Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Qrupda rəhbərlik və liderlik problemi



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

Qrupda rəhbərlik və liderlik problemi. Sosial qrurların

strukturunu

nəzərdən

keçirdikdə

onların

daxilində



şəxsiyyətlərarası münasibətlərin bərabərlik (paritet)  əsasında

qurulmadığı aydın olur.  Hər bir qrupda şəxsiyyətlərarası

                                                

1

Майерс Д. Соüиальная психология. – Питер, 1997, с. 377



213

münasibətlər bir növ qrup üzvlərinin sosial- psixoloji statusunu

əks etdirir.  Hər hansı qrupda kim isə hökm verir,  müəyyən

tələblərin yerinə yetirilməsinə nəzarət edir,  onun tələb və

tapşırıqları isə başqaları tərəfindən danışıqsız yerinə yetirilir. 

Başqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər işçi», 

«lider» və onun tapşırıqlarına əməl edən adamlar: «tabe işçilər» 

mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün

rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və

liderinin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün

rəübərlik etmək məsələsi ortaya çıxır. 

Sosial


psixologiyada

«rəhbərlik» 

«liderlik» 



anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur.  Həm

«rəhbər»,  həm də «lider»  qrupa başçılıq edən adam kimi

nəzərdə tutulur.  Adətən,  rəhbər nisbətən yüksək səviyyəli, 

səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının

təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur.  Lider

isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün

üzvlərinin davranışına qeyri-rəsimi ölçülərlə təsir göstərməyi

bacaran üzvlərindən biri kimi qeyd olunur. 

Qeyd olunanlardan göründüyü kimi,  «rəhbər» və «lider» 

anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin

təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur.  Fərqli

cəhətlərinə gəldikdə,  «rəhbər»  rəsmi şəkildə təyin olunduğu

halda,  lider çox vaxt rəsmi şəkildə deyil,  qrup üzvlərinin

yüksək nüfuzunu qazanmaq ilə yaranır.  Bir çox hallarda qru-

pun rəsmi rəhbəri qrup üzvlərinin nüfuzunu qazandığına görə

eyni zamanda onun liderinə çevrilir.  Belə olduqda həmin

rəhbər rəsmi lider rolunu oynamaqla qrupun fəaliyyətini daha

səmərəli şəkildə idarə etmək imkanına malik olur. 

Bütün bunlara baxmayaraq rəhbərlik və liderlik müxtəlif

sosial-psixoloji fenomenlər kimi xarakterizə olunur.  Mü-

təxəssislərin fikrincə onların eyniləşdirilməsi elmi cəhətdən

səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir. 

Sosial psixologiyada rəhbər işçi və lider arasındakı


214

aşağıdakı fərqlər qeyd olunur (İ.V.Parıqin): 

1. Rəhbərlik rəsmi əsasda meydana çıxan müxtəlif sosial

təşkilat və qurumlarda məqsədyönlü xarakter daşıyan sosial

prosesdir.  Liderliyə gəldikdə,  o,  qrupdaxili,  şəxsiyyətlərarası

münasibətlər əsasında spontan şəkildə əmələ gələn prosesdir. 

O,  təşkilatın əsasən psixoloji səviyyəsini əks etdirir.  Rəhbər

işçi rəsmi şəkildə təyin olunduğu halda,  lider qeyri-rəsmi

şəkildə irəli sürülür. 

2. Rəhbərlik adətən makromühitin başlıca tələbatlarına

və mənafeyinə uyğun şəkildə formalaşdırılır və həyata keçirilir. 

O,  qrupda yerinə yetirilən işlərin vəziyyəti və qrup

fəaliyyətinin nəticələri üçün qanun qarşısında məsuliyyət

daşıyır.  Liderlik isə spontan bir proses kimi qrup və onun

üzvlərinin tələbat və mənafelərinə müvafiq olaraq meydana

çıxır və mövcud olur.  Lider qrupun fəaliyyəti üçün heç bir

şəxsi məsuliyyət daşımır. 

3. Rəhbərlik daha çox stabil xarakter daşımaqla daha

geniş sahəyə malikdir.  Müəyyən reqlament

daxilində

makromühitlə əlaqə saxlayır. Rəhbər işçi başqa təşkilatlarda öz

qrupunu təmsil edir.  Liderlik isə daha çox dinamik xarakter

daşıyır, 

şəxsiyyətlərarası

münasibətlərin

formalaşması

xüsusiyyətlərindən köklü surətdə asılıdır.  Liderin təsir sahəsi

əsasən qrupdaxili münasibətlərlə məhdudlaşır. 

4. Rəhbər işçiyə qanunla tənzim olunan müəyyən hüquq

və səlahiyyət verilir.  Lider isə qanunla müəyyən edilmiş

hüquqlara malik deyildir. 

5. Rəhbər işçi tərəfindən hər hansı bir məsələyə qərar

qəbulu əsasən vasitəli xarakter daşıyır. Onun geniş informasiya

kanalları vardır. O, qərar qəbulu zamanı öz səlahiyyətini aşağı

pillə işçilərinə həvalə edə bilər.  Lider isə qrup tərəfindən

qərarın qəbul edilməsinə təsir göstərir və həmin qərarın

çıxarılmasında bilavasitə iştirak edir.  O,  müəyyən bir

informasiyanı qeyri-rabitə kanalları sistemi ilə əldə edir. 



Rəhbərlik

üslubu.  Təcrübə

göstərir


ki,  qrup

215

fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan əsaslı şəkildə

asılıdır. İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür

rəhbərlik üslubu qeyd olunur avtokratik, avtoritardemokra-



tik,  laqeyd (etinasız,  liberal)  və qeyri-sabit (ardıcıl olmayan) 

rəhbərlik üslubu. 



Avtokratik rəhbərlik üslubuna malik olan liderlər

(rəhbərlər) bir növ müstəbid olur. Adətən avtokratik və avtori-

tar rəhbərlik üslubuna malik olan liderlər qrup üzvlərinin fikir

və ideyalarını nəzərə almadan,  müstəqil hərəkət edirlər.  Əmr, 

göstəriş, təlimat, töhmət, təşəkkür onların qrup üzvləri ilə əsas

əlaqə forması olur. O hər cür məlumatı bir növ özündə gizlədir, 

heç kəsin bundan xəbəri olmur, ona görə də ona tabe olanlar, 

adətən güman və şayiə aləmində olurlar. 



Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini

aşağı qiymətləndirir.  Bu cür rəhbərlər qrup üzvlərinin

təşəbbüslərini boğur,    ya da sadəcə olaraq onlardan istifadə

etmirlər. Bu cür rəhbərlər belə hesab edirlər ki, onlar «hər şeyi

özləri bilirlər», onsuz da heç kim bu işi onun kimi yaxşı yerinə

yetirə bilməz.  Məhz buna görə də bu cür qruplarda qrup

üzvlərinin hamısında ümumi işə qarşı məsuliyyət hissi

zəifləmiş olur, əmək onlar üçün sanki formal bir işə, vəziyyətə

çevrilir.

Adətən avtoritar lider rəhbərlik etdiyi qrup üzvlərindən

kiminsə müəyyən səhvə yol verdiyini gördükdə onu necə

düzəltməyi məsləhət görmək əvəzinə ona gülür,  onu ələ salır. 

Avtoritar lider iştirak etmədikdə onun qrupunda aparılan iş

ləngiyir, bəzən dayandırılır. K.Levinin təcrübələri göstərmişdir

ki,  avtoritar lider otaqdan çıxan kimi qrup üzvləri işi kənara

qoymuş,  onu davam etdirməmiş,  ya da fəaliyyətin səviyyəsi

kəskin şəkildə aşağı düşmüşdür.  Bu cür lider uzun müddət

qrupdan uzaq düşdükdə qrup öz işini müstəqil yerinə yetirmək

və ya onu səmərəli təşkil etmək imkanından məhrum olmuşdur. 

Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik

olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarşılanır.  Bu cür


216

rəhbərlik üslubuna malik olan lider daima qrup üzvləri ilə

razılaşır.  Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini

nəzərə alır. Demokratik rəhbərlik üslubuna malik olan lider öz

fəaliyyətini təkcə qrup fəaliyyətinə nəzarət və onu tənzim

etməklə məhdudlaşdırmır, onların tərbiyəsi və təliminə də ciddi

diqqət yetirir.  Demokratik rəhbərlik hslubuna malik olan

liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır. 

Aparılmış müşahidə və tədqiqatlar göstərmişdir ki,  la-

qeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə

ynsiyyəti kortəbii xarakter daşıyır.  Çox vaxt onların arasında

yaranan ünsiyyət qrup üzvləri tərəfindən diktə olunur.  Bu cür

liderlər qrupa müəyyən tapşırıqlar verməklə məhdudlaşır, onun

necə yerinə yetirilməsinə əhəmiyyət vermirlər.  Laqeyd

rəhbərlər qrupun ayrı-ayrı üzvlərinin işinə qarışmamağa çalışır, 

bir növ qrupdan təcrid olunur, neytrallığa can atırlar. 

Qeyri-sabit rəhbərlik üslubuna malik olan liderlərə

gəldikdə onlar dəyişgən olurlar.  Onların necə hərəkət

edəcəklərini qabaqcadan müəyyənləşdirmək mümkün olmur. 

Bir dəfə avtoritarlıq göstərən bu cür liderlər, başqa vaxt yerli-

yersiz ya demokratik,  ya da laqeyd rəhbərlik üslubuna yer

verirlər.  Bütün bunlar isə onunla qrup üzvləri arasında

anlaşıqsızlıq yaradır.  Nəticədə qrup fəaliyyətinin səmərəliliyi

üçün zəruri olan şərait yaranmır. 



Qruplarda_şəxsiyyətlərarası_münasibətlər_haqqında'>III. 6.4.     Şəxsiyyətlərarası münasibətlər

Qruplarda şəxsiyyətlərarası münasibətlər haqqında

Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə

görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər

özünü göstərir.  Bu cür mənasibətlər sosial psixologiyada



şəxsiyyətlərarası münasibətlər adlandırılır.  Şəxsiyyətlərarası

münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar

arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan

ibarətdir.  Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini



217

qavraması

şəraitində

mümkün


olur.  Şəxsiyyətlararası

münasibətlər

insanların

bir-birində

qavradığı

qiymətləndirdiyi ustanovka,  meyl,  gözləmə,  stereotiplər və s. 



sistemindən ibarətdir.  Qavrayış zamanı hər şeydən əvvəl

qavranılan

adamın

anatomik, 



funksional

sosial



keyfiyyətlərinin

müəyyən


məcmuu

əks


etdirilir.  Bu

keyfiyyətlər vəhdətdə olsalar da inikas prosesində birinci yerə

sosial cəhətlər keçir. Başqasına rast gəldikdə birinci növbədə « 

O kimdir?»  sualı meydana gəlir.  Bu sual hər şeydən əvvəl

fərdin sosial mövqeyini müəyyənləşdirir. 

Bununla yanaşı olaraq qeyd etmək lazımdır ki, 

şəxsiyyətlərarası münasibətlərdə subyektiv,  psixoloji amillər

həll edildiyindən həmin amillər münasibətlər sistemində

özünəməxsus iz buraxır.  Məhz buna görə də hər bir şəxs

qarşılıqlı münasibətdə olduğu adamın subyektiv mövqeyini

öyrənməyə çalışır.  Bu proses müxtəlif rabitə, yol və vasitələrin

köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət

saxlanılan şəxsin kim olduğu,  onun rəğbət və yaxud əks

hisslərlə ətrafdakılara münasibəti,  ictimai imkanları və s. 

aşkara çıxarılır. 

Keçmiş nəsillər insan münasibətləri haqqında tədricən

zəngin məlumat toplamış və «sosial sxem» yaratmışlar.

«Sosial sxem»  müəyyən vəzifəni həyata keçirmək üçün

şablondan ibarətdir.  Hər bir insanın ancaq ona məxsus həyat

yolu olsa da,  davranış normalarına xas olan üslubda hərəkət

etsə də «sosial sxemlərin»  insan həyatında və xüsusilə

şəxsiyyətlərarası münasibətlərdə rolu böyükdür.  İnsan nəinki

«sosial sxem»  əsasında öz davranışını təşkil edir,  o,  eyni za-

manda başqalarını bu etalonlar əsasında qavrayır. Etalonlar ic-

timai həyatda tarixilik səciyyəsi daşıdığından tarixən dəyişir. 

İnsanın davranış üslubu,  onun nitqi,  geyimi və s.  bu sxemə

uyğun olaraq «zamanın tələbləri» səviyyəsinə uyğunlaşdırılır. 

Məlum olduğu kimi, davranış etalonu tədricən yaranmaq-

la tez- tez dəyişir.  Bu dəyişmələr fərdin daxil olmaq istədiyi


218

qrupların təsiri ilə baş verir.  Müxtəlif qruplarda müxtəlif

hadisələrlə əlaqədar olan etalon çoxluğu mövcuddur.  Etalon

seçilməsinə

qrupun

təsirindən



əlavə

fərdin


yaş

xüsusiyyətlərinin və onun mənsubiyyətinin də təsiri vardır. 



Qruplarda

şəxsiyyətlərarası

münasibətlərin

səviyyələri.    Qrup daxilində mövcud olan şəxsiyyətlərarası

münasibətləri bilmədən onu idarə etmək mümkün deyildir. 

Məlum olduğu kimi, şəxsiyyətlərarası münasibətlər sosial qru-

pun ümumi fəaliyyəti əsasında yaranan çoxcəhətli rabitə və

münasibətlər

sistemindən

ibarətdir. 

Şəxsiyyətlərarası

münasibətlər mürəkkəb və çoxsəviyyəli quruluşa malikdir. 

Bunlardan birincisi,  ilk növbədə «gözə çarpanı» vasitəsiz

asılılıq

səviyyəsidir. 

Buraya

fərdlərin



emosional

xoşagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik və həmrəylik və

s. vasitəli asılılıq səviyyəsi daxildir. 

İkinci, daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub

şəxsiyyətlərarası münasibətlərin məcmuunu təşkil edir.  Bu

səviyyəyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi,  qrup

həmrəyliyi,  iştirakçıların öz davranış etalonlarını kollektivin

etalonlarına uyğunlaşdırmaq meylləri,  kollektivdə sosial

sxemlər    və onların iştirakçılar tərəfindən qavranılması və s. 

daxildir. 

Üçüncü səviyyəni qrupun istehsalat, təlim və yaxud icti-

mai vəzifələri səviyyəsinin məcmuu təşkil edir. Buraya qrupun

yerinə yetirdiyi vəzifəyə hazırlığı,  işgüzarlığı,  başqa qruplarla

rabitə münasibətləri və s. daxildir. 



Psixoloji

iqlim

qruplarda

şəxsiyyətlərarası

münasibətlərin

mühüm

göstəricisi

kimi.

Qruplarda

şəxsiyyətlərarası münasibətlərin necə olduğunu burada sosial-

psixoloji iqlimin necə olmasından görmək mümkündür.  Psix-

oloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləşdirən

şəxsiyyətlərarası münasibətlər sistemindən ibarətdir.  Başqa

sözlə sosial-psixoloji iqlim qrupda,  kollektivdə mövcud olan

psixoloji vəziyyətdir.  Qrupun qarşısına qoyulmuş vəzifənin



219

səmərəli şəkildə həyata keçirilməsi üçün normal sosial-

psixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür. 

Ümumiyyətlə qrup və kollektivlərdə psixoloji iqlim müsbət

(pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilir. Bunların hər

biri isə özünəməxsus qarşılıqlı münasibətlərdə təzahür edir. 

Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün

fəaliyyət növündən asılı  olan davranış etalonu yaradılmasının

və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti ol-

duqca böyükdür. 

Səmərəli sosial-psixoloji iqlimin yaradılması üçün qrup

və kollektiv iştirakçıları arasında uyğunluq, uyuşmanın olması

da zəruridir.  Bu barədə əvvəlki bölmədə qeyd etdiklərimiz

həmin fikri bir daha təsdiq edir. 

Sosial-psixoloji iqlimin xarakteri bütövlükdə qrupun

inkişaf səviyyəsindən,  yetkinliyindən də asılıdır.  Adətən, 

qrupdakı sosial-psixoloji iqlimlə qrup üzvlərinin birgə

fəaliyyətinin səmərəliliyi arasında birbaşa müsbət əlaqə

mövcud olur.  Əvvəlki bölmədə qeyd olunanlardan aydın

olduğu kimi,  qruplarda psixoloji iqlim qrupa rəhbərlik üslu-

bundan da asılı olur.  Adətən,  demokratik rəhbərlik üslubu

üstünlük təşkil edən qruplarda daima müsbət psixoloji iqlim

hökm sürür. 

Ümumiyyətlə,  şəxsiyyətlərarası münasibətlər   rənga-

rəng müsbət hisslərlə bağlıdırsa, sosial qrupda yaranan psixolo-

ji iqlim işgüzarlığın,  təşəbbüskarlığın inkişaf etməsinə səbəb

olur. 

Şəxsiyyətlərarası münasibətlərin növləri.  Sosial psix-

ologiyada şəxsiyyətlərarası münasibətlərin müxtəlif növlərini

qeyd edirlər: rəsmi, qeyri rəsmi, şəxsi, işgüzar və s. 

Rəsmi münasibətlər rəsmi sənədlərə,  normalara uyğun

həyata keçirilən şəxsiyyətlərarası münasibətdir.  Bu cür mü-



220

nasibətlər rəhbərlə tabe olanlar arasında baş verir.  Bu cür

qarşılıqlı münasibətlər əvvəlcədən qrupun statusunda öz əksini

tapır. Burada qarşılıqlı münasibətin gedişi rəsmi şəkildə həyata

keçirilir.  Nə rəhbər,  nə də tabe olan adam qarşılıqlı

münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti

çərçivəsində hərəkət edir. 

Qeyri-rəsmi münasibətlər isə    insanların bir-birinə olan

şəxsi münasibətlərinə əsaslanır.  Ona görə də bu cür

münasibətlər subyektiv xarakter daşımaqla insanların bir-

birlərinə olan simpatiyası,  antipatiyasında və s.  ifadə olunur. 

Ona görə də çox zaman bu cür qarşılıqlı münasibətləri    şəxsi

münasibətlər adlandırırlar. Bu cür qarşılıqlı münasibətlər «sim-

patiya» zəminində əmələ gəlir və qarşılıqlı şəkildə inkişaf edir.

Şəxsi qarşılıqlı münasibətlərin sosial psixologiyada

aşağıdakı tiplərini fərqləndirirlər:  tanışlıq,  yoldaşlıq,  dostluq, 

ər-arvad (N.N.Obozov,  Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə).  Mü-

təxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü

insanların hisslər aləmi ilə baglıdır və emosional amillər

zəminində formalaşır. 

Ən geniş şəxsi qarşılıqlı münasibət forması tanışlıqdır

Bu cür qarşılıqlı münasibət özünün üç əsas səciyyəsi ilə

fərqlənir: «üzdən tanıyırsan»; «salamlaşırsan» (yalnız qarşılıqlı

tanıma zamanı);  «salamlaşır və ümumi mövzularda söhbət

edirsən». Bu cür tanışlıq zamanı şəxsiyyətlərarası hisslər əsaslı

rol oynamır.   



Yoldaşlıq

qarşılıqlı

münasibətləri

işgüzar


təmasa  

əsaslanır.  Bu zaman birgə fəaliyyətin məqsədi,  vasitə və

nəticələri

əlaqələrin

saxlanması,  vəzifə

bölgüsü


ilə

müəyyənləşir. 



Dostluq qarşılıqlı münasibətlərinə gəldikdə insanlar

arasındakı bu cür münasibət qarşılıqlı bağlılığa,  mənəvi



221

yaxınlığa, maraqların eyniliyinə və s. əsaslanır. Ə.S.Bayramov

və Ə.Ə.Əlizadənin qeyd etdikləri kimi,  şəxsi qarşılıqlı

münasibətlərin hər bir tipi psixoloji məsafə ilə xarakterizə olu-

nur.  Ər-arvad münasibətləri onların arasındakı psixoloji

məsafənin xarakterinə görə intim, dostluq münasibətləri,  şəxsi, 

yoldaşlıq və tanışlıq münasibətləri isə sosial münasibətlər kimi

formalaşırlar. 

Şəxsiyyətlərarası münasibətlərin növlərindən birinin də

işgüzar münasibət olduğunu qeyd etdik.  Bu cür qarşılıqlı

münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində

baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz

təsirini göstərir. 

Sosial psixoloqlar (A.V.Petrovski)  qrupların inkişaf

səviyyəsindən asılı olaraq dörd növünü:  diffuz,  assosiasiya, 

korporasiya,  kollektiv

qruplar və onlarda    qarşılıqlı

mynasibətlərin xarakterini vermiş və bunu aşağıdakı şəkildə

səciyyələndirmişlər: 

1. Diffuz qrupda şəxsiyyətlərarası münasibətlər mövcud-

dur.  lakin onlar qrup fəaliyyətinin məzmunu vasitəsilə ifadə

olunmur. 

2. Assosiasiyada şəxsiyyətlərarası münasibətlər qrup

fəaliyyətinin hər kəs üçün şəxsiyyət baxımından əhəmiyyətli

olan məzmunu vasitəsi ilə ifadə olunur.

3.  Korporasiyada şəxsiyyətlərarası münasibətlər qrup

fəaliyyətinin

şəxsiyyət

baxımından

əhəmiyyətli,  lakin

ustanovkalarına görə cəmiyyətə zidd məzmunu vasitəsilə ifadə

olunur. 

4.  Kollektivdə şəxsiyyətlərarası münasibətlər qrup

fəaliyyətinin şəxsiyyət baxımından əhəmiyyətli və ictimai

cəhətdən qiymətli məzmunu vasitəsilə ifadə olunur. 



                            

222

III.   6. 5.   Qruplarda şəxsiyyətlərarası  seçmə

Şəxsiyyətlərarası

seçmə



onun

sosiometrik

baxımdan təhlili.  Aparılmış müşahidələr və araşdırmalar

göstərir ki,  eyni qrupa daxil olan adamlar bir-birlərinə

münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda

eyni mövqe tuta bilmirlər.  Qrupun hər bir üzvü özlərinin

işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları

yerə,  qrup üzvlərinin onlara bəslədiyi münasibətə,  daha

doğrusu onu nə dərəcədə qəbul edib etməmələrinə görə

qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən

mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza ma-

lik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir; 

biri ilə daima ünsiyyətdə olmağa can atsalar da,  digərini

görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq mümkün

olduğu halda,  digərinə etibar etmir,  inanmırlar və s.  Bu hal

qrup differensiasiyası kimi diqqəti cəlb edir.  Şübhəsiz qrup

differensiasiyasını aşkara çıxarmaq onun gələcək fəaliyyətinin

səmərəliliyini təmin etmək nöqteyi-nəzərdən xüsusi əhəmiyyət

kəsb edir. Bu cəhət uzun müddət birgə fəaliyyətdə olan şagird

qruplarında (siniflərində)  özünü daha qabarıq şəkildə göstərir. 

Şagird qruplarında qrup differensiyasını aşkara çıxarmaq üçün

ya uzun müddətli,  sistematik və ciddi pedaqoji müşahidələr

aparmaq,  ya da müvafiq müəyyənedici eksperimentlərdən

istifadə etmək lazım gəlir. 

Qrup psixorlogiyasını öyrənən psixoloqlar qrupdaxili

differensiasiyanın iki başlıca sisteminisosiometrik və referen-

tometrik  seçməni fərqləndirmişlər.

Birinci növbədə şəxsiyyətlərarası seçməni sosiometrik

baxımdan nəzərdən keçirək.  Qrupdaxili münasibətlərin statik

mənzərəsini sosiometriyadlanan metodun köməyi ilə əldə



223

etmək mümkündür. Bu metod, onun tətbiqi və təhlili qaydaları

Amerika psixoloqu C.Moreno tərəfindən irəli sürülmüşdür. So-

siometriyadan qrup üzvləri arasında mövcud olan simpatiya və

antipatiyanı aşkara çıxarmaq üçün geniş istifadə olunur. Onun

köməyi ilə eyni zamanda qrup liderini müəyyənləşdirmək

mümkündür. 

Adətən,  sosiometriya metodu aşağıdakı şəkildə tətbiq

olunur:  1.  Qrup üzvlərinə sosiometrik kriteriyanı (ölçünü) 

özündə əks etdirən təlimat verilir. Məsələn, qrup üzvlərinə belə

bir mətn çatdırılır:  «fərz edin ki,  sizin qrupa (sinfə)  dərs ili

ərzində daha bir neçə nəfər əlavə olunub. Ona görə də bu qrupu

iki yerə ayırırlar.  İndi sən kiminlə bir sinifdə olmaq (və ya

kiminlə bir partada oturmaq,  kiminlə birlikdə imtahanlara

hazırlaşmaq)  istərdin?    Əgər o olmasa ikinci və üçüncü kimi

seçərdin?    2.  Həmin ölçüdən asıılı olaraq qrup üzvləri hər bir

seçdikləri yoldaşlarının adlarını seçdikləri ardıcıllığa uyğun  

(1,2,3) vərəqdə qeyd edib yoxlamanı aparana təhvil verirlər. 3. 

Müvafiq suallara verilmiş cavablar statistik yolla işlənilir, sosi-

ometrik matris, sosioqramlarda öz əksini tapır. Matris və sosi-

oqramlar


qrup

üzvlərinin

qarşılıqlı

seçmələrini

aydınlaşdırmağa imkan verir. 

Sosiometrik matrisa adi idman yarışı yekun cədvəllərinə

oxşar şəkildə tərtib olunur.  Qrup üzvlərinin adları eyni

ardıcıllıqla üfiqi və şaquli şəkildə qeyd olunur.  Əgər birinci

adam birinci olaraq üçüncünü seçmişsə üçüncü xanədə 1 

rəqəmi qeyd olunur; həmin adam ikinci olaraq 6- cını seçmişsə  

altıncı xanədə 2 rəqəmi qeyd olunur; üçüncü olaraq 4-cü adamı

seçmişsə öz sırasının 4-cü xanəsində 3  rəqəmi qeyd olunur. 

Sonrakı adamların (şagirdlərin) seçimləri də bu qayda ilə qeyd

olunur.  Əgər seçimlər qarşılıqlıdırsa yazılan rəqəm dairəyə

alınır (məsələn, ).  Cədvəlin sonunda seçilmə və qarşılıqlı


224

seçilmənin miqdarı göstərilir.  Nəticədə kimin daha çox seçil-

diyi (və ya seçilmədiyi) aydın olur.

Sosiometrik seçməni göstərən sosioqrama gəldikdə bu

qrafik şəklində tərtib olunur. Bunun üçün bir-birinin içərisində

olan dörd dairə çəkilir.  Ən çox seçilən qrup üzvünün sıra

nömrəsi daxildəki dairədə, nisbətən bir-birindən çox seçilənlər

2-ci və 3-cü dairələrdə,  heç seçilməyənlər isə sonuncu –

dördüncü dairədə qeyd olunur.  Seçmənin xarakteri xətlərdəki

oxlarla qeyd olunur.  Əgər qrupda oğlan və qızlar olursa

məsələn, qızların sıra nömrəsi kiçik dairələrdə, oğlanlarınki isə

üçbucaqda qeyd olunur.



Sosiometrik seçməni göstərən matrisa

S

Yoxlananın



adı

Sey-


ran

Adil


Şəf-

iqə


Tu-

ral


mmə


d

Bə-


növşə

Fidan Araz

Kəkl

ik

Qu



mru

1

Seyran



2

3



2

Adil




3

Şəfiqə




4

Tural


3

2

1



5

Məmməd


2



6

Bənövşə




7

Fidan


3

2



8

Araz


1

3

2



9

Kəklik


1



10

Qumru


3

2



Seçmələrin

3

6



6

0

5



4

1

0



3

2

Qarşılıqlı



seçmələr

1

3



3

2



3

1



2

1

                                 Şəkil 10



23

1


232

Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin