Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


IV. 7. 2. Diqqətin fizioloji mexanizimləri



Yüklə 1,29 Mb.
səhifə92/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   88   89   90   91   92   93   94   95   ...   297
psix

IV. 7. 2. Diqqətin fizioloji mexanizimləri


Digər psixi proseslər kimi diqqət də öz fizioloji mexanizimlərinə malikdir. Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən «süzgəcə» bənzədirlər və bu funksiyanı əsasən retikulyar formasiyanın-yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur.


Hələ vaxtilə akademik İ.P.Pavlov diqqətin fizioloji əsasını birinci növbədə bələdləşmə refleksi ilə izah etmişdir. Adətən, qarşılaşdığımız hər bir yeni cisim və ya hadisə, yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir. Ona görə də diqqətimizi özünə cəlb edir.
Diqqətin fizioloji əsaslarını başa düşməyə İ.P.Pav­lovun kəşf etdiyi «optimal oyanma ocağı» haqqında təlim də xüsusi rol oynayır. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcud olur. Sinir proseslərinin induksiyası qanununa görə isə beynin bir sahəsində yaranan oyanma prosesləri baş beynin digər sahələrində ləngimə yaradır və əksinə. Diqqətimiz məhz həmin oyanma sahəsilə bağlı olur. Oyanma nə qədər güclü olursa onun ətrafındakı ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı bir maraqlı kitabı oxuduğumuz zaman ona o qədər aludə oluruq ki, bizi çağırdıqlarını hiss etmirik.
Bundan başqa diqqətin fizioloji əsaslarının aydınlaşdırılması üçün A.A.Uxtomskinin irəli sürdüyü dominantlıq prinsipi də böyük rol oynayır. Dominant oyanma sahəsi optimal oyanma sahəsindən yüksək davamlılığı ilə fərqlənir. Belə dominant oyanma ocağı nəinki yeni yaranan oyanma ocaqlarını ləngdir, həm də onların hesabına güclənir. Məsələn, gərgin zehni fəaliyyətlə məşğul olan şəxslərə kənar qıcıqlandırıcı təsir etdikdə onların əvvəlki problem üzərinə yönəlməsi daha da güclənir. Bu halda sanki bütün qüvvələr səfərbərliyə alınır, diqqətin mərkəzləşməsi artır.
İstər optamal oyanma sahəsi, istərsə də dominantlıq haqqında təlim ixtiyarı diqqətin mexanizmlərini kifayət qədər aydınlaşdırmağa imkan vermir. Çünki ixtiyarı diqqət zamanı insan qarşısına məqsəd qoyur, öz diqqətini tənzim edir, istədiyi obyektə keçirir.
Müxtəlif neyrofizioloji tədqiqatlar göstərir ki, diqqətin fizioloji əsasını passiv oyanıqlıqdan fəal oyanıqlığa keçidi təmin edən ümumi fəallaşma təşkil edir. Bu isə müxtəlif bələdləşmə reaksiyalarında təzahür edir. Bələdləşmə refleksi orqanizmin əksər üzvlərinin fəaliyyətində dəyişikliklərə səbəb olur (başın, gözün qıcıqlandırıcıya tərəf çevrilməsi, maddələr mübadiləsi, ürək-damar sisteminin və s-nin fəaliyyətində).
Bir çox klinik tədqiqatlar göstərir ki, ixtiyarı diqqət mexanizmlərinin idarə olunmasında beynin alın payı xüsusilə böyük rol oynayır. Beynin alın payı zədələnmiş xəstələrdə davamlı gərgin ixtiyarı diqqətin yaradılması əslində mümkin deyildir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin