Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Müəllimin pedaqoji bacarıq və qabiliyyət­ləri



Yüklə 1,29 Mb.
səhifə260/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   256   257   258   259   260   261   262   263   ...   297
psix

Müəllimin pedaqoji bacarıq və qabiliyyət­ləri. Peda­qoji fəaliyyətin müvəffəqiyyətini təmin edən, müəl­limin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən biri də onun pedaqoji bacarıqqabiliyyətləridir.
Müəllim təkcə dərin biliyə, geniş dünyagörü­şünə malik olmaqla, öz fənnini hərtərəfli mənimsə­məklə kifayət­lənməməlidir. O, eyni zamanda bildik­lərini, öyrəndiklərini, tədris etdiyi elmin əsasla­rını şagirdlərə çatdırmağı da bacar­malıdır. Hər fənnin özünəməxsus xüsusiyyətləri, çətin­lik­ləri vardır. Ona görə də müəllim öz fənnini yaxşı bilməklə, onu şagirdlərə çatdırmaq yollarına da yiyələnməlidir.
Şagirdlərin təlim-tərbiyə işi mürəkkəb və çətin bir prosesdir. Ona görə də burada müəllimin təkcə faktları qeyd etməsi kifayət deyildir. Müəl­lim şagirdlərin təlim tərbiyə işini idarə etməyi də bacarmalıdır. Buna görə də o, öz yetişdirmə­lərinin daxili aləminə nüfuz etməyi bacarmalı, onların fikri iş tərzlərini izləyə bilməlidir. Yalnız belə olduqda müəllim şagirdlərin təlim-tərbiyə işini düzgün istiqamətə yönəldə bilər, həmin iş idarə olunan işə çevrilər. Məhz buna görə də müəllim təkcə müvafiq biliklərə malik olmamalı, həmin bilikləri şagirdlərə çatdırmağı, onlara aşılamağı da bacarmalıdır.
Bəs müəllim konkret olaraq hansı pedaqoji bacarıq və vərdişlərə yiyələnməlidir? Bu barədə müxtəlif mülahizələr, fikirlər mövcuddur. Biz həmin məsələni daha sistemli və konkret əks etdirən bir mülahizəni burada qeyd edirik. Professor A.İ.Şerbakov müəllimin yiyələnməli olduğu peda­qoji bacarıq və vərdişləri dörd qrupa bölür: 1) məlumat­verici bacarıq və vərdişlər; 2) səfərbəredici bacarıq və vərdişlər; 3) inkişafetdirici bacarıq və vərdişlər; 4) isti­qamətləndirici bacarıq və vərdişlər.
Bu bacarıq və vərdişlərin mahiyyəti aşağıdakı şəkildə xarakterizə olunur.


Məlumatverici bacarıq və vərdişlər:
- elmi materialları didaktik yolla işləməklə tədris materialı şəklinə salmağı bacarmaq;
- əsas didaktik vahidləri (anlayış, bacarıq və inam) ayırmaq, onların təşəkkülü və inkişafı yol­larını işləyib hazırlamaq və şagirdlərin müvafiq bilik sisteminə daxil etmək;
- müvafiq məktəb fənninə dair xarakterik me­todlar sistemini təkcə tətbiq etməklə kifayətlən­məmək, eyni zamanda onları inkişaf etdirmək;
- proqramlaşdırılmış təlim ünsürlərini tətbiq etmək;
- şagirdlərin anlayacağı, məntiqi, aydın, qısa və ifadəli şəkildə danışmaq;
- əks əlaqəni təmin etmək;
- şagirdlərin muzeyə, təbiətə, istehsalata eks­kur­siyalarını təşkil etmək, onları kənd təsərrü­fatı əməyi ilə tanış etmək, məşğələləri tədris emalatxanalarında və tədris-təcrübə sahəsində aparmaq.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin