Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə280/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   276   277   278   279   280   281   282   283   ...   297
psix

Pedaqoji kollektivə rəhbərlik. Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi və burada münasib psixoloji iqlimin yaranması onun düzgün idarə olunmasından, başqa sözlə rəhbərlikdən çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən biri pedaqoji kollektivə rəhbərliyin, onu idarəetmənin sosial-psixoloji funksiyalarını həyata keçirmək­dən ibarətdir. Həmin funksiyalara aşağıdakıları aid etmək olar:
Kollektivin təşkili, məqsəd yönəlişliyi, fəallaşdırılması, fəaliyyətinin təkmilləşdiril­məsi, kollektivin birliyinin təmin edilməsi, kol­lektivdə özünüidarəetmənin inkişaf etdirilməsi.
Kollektivin təşkili - bu, hər şeydən əvvəl, pedaqoji prosesin tələblərinə uyğun olaraq müəllim­lərin qarşılıqlı münasibətini, onların intiza­mını qaydaya salmaqdan ibarətdir. Kollektivin təş­kilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki sosial rolların persenifikasiyasından (şəxsləndi­rilməsindən), daha doğrusu müəllimlərin seçilməsi və yerləşdirilməsi, eləcə də onların birgə fəaliy­yətinin əlaqələndirilməsindən ibarətdir.
Məqsəd yönəlişliyi - bu, pedaqoji kollektivdə mövcud konkret fəaliyyət şəraitində məktəbin idarə olunmasının sosial funksiyasının həyata keçiril­məsinə yönəldilmiş məqsədlərin təşəkkülündən iba­rətdir. Kollektiv və onun hər bir üzvü tərəfindən qəbul olunmuş məqsəd onların əmək fəaliyyətinin lazım olan istiqamətdə fəallaşdırılması üçün mühüm zəminə çevrilir.
Kollektivin fəallaşdırılması - kollekti­vin təlim-tər­biyə işində yüksək nəticələr əldə etməsinə yönəldilmiş optimal əmək gərginliyini, şəraitini yaratmaq və müdafiə etmək. Fəallaşdırma maddi və mənəvi stimul sistemi yaratmaq və onların müəllimlərin sərvət meylinə çevrilməsi nəticəsində əldə edilir. Pedaqoji kollektivin fəaliyyətinin fəallaşdırılmasının mühüm şərtlərinə: yerinə yetirilən əməyin kəmiyyət və keyfiyyəti ilə onun qiymətləndirilməsi həcmi arasındakı asılılığın düzgün müəyyənləşdirilməsi, müəllimə yüksək, lakin yerinə yetirilə bilən tələbin verilməsi, onlarda insani münasibət, borc hissi tərbiyə etmək, kollek­tivdə işgüzar şəraitin yaradılması daxildir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin