Təlim fəaliyyəti - məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər.
Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçirir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər.
Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
Fəaliyyət nəyə deyilir?
Tələbat nədir və onun hansı növləri vardır?
Fəaliyyətin motivləri dedikdə nəyi başa düşürsünüz? Motivləri təsnif edin.
Fəaliyyətin quruluşunu şərh edin.
İş və hərəkət nədir? Onları xarakterizə edin.
Fəaliyyətin mənimsənilməsi dedikdə nəyi başa düşürsünüz?
Vərdişlər və onların xarakteristikasını verin.
Vərdişlər və mümarisələrin qarşılıqlı əlaqəsini şərh edin.
Mümarisələrə nə kimi psixoloji tələblər verirlər?
Vərdişlərin keçirilməsi və interferensiyası dedikdə nəyi başa düşürsünüz?
Vərdişlərin keçirilməsi və interferensiya hadisələri hansı formalarda təzahür edir?
Bacarıq və adətləri şərh edin.
Dildaxili və dillərarası interferensiya hadisələrini şərh edin.
Oyun, təlim və əmək fəaliyyətinin fərqləndirici xüsusiyyətlərini şərh edin.