Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəbə psixoloji xidmət prosesində yerinə



Yüklə 1,29 Mb.
səhifə290/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   286   287   288   289   290   291   292   293   ...   297
psix

Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək korreksiya işləri. Məktəbə psixoloji xidmət təkcə diaqnostik işləri həyata keçirməklə də başa çatmır. Bu və ya digər çətinliyi və onun səbəbini aşkara çıxarmaqla yanaşı (istər intellektual, istərsə də şəxsiyyət baxımından) psixoloji xidməti həyata keçirən mütəxəssis həmin çətinlikləri aradan qaldırmaq, təshih etmək üzrə də iş aparmalıdır. Yalnız bu zaman nəzərdə tutulmuş nəticəni əldə etmək mümkündür. Məhz buna görə də psixoloji xidmət zamanı aşağıdakı korreksiya işlərinin həyata keçirilməsi zəruridir:
- şagirdlərin şəxsiyyətində, əqli inkişafında, emosional iradi xüsusiyyətlərində özünü göstərən çətinliklərin aradan qaldırılması;
- şagirdlərin yaşlılar və həmyaşlıları ilə qarşılıqlı şəxsiyyətlərarası münasibətlərində özünü göstərən qüsurların aradan qaldırılması.
Adətən, korreksiya proqramının həm psixoloji, həm də pedaqoji cəhətləri vardır və onların həyata keçirilməsi bir-birindən müəyyən dərəcədə fərqlənir. Psixoloji korreksiya psixoloq tərəfindən planlaşdırılır və həyata keçirilir. Pedaqoji korreksiya isə məktəb psixoloqu müəllimlərlə birlikdə (məktəb direk­toru, dərs hissə müdiri, sinif rəhbəri, fənn müəllimi) planlaşdırılır, psixoloqun nəzarəti və köməkliyi ilə müəllimlər və valideynlər tərəfindən həyata keçirilir.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımçı işlər. Məktəbə psixoloji xidmətlə əlaqədar əsasnamədə yuxarıda qeyd olunanlarla yanaşı, bir sıra yardımçı işlərin həyata keçirilməsi də nəzərdə tutulur. Həmin işlər bu və ya digər şəkildə əsas işlərlə bağlanır və onların həyata keçirilməsinə xidmət edir. Psixoloji xidmət zamanı yerinə yetirilən həmin yardımçı işlərə aşağıdakıları aid etmək mümkündür:
- məktəb psixoloqu şagirdlərin davranış və
mə­­­nim­səmələrinin psixoloji təhlilini vermək və burada onların şəxsiyyətlərinin və qabiliyyətləri­­­­­nin­­­­­­­­­ fərdi psixi xüsusiyyətlərini daha dəqiq, ətraflı açmaq məqsədilə pedaqojikonsilium təşkil edir;
- məktəb psixoloqu məktəbin pedaqoji şurasının işində iştirak edir;
- psixologiya kabinəsi və məktəb kitabxanasının köməyi ilə müxtəlif yaşlı uşaqların təlim və tərbiyəsi problemlərinə dair psixoloji-pedaqoji ədəbiyyatdan və şagirdlər üçün psixoloji ədəbiyyatdan ibarət bölmə, "kitabxana" yaradır.
Məktəbdə psixoloji xidmətin qeyd olunan istiqa-mətlərini müxtəlif konkret sahələrə tətbiq etmək müm­kündür. Bunların ən əsaslarından bəzilərini nəzərdən keçirək.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin