Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəbə psixoloji hazırlığın diaqnostikası



Yüklə 1,29 Mb.
səhifə291/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   287   288   289   290   291   292   293   294   ...   297
psix

Məktəbə psixoloji hazırlığın diaqnostikası. Məktəbə psixoloji xidmətdə əsas yerlərdən biri uşaqların məktəbə psixoloji hazırlığının diaqnostikasını verməkdən ibarətdir. Bu sahədə aparılan işin əhəmiyyəti öz-özünə aydındır. Uşağın məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək bir tərəfdən həmin sahədəki qüsurları aradan qaldırmaq, digər tərəfdən məktəbdə ilk gündən şagirdlərin imkanlarına uyğun iş aparmaq üçün şərait yaradır. Məhz buna görə də məktəb psixoloqu (sinif muəllimi ilə birlikdə) birinci sinfə qəbul olunacaq uşaqların məktəbə psixoloji hazırlıq səviyyəsini aşkara çıxarmalıdır. Bu bir növ məktəbə psixoloji hazırlığın diaqnostikasından ibarətdir.
Uşağın məktəbə hazırlığının diaqnostikasını verərkən aşağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir:
1) L. S. Vıqotskinin bağça yaşı dövründə affektlərin intellektuallaşdırılmasının əsas yenidənyaranma halı olması barədə fikrinə istinad edərək ixtiyariliyi təlim fəaliy­yə­tinin zəminlərindən biri – məktəbə hazırlığın mühüm göstəricisi kimi nəzərə almaq, xarakterizə etmək lazımdır. Bu bir də ona görə zəruridir ki, uşağın məktəbdə məş­ğul­­­­­­­­ ola­cağı fəaliyyət növü - təlim fəaliyyəti ondan ixtiyari işlərin icrasını tələb edir.
2) Uşağın məktəbə hazırlığını xarakterizə edərkən nəzərə alınması zəruri olan ikinci mühüm göstərici əyani-obrazlı təfəkkürün inkişaf səviyyəsindən ibarətdir. Burada təsviri-sxematik vasitələrin təhlili, quraşdırılması və­­­ ­­­ tətbiqi ilə əlaqədar işlərin yerinə - yetirilməsinə fi­­kir­­­­ ver­­­­­­mə­­lidir.
3) Şəxsiyyət xarakteristikası üzrə göstəricilər. Burada şəxsiyyətin bütün cəhətlərinin inkişaf xüsusiyyətləri deyil, təlim fəaliyyətinin təşkilinə köməklik göstərən (və ya mane olan) şəxsiyyət göstəriciləri (emosional cəhət, ünsiyyətin xüsusiyyətləri, kollektiv fəaliyyətə daxil olmaq və s.) nəzərə alınmalıdır.
Məktəb psixoloqu qeyd olunan göstəricilər üzrə birinci sinfə qəbul olunan uşaqların hər birinin məktəbə hazırlıq səviyyəsini aşkara çıxarmaqla müəllimin onlarla müvafiq səmərəli iş aparması üçün şərait yaradır. Ona görə də qabaqcadan hazırlanmış proqrama əsasən uşaqlar yoxlanılmalıdır. Proqram hazırlanarkən yuxarıda qeyd olunan göstəricilərin xüsusiyyətlərini açmağa imkan verən yolları müəyyənləşdirməklə, aşağıdakı texniki və metodiki tələblərə əməl olunmalıdır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin