Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Dostlar arasında ünsiyyətitn xarakteri



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

Dostlar arasında ünsiyyətitn xarakteri.  İnsanlar

arasında  ünsiyyətin xüsusi forması dostluq ünsiyyətidir. Dos-

tluq davamlı fərdi – seçici qarşılıqlı münasibət və qarşılıqlı

təsir sistemindən ibarətdir.  Dostlar arasında olan ünsiyyət

adamların bir – birilə qarşılıqlı bağlılığı, sədaqətliliyi, bir – biri

ilə ünsiyyətdən məmnunluqları, bir – birindən qarşılıqlı hiss və

arzuları gözləmələri ilə səciyyələnir.  Dostluğun inkişafı

qarşılıqlı anlama, ürəyiaçıqlıq, etibarlılıq, fəal qarşılıqlı kömək, 

bir – birinin işlərinə qarşılıqlı maraq, səmimilik  və təmənnasız

hisslərin olması kimi yazılmamış kodeksə əməl etməyi tələb

edir.  Dostluq kodeksinin ciddi şəkildə pozulması ya dostluğun

dayandırılmasına, ya üzdən həyata keçən yoldaşlığa keçməsinə, 

ya da düşmənçiliyə səbəb ola bilər.       

       Ünsiyyətdə maneələr və onların qarşısını almaq yolları.

İnsanların birgə yaşayışı,  birgə fəaliyyəti prosesi daima

ünsiyyətlə müşayət olunur.  Başqa sözlə ünsiyyət insanlar

arasında təmasın yaranması və  inkişafı prosesi kimi meydana

çıxır.  Bu prosesdə insanlar öz fikir və arzularını bir- birlərinə


125

çatdırır,  bir- birlərinə qarşılıqlı təsir göstərir,  bir- birlərini

qavrayır və anlayırlar. Ünsiyyət prosesinin xarakteri insanların

birgə fəaliyyətinə,  qarşılıqlı    münasibətlərinə özünəməxsus

təsir göstərir. Bir çox hallarda  ünsiyyət prosesi münaqişələrlə

müşayət olunur və qarşılıqlı münasibətə neqativ təsir  göstərir. 

Hamımız olmasaq da bəzilərimiz bu cür  münaqişəli şəraitdən

çıxmaq üçün müvafiq yol tapa bilmirik.  Ünsiyyət zamanı baş

verən bu cür maneələri  aradan qaldırmaq yollarını nə orta, nə

də ali məktəblərdə öyrətmirlər.  Lakin    sosial psixologiya    və

pedaqogikada bununla bağlı olduqca zəngin empirik və nəzəri

məlumatlar toplanmışdır ki,  onlardan istifadənin    ünsiyyət

maneələrinin qarşısını almaqda rolu inkarolunmazdır. 

Ünsiyyət prosesinə mənfi təsir göstərən bu cür

maneələrin bəziləri və onların qarşısını almaq yollarını qısaca

nəzərdən keçirək. 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  müxtəlif

fəaliyyət növlərində bu cür maneələr müxtəlif şəkildə özünü

təzahür etdirir.  Məsələn,  görkəmli psixoloq V.A.  Kan-Kalik

gənc müəllimlərin pedaqoji ünsiyyətində özünü göstərən

çətinlikləri «psixoloji maneələr» adlandırmış və bunları  peda-

qoji    fəaliyyətin spesifik xüsusiyyətləri ilə əlaqələndirmişdir.

1

Şübhəsiz həmin materialdan istifadə olunması    gənc müəl-



limlərin

pedaqoji


ünsiyyətindəki

çətinlikləri

aradan

qaldırmalarında onlara köməklik göstərə bilər.  Ona görə də  



burada həmin fikirləri təkrar etməyi lazım    bilmədik.  Burada

ümumiyyətlə    insanların ünsiyyətində özünü göstərən bəzi

çətinlikləri, onları doğuran səbəbləri psixoloji maneə kimi şərh

etməyə çalışmışıq. 

Ünsiyyət zamanı    diqqəti cəlb edən çətinliklərdən, 

maneələrdən biri qavrayışla  şərtlənən səhvlərdir. Bir çox hal-

larda ünsiyyətdə olan adamlar bir-birlərini düzgün qavraya

bilmirlər. Bu cür maneələr ona görə meydana gəlir ki, ünsiyyət

                                                

1

Бах, дярслийин  ВЫ.25.3 –ъü бюлмясиня



126

zamanı hər bir adam qeyri-ixtiyari olaraq onun üçün

əhəmiyyətli olan cəhəti ayırır, ona fikir verir və münasibət bil-

dirir.  Nəticədə ünvanlanmış məlumat təhrif olunur və

anlaşıqsızlığa gətirib çıxarır.  Ona görə də ünsiyyətin əsas

məqsədi olan məlumat bir növ düzgün dərk edilmir.  Bu isə

münaqişə ilə  nəticələnir. 

Qavrayışla yanaşı    olaraq ünsiyyətdə olan adamların



təfəkküründə olan fərdi fərqlər də onların ünsiyyətini

çətinləşdirir. Bu cür çətinliyi məntiqi səhvlərdən doğan çətinlik  

adlandırmaq olar.  Ünsiyyətdə olanların əqli keyfiyyətlərinin

inkişaf xüsusiyyətlərinə görə fərqli olmaları onların bir –

birlərini    başa düşmələrini çətinləşdirir.  Məhz buna görə də

bəzən ünsiyyət alınmır. 

Ünsiyyətdə olanların nitqlərindəki üslub səhvləri  də bir

maneə kimi ünsiyyət prosesini çətinləşdirir.  Belə ki,  bəzən

adamların nitqində məlumatların çatdırılması forması onun

məzmununa uyğun olmur və bu da ünsiyyət prosesini

çətinləşdirir. 

Bu cür çətinliyin qarşısını almaq üçün mütəxəssislər

ünsiyyət zamanı bir sıra qaydalara əməl olunmasının vacibliyi-

ni irəli sürürlər. Bunlara aşağıdakıları aid etmək olar: 



«Haşiyə»    qaydası. Bu qaydanın mahiyyəti ondan

ibarətdir ki,  hər cür    işgüzar ünsiyyətin əvvəli və sonu dəqiq

müəyyənləşdirilməlidir. 

«Məqsəd»  qaydası. Bu qaydaya görə çatdırılan fikirlər

tör – töküntü şəklində deyil çox dəqiq şəkildə sıralanmalıdır. 

Bunlarla yanaşı olaraq ünsiyyətə girərkən nitqin

əvvəlində həmsöhbəti maraqlandırmağa cəhd göstərilməli, 

maraqlı faktlarla,  aforizm və nümunələrlə    onun diqqəti cəlb

edilməlidir. Yalnız bundan sonra əsas məsələyə keçmək faydalı

olur.  Əsas fikir çatdırıldıqdan sonra dinləyicinin etiraz və

suallarıni dinləmək və öz nitqini nəticələr və ya xülasə ilə başa

çatdırmaq lazım gəlir. 

Kommunikator öz nitqini qısa cümlələrlə (5–9 söz) ifadə



127

etməlidir. Bu cür məlumat dinləyicilərin yadında yaxşı qalır. 



Semantik (məna)  səhvlər də ünsiyyətə mənfi təsir edən

maneə kimi özünü göstərə bilər.  Adətən bu cür səhvlər eyni

sözün müxtəlif məna daşıdığı zaman özünü göstərə bilir. 

Nəticədə dinləyici sözü eşitdikdə onu təhqir mənasında anlaya

bilər ki, bu da ciddi münaqişəyə səbəb olar. 

Ünsiyyətin səmərəli keçməməsinə səbəb olan maneə kimi

resipientin xətrinə dəyən söz  və ifadələrdən istifadə edilməsini

də qeyd etmək olar.  Şübhəsiz dinləyiciyə «Sən qorxaqsan, 

tənbəlsən,  satqınsan»  və s.  şəklində deyilən söz ciddi  

narazılığa səbəb ola bilər.

Nitqdə tez- tez «həmişə»,  «heç vaxt» kimi ifadələrin

işlədilməsi də ünsiyyətə ciddi zərər gətirir. Aşağıdakı iki ifadə

bir – birindən nə qədər fərqli səslənir: «Siz məşğələyə gecikmi-

siniz»  və «Siz həmişə məşğələyə gecikirsiniz!»  Burada

«həmişə»  sözündən istifadə olunması,  ona istinad edilməsi

ünsiyyət məntiqinin pozulmasına səbəb olur.  Bu sözdəki hər

cür vəd və ya qadağan təmasın yaranmasına mane ola bilər. 

Bunun üçün «Sən mənə heç vaxt bu cür hərəkət etməyəcəyini

vəd etmişdin»,  «Sən həmişə bunu yadda saxlaya    bilmirsən!»  

kimi ifadələrin işlənməsi    ünsiyyətin alınmaması    üçün

kifayətdir. 

Həmsöhbətlərin hər hansı bir fikri başqa cür başa



düşməsi də ünsiyyət üçün maneə rolunu oynaya bilər. Məsələn, 

«Sən sadəcə olaraq düşünürsən ki, mən…» və ya da «Siz bilə –

bilə gecikirsiniz görəsiniz ki,  mən buna necə reaksiya

verəcəm»  və s.  ifadələri qavramada olduğu kimi.  Hətta əgər

başqasının fikri düzgün «başa düşülməzsə»  də bunun

hündürdən ifadə olunması adətən həmsöhbət tərəfindən özünün

təhqir olunması və ya ona təzyiq göstərilməsi    kimi başa

düşüləcəkdir.  Bu isə şübhəsiz təmasın inkişafına şərait

yaratmayacaqdır. 

Ünsiyyətin səmərəliliyi və onun iştirakçılarının bu

prosesdə qarşılıqlı təsirində maneə rolunu oynayan səbəblərdən


128

biri də insanların həmin prosesdə ehtiyatlı hərəkət etməməsi, 

danışığında əmr üslubundan istifadə etmələri,  başqa sözlə av-

tokratik mövqe tutmalarıdır. Xahiş, məsləhət şəklində müraciət

tərzi – kimə müraciət etmələrindən asılı    olmayaraq,  əmr

etməyə nisbətən olduqca az daxili etiraz,  qarşıdurma yaradır. 

«Gətir!»,  «Yadında saxla!»,  «Dərhal yerinə yetir!»  tipli

müraciət    formaları insanın mənliyinə ağır təsir göstərir, 

nəticədə ünsiyyət prosesi üçün maneə  rolunu oynayır. 

Ünsiyyət zamanı nitqdə olan fonetik səhvlər,  səslərin

təkrarı,  tüfeyli sözlərdən    (qısası,  deməli,  zad və s.),  eləcə də

parafonezlərdən istifadə edilməsi    ünsiyyət prosesinə mənfi

təsir göstərir.  Bu cür hallar həmsöhbətin diqqətinin  

yayınmasına,  həyəcanlanmasına,  nitqi yanlış şəkildə qavrama

və anlamasına  səbəb olur. 

Ünsiyyət zamanı mövcud ola biləcək maneələri azaltmaq

və baş verə biləcək münaqişənin qarşısını almaq üçün

«səmərəli ünsiyyət qaydaları»ndan istifadə  olunması zəruridir. 

Mütəxəssislər bu cür qaydalara aşağıdakıları aid edirlər: 

1. Öz çıxışına başlamazdan əvvəl dinləyicilərə nələri

çatdırmaq istədiyini bildirmək,  başqa sözlə öz ideyalarını

aydınlaşdırmaq zəruridir.

2. Qısa cümlələrlə (5  – 9    sözdən ibarət )  danışmağa

çalışın.  Bu cür cümlələr qavrama və anlama üçün daha çox

səmərəlidir. 

3. Səsinizin daha çox ifadəli olmasına çalışın.

4. Öz nitqinizdə fasilələrdən istifadə edin.

5. Öz nitqinizdə aydın olmayan,  ikimənalı ifadələrdən

eləcə də professionallıqdan qaçmağa çalışın. 

6. Həmsöhbətinizin qeyri – verbal siqnallarına (mimika

və jestlər və s.) nəzər salın.

7. Kateqoriyallıqdan qaçmağa çalışın. Nəzərə alın ki, si-

zin fikriniz yanlış ola bilər.

8. Ünsiyyət yeri və vaxtını düzgün seçin. 

9. Daima öz nöqteyi nəzərinizi dəyişdirməyə hazır olun.


129

10. Səmərəli dinləmə qaydasına əməl edin. Bu qaydalar

aşağıdakılardan ibarətdir: 

-

Həmsöhbətinizin sözünü kəsməyin.



-

Həmsöhbətinizə qarşı diqqətli olun.

-

Tələsik nəticə çıxarmayın.



-

Həmsöhbətinizin ifadəsinə sakit reaksiya verin.

-

Diqqətinizi yayındırmayın.



-

Təfəkkür tempinizi nitqə uyğunlaşdırın.

-

Həmsöhbətinizlə əks əlaqə yaratmağa çalışın.



       Ünsiyyətdə məna maneələri və onları doğuran səbəblər.

Psixoloji ədəbiyyatda ünsiyyətdə olan adamlar arasında

münaqişənin səbəblərindən biri kimi məna maneəsinin

yaranmasını qeyd edirlər.  Belə ki,  bəzən ünsiyyətdə olan

tərəflərin baş verən hadisəyə verdikləri məna uyğun gəlmir və

bu məna maneəsi kimi münaqişənin yaranmasına gətirib

çıxarır.

Psixoloqlar müəyyən etmişlər ki,  məna maneəsi həm

ünsiyyətdə olan adamın qarşısında hansı tələbin qoyulmasından

asılı olmayaraq,  konkret adama münasibətdə,  həm də kimin

irəli sürməsindən asılı olmayaraq, konkret tələbə münasibətdə

özünü göstərə bilir. Məsələn, müəllim şagirdi onun davranışına

uyğun olmayaraq,  qeyri obyektiv cəzalandırdıqda şagirddə

həmin müəllimə    qarşı    məna maneəsi yaranır.  Bundan sonra

müəllim nə qədər obyektiv hərəkət etsə də şagird onu qəbul edə

bilmir.  Konkret adama qarşı bu cür məna maneəsi müəllim

tamamilə obyektiv,  düzgün hərəkət etdiyi halda,  şagirdin öz

davranış motivini dərk  edə bilməməsindən  asılı olaraq da ya-

rana bilir.

Konkret tələbə münasibətdə özünü göstərən məna

maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir. 

Məsələn,  müsbət nəticə vermədiyi halda    tərbiyəçi eyni tələbi

dəfələrlə irəli sürür.  Nəticədə uşaq bu cür tələblərə o qədər

alışır ki, onu bir növ qavramamağa başlayır. 

Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması


130

şagirdlərlə aparılan işin çətinləşməsinə,  bir növ nəticəsiz

qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu

cür məna maneələrinin yaranmasının qarşısını almağa

çalışmalıdır. Bu cəhətdən müəllim və tərbiyəçi üçün əsas prob-

lem zəruri təsir vasitəsini seçmək deyil, həm də rəftar və

davranışını motivlərini,  onun baxışlarını,  münasibətlərini

bilməkdir.  Belə olduqda məna maneələrinin yaranmasının

qarşısı alına bilir.

II. 4. 4. Ünsiyyət insanların bir-birini qavraması

və anlaması kimi

Ünsiyyət


prosesində

insanlar


təkcə

informasiya

mübadiləsi aparmaqla,  bir-birinə qarşılıqlı təsir göstərməklə

kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar. 

Bu ünsiyyətin perseptiv cəhətini təşkil edir. Ünsiyyətin persep-

tiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik

deyildir. 

Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarşılıqlı təsir

prosesinə    daxil olan insanlar    özlərinin qarşılıqlı    anlama

səviyyələrini

qiymətləndirə,  tərəf

müqabillərinin

hansı


keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə

bilsinlər.  Ona görə də ünsiyyətin iştirakçıları    şüurlarında bir-

birinin daxili    aləmini    yaratmağa,  hisslərini,    davranış

motivlərini,  əhəmiyyətli obyektlərə münasibətini    anlamağa

cəhd göstərirlər.  Başqa sözlə,  bir-birini dəqiq qavramağa    və

anlamağa çalışırlar.  Qavrama və anlama    nə qədər dəqiq və

ətraflı olarsa onların qarşılıqlı münasibətləri də bir o qədər

səmərəli xarakter daşıya bilir.  Fərd başqa adamları dərk

etməklə onlarla birgə fəaliyyətin perspektivlərini daha yaxşı

müəyyənləşdirmək imkanı əldə edir.  Məhz onların    daxili

aləmlərinin  dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin  müvəf-

fəqiyyətlə  həyata keçməsi üçün mühüm şərtdir. 



131

İnsanların bir-birlərini qavramalarının mexanizmləri

Məlum olduğu kimi,  ünsiyyət prosesində    ən azı iki adam

iştirak edir. Onlar bir-birilə informasiya mübadiləsi  aparır, bir-

birinə qarşılıqlı təsir göstərir və bir-birlərini qavramağa, 

anlamağa çalışırlar.  Bəs onlardan hər biri    digərinin zahiri

davranış tərzinə görə özündə onun daxili aləmi barədə

təsəvvürü necə yaradır?  Bu sual    daima mütəxəssislərin

diqqətini cəlb  etmiş və ciddi tədqiqatlar nəticəsində  onlar bu-

rada qarşılıqlı qavrama və anlamanın üç mühüm mexanizm

əsasında baş verdiyini   aşkara   çıxarmışlar:  eyniləşdirməref-



leksiya və stereotipləşdirmə.

Eyniləşdirmə – başqa adamın davranışını şüurlu və

şüursuz    olaraq subyektin özünün davranış tərzlərinə  

oxşatmaq,  bənzətməklə  qavraması və anlamasından ibarətdir. 

Başqa sözlə,  çox vaxt insanlar qarşılıqlı    əlaqə şəraitində

özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə

onun daxili vəziyyəti,  keçirdiyi hisslər,  fikirlər,  davranış

motivləri və s. haqqında mülahizə yürütməyə çalışırlar. Bu za-

man həmin adamın (və ya adamların) davranış tərzini bir növ

həmin şəraitdə özlərinin keçirə biləcəkləri psixoloji hallarla

eyniləşdirirlər. Özlərinin bu kimi şəraitdə keçirmiş olduqları və

keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas

olur.


İnsanın başqalarını qavraması zamanı təkcə subyektin  

başqalarını anlaması deyil,  onunla ünsiyyətə girən,  təmasda

olan fərdin onu necə qavraması və anlamasına diqqət

yetirilməsi də vacibdir. Subyektin  ünsiyyətdə olduğu adamlar



tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya

formasında baş verirPsixoloqlar refleksiyanı başqa adamları

qavramanın tərkibinə daxil edirlər.  A.B.Petrovskinin fikrincə, 

başqa adamı anlamaq qismən həmin adamın qavrayış subyekti

kimi sənə  münasibətini dərk etmək deməkdir.

1

Deməli, insan-



                                                

1

Петровский А.В., Ярошевский М.Г. Психология. – М., 2002, с.256



132

ların bir-birini qavramasını güzgünün ikiqat əks etdirməsinə

bənzətmək mümkündür. İnsan başqasını əks etdirməklə, həmin

başqasını əks etdirmə güzgüsündə    özünü də əks etdirir. 

Ünsiyyət prosesində eyniləşdirmə və refleksiya vəhdətdə baş

verir. 


İnsanların bir-birini qavraması və anlamasının  mexaniz-

mi  kimi stereotipləşdirmə də xüsusi əhəmiyyət kəsb edir. 



Stereotipləşdirmə – davranış forması və onun şərhinin

artıq bizim üçün məlum olan və ya məlum hesab edilən

hadisələrə,  başqa sözlə sosial stereotiplərə uyğun təsnifindən

ibarətdir. Burada stereotip bir    ştamp kimi    istifadə olunan

formalaşmış insan    surəti götürülür.  Stereotipləşdirmə    sub-

yektin  öz şəxsi təcrübəsini  ümumiləşdirməsi və bu zaman ki-

tablardan,  kinofilmlərdən aldığı məlumatların    ona əlavə

edilməsi nəticəsində də yarana bilər.  Bu zaman həmin bilik

nəinki şübhəli, hətta yanlış xarakter daşıya, düzgün nəticələrlə

yanaşı,  tamamilə yanlış nəticələrə də gətirib çıxara bilər.  Bu

baxımdan stereotipləşdirmə kauzal atribusiyanın bir növ mex-

anizmini təşkil edir.  Kauzal atribusiya latınca causa – səbəb

və attribuo – vermək  sözlərindən əmələ gəlib şəxsiyyətlərarası

anlama zamanı digər adamın davranışının səbəb və

motivlərinin şərhindən  ibarətdir. Burada isə bəzən qabaqcadan

yaranmış yanlış fikir  stereotipləşməyə əsaslı təsir göstərir. 

Kauzal atribusiyanın  xarakteri müxtəlif şəraitdən asılı ola

bilir. Belə ki,  məsələn, tanış olmayan adamı qavrayarkən sub-

yektin aldığı ilkin məlumat böyük rol oynaya bilər. 

Psixoloqlar belə bir eksperiment aparmışlar.  İki qrupda

tələbələrə eyni bir adamın fotoşəklini    göstərmişlər.  Birinci

qrupda eksperimentator onu görkəmli alim kimi, ikinci qrupda

isə cinayətkar kimi təqdim etmişdir. Hər iki qrupda  tələbələrə

xarici görkəminə görə həmin adamı səciyyələndirmək

tapşırılmışdır.  Birinci qrupda yoxlanan tələbələr şəkildəki

adamı səciyyələndirərkən göstərmişlər ki, bu adam çox gərgin

işləyən, rəhimli, xoşxasiyyət, qayğıkeş, həssas, ağıllı adamdır. 



133

İkinci qrupdakı    tələbələr    əsaslandırmağa çalışmışlar ki, 

şəkildəki adam çox qəddar,  inadkar,  hiyləgər,  xain adamdır. 

Şəkildəki eyni    detal,  məsələn,  göz bir halda    mehribanlıq və

ağıllılıq,  digər    halda kinlilik və qəddarlıq əlaməti kimi şərh

olunmuşdur. 

Buradan aydın olur ki,  qavrama zamanı əldə edilən

məlumat    ciddi şəkildə    insan sifətini – alim və cinayətkar  

obrazları haqqında stereotipə  uyğunlaşdırmağa əsaslanmışdır. 

Gündəlik müşahidələr və aparılmış tədqiqatlar insanların

bir – birini qavraması və anlamasında onlar haqqında    ilkin

təsəvvürün    yaranması da xüsusi rol oynadığını göstərmişdir. 

Bu cür asılılıq psixologiyada «oreol  effekti» («himayə  effek-

ti»)  adlanır.  Əldə edilmiş ilkin məlumatlar qavradığımız   

adamlar  haqqında  bizdə müsbət və ya   mənfi   oreol  effekti

yarada bilər.  Birinci halda biz qavradığımız adamın bütün

davranışına pozitiv,  ikincininkinə isə neqativ münasibət

bəsləməyə meylli  oluruq. 

Məsələn,  ilkin müşahidə və ya başqa müəllimin uyğun

olmayan məlumatı  bizdə çalışqan  şagird haqqında  mənfi fikir

yaradır.  Nəticədə bu ilkin təəssüratın təsiri altında həmin

şagirdin həqiqi keyfiyyətini qavraya bilmirik.  Sanki onun ən

yaxşı davranışını da görmək istəmirik.  Bizdə həmin şagird

haqqında mənfi  oreolun yaranması buna səbəb olur.

Əksinə,  tənbəl,  zəif şagirdlə ilk dəfə rastlaşarkən onun

təsadüfi cavabı, başqa müəllimin onun haqqında yersiz tərifləri

bizdə həmin şagirdə qarşı müsbət oreolun yaranmasına səbəb

olur. Nəticədə şagirdin  cavablarındakı qüsurları hiss etməməyə  

başlayırıq. 

Uyğun olmayan həm müsbət,  həm də mənfi    oreol eyni

dərəcədə ziyanlıdır.  Ona görə də    «oreol effektinin»  qarşısını

almaq üçün  adamları müxtəlif  şəraitdə  və vəziyyətdə  qavra-

maq tələb olunur.  Bu zaman müsbət kauzal    atributun  

yaranması, oreol effektinin  mənfi təsirinin aradan qaldırılması  

mümkün olur. 


134

       Özünü yoxlamaq üçün sual  və  tapşırıqlar

1. Ünsiyyət nəyə deyilir? Onun əsas cəhətləri  hansı-

lardır? 

2. Ünsiyyətin məzmunu, məqsədi və vəzifələrini şərh

edin.

3. Ünsiyyətin növləri hansılardır? Onları şərh edin.



4. Ünsiyyət hansı funksiyaları yerinə yetirir? 

5. Ünsiyyət və fəaliyyətin vəhdətini izah edin.

6. Ünsiyyətdə informasiya mübadiləsi dedikdə nəyi başa

düşürsünüz?

7. İnformasiya mübadiləsi tərəfləri  hansılardır?

8. Verbal ünsiyyət nədir?

9. Nitq və onun növləri haqqında danışın.

10. Nitqin funksiyaları və xüsusiyyətləri  hansılardır?

11. Nitqin mexanizmlərini şərh edin.

12. Qeyri – verbal ünsiyyət nədir?

13. Ünsiyyətdə qarşılıqlı təsir dedikdə nəyi başa

düşürsünüz?

14. Ünsiyyətdə nə kimi  maneələr özünü  göstərir və

onları necə aradan qaldırmaq olar? 

15. Ünsiyyət prosesində  insanların bir – birini

qavramalarının  mexanizmləri  hansılardır? Onları şərh edin.



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular                         

1. Ünsiyyətin psixoloji əsasları.  

2. Ünsiyyət üslubu.

         3. Ünsiyyətdə  konfliktlər və ünsiyyət çətinlikləri.

         4. Nitq verbal ünsiyyət kimi.

5. Qeyri verbal kommunikasiya.



135

Ədəbiyyat

Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın

əsasları. Bakı 2003



Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji

problemləri. Bakı 2004, səh.269-271



Bayramov Ə.S.,  Əlizadə Ə.Ə.    Sosial psixologiyanın

aktual


məsələləri. 

Bakı


1986, 

səh.296-304



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı

2003, səh.265-302



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı 2002, 

səh 513-515



Əmiraslanova S.F. Ünsiyyətdə maneələr və onların

aradan qaldırılmasıyolları haqqında. 

//  «ADU-nun elmi xəbərləri»,  2003, 

№3, səh.330-334



Əmiraslanova S.F. Qeyri-verbal kommunikasiyanın

ünsiyyətdə yeri haqqında.  //  «ADU-

nun elmi xəbərləri», 2005, №5, 

səh.289-292



Arqentova T.E. Stilğ obheniə kak faktor gffektivnosti

slovesnoy deətelğnosti.  //  Psixolo-

qiçeskiy jurnal.-1984, T.5.-№6


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin