Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəbə psixoloji xidmət prosesində yerinə



Yüklə 1,29 Mb.
səhifə288/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   284   285   286   287   288   289   290   291   ...   297
psix

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət (konsultativ) işləri. Məktəbə psixoloji xidmət fəalyyətində müəllim, şagird və valideynlərlə aparılan məsləhət işləri əsas yerlərdən birini tutur. Məktəb psixoloqunun apardığı bu cür məsləhətlər fərdi və qrup halında keçirilə bilər. Hər ikisində əsas məqsəd bu və ya digər çətinliklərin mahiyyətini açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yollar göstərməkdən ibarətdir. Adətən, psixoloq məktəb müəllimlərinə aşağıdakı hallarda məsləhət verməli olur: şagirdlərin tədris materialını mənimsəmələrindəki çətinliklər, oxumaq həvəsinin olmaması və oxuya bilməmələri ilə bağlı, müəllimlə sinif arasında münaqişə yarandıqda, aparılan pedaqoji təsir vasitələri nəticə vermədikdə, müəllimin şagirdlərlə və şagirdlərin bir-biri ilə ünsiyyətindəki çətinliklərlə əlaqədar, şagirdlərin maraq, meyl və qabiliyyətlərini aşkara çıxarmaqla bağlı, şagirdlərin peşə yönümü, peşə seçmələrinə istiqamət verməklə bağlı və s.
Psixoloq şagirdlərlə fərdi olaraq tədris, inkişaf, öyrənmənin səmərəli yolları, həyat mövqeyini müəyyənləşdirmək, böyüklərlə və yoldaşları ilə ünsiyyət, özünütərbiyə və s. məsələlər ətrafında məsləhət keçirə bilər. Bununla yanaşı olaraq bir qrup şagirdlərlə və ya siniflə özünü tərbiyə, əqli əmək mədəniyyəti və s. problemlər ətrafında məsləhət təşkil edə bilər.
Adətən, məktəb psixoloqu ilə məsləhətləşməyə valideynlər daha çox ehtiyac hiss edirlər. Psixoloqun valideynlərə psixoloji məsləhəti aşağıdakı məsələləri əhatə edə bilər: Uşağı məktəbə necə hazırlamaq, onların təlim marağını necə inkişaf etdirmək; oxumaq istəməməsi, hafizəsinin zəifliyi, dalğınlıq, qeyri-mütəşəkkillik, qeyri-müstəqillik. "təcavüzkarlıq", hövsələsizlik, inadkarlıq, qorxaqlıq, sözə baxmamaq, laqeydlik və s. kimi qüsurları necə aradan qaldırmaq; uşaqda ailənin böyük üzvlərinə, özündən kiçik bacı və qardaşlarına qarşı mehriban münasibəti hansı yollarla tərbiyə etmək və s.
Psixoloji xidmətlə əlaqədar psixoloq hami təşkilatların, həddibuluğa çatmamış uşaqlarla iş aparan komissiyaların, xalq məhkəmələrinin, uşağın psixoloji vəziyyəti ilə əlaqədar psixoloji ekspertiza komissiyasının və b. yerinə yetirəcəkləri işlərdə onlara köməklik göstərmək məqsədilə də məsləhətlər keçirə bilər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin