Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəbə psixoloji xidmətin funksiyaları və əsas



Yüklə 1,29 Mb.
səhifə283/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   279   280   281   282   283   284   285   286   ...   297
psix

Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət işləri. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik işlər. Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək korreksiya işləri. Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımcı işlər. Məktəbə psixoloji hazırlığın diaqnostikası. Çətin tərbiyə olunan şagirdlərlə aparılan psixoloji iş. Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.

VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və

vəzifələri




Psixoloji xidmət anlayışı və məktəbə psixoloji xidmətin zəruriliyi. İnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada psixoloji biliklərin zəruriliyi duyulmasın. Mübaliğəsiz demək olar ki, hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Ona görə də psixologiya insan haqqında əsas elmlərdən biri kimi insana xidməti ön plana çəkmişdir. İndiki dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran psixoloji mexanizmi açmağa cəhd göstərilir, bu sahədəki qanunauyğunluqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk baxışda hər şey öz yerində, öz qaydasında olduğu halda, nəticə sevindirici olmur: əmək məhsuldarlığı aşağı düşür, qarşılıqlı münasibətlər pozulur, işçi axını başlanır. Yaxud, hər cəhətdən yüksək imkanlara malik hesab edilən idman kollektivi birdən-birə sanki dəyişilir, öz pərəstişkarlarını narahat etməyə başlayır və s. Bu kimi hallarda psixoloji işin aparılması, başqa sözlə psixoloqun işə qarışması lazım gəlir və səmərəli nəticə verir. Deməli, həmin sahələrdə psixoloji xidmət həyata keçirilmiş olur. Məhz bu cür münasibət tərzindən "psixoloji xidmət" anlayışı meydana gəlmiş və qeyd etdiyimiz kimi özünə geniş yer etmişdir. Məktəbə psixoloji xidmət də eyni zərurət üzündən meydana gəlmişdir. Müasir məktəbin qarşısında duran vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı böyükdür. Biz tez-tez şagirdlərin təlimə münasibətlərinin zəifləməsi, tərbiyəlilik səviyyəsinin aşağı düşməsi, müəllim-şagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-va­lideyn münasibət­lərində çətinliklərin olması barədə mülahizələrin şahidi oluruq. Şagirdlərin intellektual səviyyələrinin müxtəlifliyi, çətin tərbiyə olunan uşaqların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və düzgün yanaşmağı tələb edir. Müasir psixologiyada belə bir cəhət əsas götürülür ki, hər bir sağlam uşaq, yeniyetmə və gənc müvafiq sosial şəraitdə özünün geniş inkişaf imkanına malikdir. Bununla birlikdə bütün uşaqlar eyni imkana malik deyildirlər. Hər bir şagirdin imkanını aşkara çıxarmaq, onun inkişafına təkan vermək məktəbdə təlim-tərbiyəni optimallaşdırmağın əsas tələblərindəndir. Məhz buna görə də uşaq psixologiyası və pedaqoji psixologiya, eləcə də sosial psixologiya, eləcə də sosial psixologiya sahəsində əldə edilmiş nailiyyətlərdən istifadə olunması ən ciddi məsələ kimi qarşıda durur. Uşaq psixologiyası və pedaqoji psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə tətbiqinin ən perspektiv yollarından biri xalq təhsili sisteminin bütün sahələrində psixoloji xidmətin təşkilindən ibarətdir. Bu cür xidməti həyata keçirmədən gənc nəslin təlim və tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail ola bilmərik.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin