Təfəkkür və nitq. Nitq fikrin mövcudluq formasıdır. Nitq və təfəkkür arasında vahidlik var. Lakin bu vahidlikdir, eyniyyət deyil, çünki fikrin ilkin formaları qrammatik xarakterə malik olduğundan nitq müvafiq sayda sözlərin köməyi ilə onu dəqiq, düzgün, tam bütöv şəkildə ifadə edə bilmir. Ona görə də nitqlə təfəkkür arasında bərabərlik qoymaq mümkün deyil.
Nitq o zaman nitq forması alır ki, onun dərk edilmiş mənası olsun. Söz, əyani obrazlar kimi səslə və ya görmə, öz-özlüyündə nitqi təşkil etmir. Nitqi yaradan hərəkətlər sistemi, bütöv nitq prosesi söz və məna arsındakı anlam münasibətləri ilə tənzim olunur. Nitq intellektual əməliyyatdır. Təfəkkürü nitqlə eyniləşdirmək və onlar arasında bərabərlik işarəsi qoymaq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması onun təfəkkürə münasibəti ilə bağlıdır.
Lakin təfəkkürü və nitqi bir-birindən ayırmaq olmaz. Nitq – fikrin xarici görkəmi deyil, onu dəyişməklə fikri dəyişmək olmaz. Nitqlə fikir formalaşır, lakin fikri formalaşdıraraq, onun özü də formalaşır. Bu ideya Moskva psixoloqları tərəfindən və müasir rus psixolinqvistləri tərəfindən geniş işıqlandırılmışdır. Nitq fikrin xarici vasitəsidir, söz təfəkkür proseslərinə forma kimi, onun məzmunu ilə bağlı olan bir hadisə kimi daxil olur. Nitq formasını yaradaraq təfəkkür özü formalaşır. Təfəkkür və nitq eyniləşdirilməyərək eyni prosesin vahidliyinin təminatçısıdırlar. Təfəkkür nitqdə nəinki ifadə olunur, həm də onda təkmilləşir, tamamlanır, icra olunur.
Təfəkkürdə icra olunan obrazlar, nitq funksiyası daşıyır və bu obrazlar təfəkkürdə anlamın məzmununun hissi əsasını təşkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaşır.
Təfəkkürdə obrazlar nitqin funksiyasını yerinə yetirirlər. Obrazların hissi məzmunu təfəkkürdə anlamın məzmununun daşıyıcıları kimi çıxış edir.
Nitqin strukturu təfəkkürün strukturuna uyğun gəlmir, qrammatika nitqin strukturunu ifadə edir, məntiq isə təfəkkürün strukturunu ifadə edir. Nitq fikirdən arxaikdir və arxaik formaları təbiətinə uyğun olaraq saxlayır.