Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə15/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   297
psix

Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konkret bilik bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır.
İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir. İntellekt testləri haqqında ilk fikir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar fransız psixoloqu A.Bine ilk psixoloji testləri yaratmışdır(1905-ci il). «Əqli yaş » anlayışından istifadə edən alman psixoloqu V.Ştern əqli koeffisenti (İQ) aşığıdakı formulla ölçməyi müəyyənləşdirmişdir:

Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Veks­lerin şkalasından, «proqressiv Raven matrisasından», R.Amtxauerin əqlin (intellektin) strukturu testindən, Q.Y.Ayzenqin «öz qabiliyyətlərinizi yoxlayın», «özünüzün əqli inkişaf koeffisentinizi yoxlayın» və s. geniş istifadə olunur.
İntellekt testlərindən fərqli olan xüsusi qabiliyyət testlərindən də istifadə olunur. Bu cür testlərin köməyi ilə insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki və s.) malik olduqları aşkara çıxarılır.
Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq olunur. Ən çox tanınan kreativ testlərə C. Gilfordun və E.Torrensin testlərini aid etmək olar. Bu testin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu testdə tapşırıqlar sistemi elə qurulmuşdur ki, yoxlanan adam şəraiti dəyişmək, obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. Məsələn, obyektlərin şərhi zamanı onları daha çox sahəyə tətbiq etmək yollarını fikirləşmək və ya daha çox dairə və ya kvadrat tipli şəkilləri daxil etməsi tələb olunur. Bunun üçün yoxlananlara dairələr (kvadrat) şəkli çəkilmiş vərəqə verilir. Ondan həmin vərəqədə olan elementlərdən istifadə edərək şəkillər seriyası çəkmək tələb olunur. Yerinə yetirilən iş özünün məhsuldarlığına, sürətinə və orijinallığına görə qiymətləndirilir.
Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə olunur.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin