Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə44/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   297
psix

Daktil nitq sözlərin daktil hərflərlə ifadə olunmasından ibarət olan nitqdir. Daha doğrusu, bu zaman barmaqların müxtəlif konfiqurasiyalarından və hərəkətlərindən istifadə olunur. Daktil nitqdən karlarla iş zamanı surdopedaqoji köməkçi nitq vasitəsi kimi, eləcə də karlar arasında şəxsiyyətlərarası kommunikasiya və eşidən adamlarla onlar arasında ünsiyyət vasitəsi kimi istifadə olunur.
Eqosentrik nitqə gəldikdə bu insanın özünə yönəlmiş nitqdir. Onun köməyi ilə insan (ən çox uşaqlar) özünün praktik fəaliyyətini tənzim edir və ona nəzarət edir. Eqosentrik nitq xarici (kommunikativ) nitqdən nəşət edir və onun qismən interiorizasiya olunmuş məhsulu kimi özünü göstərir. Eqosentrik nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsi kimi özünü göstərir.
Qeyri-verbal ünsiyyət. İnsanlar heç də həmişə ünsiy­yət prosesində verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çox vaxt onlar verbal yolla çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərmək üçün sözsüz, nitqdən kənar vasitələrdən də istifadə edirlər. İnsanlar özlərinin hisslərini, fikir və arzularını çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danışmaq istəmirlər. Bu zaman informasiya mübadiləsi sözsüz, sözlərin köməyi olmadan həyata keçir. Belə ünsiyyət qeyri-verbal vasitələrin köməyi ilə baş verir. Bu cür qeyri – verbal kommunikasiya vasitələrinə müxtəlif simvolları, mimikanı, pantomimikanı, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri – verbal ünsiyyət vasitəsi rolunu müxtəlif amillər oynaya bilər. Onlardan bəzilərini qısaca nəzərdən keçirək.
Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müx­təlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşə biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda daha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s. barədə məlumat əldə edirlər.
Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrə üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Üzün ifadəli hərəkətlərindən (mimikadan), jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini və s. məlumatları çatdıra bilirlər. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə, eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxarıdan aşağıya hərəkət etdirdikdə razılıq, təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq, inkar kimi başa düşülür, şərh olunur. Əksər xalqlarda başın həmin hərəkətləri məhz bu cür də şərh olunur. Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür.
Bununla belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli hərəkətləri, qeyri – verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha güclü təsir göstərir. Məsələn, insan sevincdən doğan göz yaşları ilə dostlarını inandırmağa çalışsa ki, «Məndə hər şey yaxşıdır!» onlar onun sözünə deyil, daha çox göz yaşına inana­caqlar.
İnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı qeyri – verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyadan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s. dən istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması, öskürməsi tələbələrin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşmələrinə səbəb olur.
İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun əhvalı, hissləri, nə demək istəməsi, ədası barədə məlumat verir.
İnsanlar onları əhatə edən adamlara öz mənasibətlərini təkcə geyimləri, ədaları ilə deyil, həmin adamlarla ünsiyyət zamanı hansı distansiyanı, məsafəni tutmalarına əsasən də çatdıra bilirlər. Bu yolla bir növ qeyri – verbal şəkildə ətrafdakılara öz münasibət tərzlərini çatdırırlar. Bu baxımdan mütəxəssislər şəxsiyyətlərarası ünsiyyətdə aşağıdakı dörd zo­nanın mümkünlüyünü qeyd edirlər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin