Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.26.2. Məktəbə psixoloji xidmətin prinsipləri və



Yüklə 1,29 Mb.
səhifə285/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   281   282   283   284   285   286   287   288   ...   297
psix

VI.26.2. Məktəbə psixoloji xidmətin prinsipləri və

həyata keçirilmə mərhələləri


Məktəb ilkin sosial institut kimi, gənc nəsli həyata hazırlamalıdır. Həyat isə yalnız akademik biliklərdən ibarət deyildir. Sosiallaşma yalnız elmlərin əsası haqqında məlumatların verilməsi sayəsində həyata keçmir. İnsanın bir şəxsiyyət və fəaliyyətin subyekti kimi məktəbdə inkişafı aşağıdakıların həyata keçirilməsini tələb edir: 1)intellektin inkişafı, 2)emosional sahənin inkişafı, 3)stresə qarşı dözüm­­­­­lülüyün inkişafı, 4)özünə inamın inkişafı, 5)gerçək aləmə pozitiv münasibətin və başqalarını qəbul etmənin inkişafı, 6)müstəqilliyin, avtonomluğun inkişafı, 7)özünü­­aktuallaş­­­dırma, özünütəkmilləşdirmə motivləşməsinin inkişa­­fı.­­­ Bura­ya özünüinkişaf motivləşməsinin mühüm elementi kimi təlim motivləşməsinin inkişafını da aid etmək olar.


Bütövlükdə götürmüş olsaq, bütün bu ideyaları pozitiv pedaqogika və yaxud tərbiyə və təlimin humanistik psixologiyası adlandırmaq olar (L.D.Stolyarenko). Bunların məktəb təcrübəsində praktik şəkildə həyata keçirilməsi məktəbdə psixoloji xidmətin nəticələrinin mühüm praktik tələblərə uyğun olması, həmin psixoloji xidmət fəaliyyətinin məktəbdə təlim və tərbiyənin səmərəliliyini əsaslı şəkildə yüksəltməsini təmin etmək üçün burada psixoloji xidmətin pedaqoji prosesin real şəraitinə uyğun, sistemli əsasda aparılması zəruridir.
Məktəbə psixoloji xidmətin təşkilinin sistemli xarakter daşıması üçün aşağıdakı prinsiplərə əməl edilməsi tələb olunur:
1.Sistemli məqsədəuyğunluq prinsipi. Bu prinsipə görə məktəbdə psixoloji xidmətə daha ümumi olan «məktəb» sisteminin tərkib hissəsi kimi baxmaq lazımdır. Burada sistemyaradan komponent məqsəd və nəticədən ibarətdir (məqsədə nail olmaq dərəcəsi kimi). «Məktəb» sistemində bu cür məqsəd (və nəticə) şagird şəxsiyyətinin inkişafından ibarətdir. Həmin sistemin tərkib hissəsi, o cümlədən psixoloji xidmət ümumi istiqaməti konkretləşdirən özünün spesifik məqsədinə malik ola bilər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin