Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Azərbaycanda elmi psixologiyanın yaranması və inkişafı



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   2   3   4   5   6   7   8   9   ...   49

Azərbaycanda elmi psixologiyanın yaranması və inkişafı

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil

oldu.  Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə

son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.

«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb

tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət

dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet

Sosialist

Respublikası

vahid


əmək

məktəblilərinin

Əsasnaməsi»  qəbul olundu.  Bu əsasnamə və dekretdə

məktəblərdə təlimin ana dilində və pulsuz aparılması, 

zəhmətkeş balalarının üzünə açıq olması elan edildi» 

(F.A.Rüstəmov,  Ən yeni dövrün pedaqogika tarixi,  B.,  «Nur-

lan», 2005, s.62).

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra

təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi.  Ali məktəblər

açıldı.  Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu.  Lakin

ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı. 

1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs

deyəcək müəllim kadrları hazırlamaq üçün yeni bir ali təhsil

müəssisəsi – APİ yaradıldı.  1931-ci ildə Azərbaycan Dövlət

Elmi Tədqiqat Pedaqogika İnstitutu,  1936-cı ildə Kirovabad

(Gəncə) Dövlət Pedaqoji İnstitutu təsis edildi.



32

Azərbaycan Dövlət Universiteti isə hələ Azərbaycan

Demokratik Respublikasının vaxtında – 1919-cu ildə yaradıl-

mışdı.  Universitetdə yaradılan kafedralardan biri də psixolo-

giya kafedrası idi.  Kafedraya görkəmli alim A.O.Makovelski

rəhbərlik edirdi.  Ali məktəblərdə ən böyük çətinliklərdən biri

də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə

bağlı idi.  Vəziyyətdən çıxış üçün dilləri Azərbaycan dilinə

yaxın olan Krımdan,  Kazandan,  Türkiyədən yüksək ixtisaslı

müəllimlər dəvət olunur.  Onların sırasında A.O.Makovelski, 

X.Fikrət, M.Tofiq və başqaları var idi. Onlar həm psixologiya-

dan dərs deyir,  həm də milli kadrların hazırlanmasına kömək

edirdilər.  A.O.Makovelskinin bu sahədə xidmətləri isə

əvəzsizdir.



A.O.Makovelski 1920-ci ildə Azərbaycan Dövlət

Universitetində işə dəvət olunur. O,  1920-ci ildən 1930-cu ilə

qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir.  1921-ci ildə

ADU-da «Sokrata qədərki fəlsəfə»  mövzusunda doktorluq

dissertasiyası müdafiə etmişdir. O, 1931-ci ildən 1940-cı ilədək

AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır.  1948-ci ildə

Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır

və 1960-cı ilə qədər məntiq-psixologiya kafedrasına rəhbərlik

edir.  Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının

hazırlanmasında

əvəzsiz

xidmətləri



olmuşdur. 

O, 


Ə.K.Zəkuyevin doktorluq dissertasiyasının rəsmi opponenti, 

M.Məhərrəmov,  M.Abbasov,  M.Hacıyev,  İ.Seyidov

başqalarının elmi rəhbəri olmuşdur.



Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış, 

Azərbaycan şair və filosoflarının yaradıcılığının psixoloji təh-

lilini vermişdir.

Azərbaycanda psixologiya elminin inkişafında,  psixoloq

kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-

1965)  böyük xidmətləri olmuşdur.  1921-ci ildə Bakıya gələn

Komarovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer-

sitetinin aspiranturasında oxuyur.  1927-ci ildə pedaqogika



33

ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il

o,  professor elmi adı alır.  Komarovski ilk elmi məqaləsini

1914-cü ildə, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa ma-

lik olan Komarovski «Psixologiya cədvəlləri»  (1923), 

«Uşaqlığın sosiologiyası» (1921), «Təkrarlama metoduna dair» 

(1940) və s. onlarla fundamental əsərlərin müəllifidir.

Azərbaycanda psixologiya elminin digər tanınmış bir

nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988).  O,  respub-

likamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun

Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil

etdiyi psixologiya laboratoriyasında çoxsaylı,  müxtəlif istiqa-

mətli tədqiqatlar aparılmışdır.

F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına

APİ-də,  sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər

İnstitutunda psixologiya kafedrasının müdiri olmuşdur.

F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə

bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmışdır.  Onun

tədqiqatları nəinki ittifaq miqyasında,  eləcə də dünyanın bir

sıra ölkələrində rəğbətlə qarşılanmışdır.  O,  ana dili və rus

dillərinin mənimsənilməsinin psixoloji əsaslarını tədqiq

etmişdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumit-

tifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxışlar bir qayda ola-

raq yüksək dəyərləndirilmişdir. Onun «İkidillilik, onun forması

və fərdi fərqlərə görə təsnifatı»,  «Milli məktəblərdə rus dili

təliminin psixoloji əsasları haqqında», «Nitqin qavranılmasının

seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq

inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan

hesab olunur.

Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, 

psixoloji fikrin inkişafı və təşəkkülündə Əhməd Kərədi

Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci

ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 

1922-1960-cı illərdə V.İ.Lenin adına APİ-də dərs demiş, 

müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir.



34

1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə

şöbəsində çalışmışdır.

1933-cü ildə V.İ. Lenin adına APİ-nin nəzdində aspiran-

tura şöbəsi açılır.  Bu şöbənin yaradılmasıyla psixologiya üzrə

kadr hazırlığında da bir dönüş yaranır.

20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-

lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-

mikalar başladı.  Qeyd etmək istərdik ki,  SSRİ miqyasında

gedən proseslər eynilə Azərbaycanda da baş verirdi.  Bununla

bağlı F. Rüstəmov yazır:  «20-ci illərin əvvəllərində pedaqoji

elmdə demokratik fikir güclü idi,  əsasən qeyri-marksist

mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi.  Bu

nəzəriyyələrin bir qismi Avropadan türk pedaqoq və

psixoloqlarının (X. Fikrət,  Mühiddin,  İ. Hikmət,  T. Tofiq,  N.

İsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi

isə rus pedaqoji fikrindən tərcümə edilmiş əsərlərdən milli pe-

daqoji fikrə keçirdi.

İntellektual mübahisələr çox zaman bir-birinə qara yax-

maqla başa çatırdı.  Bu proses hər yerdə – mərkəzdə də, 

yerlərdə də gedirdi.  Rusiya və Ukrayna üçün səciyyəvi olan

yanlışlıqlar eyni ilə Azərbaycanda da təkrar olunurdu.  Mosk-

vada A.P. Pinkeviçin,  P.P. Blonskinin başına gətirilənlər

Bakıda B.B. Komarovski,  A.O. Makovelski,  Ə. Seyidov,  Ə.

Zəkuzadə üçün təkrarlanırdı.  Hədə,  təhqir və yalanlara cavab

vermənin fiziki cəhətdən məhvə səbəb olacağını dərk edən

alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf

məktubları yazır,  düzgün elmi mövqelərini tənqid etmək

məcburiyyətində qalırdılar».

Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütə-

xəssislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli

marksistlər»  tərəfindən də keçirilir,  təəssüf ki,  çox vaxt məhz

onlar «haqlı»  çıxırdılar.  Tənqid olunanlar sırasında adətən

həqiqi elm fədailəri, görkəmli alimlər olurdu.

1931-ci ildə F.Ə.İbrahimbəyov testlər metodunun milli


35

psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə

danışmağa məcbur olur.  Onun 1936-cı ildə nəşf etdirdiyi

«Uşaqların əqli inkişafında zərərli nəzəriyyə» adlı məqaləsində

pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya

və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.

30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə

gənc və istedadlı alimlər gəlir.  Onların sırasından S. Hacıyev, 

M. Məhərrəmov, M. Abbasov və başqaları xüsusilə seçilirdilər. 

1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika

İnstitutu fəaliyyətə başlayır.  Fərəhli haldır ki,  institutun

nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da

fəaliyyət göstərir.  Təlim-tərbiyə prosesi ilə bağlı aparılan

tədqiqatlar psixologiya elminin inkişafında xüsusi yer tutur. 

İnstitutda yaradılan şöbəyə M.R. Abbasov başçılıq edir. Bu in-

stitutda müxtəlif dövrlərdə F.Ə. İbrahimbəyov,  A.O. Mako-

velski,  S. Hacıyev,  M. Hacıyev,  Z.M. Mehdizadə,  Ə.K.

Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov, 

Ə.Ə. Əlizadə və başqa görkəmli alimlər çalışmış, tədqiqat işləri

aparmışlar.

Hazırda institut Təhsil Problemləri İnstitutu adı ilə fəaliy-

yət göstərir.  İnstitutun psixologiya və yaş fiziologiyası şöbə-

sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.

Respublikamızda

psixologiya

elminin


inkişafında

APRDƏİ (hazırda Bakı Slavyan Universiteti),  SSRİ-nin 50 il-

liyi adına APXDİ (hazırda Azərbaycan Dillər Universiteti), 

KDPİ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil

müəssisələri də özünəməxsus rol oynamışdır.

1946-cı ildə ÜİK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-

ci tədris ilindən başlayaraq orta məktəblərin buraxılış

siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı

qərar qəbul olunur.  Qərara uyğun olaraq 1947/48-ci tədris

ilində Azərbaycan Dövlət Universitetində məntiq-psixologiya

kafedrası yaradılır.  Kafedraya rəhbərlik A.O. Makovelskiyə

tapşırılır.  O,  1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir. 



36

1960-cı ildən kafedra pedaqogika və psixologiya kafedrası adı

ilə fəaliyyətini davam etdirir.  1960-1970-ci illərdə kafedraya

M.C. Məhərrəmov,  daha sonra professor Ə.S. Bayramov

rəhbərlik edir.  Hazırda kafedraya professor B.H. Əliyev

rəhbərlik edir.



M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının

hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəz-

siz xidmətlər göstərmişdir.

O,  1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji

İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cü

ildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonuna-

dək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-

giyanın tədrisi üsullarına dair»,  1960  və 1961-ci illərdə «Psi-

xologiya oçerkləri»,  1968-ci ildə «Psixologiya»  əsərlərini

yazır.  1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr

olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə idi.

50-ci illərdən başlayaraq Azərbaycanda psixologiya elmi-

nin yeni bir inkişaf mərhələsi başlayır. Bu dövrdə A.K. Abdul-

layev, Ş.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əliza-

də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fa-

kültəsində təhsil almışdır.

İ.Ə. Seyidov,  K.S. Əbilov,  M.S. Nəcəfov,  M.Ə. Həm-

zəyev,  M.M. Hacıyev 50-ci illərdə namizədlik dissertasiyaları

müdafiə edirlər.

1963-64-cü tədris ilində V.İ. Lenin adına APİ-də psixolo-

giya kafedrası yenidən müstəqil fəaliyyətə başlayır.  1963-

1975-ci illərdə kafedraya görkəmli psixoloq Ş.S. Ağayev

rəhbərlik edir. 

Ş.S. Ağayev 1954-cü ildə «Fikri məqsədin xarakterindən

asılı olaraq görmə qavrayışının dinamikası» mövzusunda nami-

zədlik,  1967-ci ildə isə «Əmək,  tərbiyə və inkişaf»  mövzu-

sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Şəxsiyyət psi-

xologiyası,  təlim psixologiyası,  tərbiyə psixologiyası və s. 

sahələr üzrə tədqiqatlar aparmış,  dərsliklərin hazırlanmasında, 



37

kadrların yetişməsində önəmli rol oynamış professor Ş.S.

Ağayev müəyyən müddət V.İ. Lenin adına APİ-nin rektoru

olmuşdur.

1960-70-ci illərdə sovet psixologiya elmində bir inkişaf

mərhələsi başladı. Psixologiyanın müxtəlif sahələri üzrə tədqi-

qatlar genişləndi. 

Gənc və istedadlı psixoloqlar Ə.S. Bayramov, T.Ə. Mus-

tafayev, C.A. Təhmasib, İ.A. Fərəcov, A.U. Məmmədov, Q.E.

Əzimov, R.M. Rəsulov, M.Ş. Əbdülov və başqaları namizədlik

dissertasiyaları

müdafiə


etdilər. 

Bu

dissertasiyalar



psixologiyanın bir çox sahələrini əhatə etsə də əsas diqqət yaş

və pedaqoji psixologiyaya yönəldilmişdi.

60-cı illərin sonu – 70-ci illərin əvvəlləri Azərbaycan

psixologiya elmi üçün daha məhsuldar olmuşdur. Ə.S. Bayra-

mov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əli-

zadə müxtəlif mövzularda doktorluq dissertasiyaları müdafiə

etmişlər. Bundan sonra 20 il müddətində Azərbaycanda psixo-

logiya üzrə doktorluq dissertasiyaları müdafiə olunmamışdır. 

Yalnız 90-cı illərin ortalarından başlayaraq yenidən respubli-

kada doktorluq dissertasiyaları müdafiə olunmağa başladı. Ə.T.

Baxşəliyev,  S.İ. Seyidov,  B.H. Əliyev,  İ.M. Novruzlu, 

R.İ.Əliyev,  G.K.Məmmədova,  İ.Ə.Məmmədova doktorluq

dissertasiyaları müdafiə etdilər.

Azərbaycanda psixologiya elminin inkişafında 1947-48-

ci tədris ilindən 1954-55-ci tədris ilinədək Azərbaycan Dövlət

Universitetində təşkil olunmuş məntiq-psixologiya şöbəsinin

müstəsna rolu olmuşdur. Bu müddət ərzində 150-dən artıq yük-

sək ixtisaslı psixoloq kadrı oranın məzunu olmuşdur.  Onların

sırasından Ə.S. Bayramov,  Ə.Ə. Əlizadə,  Ə.Ə. Qədirov, M.S.

Nəcəfov,  Q.E. Əzimov,  M.Ş. Əbilov kimi tanınmış alimlər

çıxmışlar. Məhz onların sayəsində Azərbaycan psixologiya el-

mi mühüm inkişaf yolu keçmişdir.

1947-52-ci illərdə Azərbaycan Dövlət Universitetinin

məntiq-psixologiya şöbəsini bitirənlərdən biri də professor



38

Ələddin Əhməd oğlu Qədirov (1929-2003) olmuşdur. Ə.Qədi-

rov 1963-2001-ci illər ərzində Gəncə Dövlət Pedaqoji İnstitu-

tunda dosent,  kafedra müdiri,  prorektor,  rektor vəzifələrində

çalışmışdır. 

Ə. Qədirov 2001-2003-cü illərdə Təhsil Problemləri

İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.

O,  1961-ci ildə «Kiçik məktəbyaşlı uşaqlarda mücərrəd

təfəkkürün inkişafı» mövzusunda namizədlik, 1974-cü ildə isə

«Kiçikyaşlı məktəblilərdə mücərrədləşdirmənin inkişafı» möv-

zusunda doktorluq dissertasiyası müdafiə etmişdir.  Ə.Qədirov

təlim-tərbiyə

psixologiyasına

dair

çoxsaylı


əsərlərin

müəllifidir.  2003-cü ildə nəşr etdirdiyi «Yaş psixologiyası» 

dərsliyi isə ümumən Azərbaycan psixologiya elminin

nailiyyətlərindən hesab olunur.

Azərbaycan psixologiya elminin inkişafında əvəzsiz

xidmətləri olan alimlərdən biri də professor Muxtar Əliş oğlu



Həmzəyevdir (1929). O,  1952-ci ildə Azərbaycan Pedaqoji

İnstitutunu bitirmişdir.  1956-cı ildə «İbtidai məktəbin II sinif

şagirdlərində samitlər üzrə düzgün yazı vərdişlərinin təşəkkül

etməsi və inkişafının psixoloji xüsusiyyətləri» mövzusunda na-

mizədlik dissertasiyası müdafiə etmişdir.  Bundan sonra

M.Həmzəyevin təlim-tərbiyə məsələləri ilə bağlı əsərləri nəşr

olunur.  «Ailədə uşaqların oyunlarına rəhbərlik»  (1965),  «Yazı

təliminin bəzi məsələləri»  (1961),  «Şagirdlərin düzgün yazı

vərdişlərinə yiyələnmə xüsusiyyətləri» (1984) və onlarla digər

kitablar M.Həmzəyevin qələminin məhsulu olsa da,  ümumən

Azərbaycan psixologiya elminin nailiyyətləri hesab edilir. 

Onun «Pedaqoji psixologiya»  (1991),  «Yaş və pedaqoji

psixologiyanın əsasları» (2000-2003) və digər dərslikləri geniş

istifadə olunan uğurlu dərsliklərdəndir. O, uzun müddət I sinif

şagirdləri üçün «Ana dili»  dərsliyinin müəlliflərindən biri

olmuşdur.

M. Həmzəyevin fəaliyyətinin uzun və məhsuldar bir

dövrü Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ilə



39

bağlı olmuşdur.  O,  1956-74-cü illərdə baş    elmi işçi,  şöbə

müdiri,  psixologiya laboratoriyasının müdiri işləmişdir.  1974-

77-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İns- titutunda

kafedra müdiri olmuşdur. 

1978-ci ildən M.Həmzəyevin elmi fəaliyyəti Azərbaycan

Dövlət Dillər İnstitutu,  indiki Dillər Universiteti ilə bağlanır. 

O,  hazırda Azərbaycan Dillər Universitetində psixologiya

kafedrasının müdiri vəzifəsində çalışır.

M.Həmzəyev 1969-cu ildə «Azərbaycan dili orfoqrafiya

və durğu işarələrinin mənimsənilməsi psixologiyası»  mövzu-

sunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Respublikada elmi kadrların hazırlanmasında da M.Həm-

zəyevin müstəsna rolu olmuşdur.  Onun rəhbərliyi ilə onlarla

aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmiş-

dir. Uzun müddət AAK Ekspert Şurasının üzvü olmuşdur.

Azərbaycan psixologiya elminin inkişafında əməkdar elm

xadimi,  professor Əkbər Salman oğlu Bayramovun (1930)

müstəsna xidmətləri olmuşdur. Azərbaycan Dövlət Universite-

tinin məntiq-psixologiya şöbəsini bitirdikdən sonra Ə.S. Bayra-

mov çoxşaxəli elmi-pedaqoji fəaliyyətə başlayır. O, demək olar

ki,  Azərbaycanda psixologiya elminin bütün sahələri üzrə

tədqiqat aparmış, elmi əsərlər yazmış, dərsliklər hazırlamışdır. 

O,  professor Ə.Ə. Əlizadə ilə birlikdə Azərbaycanda sosial

psixologiyanın əsasını qoymuşdur.  Hələ sovet hakimiyyəti

illərində etnopsixologiyanın «qadağan olunduğu» vaxtlarda et-

nopsixologiya ilə bağlı fikir və ideyalarını irəli sürmüş, 1996-cı

ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəşr etdirmişdir. 

Ə.S.

Bayramov


Azərbaycanda

etnopsixologiyanın

yaradıcısıdır. Onun çoxsaylı aspirant və dissertantları da etnop-

sixoloji məsələlərə dair namizədlik dissertasiyası müdafiə

etmişdir.

1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və

tənqidiliyinə

görə


III-IV

sinif


şagirdlərinin

fərdi


xüsusiyyətləri»  mövzusunda namizədlik,  1967-ci ildə isə

40

«Kiçik məktəbyaşlı şagirdlərdə əqli keyfiyyətlərin inkişaf

dinamikası»  mövzusunda doktorluq dissertasiyası müdafiə

etmişdir.

O,  1974-cü

ildən


SSRİ

Psixologiya

Cəmiyyəti

Azərbaycan şöbəsinın sədri olmuşdur. Ə.S.Bayramov 1971-97-

ci illərdə BDU-nun pedaqogika və psixologiya kafedrasına

rəhbərlik etmişdir.  Uzun illər psixologiya üzrə ixtisaslaş-

dırılmış müdafiə şurasının sədri kimi respublikada yüksək

ixtisaslı psixoloq kadrların hazırlanmasına rəhbərlik etmişdir.

Hazırda

Bakı


Dövlət

Universiteti

psixologiya

kafedrasının professoru,  Azərbaycan Respublikası Prezidenti

yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü

kimi Azərbaycan psixologiya elminin inkişafına xidmət

göstərir.

Respublikamızın görkəmli alimlərindən biri, Azərbaycan

Dövlət

Pedaqoji


Universitetinin

ümumi


psixologiya

kafedrasının müdiri,  professor Əbdül Əli oğlu Əlizadə (1932)

Azərbaycanda

psixologiya

elminin

inkişafında



əvəzsiz

xidmətlər göstərmiş psixoloqlardandır.  Ə.Əlizadə 1950-55-ci

illərdə Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya

şöbəsində təhsil almışdır.  1956-cı ildə ilk elmi məqaləsi çap

olunur.  1957-ci ildə «Azərbaycan məktəbi»  jurnalında işə

başlayır.  1959-cu

ildə

Azərbaycan



Dövlət

Pedaqoji


İnstitutunun aspiranturasına daxil olur.  Sonrakı fəaliyyəti bu

institutla bağlıdır.

1962-ci ildə «Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində

analiz və sintez proseslərinin xüsusiyyətləri»  mövzusunda

namizədlik,  1975-ci ildə isə «Cinsi dimorfizm və şəxsi

qarşılıqlı

münasibətlərin

formalaşmasının

psixoloji

problemləri»  mövzusunda doktorluq dissertasiyası müdafiə

edir.

1976-cı ildən bu günədək Ə.Ə.Əlizadə ADPU-nun ümu-



mi psixologiya kafedrasının müdiridir.

Ə.Ə.Əlizadənin fəaliyyətində dərsliklərin hazırlanması



41

xüsusi yer tutur. O, hələ 60-cı illərdən dərsliklərin hazırlanma-

sında yaxından iştirak edir.  Professor Y.Ş.Kərimovla birlikdə

hazırladığı «İlk addımlar»  dərs vəsaiti özünün psixoloji

məzmununa görə diqqəti cəlb edir. 

1964-cü ildə nəşr olunmuş «Psixologiya»  dərsliyinin

müəlliflərindən biri də professor Ə.Ə.Əlizadədir.  Professor

Ə.Ə.Əlizadə professor Ə.S.Bayramovla birlikdə çox səmərəli

fəaliyyət göstərmiş, Azərbaycan psixologiya elminin inkişafına

önəmli xidmət etmişlər. «Psixologiya» (1989), «Sosial psixolo-

giyanun aktual məsələləri»  (1986),  «Sosial psixologiya» 

(1976),  «Sosial psixologiya»  (2003)  və digər əsərlər onların

birgə fəaliyyətinin məhsuludur.

Ə.Ə.Əlizadənin yaradıcılığında ailə tərbiyəsi,  ailə prob-

lemləri daha dolğun şəkildə araşdırılmışdır.  Professor A.N.Ab-

basovla birlikdə hazırladıqları «Ailə»  dərsliyi pedaqoji

ictimaiyyət tərəfindən müstəsna xidməti olan əsər kimi qəbul

olundu.


Ə.Ə.Əlizadənin psixoloq kadrlarının hazırlanmasında da

əvəzsiz rolu olmuşdur. Onun aspirant və dissertantları müxtəlif

istiqamətli mövzularda namizədlik dissertasiyaları müdafiə et-

mişlər.  Professor Ə.Ə.Əlizadə indi də fəaliyyətini uğurla da-

vam etdirir.

80-ci illərin ortalarından başlayaraq SSRİ-də psixologi-

yanın praktik istiqamətdə inkişafına xüsusi yer ayrıldı. Təbii ki

Azərbaycanda da bu istiqamətə diqqət yetirilməyə başlandı. 80-

ci illərin sonuna yaxın məktəbə psixoloji xidmət sahəsində fəa-

liyyətə başlandı.  Aydındır ki,  fəaliyyət üçün ixtisaslı psixoloq

kadrlarına ehtiyac yarandı.  İlk dövrlər problem işləyən

müəllimlərin

ixtisasdəyişməsi

yolu


ilə

həll


olundu. 

Respublikamız müstəqillik qazandıqdan sonra yüksək ixtisaslı

psixoloq kadrlarının hazırlanması zərurəti yarandı.

90-cı illərin əvvəllərindən başlayaraq Bakı Dövlət

Universitetində,  Azərbaycan Dövlət Pedaqoji Universitetində, 

Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar



42

Universiteti)  psixologiya

fakültələri

fəaliyyətə

başladı. 

Görülmüş işlər tədricən öz bəhrəsini verməyə başladı.

İndi Azərbaycanda həm elmi psixologiya, həm də praktik

psixologiya özünün inkişafının yeni bir mərhələsinə qədəm

qoyur.

20  ildən artıq bir müddətdə Azərbaycanda psixologiya



üzrə doktorluq dissertasiyası müdafiə olunmadı.  1996-cı ildə

Ərəstun Təriş oğlu Baxşəliyev «XX əsrdə Azərbaycanda psixo-

loji fikrin inkişafı» mövzusunda doktorluq dissertasiyası müda-

fiə etdi.  Azərbaycanda psixologiya tarixi üzrə görkəmli mütə-

xəssis Ə.Baxşəliyev 1973-cü ildə «Sovet Azərbaycanında

psixologiyanın inkişaf tarixindən»  mövzusunda namizədlik

dissertasiyası müdafiə etmişdir. 

Ə.Baxşəliyev xüsusilə Azərbaycanda elmi psixologiyanın

təşəkkül tapmasından sonrakı dövrün öyrənilməsinə diqqət

yetirmiş, təhlillər aparmışdır. O hazırda ADPU-da yaş və peda-

qoji psixologiya kafedrasına rəhbərlik edir.

Respublikamızın müstəqillik qazanmasıyla digər sahələr-

də olduğu kimi, elm və təhsil sahəsində də islahatlar aparılması

zərurəti yarandı.  Bu isə psixologiya elmində də yeni

istiqamətli,  praktik

əhəmiyyət

kəsb


edən

problemləri

aktuallaşdırdı.  Bu istiqamətdə ilk addım atan psixoloqların

sırasında ilk növbədə professor Səməd İsmayıl oğlu Seyidovun

adını qeyd etmək lazımdır. 1986-cı ildə Leninqrad Dövlət Un-

iversitetinin psixologiya fakültəsini bitirən S.Seyidov 1989-cu

ildə namizədlik,  1995-ci ildə isə doktorluq dissertasiyası

müdafiə edir. 

Hazırda Azərbaycan Dillər Universitetinin rektorudur.

S.İ.Seyidov təşkilati,  ictimai işlərlə yanaşı,  Azərbaycan

Respublikası üçün yeni bir sahə olan menecment psixologiyası

üzrə aparılan ciddi tədqiqatların müəllifidir. Bununla yanaşı, o, 

kadr hazırlığı sahəsinə də önəmli yer verir. Onun rəhbərliyi ilə

namizədlik dissertasiyası müdafiə edən gənc alimlər də tədqi-

qatlarında daha çox menecment psixologiyası kimi vacib bir


43

sahəyə diqqət yetirirlər.

Azərbaycan psixologiya elminin 80-ci illərdən sonrakı

inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir

üzvü, professor Bəxtiyar Həmzə oğlu Əliyevin özünəməxsus

yeri və rolu vardır.  O,  Moskva Dövlət Universitetini bitirmiş

azsaylı,  yüksək ixtisaslı,  peşəkar psixoloqlardandır.  O,  ilk

növbədə, rus psixologiya elminin nailiyyətlərinə istinad etmək-

lə Azərbaycanda da yeni istiqamətli tədqiqatların aparılmasını

zəruri hesab edən və bu yöndə əməli fəaliyyət göstərən

psixoloqlardandır.  1983-cü ildə MDU-nu bitirdikdən sonra

Azərbaycan

Dövlət

Universitetində



əmək

fəaliyyətinə

başlamış,  1989-cu ildə namizədlik dissertasiyası müdafiə

etmişdir.  1998-ci ildə doktorluq dissertasiyası müdafiə

etdikdən sonra daha ciddi şəkildə Azərbaycan psixologiya el-

minin inkişafına səy göstərmişdir.

B.H.Əliyev Azərbaycan elmi psixologiyası üçün çox əhə-

miyyətli olan,  lakin nisbətən az işlənmiş sosial psixologiya

üzrə tədqiqatların aparılmasına, monoqrafiya və kitabların çap

olunmasına çalışır və bu sahədə Azərbaycan elminə

nailiyyətlər qazandırır.  Onun hüquq psixologiyası sahəsindəki

tədqiqatları xüsusilə əhəmiyyətlidir.

B.H.Əliyev onlarla aspirant və dissertanta rəhbərlik

etmişdir. 2005-ci ilin iyun ayında isə B.H.Əliyevin rəhbərliyilə

G.K.Məmmədova «Psixologiya və bədii ədəbiyyatda şəxsiy-

yətin tipologiyası problemi»  mövzusunda doktorluq disser-

tasiyası müdafiə etmişdir. 

B.H.Əliyev eyni zamanda 1999-cu ildən nəşr olunan

«Psixologiya jurnalı»nın baş redaktoru,  Bakı Dövlət Univer-

sitetinin nəzdindəki psixologiya üzrə dissertasiya şurasının

sədri, psixologiya kafedrasının müdiridir.

2003-cü ildə Azərbaycan psixologiya elmində az

işlənmiş bir sahə üzrə – dərinlik psixologiyası üzrə doktorluq

dissertasiyası müdafiə edən İ.M. Novruzlu həm özünün

yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində uzun


44

illər qadağan olunmuş psixoanalizin yenidən tədqiqat

obyektinə çevrilməsində mühüm addım atdı. 1979-cu ildə Tbi-

lisi şəhərində «Sözdüzəldici prosesin psixoloji əsasları» 

mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra

nitq inkişafı,  rus dilinin mənimsənilməsi sahəsində maraqlı

tədqiqatlar aparmışdır.

Azərbaycan psixologiya elminin inkişafında Təhsil

Prblemləri İnstitutu Psixologiya və yaş fiziologiyası şöbəsinin

müdiri Ramiz İbrahim oğlu Əliyevin özünəməxsus rolu vardır. 

R.Əliyev 1985-ci ildə Kiyev şəhərində «Kiçik məktəbli

şəxsiyyətinin formalaşmasında ictimai fəallığın rolu»  mövzu-

sunda namizədlik, 2004-cü ildə BDU-da «Şagird şəxsiyyətinin

formalaşmasının etnopsixoloji əsasları» mövzusunda doktorluq

dissertasiyası müdafiə etmişdir. Pedaqoji psixologiya və etnop-

sixologiya üzrə tədqiqatlar aparır.  «Şagird şəxsiyyətinin

formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması» (1995), 

«Şəxsiyyət və onun formalaşmasının

etnopsixoloji əsasları»  (2000)  adlı monoqrafiyaları,  Psixolo-

giya (2003),  «Psixologiya tarixi»  (2006)  dərs vəsaitləri çap

olunmuşdur.  O,  Azərbaycan Respublikası Prezidenti yanında

Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvüdür.

Azərbaycan psixologiya elminin inkişafında M.Ş. Əbdülov, 

R.M. Rəsulov, C.A. Təhmasib, T.Ə. Mustafayev, A.U. Məmmə-

dov və başqaları mühüm rol oynamışlar.  T.Ə. Mustafayev

ədəbi yaradıcılıq,  M.Ş. Əbdülov nitq inkişafı,  R.M. Rəsulov

ikidilliliyin psixoloji xüsusiyyətləri,  A.U. Məmmədov hafizə, 

təlim fəaliyyəti sahəsində tədqiqatlar aparmış,  əsərlər çap

etdirmişlər.

Azərbaycan psixologiya elminin inkişafında Z.M. Mehdi-

zadə, İ.Ə. Seyidov və Q.E. Əziomvun xüsusi rolu olmuşdur. 

Z. Mehdizadə daha çox məktəbəqədər yaşlı uşaqların psi-

xoloji xüsusiyyətlərinin öyrənilməsinə,  tədqiqinə diqqət yetir-

mişdir. Onun 1982 və 1984-cü illərdə nəşr etdirdiyi «Uşaq psi-

xologiyası» (I və II hissə) dərslikləri bu sahədə yazılmış ən də-



45

yərli əsərlərdəndir. Digər görkəmli Azərbaycan psixoloqu İ.Ə.



Seyidov 1954-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, 

bundan sonra psixologiya elminin inkişafında məhsuldar və

səmərəli fəaliyyət göstərmişdir. 

İ.Ə. Seyidov 1959-cu ildən başlayaraq Zaqafqaziya

psixoloqlarının elmi-nəzəri konfranslarında, Ümumittifaq kon-

frans və simpoziumlarında Azərbaycan elmini uğurla təmsil

etmişdir.

İ.Ə. Seyidov professorlar Ə.Ə. Əlizadə və M.Ə. Həmzə-

yevlə birlikdə «Ümumi psixologiya»  dərsliyini (Bakı,  1982) 

Azərbaycan dilinə tərcümə etmişdir. 1976-cı ildə nəşr olunmuş

«Sosial psixologiya»nın müəlliflərindən biri də İ.Ə. Seyidov-

dur.


Azərbaycan psixologiya elminin inkişafında Q.E. Əzimo-

vun da özünəməxsus, əhəmiyyətli rolu olmuşdur. 1954-cü ildə

Azərbaycan

Dövlət

Universitetinin



məntiq-psixologiya

şöbəsini bitirən Q.E. Əzimov 1970-ci ildə namizədlik

dissertasiyası müdafiə edir.  O, 1987-1991-ci illərdə ADPU-da

yaş və pedaqoji psixologiya kafedrasına rəhbərlik etmişdir. 

Q.E. Əzimovun

«Psixi inkişaf və tərbiyənin müasir

problemləri»  (Bakı,  2004)  adlı tədris vəsaiti həm onun öz

yaradıcılığında,  həm də Azərbaycan psixologiya elmində

əlamətdar hadisə kimi qeyd olunur.

Azərbaycan psixologiya elmi özünün yeni,  mühüm bir

dövrünə qədəm qoymuşdur.  Yaşlı nəslin nümayəndələri olan

professor Ə.S. Bayramov, professor M.Ə. Həmzəyev, professor

Ə.Ə. Əlizadə, gənc nəslin nümayəndələri – professor S.İ. Seyi-

dov, B.H. Əliyev Azərbaycan psixologiya elminin yeni istiqa-

mətlərini müəyyənləşdirməklə yanaşı, özləri də səmərəli şəkil-

də elmi axtarışlarını davam etdirir, gənc kadrların hazırlanma-

sında iştirak edirlər.

Bu istiqamətlər içərisində etnopsixologiya məsələləri

xüsusilə diqqəti cəlb edir. Uzun illər yasaq olunmuş bu istiqa-

mətdə aparılan tədqiqatlar içərisində professor Ə.S. Bayramo-



46

vun «Etnik psixologiya məsələləri»  (Bakı,  1996),  ««Kitabi-

Dədə Qorqud»  dastanında etnik-psixoloji xüsusiyyətlərin

inikası» (Bakı, 2000), professor Ə.Ə. Əlizadənin «Azərbaycan

etnopsixologiyasına giriş»  (Bakı,  2003),  ««Xəmsə»də yaş və

pedaqoji psixologiya məsələləri» əsərləri xüsusi yer tutur.

Müasir dövrdə təhsilin humanistləşdirilməsi və demokra-

tikləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Bu sahədə professor

M.Ə. Həmzəyevin «Yaş və pedaqoji psixologiyanın əsasları» 

(Bakı,  2000;  2003),  «Pedaqoji psixologiya»  (Bakı,  1991) 

dərslikləri, professor Ə.Ə. Əlizadənin «Yeni pedaqoji təfəkkür: 

ideyalar,  problemlər.  Psixopedaqoji araşdırmalar»  (Bakı, 

2001), «Müasir Azərbaycan məktəbinin psixoloji problemləri» 

(Bakı, 1998) əsərləri diqqəti cəlb edir.

Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob-

lemləri, hüquq psixologiyası, professor S.İ.Seyidov menecment

psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləşdirmişlər.

Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarışlar davam et-

dirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir. 

Hələ həllini gözləyən çoxsaylı problemlər vardır ki, 

onların araşdırılması da zəruridir.  Bunlar hərbi psixologiya, 

iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə

edir.  Hesab edirik ki,  dünya psixologiya elminin öyrənilməsi

sahəsindəki

imkanlar

Azərbaycan

psixologiya

elminin


inkişafına əsaslı təsir göstərəcəkdir.

Azərbaycanda psixoloji fikrin,  elmi psixologiyanın

inkişaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, ic-

timai-tarixi proseslərin, düşüncə və təfəkkür tərzinin inkişafı və

formalaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. 

Bütün bunlar isə milli şüurun, milli özünüdərkin formalaşması

deməkdir.

Hələ vaxtilə Sokrat deyərdi:  «Özünü dərk et!» Milli

inkişaf isə özünüdərkdən keçir.


47


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin