Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


IV.7.5. Diqqətin inkişafı və dərsdə şagirdin diqqətinin



Yüklə 1,29 Mb.
səhifə97/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   93   94   95   96   97   98   99   100   ...   297
psix

IV.7.5. Diqqətin inkişafı və dərsdə şagirdin diqqətinin

səmərəli təşkili haqqında


Diqqət də digər psixi proseslər kimi öz inkişaf mərhələlərinə malikdir. L.S.Viqotski diqqətin inkişafı haqqında yazırdı ki, uşağın diqqətinin inkişaf tarixi onun davranışının təşkili ilə çulğalaşır. Genetik planda uşağın diqqətinin köklərini onun daxilində yox, uşaq şəxsiyyətindən kənarda axtarmaq lazımdır.
Əlbəttə biz uşaqların həyatının ilk aylarında yalnız qeyri-ixtiyari diqqətlə rastlaşırıq. İxtiyari diqqət rüşeymləri 1 yaşın axırında, 2-ci yaşın əvvəllərində təzahür etməyə başlayır. İxtiyari diqqətin inkişafında biz xüsusilə oyun fəaliyyətinin rolunu qeyd etməliyik. Oyun situasiyasında uşaq öz hərəkətlərini oyunun qaydalarına uyğunlaşdırmağı öyrənir. Məktəbəqədər yaşlı uşağın ixtiyari diqqəti öz davamsızlığı, emosionallığı ilə fərqlənir. Lakin tədricən iradi cəhd və təlim sayəsində uşaq öz diqqətini idarə etməyi öyrənir. Qeyd etmək lazımdır ki, məktəb təlimi ixtiyari diqqətin inkişafında xüsusilə böyük əhəmiyyətə malikdir. Əgər kiçik məktəblilər öz davranışlarını idarə edə bilmirlərsə və onlarda qeyri-ixtiyari diqqət üstünlük təşkil edirsə, artıq yuxarı siniflərdə məktəbli uzun müddət hər hansı fəaliyyət növü ilə məşğul ola, öz davranışına nəzarət edə bilir. Lakin 13-14 yaşlarında müşahidə olunan və yorğunluğa, əsəbiliyə səbəb olan bəzi fizioloji dəyişikliklər yenidən diqqətin bəzi xüsusiyyətlərinin aşağı enməsinə gətirib çıxarır. Lakin bu hadisə nəinki uşağın orqanizmində baş verən fizioloji dəyişikliklərlə, həm də təəsürat bolluğunun təsiri ilə baş verir.
Qeyd etmək lazımdır ki, məktəbdə təlim-tərbiyə işinin təşkili zamanı hər bir şagirdin diqqətinin yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Təlim və tərbiyə prosesində müəllim bir ali funksiya kimi diqqəti inkişaf etdirmək, dərs prosesində onu idarə etmək üçün aşağıdakı üsullara əməl etməlidir:

  1. təlim materiallarının təşkili (onların anlaşıqlılığı, strukturu, daha parlaq misalların seçilməsi və s.);

  2. dərs zamanı şagirdlərin fəaliyyətinin düzgün təşkili ( şagirdlərin fəal, müstəqil və yaradıcı fəaliyyətinə şərait yaradılması, fəaliyyət növlərinin bir-birini əvəz etməsi və s.);

  3. müəllimin fəaliyyətinin təşkili (onun nitqinin xüsusiyyətləri, şərhin anlaşıqlı, obrazlı, məntiqi və emosional olması və s.);

  4. əyani və texniki vasitələrdən istifadə;

  5. şagirdlərdə təlim vərdişlərinin yaranması;

  6. şagirdlərdə təlim motivasiyasının, dərsə davamlı marağın formalaşdırılması.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin