Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə158/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   154   155   156   157   158   159   160   161   ...   297
psix

İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.
İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. Bu funksiyalar bir-birilə qarşılıqlı surətdə əlaqədardır. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun fəallığını ləngidir.
İradə başqa psixi hadisələr kimi, inikasın bir formasıdır. Belə bir inikas zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada əks olunur. İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss.
İnsan fəaliyyətinin məzmununa, onun səmərəliliyinə müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, həm də onun motivlərinin gücləndirilməsinə şərait yaradır. Fəaliyyət motivlərinin aktuallaşdırılması, şəxsiyyətin xəyali motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir.
Xəyali motivlərin formalaşması, şəxsiyyətin inkişaf səviyyəsindən asılıdır. Bir halda tələbə gözünün qabağına gətirir ki, o beynəlxalq əhəmiyyətli konfransda, xarici qonaqların çıxışlarını səlist və düzgün qaydada iştirakçılara tərcümə edir, təşkilat komitəsi tərəfindən təşəkkürnamə alır. Tədbirdən sonra, məşhur bir şirkətin prezidenti ona yaxınlaşaraq onların şirkətində tərcüməçi işləməyi təklif edir. Başqa halda isə, o, gözlərinin qarşısında rəfiqələrinin məşhur estrada müğənnisinin konsertində iştirak etmələrini, ondan sonra şəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır.
Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə güclü surətdə təsir göstərir, onun səmərəsini birinci halda artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin köməyi ilə, insan gördüyü işə daha mühüm məna verməklə, özünün iradi səyini gücləndirmiş olur. Deməli, iradə həm də təxəyyüllə də bağlıdır. Belə ki, insan fəaliyyət göstərəcəyi şəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir.
Təlim prosesində, eləcə də, tərbiyə işində müəllimlər, tərbiyəçilər eləcə də valideynlər uşaqlarda görəcəkləri işlə bağlı müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən kömək edə bilərlər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin