Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə268/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   264   265   266   267   268   269   270   271   ...   297
psix

Birinci qrupa şagirdlərlə daima ünsiyyətdə olan müəllimləri aid etmək olar. Bu cür müəllimlər təkcə dərs­də, məktəbdə, təlimlə bağlı məsələləri həll edərkən şagird­lərlə ünsiyyətdə olmaqla kifa­yətlənmirlər. Onların şagird­lərlə ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir. Bu cür ünsiyyət öz səmərəliliyi, müəllimin şagirdlərə ina­mı ilə fərqlənir. Həmin müəllimlər demokratik rəhbərlik üslubuna malik olurlar.
Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəli­liyinə görə ikinci qrupu şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı dərin inam və etimad mövcud olan müəllimlər təşkil edir. Lakin onun şagirdlərlə qarşılıqlı ünsiyyəti ən çox təlim prosesində mövcud olur, təlimdən kənar vaxt­larda isə müxtəlif səbəblərdən bü cür ünsiyyət müntəzəm xarakter daşımır. Buna baxmayaraq bu və ya digər şagird çətinliyə düşdükdə və bunu həll edə bilmədikdə həmin müəllimə müraciət edir, bu zaman onların arasındakı ünsiyyət açıq qəlbdən və inam səviyyəsindən gedir. Həmin qrupa daxil olan müəl­limlərdə demokratik rəhbərlik üslubu üstünlük təş­kil edir. Bununla yanaşı olaraq ikinci qrupa daxil olan müəllimlərdə bəzən avtoritar rəhbərlik üslubu da özünü göstərir. Şagirdlərlə qarşılıqlı ünsiy­yətin xarakterinə görə üçüncü qrupa daxil olan müəllimlər əvvəlkilərdən bir sıra cəhətlərinə görə fərqlənirlər. Bu cür müəllimlər, adətən, şagird­lərlə yaxın ünsiyyət saxlamağa cəhd göstərir, bü cür ünsiyyətə can atırlar. Lakin bu cür ünsiyyətə nail ola bilmirlər. Bu cür ünsiyyətin baş tutmamasının səbəbinə gəldikdə, onlar vaxtın çatmaması üzündən öz cəhdlərini həyata keçirə bilmirlər. Ünsiyyətə cəhd göstərməsinə baxmayaraq, şagirdlər onlara inan­madıqlarına görə qarşılıqlı ünsiyyət baş tutmur. Belə müəllimlər ya həddindən artıq mentor (öyüdçü) pozası tutur, ya onlara verilən sirri saxlaya bilmir, ya da şagirdlərin hörmətini qazana bilmirlər. Ona görə də bu cür müəllimlərin şagird kollektivini idarəet­mələri çətinləşir. Bu cür müəllimlər ara­sında avtoritar rəhbərlik üslubuna malik olanlar tez-tez özünü göstərir. Bununla yanaşı həmin qrupa daxil olan müəllimlər arasında müəyyən miqdarda demokratik və ardıcıl olmayan rəhbərlik üslubuna malik olan müəllimlərə də rast gəlmək mümkündür.
Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəl-limlər şagirdlərlə çox məhdud işgüzar ünsiy­yətlə kifayət­lənirlər. Bu cür müəllimlər şagird­lərlə ünsiyyətə can atmadıqları kimi, dərs dedikləri şagirdlər də onlarla yaxın ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhələşməyə meyl göstərmirlər. Bu qrupa, əsasən avtokratik və etinasız rəhbərlik üslubuna malik olan müəllimlər daxil olurlar.
Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm vasitə rolunu oynayır. Adətən, müəllimin tutduğu mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir. Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, müxtəlif üsluba malik olan kommunikativ qarşılıqlı təsir müəllimin dərsdə şagirdlərlə ünsiyyətində bir sıra davranış modelinin meydana gəlməsinə səbəb olur. Psixoloqlar (L.D.Stolya­ren­ko və b.) şərti olaraq bu modellərə aşağıdakıları aid edirlər:

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin