Özünü yoxlamaq üçün süal və tapşırıqlar
İradə nəyə deyilir?
İradi iş zamanı insan hansı maneələri aradan qaldırır? Onları şərh edin.
İradi işin funksiyaları hansılardır?
İradi işin mərhələləri və strukturunu şərh edin.
Şəxsiyyətin iradi keyfiyyətlərini sayın və onları səciyyələndirin.
Referat, məruzə və müstəqil tədqiqatlar üçün mövzular
1. Psixologiyada iradə problemi.
2. İradi keyfiyyətlər və onların inkişaf etdirilməsi yolları.
3. İradənin inkişafında oyunun rolu.
Ədəbiyyat
1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri - Bakı., 2002
2. Məhərrəmov M. Məktəblilərdə iradəni tərbiyə etmək haqqında. – Bakı, 1958
3. Selivanov V.S. Məktəblidə iradə tərbiyəsi. – Bakı, Azərnəşr. 1969
4. Vladimir Levin. Fikir ardınca. - Bakı., 1972.
5. İlğin E.P. Psixoloqiə voli.- Piter., 2000.
6. Nemov R.S. Psixoloqiə. Kn.1.- Moskva. 1998, s.424-434
7. Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2-x t. – T II – M.,1989. s. 182-211
BEŞİNCİ HISSƏ
15-ci FƏSIL
Qısa xülasə
Temperament haqqında anlayış.Temperament şəxsiyyətin fərdi-psixi xassəsi kimi. Temperament insanını psixi fəaliyyətinin intensivliyini, dinamikasını, emosionallıq və müvazinətlilik dərəcəsini şərtləndirən fərdi özünəməxsus xassələri kimi.
Temperament haqqında təlimlər tarixindən. İnsanların psixi fəaliyyətlərinin dinamikliyinə hələ qədim zamanlardan diqqəti cəlb etməsi. Temperament haqqında humoral nəzəriyyənin banisi kimi hippokratın xidmətləri. Temperament haqqında somatik və sinir sistemi nəzəriyyələrinin mahiyyəti.
Dostları ilə paylaş: |