Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə286/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   282   283   284   285   286   287   288   289   ...   297
psix

2.Tamlıq prinsipi. Bu prinsipə görə psixoloji xidmət bir tam sistem olan tədris müəssisəsinə istiqamətlənməli, yönəlməli, onu əhatə etməlidir. Bu o deməkdir ki, psixoloji xidmət məktəbdə oxuyan şagirdlərin tam əksəriyyətini (ən azı 70 %-ni) əhatə etməlidir.
3.Peşə-pedaqoji fəallıq prinsipi. Bu prinsipə görə məktəb müəllimləri məktəbə psixoloji xidmətin strukturunda, onun həyata keçirilməsində fəal rol oynamalıdırlar. Bu zaman müəllimin üzərinə şagirdlərlə fərdi psixoloji-pedaqoji iş (məsləhət, korreksiya, tərbiyəvi iş) aparmaq vəzifəsi düşür. Bu prinsipin həyata keçirilməsi mahiyyət etibarilə klassik fərdi psixoloji məsləhət modeli olan «psixoloq-şagird» modelindən xüsusi model olan «psixoloq-müəllim-şagird» modelinə keçmək deməkdir. Bu modelin həyata keçirilməsi müəllimdən yüksək peşəkarlıq tələb edir.
4.Kifayət qədər məhdudluq prinsipi. Bu prinsip diaqnostik metodikanı seçməklə bağlıdır. Bu prinsipə görə konkret məktəbdə şagirdlərin bir şəxsiyyət kimi və tədris-idrak fəaliyyətinin subyekti kimi öyrənilməsinin sistemi yaradılmalıdır. Seçilmiş metodika vaxta qənaət nöqteyi-nəzərdən olduqca qısa olmalıdır. Bununla yanaşı olaraq yaradılan metodik sistem kifayət qədər tam olmalıdır ki, şəxsiyyətin strukturunun bütün komponentlərinin: psixi proseslərin, emosional sahənin, şəxsiyyətin xassələrinin, motivləşməsinin psixodiaqnostik tədqiqini həyata keçirməyə imkan versin.
5.Qarşılıqlı əlaqə prinsipi. Bu prinsipə görə psixoloq, müəllim və məktəb rəhbərlərinin fəaliyyəti təkcə onların fəallıq dərəcəsi ilə məhdudlaşmamalıdır. Məktəb sisteminin ünsürləri kimi onların qarşılıqlı əlaqəsinə də xüsusi yer verilməlidir.
6.İnkişaf prinsipi. Bu prinsip mərkəzi sistemyaradıcı komponentdir. Lakin müasir məktəb təcrübəsində «inkişaf» heç də həmişə kompleks vəzifə kimi anlaşılmır. Burada çox vaxt əqli və şəxsiyyətin inkişafında disbalans özünü göstərir, birinciyə daha çox üstünlük verilir.
Qeyd olunan prinsiplərə əməl edilməsi məktəbə psixoloji xidmətin səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır.
Bəs məktəbə psixoloji xidmət hansı mərhələlərdə həyata keçir?
Mövcud psixoloji ədəbiyyatda qeyd olunan prinsipləri əsas götürməklə məktəbdə psixoloji xidmətin aşağıdakı mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar.
1.Birinci mərhələ bir növ məktəbdə psixoloji xidmətin ilkin mərhələsi olub bunun düzgün həyata keçirilməsindən onun sonrakı davamı çox asılıdır. İlkin mərhələdə əvvəlcədən seçilmiş psixodiaqnostik metodların köməyi ilə imkan daxilində məktəbin bütün şagirdləri yoxlamadan keçirilir.Məktəb daxilində bu cür ekspres diaqnostikanın aparılmasını direktorun müavinlərindən biri təşkil edir.
2.Psixodiaqnostika prosedurasının aparılması ilə bir vaxtda məktəbin müəllimləri üçün psixoloji-pedaqoji seminarlar seriyası keçirilir. Adətən, 4-5 bu cür seminar keçirilir. Bu məşğələlərin məqsədi müəllimləri aparılacaq işlərlə tanış etmək, şagirdlərin hansı cəhətlərini öyrənməklə tanışlıq, metodikalarla tanış olmaq, diaqnostikadan keçiri­­ləcək keyfiyyət, xassə və proseslərin psixologiyasını qısaca nəzərdən keçirməkdən ibarət olur.
3.Diaqnostik işlər başa çatdıqdan sonra əldə edilmiş nəticələrin işlənməsi həyata keçirilir. Hər bir şagird haqqında məlumat sinfin xüsusi psixoloji xəritəsində qeyd olunur. Psixoloji xəritələr adətən psixologiya kabinetində saxlanılır.
4.Əldə edilmiş nəticələr psixoloq tərəfindən təhlil edildikdən və yoxlanılan bütün siniflər üzrə psixoloji xəritələr doldurulduqdan sonra daha mühüm mərhələ – əldə edilmiş nəticələrin psixoloq və müəllimlər tərəfindən birgə təhlili mərhələsi başlayır. Bu iş aşağıdakı şəkildə həyata keçirilir:
4.1.Bütün siniflər üzrə fərdi («psixoloq-sinif rəhbəri» diadında) qrafik tərtib olunur. Psixodiaqnostikanın psixoloji xəritələrdə əks olunan nəticələrinin təhlili prosesində sinif rəhbəri psixoloqun köməyi ilə sinifdəki psixoloji iqlimi müəyyənləşdirir və bu və ya digər şagirdə fərdi yanaşmağın pedaqoji strategiyasını, eləcə də şəxsiyyətlərarası səviyyədə və bütövlükdə sinifdə qarşılıqlı təsirin taktikasını işləyib hazırlayır.
4.2.Sonrakı mərhələdə eyni tipli iş «psixoloq-fənn müəllimi» diadında həyata keçirilir.
4.3.Şagirdlərin psixoloji-pedaqi aspektdə psixodiaq­­nos­­­tikasının nəticələri onların valideynləri ilə müzakirə oluna bilər. Bu ən çox valideynlərə psixoloji məsləhət məqsədi daşıyır.
5.Əldə edilmiş nəticələr əsasında məktəb psixoloqu tərəfindən şagirdlərlə psixokorreksiya işlərinin aparılması mərhələsi.
6.İşin nəticələri barədə valideyn iclasında ümumiləşmiş məlumat verilir, eləcə də məktəbin pedaqoji şurasında müza­­kirə olunur.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin