Psixoloji ədəbiyyatda diqqətin 5 əsas xüsusiyyətini ayırd edirlər. Bunlar diqqətin həcmi, paylanması, mərkəzləşməsi, davamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Məsələn, bəzi adamlarda diqqət daha çox mərkəzləşməyə, digərində isə paylanmaya meyl edir.
Diqqətin həçmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin miqdarı ilə müəyyən edilir. Diqqətin həçmi fərdi şəkildə dəyişən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi olmayan 52 obyekti əhatə edir. Əksər hallarda diqqətin həcmini ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur. Bu cihaz vasitəsilə qıcıqlandırıcılar (sözlər, fiqurlar, rəqəmlər və s.) elə nümayiş etdirilir ki, yoxlanılan şəxs nəzərini bir obyektdən diqərinə keçirə bilməsin.
Diqqətin həçmi qavranılan cisim və hadisələrin bir-biri ilə nə qədər sıx əlaqədar olmasından aslıdır. Cisim və hadisələr bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin həçmi də bir o qədər böyük olar. Bunu aydın görmək üçün aşağıdakı iki şəkilə nəzər salaq.
A
B
Əgər birinçi şəkli (A) yoxlanana ani olaraq göstərib götürsək və orada neçə xətt çəkildiyini soruşsaq dəqiq rəqəmi çətin eşidəçəyik. İkinçi şəkli (B) göstərdikdə isə dər hal 12 çavabını alacağıq. Burada yoxlanan 3 xəttdən ibarət olan 4 qrupu birləşdirərək cavab verir.
Başqa bir misal. Əgər yoxlanana «ü ə n g n a a x b» hərfləri yazılmış lövhəni göstərib orada neçə hərf olduğunu soruşsaq düzgün cavab çətin alınaçaqdır. Lakin həmin hərfləri bir söz kimi birləşdirib «günəbaxan» şəklində təqdim etsək burada 9 hərf olduğunu asanlıqla deyə biləcəkdir.
Diqqətin davamlılığıonun eyni bir obyekt üzərində uzun müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur. Başqa sözlə qavranılan obyekt daima yeni məzmun kəsb edərsə bu diqqətin davamlı olmasına gətirib çıxarır. Bundan başqa diqqətin davamlılığı bir sıra şərtlərdən, məsələn, materialın çətinlik dərəcəsindən, onun anlaşıqlılığından, subyektin ona münasibətindən, insanın yaşından və şəxsiyyətin bir çox fərdi keyfiyyətlərindən asılıdır. Diqqətin bu xüsusiyyətini nəzərə alaraq dərs zamanı hər 10-15 dəqiqədən sonra fəaliyyət növlərinin dəyişilməsi məqsədəuyğun hesab olunur.