Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə132/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   128   129   130   131   132   133   134   135   ...   297
psix

Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra olunmur. Fikir hissi – əyani olaraq, insanı gerçək aləmə bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan obrazlar təfəkkür üçün zəruridir.
Təfəkkürün bu növündən istifadə etdikdə adam qav­radığı cisim və hadisələrin, icra etmiş olduğu praktik işin surəti əsasında fikirləşir. Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda özünü qabarıq şəkildə göstərir.
Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafi­zədən əldə edir, sonra dəyişdirir. Bu təfəkkür forması mək­təbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır. Praktik fəaliyyətlə məşğul olan yaşlı insanlara da bu təfəkkür növü xasdır.
Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyəti xarakteri daşıyır və insan onu real predmetlərlə icra edir. Məsələ həlli zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görməkdir. Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baş verir. Ona görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də adlandırırlar. Bəşəriyyətin tarixi inkişafı prosesində birinci növbədə əyani-əməli (praktik) təfəkkür özünü göstərir. Üç yaşına qədərki uşaqlarda da təfəkkür əsasən əyani əməli xarakter daşıyır. Bu təfəkkür növü istehsal proseslərində çalışan adamlara da məxsusdur və nəticəsi konkret məhsulun hazırlanmasından ibarətdir.,
Mücərrəd (məntiqi) təfəkkür təfəkkürün ən yüksək inkişaf etmiş növüdür. Adətən məktəb yaşı dövründə praktik təcrübə əsasında, ilk dəfə sadə şəkildə olsa da, mücərrəd təfəkkür yaranır və inkişaf edir. Mücərrəd təfəkkür mücərrəd məfhumlara istinad edən təfəkkür olmaqla, mücərrəd məfhumlar, hökmlər əsasında baş verir.
Qeyd etmək lazımdır ki, adını saydığımız təfəkkür növləri eyni anda baş verir və inkişafın səviyyələri kimi özünü biruzə verir.
Nəzəri və praktik təfəkkürün fərqi ondan ibarətdir ki, onlar praktika ilə müxtəlif cürə bağlıdır. Praktik təfəkkürün işi xüsusi konkret məsələ həllinə yönəlir, nəzəri təfəkkür isə ümumi qanunauyğunluqların həllinə istiqamətlənir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin