Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə16/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   297
psix

Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun)
Psixodiaqnostik metod kimi sosiometriya metodundan da istifadə olunur. Sosiometriya (latınca – sosietas-cəmiyyət və yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və kollektivlərdərəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlamdırılmış metodik üsulların məcmuundan ibarətdir. Sosiometriya amerikan psixoloqu C.Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda əks etdirilməklə təhlil olunur.
Nəhayət psixologiyada riyazi – statistik metodlardan da istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara çıxarılır.
Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat yoluna aid faktların və hadisələrin, onun sələflərində, nəslində özünü göstərən xarakterik halların, sənədlərin, şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar



  1. Psixologiyanın bir elm kimi tərifini verin.

  2. Psixi hadisələri necə təsnif edirlər? Onları xarakterizə edin.

  3. İdrak prosesləri dedikdə nələri başa düşürsünüz?

  4. İdrak prosesləri hansılardır?

  5. Psixi xassələr hansılardır? Onlları fərqləndirən cəhətləri izah edin.

  6. Psixologiyanın müasir elmlər sistemində tutduğu yeri izah edin.

  7. Müasir psixoloji fənnləri təsnif edərkən hansı prinsiplərə əsaslanırlar?

  8. Müasir psixologiyanın sahələrini şərh edin.

  9. Müasir psixologiyanın başlıca istiqamətləri hansılardır?

  10. Azərbaycanda elmi psixologiyanın inkişaf xüsusiyyətlərindən danışın.

  11. Psixologiyanın əsas tətqiqat metodları hansılardır? Onları xarakterizə edin.

  12. Eksperiment metodunun hansı növləri vardır?

  13. Psixoloji testləri xarakterizə edin.

  14. Psixologiyada riyazi-statistik metodlardan nə üçün istifadə edirlər.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin