Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda,  yaxud

tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda

dad reseptorlarına təsiri zamanı əmələ gəlir.  P.P.Lazarevin

nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları

yerləşir.  Elə bu reseptorlar da dörd növ dad duyğusunun

yaranmasına səbəb olur:  şirinlik,  acılıq,  duzluluq,  turşluluq

duyğuları.

Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm

də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cürbəcürdür. 

Məsələn adamın dilinin ucu şirinə, ətrafı  turşuya, kökü acıya

daha həssasdır.

Dəri duyğuları.  Xarici aləmin cisimlərinin bir sıra

xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma,  

temperatur, ağrı duyğuları.


258

Toxunma (lamisə)  duyğusu vasitəsilə biz predmetlərin

dərinliyini,  bərkliyini,  yumşaqlığını,  kələkötürlülüyünü,  yaxud

səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks

etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər

olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir.  Bu

nöqtələr dilin ucunda,  barmaqların ucunda,  bədənin digər

hissələrinə nisbətən daha sıx yerləşmişdir.  Dəri duyğuları

hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır.  Korlar hərfləri

toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.



Temperatur duyğusu.  İstilik və soyuqluq duyğusu

olmaqla iki növ duyğu kimi mövcuddur.

İstilik duyğusu,  bədənin temperaturundan artıq hərarətə

malik olan cisim dəriyə toxunduqda əmələ gəlir.

Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan

cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.

Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. 

Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, 

davamlı və ani ağrıları duyuruq.

Dəri duyğularının hər birinin özünə məxsus reseptorları

vardır.    Dəridə olan bir çox nöqtələr toxunma,  digər nöqtələr

soyuqluq,  üçüncülər istilik,  nəhayət başqa nöqtələr ağrı

duyğularını yaradır.

Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin

vəziyyətini,  hərəkətini,  bu hərəkətin istiqamət və surətini,  bu

zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara

deyilir.  Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol

oynayır.  Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hə-

rəkətlərin icrası,  bu hərəkətlərin tənzim olunması hərəkət

duyğusunun sayəsində mümkün olur.  Əzələ-hərəkət duyğusu

görmə qavrayışında,  lamisə qavrayışında müstəsna dərəcədə

əhəmiyyət daşıyır.

Müvazinət duyğuları.  Bu cür duyğular    başın və

bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin

hərəkətinin istiqamətini,  kordinasiyasını saxlamağa xidmət


259

edir.  Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarım-

dairəvi kanalcıqların içərisindəki endolimfa və bu kanalcıqların

divarında olan sinir uclarıdır.  Bədənin vəziyyəti dəyişdikdə

endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını

qıcıqlandırır.  Bununla da biz bədənimizin vəziyyətini əks

etdiririk.

  Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki

dəyişmələrin inikasından ibarətdir.  Bu duyğular aclıq, 

susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq

və xəstə    vəziyyətdə daxili üzvlərində baş verən ağrılar

haqqında xəbər verir.  Üzvi duyğuların reseptorları daxili

üzvlərin səthində,  selikli qişasında yerləşən sinir uclarından

ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.



IV.8.3. Duyğuların ümumi qanunauyğunluqları

Hər bir duyğuya xas olan xarakterik cəhətlərlə yanaşı

bütün duyğulara aid olan ümumi cəhətlər də mövcuddur.  Son

psixoloji ədəbiyyatlarda bu ümumi cəhətlərin aşağıdakılardan

ibarət olduğu göstərilir.

       Keyfiyyət cəhəti.  Bu,  bir duyğunu başqa duyğulardan

fərqləndirən

cəhət

olub


duyğuya xas

olan


modallıq

xüsusiyyətidir.



Duyğunun intensivliyi    duyğulara xas olan başqa bir

ümumi cəhət olub, təsir edən başqa qıcıqlandırıcının qüvvəsi

və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir.

Duyğuların davamlılığı onun zaman xarakteristikasından

ibarətdir.  Bu da hiss üzvlərinin funksional vəziyyətindən, 

qıcıqlandırıcının gücü və təsir müddətindən asılıdır.  Nəhayət, 

duyğulara aid olan ümumi cəhətlərdən biri də duyğuların



məkan lokallığıdır.  Bu o deməkdir ki, reseptorların

göndərdikləri

siqnalların

təhlili


imkan

verir


ki,  biz

qıcıqlandırıcının hansı məkandan təsirini də əks etdirək. Başqa



260

sözlə,  işığın haradan düşdüyünü,  istinin haradan gəldiyini, 

yaxud,  bədənimizin hansı hissəsinə mexaniki təsirin olduğunu

əks etdiririk. 

Duyğulara aid olan qanunauyğunluqlardan biri də  

həssaslıq və onun ölçülməsməsələsidir. 

Həssaslıq

analizatorun

duyma


qabiliyyətidir. 

Mütəxəssislər həssaslığın iki növünü qeyd ediblər:  mütləq və

fərqləndirmə həssaslığı.  Mütləq və fərqləndirmə həssaslığı

duyğunun mütləq və fərqləndirmə həddləri ilə ölçülur.



Duyğunun mütləq aşağı həddi zorla duyğu əmələ gətirə

bilən qıcıqlandırıcının ən kiçik kəmiyyəti ilə müəyyən edilir

Bu kəmiyyət nə qədər kiçik olarsa həssaslıq bir o qədər yüksək

olar.  Bu,  duyğunun mütləq həddi və həssaslıq arasında tərs

mütənasib asılılıq olduğunu göstərir.  Bunu riyazi olaraq belə

ifadə etmək olar:             

                        E = 1/p

Burada    E-mütləq həssaslıq,  isə qıcıqlandırıcının

mütləq hədd kəmiyyətidir.

Duyğuların aşağı həddi müvafiq analizatorun mütləq

həssaslıq səviyyəsini müəyyən edir. Yəni  P-nin kəmiyyəti nə

qədər kiçik olarsa E-nin göstəricisi bir o qədər yüksək olar və

ya əksinə.

Mütləq həssaslığın aşağı duyğu həddi ilə yanaşı yuxarı

duyğu həddi də vardır.  Duyğu yaratmaqda davam edən ən

yüksək qıcıq qüvvəsinə və ya kəmiyyətinə həssaslığın yüksək

mütləq həddi deyilir.  Məsələn,  eşitmə duyğusunda səs

dalğasının 20  hersə bərabər olan kəmiyyəti duyğunun aşağı

mütləq həddi hesab olunursa,  20  000  hersə bərabər kəmiyyəti

bu duyğuda yuxarı mütləq hədd kimi qəbul olunmuşdur. Həm

aşağı,  həm də yuxarı hədd kəmiyyətləri insanın fəaliyyətinin

xarakterindən, 

onun

yaşından, 



reseptorun

funksional

vəziyyətindən, qıcıqlanmanın qüvvəsindən və davamlılığından

asılı olaraq dəyişilir.



Fərqləndirmə həddi,  fərqləndirmə həssaslığı məsələsi

261

də duyğulara xas olan qanunauyğunluqlardandır.  İnsan nəinki

müəyyən kəmiyyətdə olan qıcığı duyur,  eyni zamanda təsir

edən qıcıqların kəmiyyət dəyişmələrini də duyur. Fərqləndirmə

həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir. 

Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq

kəmiyyətinə fərqləndirmə həddi deyilir.  Ən    kiçik fərq

kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı

adlanır.  Belə bir təcrübəyə nəzər salaq.  Əgər bizə min şamlıq

işıqla təsir edilirsə,  sonradan onun üzərinə 0,5; 0,8; 0,9  şam

əlavə edilərsə,  bu əlavələrin heç biri bizdə yeni duyğu,  yəni

fərqləndirmə duyğusu əmələ gətirməyəcəkdir.  Əgər bir şam

əlavə edilərsə biz işığın gücləndiyini duyacağıq. Deməli görmə

duyğusu üçün fərqləndirmə həddi 1/100-ə      bərabərdir. 

Beləliklə də alman fizioloqu E.  Veber müəyyən etmişdir ki, 

duyğunun intensivliyi təsir edən qıcığın kəmiyyətinin mütləq

artımından deyil,  ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım

arasında olan nisbətdən asılıdır.  Bu nisbət müxtəlif anali-

zatorlar  üçün müxtəlifdir. Məsələn,  görmə analizatorları üçün  

təxminən 1/100-ə,  eşitmə analizatoru üçün 1/10-ə,  toxunma

analizatoru üçün 1/30-ə bərabərdir.   

Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxış

edərək duyğunun intensivliyi ilə qıcığın qüvvəsi arasındakı

olan asılılığı aşağıdakı düsturla ifadə etmişdir:

                  

                       S = K Lg J + C

Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və

C isə sabit    kəmiyyətləri ğöstərir.  Bu düstur göstərir ki, 

duyğunun

intensivliyi

qıcıqlandırıcının

qüvvəsinin

loqarifmasına mütənasibdirBaşqa cür desək qıcığın qüvvəsi

həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə

ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir. 

Duyğulara aid qanunauyğunluqlardan adaptasiya,  sen-



sibilizasiyasinesteziya, ardıcıl surətlər haqqında da danışmaq

262

lazımdır.   



Adaptasiya (alışma)  duyğu üzvlərinin qıcıqlandırıcılara

uyğunlaşması nəticəsndə həssaslığın dəyişməsinə deyilir. 

Məsələn  qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi

görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları

görə bilirik.  Bu o deməkdir ki,  duyğu üzvümüz-gözümüz

qıcıqlandırıcıya,  qaranlığa uyğunlaşır və nəticədə onun

həssaslığı artır.

Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn

sinif otağında tədricən hava ağırlaşır.  Otaqdakılar adaptasiya

prosesi baş verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə

daxil olan adam otağın havasının ağır olduğunu söyləyir.  Bu

isə iy duyğusu orqanının həssaslığının aşağı düşməsi ilə

bağlıdır. Adaptasiya hadisəsi üç şəkildə baş verir:

1. Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duy-

ğunun tamamilə yoxa çıxması kimi;

2. Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların

kütləşməsi kimi;

3. Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın

artması kimi.

Duyğuların

qarşılıqlı

təsiri



sensibilizasiya. 

Duyğuların intensivliyi təkcə qıcıqlandırıcının qüvvəsindən və

adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta

başqa    qıcıqlandırıcıların    hiss üzvlərinə olan təsirlərindən də

asılıdır.  Başqa hiss üzvlərinin qıcıqlanması nəticəsndə digər

analizatorun həssaslığının dəyişməsinə duyğuların qarşılıqlı



təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az

və çox dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın

aşağı düşməsinə, başqa vəziyyətdə həssaslığın artmasına səbəb

olur. Məsələn, müəyyən olunmuşdur ki, eşitmə qıcıqlanmasının

təsiri altında görmə analizatorlarının həssaslığı dəyişir.  Eyni  

zamanda gözə işığın təsiri səslərin daha gur eşidilməsnə səbəb

olur.

Analizatorun    qarşılıqlı təsiri ilə yanaşı mümarisələr də



263

həssaslığın artmasına səbəb olur.  Analizatorların qarşılıqlı



təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına

sensibilizasiya deyilir.

Sinesteziya.  Duyğu ilə    bağlı bu qanun daha az

ümumiliyə malikdir.  Bu hadisə ən çox özünü    rəngli eşitmə

deyilən xüsusiyyətə malik insanlarda göstərir.  Rus bəstəkarı  

A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarşısında

rəng çalarları yaranır,  rəng duyğusu əmələ gəlirmiş. 

Duyğularımızda    sinesteziyanın olmasını dilimizdə olan, 

«yumşaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək.

Ardıcıl surətlərHəyati faktlardan aydın gördüyümüz

kimi,  duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra

dərhal yox olub getmir. Həmin qıcıqlandırıcıları bu və ya digər

səviyyədə hələ də duymaqda davam edirik, başqa sözlə onların

surəti bizim tərəfimizdən hələ də duyulur.  Bu hadisə elmdə

ardıcıl surətlər adı ilə qəbul olunmuşdur. Ardıcıl surətlər həm

müsbət, həm də mənfi xarakter daşıya bilir.  Adətən müsbət

ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin

qıcığa uyğun gəlir.  Məsələn, bir üzündə quş,  o biri üzündə

qəfəs şəkli çəkilmiş kardon parçanın iki ucundan    bağlanmış

iplə fırlatsaq biz quşu qəfəsin içində duymağa başlayarıq.  Bu

ona ğörə baş verir ki, kardon parçasının o biri üzü gələnə qədər

hələ bizim gözümüzün tozlu qişasında quşun şəkli qalır. 

Nəticədə qəfəs şəkli ilə üst-üstə düşdüyünə görə biz quşu

qəfəsdə görməyə başlayırıq.



Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə

duyğularında aydın müşahidə edirik.  Məsələn,  əgər ağ vərəq

üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən

müddət gözümüzü    ona dikdikdən sonra qırmızı rəngli kağızı

götürsək onun yerində açığı göy yaşıl rəng görməyə

başlayacağıq.  Bu ona görə baş verir ki,  ağ rəng üzərindəki

qırmızı rəngə baxdıqda gözün tozlu qişasında həmin rəngi  

duyan qəbuledicilər yorulur,  daha az həssas olmağa başlayır. 

Ona görə də sonradan torlu qişanın həmin hissəsinə ağ işıq


264

düşdükdə


digər

qəbuledici

elementlər

yüksək


duyma

qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaşıl rəng görürük. 

Bu halı neqativ şəkillərə baxdıqda da müşahidə edə bilirik. 

Məsələn,  neqativ insan şəklinə baxdıqdan sonra ağ lövhəyə

baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik.

Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil,  eşitmə, 

temperatur,  ağrı,  dadbilmə duyğularında da qıcıqlandırıcıların

təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.         



              Özünü yoxlamaq üçün sual və tapşırıqlar.

   


   1. Duyğu nəyə deyilir?

   2. Duyğuların insan həyatındakı əhəmiyyətindən

danışın.

   3. Analizator nədir və onun hansı hissələri vardır?

   4. Duyğular haqqında bildiyiniz  nəzəriyyələri şərh

edin.


   5. Duyğuları hansı prinsiplərə görə təsnif edirlər?

   6. Xarici duyğuları şərh edin.

   7. Daxili və əzələ-hərəkət duyğuları hansılardır?

   8. Duyğularda həssaslıq və hədlər dedikdə nəyi başa

düşürsünüz? Onları şərh edin. 

   9. Adaptasiya nədir? Onun insan həyatında rolu nədən

ibarətdir?

  10. Duyğuların qarşılıqlı təsiri, sensibilizasiya, sineste-

ziya və ardıcıl surətləri səciyyələndirin. 

Referat, məruzə və müstəqil tədqiqat üçün

                         mövzular

1. Duyğular və onların qanunauyğunluqları.

2.Duyğuların növləri və insan həyatında rolu.


265

Ə d ə b i y y a t

Bayramov Ə.S., Əlizadə Ə.Ə

.

Psixologiya 2- Nəşri. –

Bakı, 2002, səh. 256-265.

Qleytman Q., Fridlund A., Raysberq D. Osnovı psix-

oloqii.-S.P.,2001,S.201-251



Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1.- M., 1988, s. 

166-181.


Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, s. 164-

199.


Mayers D. Psixoloqiə.- Minsk,2001,s.208-249

Luriə A.R. Ohuheniə i vospriətie. – M., 1965, s. 4-42

Rubinşteyn S.L.Osnovı obhey psixoloqii.  T. 1, - M., 

1998, s. 208-300

Xrestomatiə po ohuheniö i vospriətiö.  - M., 1975

Fress P., Piaje

j.

Gksperimentalğnaə psixoloqiə, vıp. 1-

2, - M. 1966, s. 241


266

9-cu FƏSİL

QAVRAYIŞ

Qısa xülasə

Qavrayışın ümumi xarakteristikası.  Qavrayış haqqında

anlayış. Qavrayış və duyğular. Onları fərqləndirən cəhətlər. Qavrayış

hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin surətlərinin

beyində bütövlükdə əks etdirilməsindən ibarət olan idrak prosesi ki-

mi.

Qavrayışın əsas xüsusiyyətləri.  Əşyaviliyi,  tamlığı,  sabitliyi, 

mənalılığı, seçiciliyi. Appersepsiya.



Qavrayışın təsnifi.  Qavrayışın analizatorların iştirakından asılı

olan sadə növləri:  görmə,  eşitmə,  lamisə.  Qarşıya qoyulmuş

məqsəddən asılı olaraq qavrayışın növlərə ayrılması: qeyri-ixtiyari və

ixtiyari qavrayış.  Müşahidə ixtiyari qavrayış kimi.  Müşahidə və

müşahidəçilik.  Materiyanın mövcudluq formasından asılı olaraq

qavrayışın növləri: məkan, zaman, hərəkət qavrayışı.

Qavrayışda illüziyalar. 

IV . 9.1. Qavrayışın ümumi xarakteristikası

        Qavrayış haqqında anlayış. Cisim və hadisələr hiss

üzvlərimizə təsir edir və duyğu şəklində subyektiv effekt

yaranır.  Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə

heç bir fəallıq göstərmir. Duymaq qabilliyyəti anadangəlmə si-

nir sisteminə malik olan həm bizə,  həm də bütün canlılara

xasdır. Aləmi obrazlar şəklində qavrama ancaq insanlara və ali

heyvanlara aiddir.  Bu prosses həyat təcrübəsinin genişlənməsi

ilə bağlı olaraq inkişaf edir.

        Həm duyğu,  həm də qavrayış hər ikisi hissi idrak



267

prossesləridir.  Varlığın,  aləmin dərki duyğu və qavrayışdan

başlanır.  Bunların hər ikisi cisimlərin,  hadisələrin insanın

duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir.  Bununla

belə bu iki psixi proses arasında prinsipial fərq mövcuddur.  

        Məlum olduğu kimi,  duyğu hal-hazırki anda hiss

üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı

xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir. 

Qavrayış isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir. Ci-

sim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində

onların insan beynində bütövlükdə inikasından ibarət olan

psixi prosesə qavrayış deyilir. 

IV.9.2. Qavrayışın əsas xüsusiyyətləri

Qavrayışın özünəməxsus xüsusiyyətləri vardır.  Bunlara

qavrayışın əşyaviliyi,  tamlığı,  sabitliyi,  mənalılığı,  seçiciliyini

aid etmək olar.  Qıcıqlandırıcıların ayrı-ayrı xassələrini əks

etdirən duyğulardan fərqli olaraq,  qavrayış cisimləri bütöv-

lükdə,  onun bütün əlamətləri ilə birlikdə əks etdirir.  Bir psixi

prosses kimi qavrayışın özünəməxsus xüsusiyyətləri var.  Bu

xüsusiyyətlərdən biri qavrayışın əşyaviliyidir.  Qavrayışın

əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur.  Yəni biz ayrı-

ayrı əlamətlərini duyduğumuz cisim,  yaxud hadisəni aləmdə

mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən

alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks et-

diririk.  Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil.  O, 

həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının

görmə duyğusuna qoşulması nəticəsində formalaşır.  Belə bir

fakta diqqət yetirək. Kliniki müşahidələr göstərir ki, kantuziya

nəticəsində beyni zədələnmiş xəstədə göz almacıqlarının tam

hərəkətsizliyi əmələ gəldikdə,  o ətrafda olan hər şeyi işıq seli

kimi duyur.  Predmetləri qavraya bilmir.  Lakin müəyyən


268

müalicə aldıqdan sonra göz almacıqlarının hərəkəti bərpa olu-

nur. Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu fakt onu

göstərir ki,  cisimlərin qavranılmasında    görmə duyğusu ilə

yanaşı hərəkət duyğusunun da iştirakı vacibdir.  Qavrayışın

əşyaviliyi, onun əşyaviliyi deyilən keyfiyyəti ancaq bu zaman

meydana çıxır.

        Qavrayışın əşyaviliyi xüsusiyyəti davranışın tənzim

olunmasında mühüm rol oynayır. Adətən insan əşyaları onların

görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə

etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. Bu

isə qavrayışın əşyaviliyi xüsusiyyəti sayəsində mümkün olur. 

Məsələn,  biz oyuncaq tapançanı həqiqi tapançadan,  yaxud bir

quşun müqəvvasını canlı quşdan ayıra biliriksə və onlarla

müvafiq şəkildə davranırıqsa,  burada qavrayışın əşyaviliyi

xüsusiyyəti özünü göstərir.

        Qavrayışın digər bir xüsusiyyəti isə onun tamlığıdır.

Qavrayış cisimlərin ayrı-ayrı xassələrini,  əlamətlərini əks

etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi

təzahür edir.

         Qavrayışın sabitliyi onun digər bir xüsusiyyətidir.  Qav-

rayışın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə

şəraitinin dəyişilməsinə baxmayaraq,  sabit qalmasında ifadə

olunur.  Bu daha çox görmə qavrayışında özünü büruzə verir. 

Məsələn,  eyni bir karandaş həm 20  sm,  həm də 1  metr

məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır.

          Yaxud,  biz qarşımızdakı boşqabı üstdən dairə şəklində, 

yandan baxanda isə ellepis şəklində görməli idik. Lakin biz onu

hansı tərəfdən baxmağımıza baxmayaraq dairə şəklində

qavrayırıq. Bu qavrayışın sabitliyi ilə əlaqədardır.

          Qavrayışın sabitliyinin həqiqi mənbəyi perseptiv siste-

min fəaliyyətindən ibarətdir.  Sıx meşə şəraitində yaşayan

adamlar üzərində aparılan müşahidələr göstərmişdir ki,  həmin

adamlara uzaqda olan obyektləri göstərdikdə onlar bu əşyaları

uzaqda olan əşya kimi deyil, kiçik əşya kimi qavramışlar.


269

          Qavrayışın sabitliyi anadangəlmə bir xüsusiyyət deyil. 

Belə bir fakta diqqət yetirək.  Uşaqlıqda gözləri tutulmuş bir

insanın görmə qabiliyyəti cərrahiyə əməliyyatı sayəsində bərpa

edilir. Əməliyyatdan sonrakı ilk vaxtlarda ona elə gəlir ki, 10-

12 metr hündürlükdə olan pəncərədən küçəyə tullansa ona heç

bir ziyan dəyməz. Bu o deməkdir ki, həmin adam aşağıda olan

obyektləri uzaqda olan obyekt kimi yox, kiçik obyektlər kimi

qavramışdır. Bu qavrayışın sabitliyinin pozulmasıdır. Yaxud da

belə


demək

olar


ki,  perseptiv

sistemin


fəaliyyət

göstərməməsidir.  Müalicə dövrü keçir.  Perseptiv sistem

fəaliyyətə başlayır, qavrayışın sabitliyi də bərpa olunur.

         Qavrayışın



mənalılığı

xüsusiyyəti

qavrayışı



xarakterizə edən başqa bir cəhətdir.  Qavrayış zamanı yaranan

obrazlar qıcıqlandırıcıların bilavasitə təsiri nəticəsində yaransa

da,  bu zaman yaranan surətlər həmişə müəyyən məna

əhəmiyyətinə malik olur. İnsanın qavrayışı təfəkkürlə, əşyanın

mahiyyətini anlamaqla sıx şəkildə bağlı olur.  Əşyanı şüurlu

surətdə qavramaq onu fikrən adlandırmaq,  yəni qavranılan

əşyanı müəyyən predmetlər qrupuna aid etmək,  onu sözdə

ümumiləşdirmək deməkdir.  Qavrayış obyekti,  hətta bizə

naməlum olarsa,  biz onun məlum predmetlərə oxşar olan

cəhətlərini axtarır,  tapır,  onu müəyyən cisimlər qrupuna aid

etməyə cəhd edirik. Qavrayış prosesində bu cür ilkin təfəkkür

elementlərinin iştirakı qavrayışın mənalılıq kimi xüsusiyyətə

malik olduğunu göstərir.

         Qavrayışın mənalılığını əyani şəkildə görmək üçün iki

mənalı adlanan şəkillərə baxmaq kifayətdir (bax, şəkil 12) .


270

                                          

              A                                              B

Şəkil 12. Qavrayışın mənalılığı

Şəkil A-ya baxdıqda gah ağac, gah da insan silueti, şəkil

B-yə baxdıqda isə,  gah vaza,  gah da iki adamın profilini

gördüyümüzü söyləriksə,  elə bu qavrayışın mənalılığı

deməkdir.

         Deyilənlərdə əlavə qavrayışın seçiciliyi və strukturluğu

kimi xüsusiyyətləri də var.

         Qavrayış fəal bir prosesdir,  belə ki,  qavrayış prosesində

hərəki sinirlər fəalliyyətə gəlir.    Bu zaman əllərin,  gözün, 

bədənin hərəkəti zəruriyyətə çevrilir.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin