Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

Referent

qruplar.  Psixoloji

ədəbiyyatda

kiçik

qrupların bir növü kimi referent qrupları da qeyd edirlər



(latınca referens sözündən götürülmüşdür). Özünün normaları, 

fikirləri,  qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial

birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci

ildə Q.Xaymen tərəfindən irəli sürülmüş və sonralar R. Merton, 

Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə olunmuşdur. 

Məlum olduğu kimi hər bir adam müxtəlif qrupların

üzvü olur.  Ayrı- ayrı adamlar üçün daxil olduğu həmin

qrupların sırası özünəməxsus şəkildə,  müxtəlif olur.  Lakin

bütün hallarda həmin sıranın müəyyənləşdirilməsi eyni prinsipə

əsaslanır:  birinci yerdə mütləq o qruplar dayanacaqdır ki, 

həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun ol-

sun. Sonrakı yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik dərəcəsi

olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup fərd üçün

bir növ daxili forum təşkil edir (Q.Midin obrazlı ifadəsinə



202

görə), fərd öz davranışını həmin normalarla tutuşdurur, tənzim

edir. 

Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına



çevrilən,  fərdin statusunun artması üçün daimi imkanları olan

bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar. 

V.B.Olşanskinin verdiyi tərifə görə etalon qrup real və

ya təsəvvür olunan elə qrupdur ki, şəxsiyyət həmin qrupa cəhd

göstərir və onun standartlarını öz davrvnışı üçün etalon qəbul

edir.  Bu baxımdan etalon qruplar real və təsəvvür olunan xa-

rakter daşıya bilər. 

                            



III.6.3.  Kiçik qrupların fenomenologiyası və struktu-

ru

Kiçik qrupların fenomenologiyası haqqında anlayış.

Psixologiyada fenomenologiya anlayışı altında hər hansı bir

konkret obyekt üçün xarakterik olan əsas hadisələr barədə

təsəvvür və izahatlar nəzərdə tutulur.  Bu baxımdan kiçik

qrupların da özünəməxsus fenomenologiyası vardır. İndi kiçik

qruplar üçün xarakterik olan fenomenləri və əsas elmi

anlayışları qısaca olaraq nəzərdən keçirək. 

Sosial-psixoloji tədqiqatlardan məlum olduğu kimi,  eyni

bir qrup üzvü onlar üçün xarakterik olan münasibətlər

sistemində eyni vəziyyətdə olmurlar. R.S.Nemovun qeyd etdiyi

kimi,  kiçik qrupların üzvləri qrupdaxili münasibətlər struktu-

runda özlərinin mövqeləri,  statusları,  daxili yönəlişlikləri, 

rollarına malik olurlar. Ona görə də R.S.Nemov hər bir adamın

qrupdaxili

münasibətlər

strukturundakı

yerini

müəyyənləşdirmək üçün həmin anlayışlardan istifadə edildiyini



qeyd edir. 

Bütün


bunlarla

yanaşı


olaraq

kiçik


qrupların

fenomenologiyasında aşağıdakı anlayışlar da özünəməxsus yer

tutur: kiçik qrupların həcmi, strukturu, psixoloji uyuşma, qrup


203

təzyiqi, norma və funksiyalar, qrupun qütbləşməsi, rəhbərlik və

liderlik və s. 

Qrup üzvlərinin mövqeləri anlayışı altında insanın hər

hansı bir münasibətlər sistemində tutduğu yer başa düşülür. 

Həmin mövqe insanın qrupun digər üzvləri ilə əlaqəsi ilə

müəyyənləşdirilir.  İnsanın qrupun digər üzvlərinin hərəkət və

davranışına

potensial

təsiri


həmin

adamın


qrupdakı

mövqeyindən asılıdır.  Mövqeyin hansı səviyyədə olması bu

təsirin səviyyəsini müəyyənləşdirmək imkanı verir. 

Qrup üzvlərinin statusuna gəldikdə o,  qrup üzvlərinin

mövqelərindən fərqli anlayışdır.  Qrup üzvünün statusundan

danışarkən onun qrupdaxili münasibətlər sistemində qrupun

digər üzvlərinə nisbətən əldə etdiyi həqiqi nüfuz dairəsi

nəzərdə tutulur.  Məsələn,  hər hansı qrupun üzvlərindən biri

qrupda yüksək rəsmi bir vəzifəni tuta bilər. Bu onun qrupdakı

mövqeyini nəzərə çarpdırır. Qrup üzvünün yüksək statusundan

danışarkən isə onun qrup üzvləri tərəfindən qəbul olunması və

yüksək nüfuza, ona qayğı, inamın yaranması və qrup üzvlərinə

əsaslı psixoloji təsir göstərmək bacarığına malik olması

nəzərdə tutulur.  Şübhəsiz qrupda yüksək statusa malik olan

şəxsiyyətlərin olması qrup fəaliyyətinin səmərəliliyi üçün ən

vacib şərtlərdən biridir. 

Fərdin kiçik qrupdakı vəziyyətini səciyyələndirən

anlayışlardan biri də daxili yönəlişlik (ustanovka)  anlayışıdır. 

Bu

fərdin


öz

statusunu

şəxsən,  subyektiv

şəkildə


qavramasından ibarətdir.  Burada fərdin öz real vəziyyətini, 

nüfuzunu və qrupun digər üzvlərinə təsir dərəcəsini necə

qiymətləndirməsi nəzərdə tutulur. 

Fərdin qrupdakı vəziyyətini səciyyələndirməkdə rol

anlayışı da xüsusi yer tutur.  Sosial psixologiyada rol qrupda

müvafiq mövqe tutan insanın müəyyən normalarla bağlı,  kol-

lektiv şəkildə bəyənilmiş, icrası gözlənilən davranış tərzi kimi

nəzərdə tutulur. Rol rəsmi vəzifə kimi müəyyənləşdirilə, yaxud

qrup üzvləri tərəfindən seçilə bilər.  Müəyyən qrupda müvafiq


204

rola girən insan tədricən həmin rola alışır və qrup üzvləri ondan

həmin rola uyğun davravnış tərzini gözləməyə başlayırlar. 

Kiçik qrupların həcmi və strukturu. Əvvəlki bölmədə

kiçik qrupların həcmindən danışdıq və qeyd etdik ki,  kiçik

qruplar 2- dən 30- 40- a qədər insanların birliyidir (III.6.2.). 

Onun strukturuna gəldikdə bunu bir neçə istiqamətdə

xarakterizə etmək mümkündür. 

R.S.Nemov qarşılıqlı təsir və informasiyaların qrupun bir

üzvündən digərinə ötürülmə imkanlarını və şəxsiyyətlərarası

əlaqə sistemini təmin edən kommunikasiya kanallarından asılı

olaraq kiçik qrupların özünəməxsus strukturunu qeyd edir. 

Qrupdaxili kommunikasiyanın struktur kanalının iki əsas növü

qeyd olunur:  mərkəzləşdirilmiş (A)  və mərkəzləşdirilməmiş

(B),  eyni zamanda onların həyatda özünü göstərən bəzi

variantları.

1

Mərkəzləşdirilmiş kommunikasiya kanalının strukturu



onunla səciyyələnir ki,  burada qrupun üzvlərindən biri daima

bütün ünsiyyət istiqamətlərində fəaliyyət göstərir,  diqqət

mərkəzində olur və qrup fəaliyyətinin təşkilində əsas rol

oynayır.  Həmin adamın vasitəsilə qrupda həmin qrupun digər

üzvləri arasında informasiya mübadiləsi həyata keçirilir. 

A

1) frontal                 2) radial                   3) ierarxik



                                                

1

Немов Р.С. Психология, в 3-х кн., кн. 1 – М., 1998, с. 539-541

205

B

4) zəncirvari            5) dairəvi              6) tam



               

  Şəkil 9. Qrupdaxili kommunikasiyanın struktur tipləri

və variantları (R.S.Nemova görə)

A şəklində mərkəzləşdirilmiş strukturun üç variantı

verilmişdir:  frontal,  radial və iyerarxik struktur.  Şəkildən

göründüyü kimi frontal kommunikasiya kanalı strukturunda

qrupun iştirakçıları birbaşa təmasa girmədən bir sırada dayanır

və bir- birlərini görə bilirlər. Bu cür struktur qrup iştirakçıları

birgə fəaliyyət zamanı müəyyən dərəcədə bir- birlərinin

davranış və reaksiyalarını nəzərə ala bilirlər.  Frontal struktur

müəllimlərə sinifdə dərs zamanı,  frontal iş zamanı yaranan

strukturdan tanışdır. 

İkinci,  mərkəzləşdirilmiş kommunikasiya strukturu olan

radial variant frontal variantdan onunla fərqlənir ki,  burada

fəaliyyətin iştirakçıları bir-birlərini bilavasitə qavraya, görə və

ya eşidə bilmirlər.  Onlar informasiya mübadiləsini yalnız

mərkəzi şəxsin vasitəsilə həyata keçirirlər. Bu hal qrupun ayrı-

ayrı üzvlərindən birinin digərlərinin davranış və reaksiyalarını

nəzərə almalarına imkan vermir. Bu zaman sadəcə olaraq qru-

pun hər bir üzvü tam sərbəst və müstəqil işləməklə, axıra qədər

fərdi, özünəməxsus mövqeyini təzahür etdirir.

Mərkəzləşdirilmiş iyerarxik kommunikasiya strukturun-

da tamamilə başqa cür vəziyyət yaranır.  Burada iştirakçıların

bir neçə, ən azı iki tabeçilik səviyyəsi mövcud olur. Bunlardan

bir qismi birgə fəaliyyət zamanı bir- birini görə bildiyi halda, 

digərləri görə bilmir.  Onların arasındakı şəxsiyyətlərarası

ünsiyyət məhdudlaşmış olur.  Yalnız tabeçilik səviyyəsində

olan iki nəfərin arasında əlaqə (kommunikasiya)  həyata keçə


206

bilir. 


Şəkil A – dan göründüyü kimi,  bu cür kommunikasiya

strukturunda iyerarxik tabeçiliyin yuxarı səviyyəsində 1-ci

fərdin bilavasitə 2- ci köməkçisi vardır.  2- ci fərd də öz

növbəsində qalan üç iştirakçıya tabedir.  1- ci fərd yalnız 3-

mərhələdə dayanan fərdlərlə ünsiyyət imkanına malik olan 2-

ci fərdlə qarşılıqlı təsir imkanına malikdir. 

Mərkəzləşdirilməmiş ünsiyyət strukturuna malik olan ti-

pik variantlar əvvəlki strukturdan fərqli xüsusiyyətlərə

malikdirlər.  Burada bütün variantlarda qrupun hər bir üzvü

həmin struktur daxilində öz qrup yoldaşları ilə eyni məlumat

əldə etmək, işləmək və məlumatları ötürmək imkanlarına malik

olmaqla, onlarla açıq, bilavasitə ünsiyyətə girə bilirlər. 

Kommunikasiyanın bu cür strukturunun zəncirvari

variantında ünsiyyət sistemində şəxsiyyətlərarası qarşılıqlı təsir

bir növ zəncirvari şəkildə həyata keçir.  İki kənar iştirakçıdan

başqa qalan iştirakçılar iki qonşusu ilə,  kənar mövqe tutan

fərdlər isə yalnız bir qonşusu ilə qarşılıqlı təsirə malik olur. Bu

cür ünsiyyət strukturu konveyer xarakterli işlərdə özünü aydın

göstərir. 

Dairəvi kommunikasiya strukturası zəncirvaridən onunla

fərqlənir ki, burada birinci növbədə qrup üzvlirinin hamısı eyni

imkana malik olur. İkincisi, onların öhdəsində olan məlumatlar

qrup üzvləri arasında dövr etmək,  tamamlanmaq və

dəqiqləşmək imkanına malik olur.  Üçüncüsü,  bu cür kommu-

nikasiya strukturunda iştirakçılar üzbəüz dayanmaqla bir-

birinin reaksiyalarını bilavasitə müşahidə etmək,  onları öz

işlərində nəzərə almaq imkanına malik olurlar.

Aparılmış tədqiqatlar belə bir qənaətə gəlməyə imkan

vermişdir ki,  qruplarda kommunikasiya strukturunun yuxarıda

qeyd etdiyimiz bütün variantlar bu və ya digər dərəcədə

məhdudiyyətə malikdir.  Bunlarda iştirakçıların hər biri ya

başqaları ilə bilavasitə ünsiyyətdə qeyri bərabər imkana, ya da

bərabər, lakin məüdud imkana malik olur. Ona görə də həmin



207

sahənin mütəxəssisləri ünsiyyət strukturuna görə qrupun daha

səmərəli variantı kimi tam və ya qeyri məhdud variantını qeyd

edirlər.  Bu variantda qrup iştirakçıları arasında sərbəst

şəxsiyyətlərarası ünsiyyət sahəsində heç bir məhdudiyyət ol-

mur. Burada qrupun hər bir üzvü digərləri ilə tamamilə sərbəst

qarşılıqlı təsiri həyata keçirə bilir.  Təcrübədə kommunikasiya

strukturunun hansından istifadə olunması qrupun qarşısında du-

ran məqsəd və vəzifədən asılı olur. 

Kiçik qruplarda psixoloji uyuşma.  Kiçik qruplarda

birgə fəaliyyətin müvəffəqiyyətlə getməsi,  səmərəliliyi qrup

uyuşmasından, başqa sözlə qrup üzvlərinin həmrəyliyindən çox

asılıdır.  Bunu həyatı faktlar da təsdiq edir.  Tez- tez hər hansı

bir qrupun dağılmasının,  onun fəaliyyətinin səmərəsizliyinin

qrup uyuşmasının olmaması ilə bağlı olması barədə söhbətlərin

şahidi oluruq.  Hər hansı bir qrupda,  məsələn,  ailədə,  istirahət

qruplarında,  biznesdə,  idman və s.  qruplarında adamların bir-

birinə uyuşa bilməməsini qrup fəaliyyəti üçün ciddi maneə he-

sab edirlər. Başqa sözlə, çox vaxt bu cür kiçik qruplarda heç də

bütün adamların hamısının həmin qrupda mürəkkəb və

məsuliyyətli birgə işi həyata keçirməyə hazır olmadıqları

özünü göstərir.  Kiçik qrupların fəaliyyətinin səmərəliliyinə

müsbət və ya mənfi təsir göstərən amillərdən biri məhz qrup



uyuşması fenomeni ilə əlaqədardır. 

Mövcud ədəbiyyatda qrup uyuşmasını ilk növbədə fizi-

oloji və psixoloji aspektdə izah edirlər. Fizioloji uyuşmanı çox

vaxt təmiz fiziki imkanlar,  xüsusiyyətlərlə bağlayırlar. 

Məsələn, hər hansı bir fiziki işi birgə yerinə yetirən adamlarda

fiziki uyuşmanın olması zəruridir.  Psixoloji uyuşmaya

gəldikdə,  bu,  qrup üzvlərinin psixoloji cəhətdən uyuşması ilə

bağlıdır.  Bu heç də fizioloji uyuşmadan az əhəmiyyətə malik

deyildir. 

Müasir psixologiyada psixoloji uyuşmanın üç istiqamətdə

– struktur,  funksional və adaptiv istiqamətlərdə öyrənildiyi


208

göstərilir.

1

Psixoloqlar struktur uyuşmanı    «qrup üzvlərinin



xarakteristikalarının optimal uyuşmasının»  araşdırılması ilə

baglayırlar.  Buraya qrup üzvlərinin dünyagörüşü,  tələbatları, 

motivləri, maraqları və s.- nin oxşarlığı və yaxınlığını aid edir

və bu cür oxşarlıq və yaxınlığın qrup üzvlərinin bir-birinə

psixoloji cəhətdən uyuşmasına kömək etdiyini göstərirlər

(Ə.Bayramov, Ə.Əlizadə). 



Funksional psixoloji uyuşmaya gəldikdə burada idraki, 

emosional-iradi cəhətdən yaxınlıq,  xüsusilə temperament və

xarakter səviyyəsində uyuşma əsas götürülür.  Həyati faktlar

göstərir ki,  qrup üzvləri arasında xarakterlərinə görə

uyğunsuzluğun olması çox vaxt qrupda ciddi mənfi psixoloji

hadisələrin baş verməsinə,  xüsusilə qrupda psixoloji iqlimin

pozulmasına gətirib çıxarır.  Hətta qrup üzvlərinin tək birində

xarakterin ciddi uyğunsuzluğu qrup fəaliyyətinin pozulmasına

əsaslı təsir göstərə bilir.  Fikrimizi aydınlaşdırmaq üçün rast

gəldiyimiz bir fakta nəzər salaq. Yaxşı tanıdığımız, yüksək el-

mi dərəcəyə malik olan C. Bir elmi idarəyə şöbə müdiri təyin

olunmuşdu.  İlk dövrlər C.  Özünü bacarıqlı təşkilatçı kimi

göstərməyə çalışsa da bir neçə ay keçdikdən sonra həqiqi

xasiyyətini biruzə verməyə başladı. O, tabeliyində olan işçiləri

incidir,  hamının yerli-yersiz    onun istədiyi kimi hərəkət

etməsini tələb edirdi.  Qulaq asmayanları müxtəlif bahanələrlə

işdən uzaqlaşdırmağa çalışır,  rəhbərliyin düzgün tələblərini

qəbul etmirdi.  Həmişə öz fəaliyyəti ilə müəssisədə yüksək

qiymətləndirilən şöbədə psixoloji iqlim pozulmaqla yanaşı

şöbənin fəaliyyəti iflic vəziyyətinə düşmüşdü.  Bütün bunlar

rəhbərliyin nəzərindən qaçmadığına görə C-nı 1  illik elmi

məzuniyyətə göndərməyə,  şöbəni birləşdirməyə məcbur oldu-

lar. C.  İlk dövrlər bunula razılaşmış, elmi işini başa çatdırmış

                                                

1

Байрамов Я.С., Ялизадя Я.Я. Сосиад психолоэийа – Бакы, 2003, с. 

168


209

rəhbərliyin



yaxından

köməyi


sayəsində

doktorluq

dissertasiyasını müdafiə etmişdir. Az vaxt keçdikdən sonra C-

in xarakter əlaməti yenə də özünü göstərməyə başlayır,  ona

yaxından köməklik göstərmiş müəssisə rəhbərinə qarşı

çıxmağa,  ona qarşı iftiralar uydurmağa başlayır.  Nəticədə

yenidən müəssisədə psixoloji iqlim pozulur,  işdə ciddi

narahatlıq özünü göstərməyə başlayır. 

Bu cür faktlar göstərir ki,  qrupda şəxsiyyətlərarası

rolların bir-biri ilə uyuşması psixoloji uyuşmanın zəruri

şərtlərindən birinə çevrilir.  Əksinə,  rollararası münaqişələrin  

yaranması isə qrup uyuşmasını çətinləşdirməklə onun

fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir. 

Psixoloji ədəbiyyatda qeyd olundugu kimi,  qrup

uyuşmasının adaptiv planda təhlili pozitiv şəxsiyyətlərarası

münasibətlərin formalaşdırılmasını nəzərdə tutur.  Psixoloqlar

qrup uyuşmasının adaptiv planda həyata keçirilməsini təmin

etmək üçün işgüzar oyunlar metodundan geniş istifadə

olunmasını məsləhət görürlər. 

Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki,  işi

birlikdə icra edən və ya yanaşı yaşayan adamların uyuşan və

uyuşmaz olması qrupların sosial-psixoloji tədqiqi üçün ən ak-

tual vəzifələrdən biridir. 

Qrup uyuşmasının eksperimental tədqiqi qomeostat adla-

nan xüsusi qurğunun köməyi ilə həyata keçirilir. Qomeostat elə

bir cihazdır ki,  burada eyni vaxtda bir neçə adam işləyə bilir. 

Bu zaman birgə fəaliyyətin müvəffəqiyyəti bütün qrupun

fəaliyyətinin uzlaşdırılmasından və uygunlaşdırılmasından asılı

olur. Bu cihazın köməyi ilə qrupun birgə fəaliyyətə nə dərəcədə

hazır olduğunu aşkara çıxarmaq mümkün olur.  Bu baxımdan

qomeostatdan müəyyən qrupları yaratmaq məqsədi ilə müvafiq

qrup üzvlərini müəyyənləşdirmək üçün onun imkanlarını

şişirtməyə imkan vermədən istifadə etmək mümkündür. 

Qrup təzyiqi fenomeni.  XX əsrin 50 və 60- cı illərində

sosial psixologiyada şəxsiyyətin davranışının      onun fərqli



210

sərvət meylləri və normaları qrup normalarına uyğun gəlmədiyi

şəraitdə ziddiyyətli xarakter daşıması problemi diqqət

mərkəzində olmuşdur.  Bu cür psixoloji konfliktlər qrupun

şəxsiyyətə təsiri şəraitində təzahür edə bilirdi ki,  bu qrup

təzyiqi hadisəsi kimi qeyd olunurdu.  Fərd və qrup arasındakı

konflikti həll etməyin yollarından biri kimi konformizm özünü

göstərməyə başlamışdır. 

Konformizm (və ya konformluq)  fərdin qrupla zahirən

razılaşması,  ixtilafı daxilən dərk etdiyi halda onun hər bir

təsirinə tabe olması, hər bir şəraitdə uyğunlaşmasından ibarətdir. 

Bu baxımdan sosial psixologiyada konformluq dedikdə fərdin

qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun

hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması, 

insanların öz davranışlarını dəyişmək meyli başa düşülür.  Bu

zaman istər-istəməz psixoloji cəhətdən fərdin mövqeyinin qru-

pun təzyiqinə məruz qalması baş verir. 

Konformizm fenomeni empirik şəkildə insanlara çoxdan

məlumdur. Prof. Ə.Əlizadə hələ qədim zamanlarda Azərbaycan

güzəran


psixologiyasında

konformizmin

müxtəlif

bədii


modellərinin təsvir olunduğunu aşkara çıxarmışdır.

1

Konformluq və nonkonformluq probleminin eksperimen-



tal tədqiqi başlıca olaraq M.Şerif,  S.Aş,  R.Kraçfild,  D.Kreçin

əsərləri meydana gəldikdən sonra diqqəti cəlb etməyə

başlamışdır. Burada məşhur Amerika psixoloqu S.Aşın xidməti

xüsusilə


böyuk

olmuşdur. 

Onun

1956-


ildəki


eksperimentlərinin

nəticələri

sosial

psixologiyanın



«ən

heyrətamiz

kəşflərindən

biri


kimi»    (V.E.Çudnovski) 

səciyyələndirilməyə başladı. 

S.Aşın        eksperimenti çox sadə olmaqla hər hansı bir

mürəkkəb texniki ölçü tələb etmirdi. Eksperiment 7- 8 nəfərdən

ibarət qrupda aparılmışdır.  Yoxlananları yazı taxtasından 3-5 

                                                

1

Байрамов  Я.С.,  Ялизадя  Я.Я. Сосиал  психолоэийа.  – Бакы,  2003, 

с.176


211

metr aralı bir sırada oturmağa dəvət etmişlər. Onlara təxminən

belə bir təlimat verilmişdir:  Siz taxtada çəkilmiş xətlərin

uzunluğunu fərqləndirməli olacaqsınız. «Sizin qarşınızda iki ağ

vərəqdə xətlər çəkilmişdir.  Birinci vərəqdə bir xətt vardır. 

Həmin xətt etalon xətdir. İkinci vərəqdə 3 xətt çəkilmişdir (1,2 

və 3).  Həmin xətlərdən biri birinci vərəqdəki xətlə eyni

uzunluqdadır. Siz həmin xətti qeyd etməlisiniz. Xahiş edəcəm

hər biriniz öz cavabınızı verəsiniz.  Mən cavabları qeyd

edəcəm. Diqqətli olmağa çalışın – gəlin sağdan sola başlayaq». 

Qabaqcadan birinci 6 nəfərə belə bir tapşırıq verilmişdir

ki,  qəsdən etalona uyğun olmayan xəttin nömrəsini qeyd

etsinlər.  Bu bir növ xüsusi qrup kimi «düzəltmə qrup» 

adlandırılmışdır.  7-ci və sonrakı yoxlananı eksperiment

aparanın əvvəlkilərlə qabaqcadan sözləşdiyini bilmir. S.Aş bu-

nu «sadəlövh subyekt» adlandırır. Cavab verilməyə başlananda

birinci 6 nəfər qəsdən xətləri səhv qiymətləndirir. Onlardan so-

nra cavab verən «sadəlövh subyektlərin»  bir çoxu da xətləri

onların təsiri altında qiymətləndirməyə başlayırlar. 

S.Aşın tədqiqatları komformizmin başqa bir maraqlı

cəhətini də aşkara çıxarmışdır. Məlum olmuşdur ki, «sadəlövh

subyektin»  qrup təzyiqi effekti düzəltmə qrup üzvlərinin

miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuşdur ki, əgər

təcrübədə sınanan şəxsdən başqa «düzəltmə qrup» kimi yalnız

bir nəfər iştirak edirsə,  qrup «təzyiqi»  effekti, demək olar ki, 

təzahür etmir; əgər sınanan şəxs iki nəfərdən ibarət qrupun rəyi

ilə rastlaşırsa,  qrup «təzyiqi»  effekti çox cüzi olur.  Düzəltmə

qrup 3  nəfərdən ibarət olduqda,  müvafiq effekt tam aydınlığı

ilə təzahür edir.  Düzəltmə qrup üzvlərinin sayının daha da

artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır. 

Şəxsiyyətin qrup «təzyiqinə»,  fikrinə tabe olması daxili

və ya xarici xarakter daşıya bilir.  Xarici konformluq zamanı

qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə

qayıdır.  Daxili konformluq zamanı isə qrup təzyiqi aradan

çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır.  Başqa


212

sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xari-

ci təzyiq arasında ixtilaf olmur.  Ona görə də bu cür

konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq müm-

kündür. 

Təcrübə göstərir ki,  qrup üzvləri arasında konformizmin

əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd

qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir,  bir

növ neqativ mövqe tutur.  Fərdin nə olursa olsun əksəriyyətin

fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks

çıxması nonkonformizm adlanır. Nonkonformizm bir növ «ne-

qativizm»  anlayışına sinonim,  «konformluq»  anlayışına anto-

nimdir. 

Qrup qütbləşməsi.  Kiçik qruplarda özünü göstərən

hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir.  «Qrup

qütbləşməsi fenomeni»  anlayışı ilk dəfə olaraq 1969- cu ildə

S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürülmüşdür. 

D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onun

üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun

rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə

köçürülməsindən

ibarətdir.

1

D.Mayersin



fikrincə,  qrup

qütbləşməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki, 

qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün

ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər

adamlar əvvəlcədən nəyinsə «lehinə»  fikir söyləməyə

meyllidirlərsə, 

müzakirə

onların


mövqelərini

yalnız


möhkəmləndirir.  Əgər onlar nəyinsə «əleyhinə»  gedirlərsə, 

müzakirədən sonra öz etirazlarını daha güclü şəkildə

göstərəcəklər. 


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin