Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə49/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   41   42   43   44   45   46   47   48   49

Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş. Yuxarıda

qeyd etdiyimiz kimi məktəbə psixoloji xidmətin əsas

istiqamətlərindən birini psixoloqun müəllimlərlə,  valideynlərlə

və şagirdlərlə apardığı konsultativ işlər təşkil edir.  Məlum

olduğü kimi,  təlim fəaliyyətinin müvəffəqiyyəti,  şagird

şəxsiyyətinin formalaşması və inkişafı onun böyüdüyü və

tərbiyə aldığı ailə mühitinin xüsusiyyətindən çox asılıdır.

Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların

təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına

əsaslı təsir göstərir.  Ona görə də ailə tərbiyəsindən çox şey

asılıdır. Təcrübə göstərir ki, bəzi ailələrdə uşağın tərbiyəsi üçün

zəruri olan psixoloji şərait yaradılmadığı,  onun psixoloji

xüsusiyyətləri nəzərə alınmadığına görə bir sıra çətinliklər

meydana çıxır.  Bu cür çətinlikləri aradan qaldırmaqda ailəyə

psixoloji xidmətin rolu böyükdür.  Adətən,  valideynlər uşaqla

əlaqədar hər hansı bir problemə rast gəldikdə kömək üçün

məktəbə, məktəb psixoloquna müraciət edirlər. Bu zaman əksər

hallarda uşağın ehtiyacı və tələbi nəzərə alınmır. Bütün bunları

nəzərə alaraq məktəb psixoloqu şagirdlərin davranışı,  onların

şəxsiyyətdaxili vo şəxsiyyətlərarası münaqişə problemləri ilə

məşğul olarkən uşağın yaşadığı və tərbiyə aldığı ailə,  həmin

ailə üzvləri arasındakı qarşılıqlı münasibət və s.  ilə də

maraqlanmalıdır.  Buradan çıxış edərək psixoloq öz xidmətini


639

göstərməlidir.  Lakin bütün ailələr psixoloqun onun övladı ilə

müvafiq iş aparmasına,  yeri gəldikdə valideynlərə lazımi

məsləhət verməsinə eyni cur yanaşmırlar.

Bəzi ailələr özləri psixoloqun övladlarının şəxsiyyətini

tənzim etməsi ilə maraqlanır və bu sahədə ona şərait yaradırlar, 

başqa ailələr bu sahədə neytral mövqe tutur, bəziləri də bu işə

hər yolla mane olurlar. Ona görə də psixoloqun işi həmişə istə-

diyi kimi gedə bilmir.  Xüsusilə uşağın tərbiyəsi və onun

şəxsiyyətinin inkişafı üçün müvafiq şərait olmayan ailələrlə iş

zamanı bu çətinlik özünü qabarıq şəkildə göstərir.  Belə

ailələrin müxtəlif tipləri mövcud ola bilər ki,  onların hər

birində psixoloqun yerinə yetirəcəyi iş o birilərindən fərqlənir. 

Bu cür ailələrin aşağıdakı tiplərinə rast gəlmək mümkündür: 1) 

boşanma ərəfəsində olan ailələr,  2)  boşanmış ailələr,  3) 

şəxsiyyətlərarası

şəxsiyyətdaxili



munaqişələri

həll


olunmamış ailələr,  4)  əxlaq,  ictimai münasibət normalarına

uyğun olmayan sərvət və normalar sistemi formalaşmış ailələr. 

Psixoloqun həmin ailələrdən gələn uşaqlarla müvafiq iş apara

bilməsi üçün həmin ailələr,  orada uşaqların tərbiyəsi üçün

yaradılan şəraitin xüsusiyyətləri ilə ətraflı tanış olması

zəruridir.

Adətən,  birinci tip ailələrdə uşaqların tərbiyəsi və

sosiallaşması üçün yaranmış şəraitin xarakterik xüsusiyyəti

bundan ibarətdir ki, həmin ailələrdə uşaqlar artıq kəskin,  açıq

xarakter almış ailə münasibətlərindəki münaqişələrə cəlb olu-

nurlar. Onlar münaqişədə olan valideynlərinə öz münasibətlərini

bildirməyə məcbur olurlar.  Bütün bunlar həmin ailədəki

uşaqların psixoloji və mənəvi zədə almasına,  eləcə də

məktəbdəki fəaliyyətinə mənfi təsir göstərməsinə səbəb olur.

Məktəb psixoloqunun vəzifəsi bu cür şəraitə düşən

şagirdləri müəyyənləşdirmək və onlarla psixoloji məsləhət işi

aparmaqdan ibarətdir.  Bu sahədə aparılan iş uşağın özünü

qiymətləndirməsini təshih etməyə,  günahkar olmaq fikrini, 

hissini aradan qaldırmağa yönəldilməlidir.  Psixoloq uşağın öz


640

gələcəyini daha nikbin təsəvvür etməsinə köməklik göstərə bilər

və göstərməlidir.  Bu dövrdə valideynlərlə də izahat xarakterli

söhbət aparmaq mümkündür və lazımdır.  Söhbət zamanı

valideynlərin uşağa

qarşı müvafiq şəkildə davranmaq

məsələsinə toxunmaq lazımdır.

İkinci tip ailələrdə böyüyən uşaqlarla əlaqədar psixolo-

qun aparacağı iş də düşünülmüş xarakter daşımalıdır. Burada da

nəzərə alınması zəruri olan cəhətlər çoxdur.  Adətən,  bu cür

ailələrdə uşaqdan bir növ qisas almaq silahı kimi istifadə olu-

nur.  Belə ki,  uşağın onunla olmayan valideynlə ünsiyyət

saxlamasına qəti imkan vermirlər. Bu isə uşağın nəinki ümumi

inkişafına, tərbiyəsinə, o cümlədən təlim fəaliyyətinə mənfi təsir

göstərir.

Bu cür ailə şəraitində olan uşaqlarla psixoloqun apardığı iş

onların yaş və cinsi xüsusiyyətlərini nəzərə almaq əsasında

qurulmalıdır.  Psixoloq bu zaman rollu treninqdən istifadə

etməklə uşağın evdə əldə edə bilmədiyi rolu mənimsəməsinə, 

ünsiyyət sahəsinin genişlənməsinə və özü üçün yaxın dost

seçməsinə nail olmalıdır.  Bu kimi hallarda uşağın yanında

qaldığı valideyni ilə məsləhət xarakterli iş aparılması

məqsədəuyğundur.

Üçüncü tip ailələrdə də uşağın inkişafı və sosiallaşması

üçün uyğun olmayan şərait yaranır.  Psixoloji tədqiqatlar

göstərmişdir ki,  həmin ailələrdəki şərait gizli,  həll olunmamış

münaqişələrin

ya



uyğun

şəkildə


həll

edilməyən

münaqişələrin olması ilə xarakterizə olunur. Bu cür münaqişələr

isə ailədəki münasibətlərin psixoloji strukturunu aradan qaldırır

ki,  bu da çox vaxt uşağın şəxsiyyətinin inkişafına mane olur. 

Onun şəxsiyyətində arzu olunmayan əlamət və keyfiyyətlər, 

uyğun olmayan özünüqiymətləndirmə formalaşır,  məktəbdəki

davranışına,  mənimsəməsinə,  sinif yoldaşları və müəllimlərlə

qarşılıqlı münasibətinə mənfi təsir göstərir.  Yenietməlik

dövründə bu daha aydın şəkildə təzahür edir.

Məktəb psixoloqu bu cür ailələri aşkara çıxarmaqla burada


641

böyüyən


uşaqlara

mümkün


olan

psixoloji

köməkliyi

göstərməlidir. Valideynlərlə müvafiq izahat işi aparmalı, onların

arasındakı münasibətin uşağın tərbiyəsinə nə kimi təsir

göstərməsini qeyd etməlidir.  Yeri gəldikcə həmin valideynlərə

müvafiq psixoloji məsləhətlər verməlidir.

Nəhayət,  dördüncü tip ailələrlə psixoloqun apardığı iş də

özünəməxsus xüsusiyyətə və əhəmiyyətə malikdir.  Bu cür

ailələrdə güc,  gobudluq,  alkoqolizm hökm sürə bilər.  Həmin

ailə mühiti nəinki uşaqlarda şəxsiyyətin ahəngdar inkişafına

şərait yaratmır, eyni zamanda məktəbin həmin sahədə apardığı

işi sıradan çıxarır. Belə ailələrdə böyüyən uşaqlarda ikili əxlaq,

mənəviyyat formalaşır.  Həmin uşaqlar qanunu pozmağa daha

çox meylli olurlar. Onlarda, adətən, şübhə, inamsızlıq, onu əhatə

edənlərlə mülayim şəxsi təmas yarada bilməmək, təcavüzkarlıq, 

zəifiradəlilik,  xüdbinlik və s.  kimi mənfi xarakter əlamətləri

formalaşır.

Məktəb   psixoloqunun   bu  cür   ailələrdən  gələn uşaqlarla

apardığı iş olduqca çətindir. Adətən, bu cür ailələr üçün qapalılıq,  

kənardan ona qarışmağa yol verməmək   xarakterik   haldır.   Bu-

na   baxmayaraq   həmin ailələr   və   onlardan   gələn uşaqlarla iş

aparılmalıdır.  Məktəbin,  məktəb psixoloqunun      vəzifəsi uşağı

tərbiyə etmək, onda mövcud olan qüsurları aradan qaldırmaqdan,  

onun    şəxsiyyətindəki    müsbət    cəhətləri möhkəmləndirməkdən

ibarətdir.  Bütün bu işləri həyata keçirərkən    psixoloq sinif

rəhbərinin,    ayrı-ayrı müəllimlərin,  valideyn komitəsinin,  şagird

təşkilatlarının köməyindən istifadə etməlidir. 



642

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Psixoloji xidmət dedikdə nəyi başa düşürsünüz?

2. Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri barədə

qısaca danışın.

3. Məktəbə psixoloji xidmətin prinsipləri hansılardır?

4. Məktəbə psixoloji xidmət hansı mərhələlərdə həyata keçiri-

lir?

5. Məktəbə



psixoloji

xidmətin


funksiyaları

əsas



istiqamətləri hansılardır?

6. Məktəbə psixoloji xidmət məqsədilə hansı psixoprofilaktik

işlər aparmaq lazımdır?

7. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən

məsləhət işlərindən danışın.

8. Məktəbə psixoloji xidmət prosesində nə kimi diaqnostik

işlər aparmaq olar?

9. Məktəbə psixoloji xidmət məqsədilə aparılan korreksiya

işlərinin mahiyyəti nədən ibarətdir? 

10. Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək

yardımçı işlərdən danışın.

11. Məktəbə psixoloji hazırlığın diaqnostikasını necə aparmaq

olar?

Ədəbiyyat

Həmzəyev M.Ə.  Pedaqoji psixologiya.  – Bakı,  1991, 

s.242-291.

Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. 

– Bakı, 2003, səh.212-257



Əlizadə Ə.Ə. Məktəbə psixoloji xidmət:  problemlər, 

düşüncələr//  Azərbaycan məktəbi,  1993, 

№3.

Əliyev R.İ. Məktəbə psixoloji xidmətin aktual məsələləri. 


643

– Bakı, 2004.



Quliyev E.M. Uşaq və yaş psixologiyası. Testlər-300.

                      - Bakı, 2006.

Məmmədov İ.Ə.    Azərbaycan məktəblərində psixoloji

xidmətin təşkili təcrübəsi və elmi-metodik

problemləri. – Bakı, 1996

Məmmədzadə R.H.    Təhsil müəssisələrində psixoloji

xidmət. – Bakı, 1996.

Psixoloqiçeskaə

slujba


v

şkole


Pod


red.  

İ.V.Dubrovina. – M., 1984

Roqov E.İ. Nastolğnaə kniqa praktiçeskoqo psixoloqa v

obrazovanii. – M., 1995.



644

Mündəricat

Ön söz ....................................................................................... 2

BİRİNCİ HİSSƏ   5

PSİXOLOGİYAYA  GİRİŞ...................................................... 5

1 - c i     F Ə S İ L 5

PSİXOLOGİYANIN PREDMETİ VƏ METODLARI ............ 5

I. 1.1. Psixologiyanın predmeti ................................................. 6

I. 1.2.   Psixologiyanın elmlər sistemində   8

yeri və sahələri .......................................................................... 8

I.1.3.  Psixologiya  elminin inkişaf  mərhələləri ..................... 16

I.1.4.  Azərbyacanda psixoloji fikrin və elmi

psixologiyanın yaranması, inkişafı ......................................... 21

I.1.5.   Psixologiyanın  tədqiqat metodları .............................. 47

2 - c i F Ə S İ L

PSİXİKANIN FİLOGENEZDƏ İNKİŞAFI........................... 56

İKİNCİ HİSSƏ

FƏALİYYƏT VƏ ÜNSİYYƏT.............................................. 64

3 - c ü F Ə S İ L

FƏALİYYƏT.......................................................................... 64

II.3.1.   Fəaliyyət  haqqında anlayış ........................................ 64

II.3.2.  Fəaliyyət və fəallıq ...................................................... 65

II.3.3.  Fəaliyyətin  quruluşu ................................................... 67

II.3.4. Fəaliyyətin  mənimsənilməsi........................................ 70

II.3.5.  Fəaliyyətin əsas növləri ............................................... 91

4 - c ü F Ə S İ L

ÜNSİYYƏT ............................................................................ 97

II.4.1. Ünsiyyət haqqında anlayış............................................ 97

II. 4.2.  Ünsiyyət informasiya mübadiləsi kimi..................... 105

II. 4. 3. Ünsiyyət şəxsiyyətlərarası  qarşılıqlı

təsir  kimi .............................................................................. 122

II. 4. 4. Ünsiyyət insanların bir-birini qavraması


645

və anlaması kimi ................................................................... 130

ÜÇÜNCÜ HİSSƏ

ŞƏXSİYYƏT, QRUPLAR VƏ ŞƏXSİYYƏTLƏRARASI  

MÜNASİBƏTLƏR............................................................... 136

5 - c i       F Ə S İ L

ŞƏXSİYYƏT ........................................................................ 136

III. 5. 1. Şəxsiyyət haqqında anlayış ..................................... 137

III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət ............................ 140

III.5.3. Şəxsiyyətin psixoloji strukturu.................................. 141

III. 5. 4. Şəxsiyyət haqqında əsas nəzəriyyələr ..................... 165

III. 5. 5.   Şəxsiyyətin fəallığı və istiqaməti .......................... 178

III. 5. 6. Şəxsiyyətin mənlik şüuru........................................ 185

III.5.7.Hisslər, iradə, fəaliyyət .............................................. 189

6-cı  F Ə S İ L

QRUPLARIN  PSİXOLOGİYASI ....................................... 194

III. 6. 1.  Qruplar haqqında anlayış ....................................... 195

III. 6. 2. Qrupların  təsnifatı .................................................. 198

III.6.3.  Kiçik qrupların fenomenologiyası və strukturu ....... 202

III. 6.4.     Şəxsiyyətlərarası münasibətlər............................. 216

III.   6. 5.   Qruplarda şəxsiyyətlərarası  seçmə..................... 222

DÖRDÜNCÜ HİSSƏ

PSİXİ PROSESLƏR VƏ HALLAR ..................................... 239

7-ci FƏSİL

DİQQƏT ............................................................................... 239

IV. 7. 1. Diqqət haqqında anlayış.......................................... 239

IV. 7. 2. Diqqətin fizioloji mexanizimləri............................. 241

IV. 7. 3. Diqqətin növləri ...................................................... 243

IV. 7. 4. Diqqətin xarakterik xüsusiyyətləri.......................... 245

IV.7.5. Diqqətin inkişafı və dərsdə şagirdin diqqətinin

səmərəli təşkili haqqında....................................................... 249

8 - c i F Ə S İ L

DUYĞULAR ........................................................................ 252

IV.8.1. Duyğular haqqında anlayış ....................................... 253

I V . 8 . 2 .     D u y ğ u l a r ı n t ə s n i f a t ı .................... 255


646

IV.8.3. Duyğuların ümumi qanunauyğunluqları................... 259

9-cu FƏSİL

QAVRAYIŞ .......................................................................... 266

IV . 9.1. Qavrayışın ümumi xarakteristikası ......................... 266

IV.9.2. Qavrayışın əsas xüsusiyyətləri.................................. 267

IV. 9.3. Qavrayışın təsnifi və növləri:................................... 271

10-cu FƏSİL

HAFİZƏ ................................................................................ 279

IV.10.1. Hafizə haqqında anlayış.......................................... 280

IV.10.2. Hafizənin prosesləri ................................................ 283

IV.10.3. Hafizənin növləri və tipləri ..................................... 288

IV.10.4. Hafizə pozuntuları................................................... 291

1 1 - c i     F Ə S İ L

T Ə F Ə K K Ü R ................................................................. 294

IV. 11.1.  Təfəkkür haqqında anlayış.................................... 294

IV.11.2. Dilin və nitqin təfəkkürlə əlaqəsi............................ 299

IV.11.3. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar........... 302

IV.11.4.   Təfəkkürün əsas növləri........................................ 307

IV.11.5. Təfəkkürün formaları.............................................. 310

IV.11.6. Təfəkkürün fərdi xüsusiyyətləri.............................. 315

12-ci FƏSİL

TƏXƏYYÜL VƏ YARADICILIQ ...................................... 318

IV. 12.1.  Təxəyyül haqqında anlayış ................................... 318

IV. 12. 2..  Təxəyyülün növləri ............................................. 322

IV. 12. 3. Təxəyyül surətlərinin yaradılması

prosesi ................................................................................... 325

IV. 12. 4.  Təxəyyül və oyun................................................. 327

IV. 12. 5.   Təxəyyül və yaradıcılıq ...................................... 329

13-cü FƏSİL

HİSSLƏR. EMOSİONAL HALLAR ................................... 335

IV.13.1. Hisslər haqqında anlayış ......................................... 335

IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri .......... 339

IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları .............. 341

IV.13.4. Hisslərin keçirilməsi formaları ............................... 345


647

IV.13.5. Ali hisslər................................................................ 350

14-cü FƏSİL

İRADƏ .................................................................................. 357

IV.14.1. İradə haqqında anlayış ............................................ 357

IV.14.2. İradi işin quruluşu ................................................... 361

IV.14.3. Şəxsiyyətin iradi keyfiyyətləri ................................ 362

BEŞİNCİ HISSƏ

ŞƏXSIYYƏTIN FƏRDI-PSIXOLOJI  XASSƏLƏRI ......... 367

1 5 - c i   F Ə S I L

TEMPERAMENT................................................................. 367

V.15.1. Temperament haqqında anlayış................................ 367

V.15.2. Temperament haqqında təlimlər tarixindən ............. 369

V.15.3   Temperamentin tipləri............................................. 371

V.15.4. Temperamentin fizioloji əsasları.............................. 373

16-cı  FƏSİL

XARAKTER ........................................................................... 378

V.16.1. Xarakter haqqında anlayış........................................ 379

V.16.2. Xarakterin quruluşu.................................................. 380

V.16.3. Xarakter haqqında təlimlər tarixindən ..................... 382

V. 16.4. Xarakter və şəxsiyyət .............................................. 391

V 16.5. Xarakterin formalaşmasının şərtləri......................... 393

17-ci  F Ə S İ L

Q A B İ L İ Y Y Ə T L Ə R .................................................. 398

V. 17.1Qabiliyyətlər haqqında anlayış................................ 398

V.12. 2. Qabiliyyətlərin keyfiyyət və

kəmiyyət xarakteristikası ...................................................... 402

V. 17. 3. Qabiliyyətlərin quruluşu......................................... 407

V. 17. 4. Qabiliyyət və talantın təbii şərtləri......................... 411

V. 17. 5. Qabiliyyətlərin formalaşması ................................. 414

ALTINCI HİSSƏ

ŞƏXSİYYƏT TƏLİM VƏ TƏRBİYƏNİN

OBYEKTİ KİMİ ................................................................... 419

18-ci  FƏSİL

YAŞ VƏ PEDAQOJİ PSİXOLOGİYANIN


648

PREDMETİ, VƏZİFƏLƏRİ VƏ METODLARI ................. 419

VI.18.1. Yaş və pedaqoji psixologiyanın predmeti............... 420

VI. 18. 2. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri

............................................................................................... 423

VI. 18. 3.  Psixi inkişafın yaş dövrləri .................................. 423

VI.18.4. Müasir pedaqoji psixologiyanın əsas problemləri, 

vəzifələri və bölmələri .......................................................... 427

VI.18.5. Yaş və pedaqoji  psixologiyasının tədqiqat metodları

............................................................................................... 430

19-cu  FƏSİL

MƏKTƏBƏ DAXİL OLANADƏK UŞAĞIN

PSİXİ İNKİŞAFI................................................................... 436

VI. 19.1. Körpəlik və erkən uşaqlıq dövrünün

xüsusiyyətləri ........................................................................ 436

VI.19.2. Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri ........ 440

VI.19.3.Uşağın məktəbə psixoloji hazırlığı .......................... 447

2 0 - c i F Ə S İ L

KİÇİK MƏKTƏBLİLƏRİN PSİXİ İNKİŞAFI .................... 454

VI.20.1. Uşağın məktəb həyatının ilk dövrünün

psixoloji xüsusiyyətləri ......................................................... 455

VI.20.2. Kiçik yaşlı məktəblilərdə idrak proseslərinin    inkişafı

............................................................................................... 456

VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarakterin

inkişafı................................................................................... 462

21-ci  FƏSİL

YENİYETMƏLİK YAŞI DÖVRÜNÜN   PSİXOLOGİYASI

............................................................................................... 468

VI.21.1.Yeniyetməlik yaşının ümumi xarakteristikası ......... 468

VI.21.2. Yeniyetmə yaşında şəxsiyyətin formalaşması ........ 471

VI.21.3. Yeniyetmələrdə yaşlılıq hissi və meylinin  

formalaşması ......................................................................... 475

VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda  idrak

proseslərinin inkişafı ............................................................. 476

2 2 - c i F Ə S İ L


649

İLK GƏNCLİK YAŞI DÖVRÜNÜN PSİXOLOJİ

XÜSUSİYYƏTLƏRİ............................................................ 483

VI.22.1. Gənclik yaşının ümumi xarakteristikası ................. 483

VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı .................. 485

VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak

proseslərinin inkişafı ............................................................. 489

2 3 - c ü F Ə S İ L

TƏRBİYƏ PSİXOLOGİYASI ............................................. 496

VI.23.1. Şəxsiyyətin formalaşması tərbiyə psixologiyasının

əsas problemi kimi ................................................................ 497

VI.23.2. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının

psixoloji şərtləri..................................................................... 498

VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən

əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin

müəyyənləşdirilməsi problemi.............................................. 501

VI.23.4. Şəxsiyyətin  özünütərbiyəsinin psixoloji

əsasları................................................................................... 508

VI.23.5.Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji ................... 515

əsasları................................................................................... 515

VI.23.6. “Çətin” uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri

............................................................................................... 521

2 4 - c ü     F Ə S İ L

TƏLİM PSİXOLOGİYASI................................................... 527

VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi

problemi kimi........................................................................ 528

VI. 24.2. Təlim və psixi inkişaf ............................................ 533

VI. 24.3. Öyrənməyə qabillik problemi və mənimsəmə ....... 536

VI.24.4. Öyrənmənin müvəffəqiyyətini təmin

edən amillər........................................................................... 541

VI.24.5. Təlim prosesində motivasiya - tələbat .................... 548

sahəsinin formalaşması ......................................................... 548

VI. 24.6. Dərsin təşkilinin psixoloji şərtləri.......................... 553

VI.24.7. Təlimin fərdiləşməsi və diferensiasiyası................. 557

2 5 - c i F Ə S İ L


650

PEDAQOJİ FƏALİYYƏTİN VƏ MÜƏLLİM         

ŞƏXSİYYƏTİNİN PSİXOLOGİYASI ................................ 562

VI.25.1. Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri.......... 563

VI.25.2. Müəllim şəxsiyyətinin psixologiyası və müəllimin

pedaqoji ustalığının psixoloji əsasları ................................... 565

VI.25.3. Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri haqqında

............................................................................................... 582

VI.25.4.Şagird şəxsiyyəti və sinif kollektivinin

öyrənilməsi və onlara psixoloji xarakteristika

tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili......................... 599

VI.25.5. Pedaqoji kollektiv və ona rəhbərliyin

bəzi psixoloji məsələləri........................................................ 609

2 6 - c ı F Ə S İ L

MƏKTƏBƏ PSİXOLOJİ XİDMƏTİN ƏSASLARI............ 616

VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və

vəzifələri................................................................................ 617

VI.26.2. Məktəbə psixoloji xidmətin prinsipləri və

həyata keçirilmə mərhələləri................................................. 622

VI. 26. 3. Məktəbə  psixoloji  xidmətin  funksiyaları  və  əsas  



istiqamətləri............................................................................... 625

Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin