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmişi məhv etməyə çalışdıqları zaman belə onun təsiri altında olacaqlar».
Qədim türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz qılınclarına and içir, suyla xəbərləşir, qurd üzü mübarəkdir deyirdilər.
Deməli, xalqın etnogeni ilə mühiti arasında uyğunluq olduqda xalq inkişaf edir. Onların arasında ziddiyyət olduqda isə mənəviyyatda, əxlaqda deformasiya baş verir. Bəzən xalqın etnogeninə, düşüncə tərzinə yad, yabançı olanı ona doğru, düzgün kimi təqdim edir, inandırmağa çalışırlar.
Psixoloji fikrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsində şifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları əvəzsiz xəzinədir.
«Kitabi-Dədə Qorqud»da başlıca ideyalardan biri əsarətdən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üstün tutulmasıdır. Etibar, inam, sədaqət, ləyaqət aparıcı xətlərdən birini təşkil edir. Beyrəyin nişanlısı yalnız onun dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi (milçəyi) üzərimə qondurmam», - deyir.
Dastanda ən çox diqqəti cəlb edən azadlıq, azad fikir, qadın və kişi bərabərliyi, qadının uca, yüksək tutulmasıdır. Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə sayaq qız itsədiyini soruşur. Qantural deyir: «Baba, mən yerimdən durmadan ol durmuş ola, mən qanlı kafər əlinə varmadan ol varmış, mənə baş gətirmiş ola».
Mərdlik, məğrurluq, qeyrət eynilə qıza, qadına da xas olub. Ərləriylə, sevgililəriylə bir meydanda döyüşən qadınlar eyni zamanda onların qürurunu sındırmamağa, kişilərin yanında qürrələnməməyə çalışıblar: «Öyünərsə ər öyünsün – aslandı. Öyünməklik övrətlərə böhtandır. Öyünməklə övrət ər olmaz», - deyiblər.
Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləyaqət, şərəf, nəciblik anlayışları azərbaycanlı psixologiyasının, xarakterinin təməlidir. Zaman-zaman dəyişən, zənginləşən, bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan azərbaycanlı psixologiyasının etnogeni, nüvəsi Dədə Qorqud dövründə təşəkkül tapmış, formalaşmışdır.
Dədə Qorqud fəlsəfəsi bəşəridir, ölməzdir, insanı saflaşdırandır. «Hanı dediyim bəy ərənlər? Dün
Dostları ilə paylaş: |