Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə265/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   261   262   263   264   265   266   267   268   ...   297
psix

Kommunikativ qabiliyyətlər. Müəllim şagird­lərlə daimi ünsiyyətdə olduğuna görə onun pedaqoji fəaliy­yətində kommunikativ qabiliyyətlər də mühüm yer tutur. Kommunikativ qabiliyyətlər uşaqlarla düz­gün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kommu­nikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabil­lik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji nöqteyi-nəzər­dən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.
Perseptiv qabiliyyətlər - şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Bu cür qabiliyyətə malik olan müəllim indiki anda şagir­din psixologiyasını, onun psixi vəziyyətini qavrayır və eləcə də anlayır, ötəri bir əlamətə, kiçicik zahiri ifadəyə əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyi­şiklikdən baş çıxara bilir.
Suqqestik qabiliyyət (latın dilindən tərcü­mədə “təl­qinə əsaslanan”). Bu, şagirdlərə iradi təsir göstərmək qabiliyyəti, müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliy­yətindən ibarətdir. Suqqestik qabiliyyətlər müəllimdə iradənin inkişafından, özünə qarşı dərin inamın­dan, şagirdlərin təlim və tərbiyəsinə məsuliyyət hissindən, eyni zamanda müəllimin özünün düzgün hərəkət etməyinə dərin inamından asılıdır. Burada söhbət müəllimin sakit, şagirdləri kobudcasına sıxış­dırmadan, məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona nail olmasından gedir.
Pedaqoji mərifət. Bu cür qabiliyyət müəlli­min öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni müəyyənləşdirə bilmə­sində təzahür edir. Pedaqoji mərifətdə şagirdə qarşı hörmət və tələbkarlıq bacarıqla birləşdi­rilir. (Pedaqoji mərifət barədə aşağıda pedaqoji ünsiyyətdən danışarkən geniş bəhs olunmuşdur).
Pedaqoji təxəyyül. Şagirdlərlə daima ünsiy­yətdə olan müəllim öz təlim və tərbiyə işinin nəti­cəsini qabaqcadan görməyi, təsəvvür etməyi bacarma­lıdır. Burada pedaqoji təxəyyül mühüm rol oynayır. Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllə­rinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdir­məyin mümkün olduğunu görür.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin