Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Kiçik məktəb yaşlı uşaqların psixoloji xüsusiyyətləri



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

Kiçik məktəb yaşlı uşaqların psixoloji xüsusiyyətləri

(6-10 yaş)

APARICI  FƏALİYYƏT – TƏLİM

-İdrak proseslərinin yenidən qurulması – ixtiyariliyin, 

məhsuldarlığın və davamlılığın formalaşması – ixtiyari

diqqətin,  ixtiyari qavrayışın,  hafizənin (birinci növbədə

mexaniki hafizənin),  təfəkkürün inkişafı – KONKRET

ANLAYIŞLAR

səviyyəsində

əyani-əməli-obrazlı

təfəkkürdən SÖZLÜ-MƏNTİQİ TƏFƏKKÜRƏ keçid.

-Davranışın, iradənin özünütənziminin inkişafı

-Oxu, 


yazı, 

riyazi


hesablama

bacarıqlarının

mənimsənilməsi, biliklərin artması

-Evdarlıq (məişət) əməyi vərdişlərinə yiyələnmək

-Ünsiyyət sahəsinin genişlənməsi, yeni nüfuzların meydana

gəlməsi (müəllim),  sinif kollektivində münasibətlərin

formalaşması.

-İnkişafetdirici oyunların təlimdən sonra ikinci yeri tutması

-Müəllimin qiymətləndirməsi və təlimdə əldə edilmiş

nəticələrin təsiri altında özünüqiymətləndirmənin aşağı

düşməsi.

-Özünə inamın formalaşması,  təlimdəki çətinliklərdən, 

müəllimin və valideynlərin tənqidi qeydlərindən asılı ola-

raq öz gücünə inamsızlığın, frustrasiya vəziyyətinin, təlimə

marağın itməsinin,  «məktəb nevrozlarının»  meydana gələ

bilməsi.    



Özünü yoxlamaq üçün sual və tapşırıqlar.

1. Məktəbə daxil olmaqla uşağın həyatında nə kimi

dəyişikliklər baş verir?



2. Kiçik məktəblilər üçün aparıcı fəalliyyət nədir?

466

3. Kiçik məktəblilərdə qavrayış necə inkişaf edir?

4. Kiçik

məktəblilərdə 

 

diqqətin


inkişaf

xüsusiyyətlərindən danışın.



5. Kiçik məktəblilərdə hafizənin inkişafı necə gedir?

6. Kiçik məktəblilərdə təxəyyül necə inkişaf edir?

7. Kiçik məktəblilərdə təşəkkülün inkişafı nə ilə

fərqlənir?



8. Kiçik məktəblilərdə nitqin inkişaf xüsusiyyətlərindən

danışın.


Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Kiçik məktəblilərin təlim fəalliyyətinin motivləşməsi.

2. Kiçik yaşlı məktəblilərdə əməksevərliyin inkişafı.

3. Kiçik məktəbli şəxsiyyətinin formalaşması.

4. Kiçik yaşlı məktəblilərin oyun fəaliyyəti.

Ədəbiyyat

Qədirov Ə.Ə.    Yaş psixologiyası.  – Bakı,  2002,  s.247-

255; 263-266.



Quliyev E.M.  Kiçik məktəblilərdə idrak fəaliyyətinin

inkişaf xüsusiyyətləri. – Bakı, 1995



Həmzəyev M.Ə. Kiçk məktəbyaşlı uşaqların psixoloji

xüsusiyyətləri. – Bakı, 1969.

Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə.  Xrestomatiə.  –

M., 2001, s.87-115; 181-209.



Matökina  M.V., i dr. Psixoloqiə mladşeqo şkolğnika. –

M., 1976.



Qreys Krayq. Psixoloqiə razvitiə.  – Piter,  2002,s.457-

497


Löblinskaə A.A. Uçitelö o psixoloqii mladşeqo

467

şkolğnika. – M., 1977



Nemov R.S. Psixoloqiə.  V 3-x kn.,  kn.2  – M.,  1998, 

s.209-218.



468

21-ci  FƏSİL

YENİYETMƏLİK YAŞI DÖVRÜNÜN

PSİXOLOGİYASI

Qısa xülasə

Yeniyetməlik yaşının ümumi xarakteristikası. Yeniyetmə

yaşında baş verən anatomik-fizioloji dəyişiklik.  Psixoseksual inkişafın

xüsusiyyətləri. Cinsi, psixoloji və sosial yetkinlik.

Yeniyetməlik yaşında şəxsiyyətin formalaşması. Ünsiyyət

tələbatı:  yeniyetmələrin yoldaşları və dostları ilə qarşılıqlı münasibətləri. 

Yeniyetmənin

dostları


referent

qrup


kimi.  Oğlanlarla

qızların


münasibətlərinin

xüsusiyyətləri. 

Mənlik

şüurunun


xüsusiyyətləri. 

Yeniyetmələrin əxlaqi şüuru.  «Yoldaşlıq məcəlləsi».  Əxlaqi ideaların

formalaşması və özünütərbiyə.

Yeniyetmələrdə yaşlılıq hissi və meylinin formalaşması. Yaşlılıq

hissinin və meylinin xüsusiyyətləri.  Yeniyetmələrin yaşlılarla qarşılıqlı

münasibəti.  Onlarla yaşlılar arasında ixtilafların yaranması,  səbəbləri. 

Kişilik və qadınlıq haqqında etalon və stereotiplərin mənimsənilməsi.



Yeniyetmələrin

təlim

fəaliyyəti.

Yeniyetmələrin

təlim

fəaliyyətinin xüsusiyyətləri.  Yeniyetmələrin təlimə, müəllim



tədris


fənlərinə münasibəti. İdrak proseslərinin inkişafı.

VI.21.1.Yeniyetməlik yaşının ümumi xarakteristikası

Yeniyetmə yaşı 10-11  yaşdan 14-15  yaşa qədər olan

vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara

bilər.  Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiyyət

yeniyetmələrin aparıcı fəaliyyəti olur. 

Bu dövrdə aparıcı fəaliyyətlə yanaşı olaraq təlim, ictimai-

təşkilati, idman, bədii, əmək fəaliyyəti də özünə xüsusi yer tu-


469

tur.  Həmin ictimai-faydalı fəaliyyət növlərindən istifadə

etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə

şüurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Onlar müxtəlif

qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına

uyğun


ünsiyyət

yaratmağı

öyrənir,  öz

«mən»lərini

qiymətləndirmək bacarığına yiyələnirlər.

Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dönüş” və s. 

dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və

psixi inkişafında müxtəlif keyfiyyət dəyişmələri baş verir. 

Bununla əlaqədar olaraq uşaqlıqdan yaşlılığa keçid

həmin dövrün əsasını təşkil edir. 

Bu yaş dövründə uşaq orqanizminin bioloji yetkinləşməsi

yolunda əsaslı dəyişiklik baş verir.  Bədənin yuxarı və aşağı

ətraf sahələrində sümüklər əzələlərə nisbətən uzununa daha

sürətlə inkişaf edir.  Ona görə də yeniyetmənin xarici görkəmi

çox qəribə olur.  Bədənin ətraf hissələri gövdəyə nisbətən

mütənasibliyini itirir,  daha uzun görünür.  Boy artımı çox

sürətlə gedir, bəzən bir il ərzində 8-10 sm artır.

Məlum olduğu kimi kiçik yaşlı məktəblilərdə boyun və

çəkinin artması əsasən uyğun şəkildə gedir.  Düzgün həyat və

qidalanma şəraitində yaşayan kiçik məktəbli nə kök, nə də arıq

görünmür.  Lakin yeniyetməlik yaşının başlanğıcından (10-

11yaş)  bu mütənasiblik kəskin şəkildə dəyişir.  Yeniyetmənin

çəkisinin və boyunun artmasında sıçrayış baş verir.

Mövcud ədəbiyyatdan məlum olduğu kimi,  9-10  yaş

arasında oğlanlarda boy artımı təxminən 4,4 sm olduğu halda, 

11 yaşında bu artım 5,3 sm, 12 yaşında – 6,1 sm-ə, 13 yaşında -

4,7 sm-ə, 14  yaşında – 7,2 sm-ə, 15  yaşında – 6,2 sm-ə çatır. 

Rəqəmlərdən göründüyü kimi, oğlanlarda ən yüksək boy artımı

13-14 yaş arasında baş verir.

Qızlarda isə boyun artımı daha tez başlayır və həmin

artım tez də aşağı düşür. 9 yaşlı qızlarda boy artımı 3,8 sm, 10 

yaşda – 6,21 sm, 11 yaşda – 7,17 sm, 12 yaşda – 5,43 sm,  13 

yaşında təxminən 6  sm-ə çatır.  Bu zaman artım əvvəlki illərə


470

nisbətən az olsa da qənaətbəxşdir.  14  yaşında boy artımı 3,7 

sm-ə,  15  yaşında isə 2,3  sm-ə enir.  Rəqəmlərdən göründüyü

kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez başlasa da, so-

nradan əsaslı şəkildə aşağı düşür.

Çəkinin artmasına gəldikdə bu dövrdə o boyun

artmasından geri qalır.  9  yaşlı oğlanların çəkisi orta hesabla

26,3 kq, 10 yaşda – 29,0 kq (artım 2,7 kq), 11 yaşda – 32,1 kq

(artım 3,1 kq), 12 yaşda – 36,0 kq (artım – 3,9 kq), 13 yaşda –

39,2 kq (artım – 3,2 kq), 14 yaşda – 45,5 kq (artım – 6,3 kq), 

15  yaşda – 51,9  kq (artım – 5,4  kq)  olur.  Rəqəmlərdən

göründüyü kimi,  yeniyetməlik dövründə oğlanlarda çəkinin

artması qeyri-bərabər şəkildə gedir.  13  yaşında çəkinin artımı

aşağı düşür.

Qızlarda da çəkinin artması təxminən eyni şəkildə gedir. 

9 yaşlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaşda – 28,3 kq, 

11 yaşda – 32,0 kq, 12 yaşda – 36,97 kq, 13 yaşda – 41,9 kq, 

14 yaşda – 47,5 kq, 15 yaşda – 50,6 kq-a bərabər olur. Qızlarda

çəkinin ən az artımı 10 və 11 yaşda özünü göstərir. 

Bu dəyişiklik xüsusilə cinsi yetişmənin başlanmasında

özünü göstərir.  Uşaqlara nisbətən yeniyetmələrin siması

dəyişir, böyüklərə yaxınlaşmış olur.

Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyetmənin

fiziki imkanı da artır.  Yeniyetməyə elə gəlir ki,  onun hər bir

şeyə gücü çatar.

Yeniyetmənin psixoseksual inkişafında xüsusi dəyişiklik

baş verir. Bu dövrdə cinsi yetişmənin başlanması bir növ cinsi

yetkinlik üçün başlanğıc rolunu oynayır. Bununla yanaşı olaraq

psixoloji yetkinliyin,  eləcə də sosial yetkinliyin baş verməsi

üçün müvafiq şərait yaratmış olur.  Yeniyetmələrdə sərvət sis-

temi dəyişir:  ailə,  məktəb,  həmyaşıdları yeni məna və

əhəmiyyət kəsb etməyə başlayır.



471

VI.21.2. Yeniyetmə yaşında şəxsiyyətin formalaşması

Ünsiyyət tələbatı. Yeniyetmə yaşında şəxsiyyətin

formalaşmasında əsaslı dəyişiklik baş verir. Görkəmli psixoloq

K.Levinin fikrincə keçid yaşı olan yeniyetməlik dövründə

mühüm proseslərdən biri onları istiqamətləndirən şəxsiyyətin

həyati aləminin,  ünsiyyət sahəsinin, qrup mənsubluğu və

insanların tiplərinin genişlənməsindən ibarətdir.  Burada

yeniyetmədə ünsiyyət tələbatının meydana gəlməsi xüsusi rol

oynayır.  Bu dövrdə yoldaşları ilə ünsiyyət səyi,  həmyaşıdlar

kollektivinə meyl son dərəcə aydın təzahür edir.  Ünsiyyət

fəaliyyətinin obyekti həmyaşıdlardan ibarət olur.  Yeniyetmə

ünsiyyət

fəaliyyəti

prosesində ictimai-əxlaqi münasibət

normalarını mənimsəyir.

Yeniyetmə yaşında həmyaşıd uşaqların psixoloji inte-

lektual cəhətdən bir-birinə uyğunlaşmasını asanlaşdıran şərait

yaranır. Yeniyetmə yaxınlıq dərəcəsinə görə yoldaşın üç tipini

müəyyənləşdirir:  sadəcə olaraq yoldaş,  yaxın yoldaş və şəxsi

dost.

Yeniyetmənin yaxın yoldaşları və dostları ilə ünsiyyəti



sadəcə olaraq təlim fəaliyyəti hüdudları ilə məhdudlaşmır, 

həyatının bir çox sahələrini əhatə edir.  Yeniyetmələrin

həmyaşıdları ilə ünsiyyəti təlimə olan münasibəti ikinci plana

keçirir.  Hətta yoldaşları ilə ünsiyyətə nisbətən doğma adam-

larla ünsiyyətin rolu xeyli azalır. Yeniyetmə belə hesab edir ki, 

həmyaşıd uşaqlarla münasibətlər onun şəxsi münasibətidir, heç

kəsin buna qarışmağa haqqı yoxdur. Ona görə də yeniyetmənin

dostları onun üçün referent qrupa çevrilir.

Yeniyetmənin ünsiyyət fəaliyyətinin mühüm sahə-

lərindən birini də “oğlan-qız” tipli münasibətlər təşkil edir. Bu

dövrdə oğlan və qızlar bir-birilə maraqlanmağa başlayırlar. On-

larda bir-birinin xoşuna gəlmək arzusu yaranır.  Bununla belə

kiçik yeniyetməlik dövründə oğlan və qızların davranışı hələ


472

ambivalent xarakter daşıyır:  onlar bir tərəfdən,  bir-biri ilə

maraqlanır,  digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər. 

Tədricən bu cür xüsusiləşmə meyli aradan qalxır.



Yeniyetmələrin mənlik və əxlaqi şüuru. Kiçik

məktəblidən fərqli olaraq yeniyetmədə özünə,  öz şəxsi

həyatına,  şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqda, 

özünüqiymətləndirmə tələbatı,  özünü başqaları ilə müqayisə

etmə meyli əmələ gəlir.  Nəticədə yeniyetmə özü üçün öz

“mən”ini bir növ kəşf edir.  Mənlik şüurunun formalaşmağa

başlaması və sonrakı inkişafı yeniyetmənin bütün psixi

həyatına,  onun təlim fəaliyyətinin xarakterinə,  ətrafdakılara

münasibətinə öz təsirini göstərir.  Yeniyetmənin mənlik

şüurunun


formalaşması

onun


öz

davranışını,  mənəvi

keyfiyyətlərini,  xarakter və qabiliyyətlərini dərk etməsi ilə

başlayır.  İlk dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını

başqa adamların mülahizələri təşkil edir.  Yaş artdıqca yeni-

yetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və

qiymətləndirməyə başlayır. 

Bu dövrdə yeniyetmələr öz müstəqilliklərini qoruyub

saxlamağa çalışmaqla refleksiya əsasında mənlik şüurlarını, 

«mən»  obrazını,  «real»  və «ideal mənin»  əlaqəsini forma-

laşdırır və inkişaf etdirirlər.

Bütün bunlarla yanaşı olaraq yeniyetmələrdə özünü-

qiymətləndirmə və özünəmünasibətin formalaşması baş verir. 

Mövcud


psixoloji

ədəbiyyatda

yeniyetmələrin

özünü-


qiymətləndirmələrinin aşağıdakı tipləri qeyd olunur:

1.Uşağın «özünüqiymətləndirməsi»    ananın verdiyi

qiymətin birbaşa təkrarı kimi özünü göstərirAdətən uşaqlar

özlərində birinci növbədə valideynlərinin onlar haqqında qeyd

etdikləri kefiyyətləri görürlər.  Əgər valideynlər tərəfindən ne-

qativ surət təlqin olunur və uşaq bu nöqteyi nəzəri qəbul edirsə, 

onda özünün yararsızlıq,  pislik hissinə üstün gəlməsinə qarşı

davamlı neqativ münasibət formalaşır.  Uşağın ailədən kənar

sosial təmas dairəsinin məhdudluğu valideyninin güclü nüfuzu


473

sayəsində

verdiyi

qiymət


onun

üçün


yeganə

daxili


özünüqiymətləndirməsinə çevrilir.

Bu cür özünüqiymətləndirmənin ciddi qüsuru ondan

ibarətdir ki, (əgər pozitiv xarakter daşısa belə) ciddi qüsurlarla

nəticələnə bilir.  Bu zaman uşağın özünə qarşı stabil pozitiv

münasibətini təmin edə biləcək daxili şəxsi kriteriyaların

yaranmasına mane olur.

2.  Ziddiyyətli komponentlərdən ibarət olan qarışıq

özünüqiymətləndirmə.  Bu bir tərəfdən müvəffəqiyyətli sosial

qarşılıqlı təsir təcrübəsi sayəsində yeniyetmədə formalaşan

özünün «mən»  obrazı,  ikinci tərəfdən,  valideynin uşağı necə

qiymətləndirməsi ilə bağlı formalaşır. Bu zaman «mən» obrazı

ziddiyətli xarakter daşıyır.

3. Yeniyetmə valideynlərinin onun haqqında dediklərini



xatırlayır,  lakin ona başqa qiymət verirO,  tərsliyi xarakter-

sizlik kimi qəbul etmir. Belə ki, bu yaşda olan yeniyetmə üçün

böyüklərin onu bəyənməsi vacibdir. Lakin eyni zamanda onlara

qulaq asmaq öz müstəqilliyini,  «mən»ini itirməsini bildirir. 

Həmin konflikti valideynlərin tələblərinə cavab verməyin

mümkünsüzlüyü və öz «mən»ini saxlaması kimi hiss etməsi

yeniyetmənin

özünü


«pis», 

lakin


güclü

kimi


qiymətləndirməsinə gətirib çıxarır.

4.  Yeniyetmə valideynlərinin fikrinə qarşı mübarizə

aparır,  lakin

bununla

belə

özünü

həmin

sərvətlər

çərçivəsində qiymətləndirir.    Bu kimi hallarda yeniyetmə

özünüqiymətləndirmə zamanı valideynlərinin real qiymətini

deyil, ideal gözləmələrini nəzərdə tutur.

5.  Yeniyetmə özünüqiymətləndirmə zamanı valideyn-



lərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni za-

manda bildirir ki, o elə bu cür də olmaq istəyirValideynlərin

tələblərinin bu cür rədd edilməsi ailədə olduqca gərgin

münasibətlərin yaranmasına gətirib çıxarır.

6.  Yeniyetmə valideynlərinin neqativ qiymətini



görmür,  hiss etmirGözlənilən qiymət özünüqiymətləndir-

474

mədən xeyli yüksək olur.  Halbuki valideynlərin real qiyməti

neqativ xarakter daşıyır.  Valideynləri tərəfindən real şəkildə

rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik şüurunda

valideyn münasibətlərini,  əgər o,  valideynlərinin sevimlisi

olsaydı onların münasibətlərinin necə ola biləcəyi formasında

dəyişdirir.

Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı da baş ve-

rir.  bu dövrdə əxlaqi şüurun formalaşmasında yaşlılarla

müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol

oynayır. Yeniyetmələrdə əxlaqi şüurun formalaşmasında şagird

kollektivinin də müstəsna rolu vardır.

Yeniyetmənin əxlaqi şüurunda iki yeni xüsusiyyət mey-

dana çıxır: 1) bu dövrdə ictimai davranışla bağlı norma və qay-

dalar,  insanların bir-birilə qarşılıqlı münasibətilə bağlı norma-

lar diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi təsirlərdən

asılı olmayaraq nisbətən sabit əxlaqi görüşlər,  hökmlər və

qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə təzahür etməyə

başlayır. 

Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yeniyetməlik

yaşı dövründə özünəməxsus «əxlaq məcəlləsi»  əmələ gəlir

(Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaşlıq münasibətlərini

tənzim etdiyi üçün onu «yoldaşlıq məcəlləsi» adlandırırlar. Bu

«məcəlləyə»  gorə yoldaş yoldaşının hörmətini saxlamalı, 

qayğısına qalmalı,  müdafiə etməlidir.  Professor Ə.Əlizadənin

qeyd etdiyi kimi,  hörmət,  qayğı,  müdafiə anlamlarının

yeniyetmələr üçün öz yozumu,  öz mənası,  öz təfsiri var.  Bu

yozuma görə dərs vaxtı,  imtahan zamanı yoldaş yoldaşa

şpalqalka ötürməlidir,  nəyin bahasına olur-olsun onun tərəfini

saxlamalıdır. «yoldaşlıq məcəlləsində» məhz bu cür sərt «sanq-

siyalar» əsas yer tutur. 

Yeniyetmələrdə əxlaqi ideallar formalaşmağa başlayır. 

Bu ideallar güclü motiv kimi yeniyetmənin özünütərbiyəsinə, 

öz qüsurlarını aradan qaldırmasına təkan verir.



475

VI.21.3. Yeniyetmələrdə yaşlılıq hissi və meylinin

  

formalaşması

Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən

biri də bu dövrdə yaşlılıq hissinin və meylinin formalaşmasıdır. 

Yeniyetmənin özünüdərketməsi nəticəsində onun şəxsiyyətində

keyfiyyətcə irəliləyiş baş verir. Ona görə də yeniyetmə özünü

artıq uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ

gəlir ki,  ətrafdakılar onlara uşaq kimi deyil,  yaşlı adam kimi

yanaşsınlar.  Bununla əlaqədar olaraq yeniyetmə müstəqilliyə

meyl edir.  Lakin bu dövrdə uşağın müstəqilliyə artan tələbatı

ilə bu müstəqilliyi həyata keçirmək imkanları arasında

ziddiyyət yaranır.  Bu cür ziddiyyətin yaranmasında çox vaxt

böyüklər xüsusi rol oynayır.  Belə ki,  böyüklər yeniyetməni

hələ də uşaq hesab edir və ona həmin tələblərlə yanaşır.  Belə

olduqda yeniyetmə bir növ böyüklərə öz etirazını bildirir.  Bu

zaman böyüklər yeniyetməyə qarşı öz münasibətini dəyişmə-

dikdə uşaq da müxtəlif yolla ona qarşı durur.  Bu cür ixtilaf

yeniyetmənin sözə baxmamasına,  böyüklərə qarşı durması

hallarına gətirib çıxarır.

Yeniyetməlik dövründə yaşlılıq hissi və meylinin

yaranması və formalaşması müxtəlif amillərin təsiri altında baş

verə bilər.

Yaşlılıq hissinin yaranması birinci növbədə uşağın fiziki

inkişafındakı dəyişikliklərlə bağlı olur.  Uşağın xarici görkəmi

böyüklərin xarici görkəminə oxşamağa başlayır.  Boyları, 

gücləri artır.  Bu dəyişikliyi görən və özünü böyüklərlə

müqayisə edən yeniyetmədə yaşlılıq meyli yaranmağa başlayır. 

Yaşlılıq hissinin öz mənşəinə görə sosial xarakter

daşıdığını da qeyd edirlər.  Yaşlı adamlarla birgə fəaliyyət, 

onların etimadını qazanmaq uşaqda obyektiv sosial yaşlılıq sta-

tusunun yaranmasına, bu da öz növbəsində onun özü haqqında

təsəvvürlərinin dəyişməsinə gətirib çıxarır.

Yeniyetmələrdə yaşlılıq hissinin yaranmasında onun



476

düşdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox

vaxt yaşca böyük uşaqların olması və onların yeniyetməni

qəbul etməsi yaşlılıq hissini bir daha gücləndirir.

Yaşlılıq hissinin inkişafında yeniyetmənin özü üçün

davranış


etalonu

kimi


seçdiyi nümunənin

əhəmiyyəti

böyükdür.  Oğlanların formalaşan kişi idealının məzmununda

“əsil kişayə” xas olan keyfiyyətlər yer tutmağa başlayır. Bu cür

keyfiyyətlərə bir tərəfdən qüvvət,  iradə,  digər tərəfdən

dostluğa,  yoldaşlığa sədaqət aid olur.  Yeniyetmə oğlanlar

başqa adamları və özünü qiymətləndirərkən məhz həmin key-

fiyyətləri əsas götürürlər.  Yeniyetməlik dövründə qızların da

sərvət meylləri əsaslı şəkildə dəyişir.  Onların davranış və

rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm

rol oynamağa başlayır. 

VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda  

idrak proseslərinin inkişafı

Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir

sıra xüsusiyyətlərinə görə fərqlənir.  Hər şeydən əvvəl,  onlarla

bir müəllim deyil,  bir neçə müəllim məşğul olmağa başlayır. 

Adətən,  çox vaxt həmin müəllimlər öz davranış,  ünsiyyət

üslublarına,  eləcə də dərsi aparma tərzlərinə görə bir-

birlərindən fərqlənirlər.  Ayrı-ayrı müəllimlər yeniyetmənin

qarşısına müxtəlif tələblər qoyurlar.  Bu isə yeniyetmələri hər

bir yeni müəllimə fərdi olaraq uyğunlaşmağa məcbur edir. Bu-

nunla yanaşı olaraq yeniyetməlik yaşı dövründə ayrı-ayrı

müəllimlərə

fərqləndirici

münasibət

özünü


göstərməyə

başlayır.  Yeniyetmələr bəzi müəllimləri sevir,  bəzilərindən

zəhlələri gedir, bəzilərinə qarşı isə laqeyd olurlar. 

Yeniyetmələr ciddi,  lakin ədalətli,  uşaqlara xoş müna-

sibət bəsləyən, materialı maraqlı və aydın izah edən, şagirdləri

düzgün qiymətləndirən,  hamıya eyni xeyirxah münasibət

bəsləyən, demokratik ünsiyyət üslubuna malik olan müəllimləri


477

daha yüksək qiymətləndirir və sevirlər.  Yeniyetmələr

müəllimin eridusiyasına, şagirdlərlə düzgün qarşılıqlı əlaqə ya-

radan müəllimlərə daha çox üstünlük verirlər.

Bununla yanaşı artıq yeniyetmələr elmlərin əsasını sis-

temli şəkildə öyrənməyə,  mənimsəməyə başlayırlar.  Bunun

üçün yeniyetmələrdən yüksək əqli inkişaf,  idrak proseslərinin

inkişafı tələb olunur.  Yeniyetmələr yalnız dərsdə keçdiklərini

deyil,  eyni zamanda biliklərin yeni sahələrini müstəqil olaraq

mənimsəməyə çalışırlar.  Onlar müxtəlif dərnəklərdə iştirak

etməyə can atırlar.  Yeniyetmələr bütün fənlərə eyni seçici

münasibət bəsləməyə başlayırlar.  Lakin burada da sabitlik az

olur.  Bəzən bu və ya digər fənnə maraq dəyişə bilir.  Onlarda

peşə marağının təşəkkül etməsi sayəsində fənnləri “lazımlı” və

“lazımsız”  qruplara

ayırırlar.  Bunlardan

asılı

olaraq


müəllimlərə münasibətləri də müxtəlif olur. 

Təlim fəaliyyətinin təsiri altında yeniyetmələrin idrak

proseslərinn inkişafında da dəyişiklik baş verir.

Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir

göstərir və onun inkişafını sürətləndirir. Bu dövrdə şagirdlərin

qavrayışı geniş əhatəli olmaqla ardıcıl və seçici xarakter daşı-

yır.  Onların qavrayışı ən çox maraqlandıqları cisim və

hadisələrlə bağlı olur.  Yeniyetmələrdə zaman,  məkan,  hərəkət

qavrayışı da xeyli inkişaf edir. 

Yeniyetməlik dövründə hafizə də xeyli inkişaf edir. 

Məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır. 

Yeniyetmələr məntiqi,  eləcə də ixtiyari hafizədən istifadəyə

üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı

ləngiyir.  Yeniyetmələrdə yaddasaxlamanı

yaxşılaşdırmaq

yollarına maraq artır.

          Kiçik məktəblilərdən fərqli olaraq yeniyetmələr materialı

ümumiləşdirməyə və sistemləşdirməyə daha çox yer verməyə

çalışırlar.  Tədricən yeniyetmələr belə bir qənaətə gəlirlər ki, 

mənalı yaddasaxlama və yadasalma daha üstün əhəmiyyətə

malikdir. Şübhəsiz, hələ elə materiallar da olur ki, onları hərfən


478

yadda saxlamaq və yada salmaq lazım gəlir (tərifləri, 

teoremləri və s.).  Bu kimi hallarda mexaniki yaddasaxlamaya

ehtiyac hiss olunur.  Lakin bu zaman mexaniki yaddasaxlama

müəyyən dərəcədə məna əlaqəsi ilə şərtlənir.  Məsələn,  tarixi

günləri yaxşı yadda saxlamaq üçün şagirdlər onları müəyyən

hadisələrlə əlaqələndirirlər.

Təlim fəaliyyətinin təsiri altında məntiqi hafizə fəal

şəkildə inkişaf etməyə başlayır.  Yeniyetmələr müəllimin

köməyi əsasında yaddasaxlamanın səmərəli yollarından istifadə

etməyə başlayırlar.  Beləliklə,  yeniyetmələr məntiqi,  eləcə də

ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun sayəsində

mexaniki

hafizənin

inkişafı

ləngiyir.  Yeniyetmələrdə

yaddasaxlamanı yaxşılaşdırmaq yollarına maraq artır.

Yeniyetməlik

dövründə

diqqətin

inkişafında

da

özünəməxsus xüsusiyyətlər müşahidə olunur.  Bu dövrdə



diqqətin tez-tez yayınması halları özünü göstərir. Uşağın təlim

fəaliyyətindəki əsaslı dəyişikliklər, tələbat və maraq dairəsinin

dəyişməsi,  şagirdin ayrı-ayrı fənlərə,  müəllimlərə münasibəti, 

keçirdiyi psixi hallar, yeni və rəngarəng təəssürat bolluğu, cinsi

yetişmənin başlanması ilə əlaqədar güclü təəssüratlar,  yaşlılıq

hissi ilə bağlı problemlər və s.  diqqətin təzahür və inkişafına, 

burada mənfi halların özünü göstərməsinə səbəb ola bilir.

Təlim və tərbiyənin təsiri altında yeniyetmələrdə sabit ix-

tiyari diqqət inkişaf etməyə başlayır.  Diqqətin həcmi, 

davamlılığı, paylanması nisbətən məhsuldar xarakter daşıyır.

Yeniyetməlik dövründə təxəyyülün  inkişafında xeyli irə-

liləyiş baş verir.  Bərpaedici təxəyyül yüksək inkişaf səviy-

yəsinə çatır. Romantik, fantastik surətlərin yaradılmasına meyl

yüksək olur. Yaş artdıqca yeniyetmələrin təxəyyülü dəyişir. 14-

15 yaşlarda təxəyyül surətləri daha real və daha tənqidi xarak-

ter daşımağa başlayır. Bununla yanaşı olaraq həmin dövrdə də

yeniyetmələr romantik surətlərdən tam yaxa qurtara bilmirlər.

Yeniyetmələrdə yaradıcı təxəyyül xeyli inkişaf etmiş

olur.  Yeniyetmələrin təxəyyülünün inkişafı təlim materialını


479

daha səmərəli və yaradıcı şəkildə mənimsəmələrinə imkan ve-

rir.  Yeniyetmələr əldə etdikləri bilikləri yeni sahəyə tətbiq

etməyə başlayırlar. 

Yeniyetmələrdə təfəkkürün inkişafında xüsusilə irəlilə-

yiş baş verir.  Onların təfəkkürü kiçik məktəblilərin təfək-

küründən əsaslı şəkildə fərqlənir.  Bu dövrdə təfəkkür daha

ümumiləşmiş, daha dərin və mücərrəd xarakter daşıyır. Adətən, 

kiçik məktəblilər əsasən konkret cisimləri müqayisə edir, fərdi

hökmlərin ifadəsinə üstünlük verir,  başlıca olaraq ümumi

təsəvvürlərə və məişət anlayışlarına əsaslanırlar. Yeniyetmələr

isə elmi anlayışları mənimsəyir və onlara istinad edirlər. Daha

çox ümumi hökmlərdən istifadə edir, onların təfəkkürü ən çox

mücərrəd


xarakter

daşımağa


başlayır.  Yeniyetmələrdə

mücərrəd təfəkkür sürətlə inkişaf edir. 

Bu dövr mücərrəd təfəkkürün inkişafı üçün senzitiv dövr

hesab olunur.  Konkret və əyani-obrazlı təfəkkür öz yerini

mücərrəd nəzəri təfəkkürə verir.  Yeniyetmələrin təfəkkürü

geniş ümumiləşdirməyə cəhd göstərməklə səciyyələnir.  Hansı

davranış

formasını

seçməsindən

asılı


olmayaraq

yeniyetmələrdə təfəkkürün müstəqilliyi və tənqidiliyi özünü

göstərir.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin