Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə131/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   127   128   129   130   131   132   133   134   ...   297
psix

əyani əməli
əyani-obrazlı
mücərrəd-məntiqi













Xarakterinə görə



Nəzəri
Praktik













Genişlənməsinə görə



Diskursiv
İntuitiv













Yeniliyinə görə




Reproduktiv
Produktiv

Şəkil

15




Təfəkkürün əsas növləri
unutmaq olmaz ki, təsəvvür və anlayışlar nəinki bir-biri ilə bağlıdır, həmçinin bir-birindən fərqlidir, vahid təfəkkür daxilində bir tərəfdən əyani, digər tərəfdən abstrakt – nəzəri təfəkkürü fərqləndirirlər.

Nəzəri və obrazlı təfəkkür idrakın müxtəlif pillələri kimi vahid prosesin müxtəlif tərəflərdir və eyni adekvat üsullarla obyektiv reallığın dərkinə yönəlib. Mücərrəd təfəkkürün anlayışları ümumini inikas etdirir. Lakin ümumi xüsusi və təkcənin elementlərindən xali deyil. Təkcə obrazda əks olunur. Obraz təfəkkürün həm aşağı, həm də yuxarı pilləsində təkcənin inikasıdır. Əyani –obrazlı təfəkkür və nəzəri-mücərrəd təfəkkür təkcə iki səviyyə deyil, vahid təfəkkürün iki növü və ya iki aspektidir, təkcə anlayış deyil, həm də obraz ən yüksək təfəkkür səviyyəsində fəaliyyət göstərir.


Obrazın fikri zənginləşdirdiyini hər hansı metaforanın misalında görmək olar. Hər hansı metafora ümumi fikri ifadə edir, metaforanın anlanılması obrazlı formada onun ümumi anlam məzmununun aydınlaşdırılmasını tələb edir. Metaforik ifadələri işlədərkən elə obrazları axtarıb tapmaq tələb olunur ki, bu obraz ümumi fikri adekvat ifadə edə bilsin.
Nəzəri obrazlar ya hafizədən əldə edilir, ya da təxəy­yüldən yaradıcılıqla yaradılır. Ədəbiyyat, incəsənət yaradıcı əmək adamları belə obrazlı təfəkkürə malikdir.
Nəzəri anlayışlar və nəzəri obrazlı təfəkkür yanaşı mövcuddur. Onlar bir-digərini qarşılıqlı tamamlayır, qarşılıqlı əlaqədə olan varlığın müxtəlif tərəflərini aşkarlayır. Nəzəri anlayışlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümu­miləşmiş, həm də daha düzgün əks etdirir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin