Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Pedaqoji fəaliyyət zamanı müəllimin qar­şılaşdığı psixoloji çətinliklər



Yüklə 1,29 Mb.
səhifə271/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   267   268   269   270   271   272   273   274   ...   297
psix

Pedaqoji fəaliyyət zamanı müəllimin qar­şılaşdığı psixoloji çətinliklər. Müəllimin pedaqoji fəaliyyəti və pedaqoji ünsiyyəti həmişə rəvan, maneəsiz getmir. Müəllim bu prosesdə bir sıra psixoloji çətinliklərə rast gəlir ki, onları nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin müvəffəqiyyətindən danışmaq mümkün deyildir. Bəs bu çətinliklər hansılardır və hansı tiplərə ayrılır?
Müəllimin pedaqoji fəaliyyəti yerinə yetirər­kən qarşılaşdığı çətinlikləri müxtəlif göstəri­cilərə əsasən tiplərə ayırmaq mümkündür. Buraya çətinliyi doğuran səbəbin obyektiv və ya subyektiv olmasını, çətinliyin dərk olunma dərəcəsini, peda­qoji təsirin təşkili xüsusiyyətini, özünü­nəzarət və özünütənzimi və s. aid etmək olar.
Çətinliyi doğuran səbəbin obyektivlik dərəcə­sindən asılı olaraq obyektiv və subyektiv çətinlik, dərk olunma dərəcəsinə görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir.
Pedaqoji təsirin təşkili xüsusiyyətindən asılı olaraq aşağıdakı kimi psixoloji çətinlik­lər müşahidə olunur: yeni proqramla işləyə bil­məmək, şagirdi öyrənə bilməmək, ayrı-ayrı psixi funksiyaların səviyyəsini qiymətləndirə bilmə­mək, şagirdi yaranma və inkişaf prosesində olan tam bir şəxsiyyət kimi görə bilməmək, şagirdləri mənim­səməyə, fənnə, xarici görkəmə, daha az əqli keyfiyyətə və şəxsi keyfiyyətə görə qiymətləndirmək, şagird­lərin əqli xüsusiy­yətlərini və şəxsiyyətini psixo­loji cəhətdən öyrənmək üsullarına yiyələnməmək və s. (A.K.Markova).
Özününəzarət və özünütənzimləmə ilə bağlı olaraq öz qüsurlarını görməkdə, ona nəzarət etməkdə çətinliklər meydana çıxır.
Təcrübə göstərir ki, müəllim, xüsusilə təzəcə fəaliyyətə başlayan müəllim heç də həmişə qarşıya kommunikativ pedaqoji məqsəd qoyub onu dərk etmir, daha doğrusu, qarşıya qoyduğu məqsəd sistemində ünsiyyəti təsəvvürünə gətirə bilmir, şagirdlərin şəxsiyyətini öyrənməyi bacarmır, stereotip qiymət­ləndirmədən istifadə edir və buna müvafiq olaraq bütün siniflərdə yaş fərqindən asılı olmayaraq monoton ünsiyyətə gətirib çıxaran eyni cür qarşı­lıqlı təsir vasitəsindən istifadə edir, heç də həmişə ayrı-ayrı şagirdlərlə ünsiyyətdəki çətin­liyi təsəvvür edə bilmir, sinfi ələ almaqda çətinlik çəkir, şagirdin sinifdə və ailədə nə kimi qeyri-formal rolu yerinə yetirdiyini bilmir, düzgün olmayan, mövcud şəraitlə uyğun gəlməyən pedaqoji rəhbərlik üslubunu tətbiq edir və s.
Ümumiyyətlə müəllimin öz fəaliyyətində qarşılaşdığı prinsipial psixoloji çətinlikləri ümumiləşdirmiş olsaq onların aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik: müəllim şagirdi bütövlükdə öz inkişaf perspektivində qavraya bilmir, öz əməyini pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və şəxsiyyətlə vəhdətdə olan bir tam kimi görə bilmir, onları “müəllim-şagird” sistemi çərçivəsinə keçirə və qiymətləndirə bilmir. Müəllim üçün daha geniş yayılmış və xarakterik çətinlik şagirdlərin psixi vəziyyətini və özünün pedaqoji fəaliyyət və ünsiyyəti səviyyəsinin diaqnostikasını verə bilməməkdən ibarətdir.
Ümumiyyətlə götürdükdə müəllimin psixoloji çətinlikləri, onun müəyyən pedaqoji şəraitdə həyata keçi­rdiyi fəaliyyət zamanı təzahür edən gərginlik vəziyyəti ilə müəyyən edilir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda çətinliyin yaranma səbəbinin xarakteri ilə bağlı üç ümumi tipi müəyyənləşdiril­mişdir:
1. Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç1). Bu cür çətinlik, adətən, pedaqoji situasiyanın obyektiv çətinliyi nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin uyğun (adekvat) vasitələrinin olmaması ilə şərtlənir.
2. Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç2). Bu cür çətinliklər müəllim şəxsiyyə­tinin fərdi xüsusiy­yəti, motivləşməsi, özünüqiymət­ləndirməsi, əhvalları ilə şərtlənir. Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir göstərir.
3. Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən psixoloji çətinliklər (Ç3). Daxili səbəb­lərlə şərt­lənən çətinliklər müəllimin pedaqoji situasiyasını qavrama və təsəvvür etməsini təhrif edir, nəticədə müəllimdə yalançı problem yaranır, o, öz qarşısına uyğun olmayan məqsəd qoyur və şəraitə uyğun olmayan məsələni həll edir.
Adətən, müəllim daima şagirdlərlə, bütöv­lükdə siniflə münasibətdə olur, həmin münasibətlər onun təlim, tərbiyə, təşkilati proseslərindəki praktik fəaliyyətində inkişaf edir. Prosesi təmin etmək üçün müəllimin pedaqoji fəaliyyət zamanı baş verən çətinliklərin qarşısını almağa imkan verən münasibətləri yaratmağa hazır olması zəruridir. Müəllimdə isə bu cür zəruri qabiliyyət, bacarıq və vərdişlərin olmaması işdə qüsurlara, arzu olunmayan çətinliklərin baş qal­dı­rma­sına gətirib çıxarır.
Qeyd olunan psixoloji çətinliklərin hər biri (hər tip çətinlik) o birisindən fərqləndiyi kimi, onları aradan qal­dırmaq, bu sahədə müəllimə təsir formaları da müxtəlif olmalıdır.
Psixoloqlar pedaqoji fəaliyyət zamanı müəl­limin qarşılaşdığı psixoloji çətinliyin tipindən asılı olaraq aşağıdakı təsir formalarından istifadənin vacibliyini qeyd edirlər:
1) Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən istifadə olunması (müəllimin biliyindəki çatışmazlığı aradan qaldırmaq).
2) Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə psixoterapevtik formadan istifadə etmək, gər­gin­liyin götürülməsi üçün lazı­mi şəraitin yaradılması (müəl­limlə psixoloji iş).
3) Daxili səbəblərdən törəmiş xarici səbəb­lərlə şərt­lənən psixoloji çətinlik baş verdikdə psixotexniki formadan istifadə etmək, əməyin səmə­rəliliyini yüksəltmək məqsə­dilə müəllimlərin mövqe­lərini dəqiqləşdirmək üçün yaran­mış problemlə əlaqədar məktəb müəllimlərinin birgə işi (uy­ğun pedaqoji təsir vasitələrinin tapılması və yara­dıl­ması).

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin