Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən fikri akt subyektin hər hansı motivlərindən çıxış edir. Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, O həmişə nəyinsə həllinə istiqamətlənib. Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xarakteri daşıyır.
Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə edir. Təfəkkür qarşısında dayanan məsələ həllinin dərki fikri proseslərin axarını müəyyən edir. Təfəkkür şüurlu tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur. Düşünmə prosesində yaranan hər hansı fikri təfəkkür uyğunlaşdırır, müqayisə edir və fikri prosesləri istiqamətləndirir. Beləliklə, yoxlama, tənqid, nəzarət təfəkkürü şüurlu proses kimi xarakterizə edir. Fikrin bu şüurluluğu onun xüsusi üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə səhv mümkündür, ancaq fikirləşən insan səhv edə bilər.
Hər hansı təfəkkür hadisəsi bu və ya digər formada anlayışlarda tamamlanır. Real fikri proseslərdə anlayışlar prosesi ayrıca ifadə olunmur, anlayışlar əyani təsəvvürlər və sözlərlə qarışaraq vahid, anlayışın forması olmaqla eşitmə və görmə obrazları ilə birlikdə fəaliyyətdə olur (icra olunur).
Əyani elementlər fikri proseslərə daxildir:
a) şeylər və əlamətlər haqqında təsəvvür obrazları şəklində,
b) sxemlər şəklində,
c) anlayışlar təfəkkürünü idarə edən sözlər şəklində.
İnsan təkcə mücərrəd anlayışlarla deyil, həmçinin obrazlarla fikirləşir. Real fikri proseslər adətən söz, obraz formalarında hansısa şəkildə mücərrəd anlayışlara qarışır.
Obraz predmetin obrazı kimi semantik məzmuna malikdir. İnsanın qavradığı və ya təsəvvür edilən obrazlar adətən sözlərlə ifadə olunmuş şəkildə məna ilə əlaqəli olur. Söz predmeti mənalandırır. Obrazlı, əyani nə isə qavranılırsa, predmet dərk edilir və onun vasitəsi ilə qavranılır. Bu semantik məzmun söz-anlayışın və obrazın ümumi əvəzedicisi rolu oynayır. Semantik ümumilik real fikri proseslərin zəruri həlqəsidir, çünki sonrakı səviyyədə bu məqam sözə və ya işarəyə çevrilir.
Təfəkkürə «fikirləş» və ya «fikirləşmə» əmrini vermək absurddur.
Obraz fikri proseslərə qoşularaq, onda semantik funksiyanı yerinə yetirərək intellektuallaşır. Obrazın fikri proseslərdə yerinə yetirdiyi funksiya, ümumiləşmiş məna hissi daşıyıcısı rolu oynamaqla fikri proseslərin hissi məzmunu dəyişidirir, ön planda şeyin, hadisənin mənası ilə əlaqəli olan əlamətlər aktivləşir, köməkçi, ikinci dərəcəli, təsadüfi sıxışdırılaraq arxa plana keçirilir. Obraz təfəkkürdən kənarda qalmır, o semantik intellektual məzmunla zənginləşir.
Konkret əyani obraz, sxem, söz təfəkkürdə əhəmiyyətli rol oynayır. İnsan heç də həmişə genişləndirilmiş sözlü formalarla fikirləşmir, fikri bəzən sözü qabaqlayır. Əyani obrazlar, sxemlər təfəkkürün hissi-əyani komponentlərini tükətmir. Söz anlayışlar təfəkkür üçün əsas əhəmiyyət kəsb edir.
Anlayışlar təfəkkürü – sözlü təfəkkürdür. Söz fikrin mövcudluq formasıdır, onun vasitəsiz ötürülmə imkanıdır. Fikir ancaq o zaman son formasını ala bilir ki, niyyət nitq simvollarında kodlaşır. Fikrin nitqdə kodlaşması ümumi idraki forması olmasını L.S.Vıqotski belə ifadə etmişdir: «fikir sözdə doğulur». Ona görə nitq təkcə ünsiyyət vasitəsi deyil, həm də təfəkkürün silahıdır. Söz – fikrin forması – təkcə mücərrədləşmiş məna deyil, həm də əyani hissi təsəvvürdür.