Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

         IV. 12. 2..  Təxəyyülün növləri

Təxəyyül surətlərinin yaradılması müxtəlif səviyyələrdə

gedə bilir.  Bu səviyyələr onunla müəyyən edilir ki,  insan bu

prosesə    nə qədər şüurlu münasibətdə olur.  Bu baxımdan

təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.

Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf

mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü

göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda

insan fantastik təsəvvürlər aləminə qapılır,  özünün çətin

vəzifələrini həyata keçirmək naminə,  sanki,  təxəyyülünün

yaratdığı surətlərin arxasında gizlənir.  Bu cür təxəyyül növü

passiv təxəyyül adlanır.  Passiv təxəyyül özü də iki növə, 

niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı mi-

salda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül pro-

sesidir.  Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda

təcəssümü mümkün olmayan surətlər yaradılarsa,  buna xülya

deyilir.

Xoş,  sevincli,  dadlı xülyaya qapılmaq hər kəsə xas olan

bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir

başa rabitə,  əlaqə mövcuddur.  Belə bir cəhəti xüsusilə qeyd

etmək lazımdır ki,  insanın təxəyyül fəaliyyətində bu növ


323

təxəyyül üstünlük təşkil etsə,  belə adamlara xülyaçı, 

xülyapərəst adamlar deyilir. Bu cəhət şəxsiyyətin mənfi cəhəti

olub, onu passivləşdirən, fəaliyyətdən qoyan bir cəhətdir.

Passiv təxəyyülün niyyətsiz növü adətən şüurun, insanda

ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baş verir. 

Məsələn, siz sərin otaqda yatmısınız və üstünüzü isti yorğanla

örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan kənara

çıxır.  Bu zaman siz soyuğu hiss etməyə başlayırsınız.  Bu

duyğu sizdə təxəyyül prosesinin əmələ gəlməsinə səbəb olur, 

siz yuxu görürsünüz.  Görürsünüz ki,  qarın üstə ayaqyalın

gəzirsiniz,  soyuqdan gizlənməyə çalışırsınız və s.  Bütün röya

obrazları niyyətsiz passiv təxəyyül fəaliyyətinin nəticəsi kimi

təzahür edir.

Passiv təxəyyül niyyətli və niyyətsiz növlərə ayrılırsa, 

fəal təxəyyül həmişə niyyətli xarakterə malik olub, bərpaedici

və yaradıcı təxəyyül növlərinə ayrılır.

Bərpaedici təxəyyül təsvirə,  sxemə əsasən surətlərin

yaradılması prosesidirMövcud olmuş, yaxud mövcud olan, la-

kin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamış

obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici

təxəyyül deyilirMəsələn, bədii əsərlərdə təbiət təsvirlərinə aid

parçaları

oxuyarkən

gözümüzün

qarşısında, 

yəni


təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin, ərazinin

obrazı yaranır.  Həndəsədə fiqurların fəzada vəziyyətinə aid

teoremanın şərtlərində verilən faktlara əsasən biz onun obrazını

təxəyyülümüzdə yarada bilməsək,  teoremanı isbat etmək ol-

maz.  Şagird tarix,  coğrafiya fənnləri ilə bağlı materialları

öyrənərkən, beləcə, dərslikdə verilən təsvirlərə əsasən, müxtəlif

coğrafi əraziləri,  tarixdə baş verən döyüş səhnələrini,  onların

obrazlarını təxəyyülündə yaradır.  Bütün bunlar da öz

növbəsində təlim materialarının mənimsənilməsində,  uzun

müddət yadda saxlanılmasında çox böyük əhəmiyyət daşıyır.

Bərpaedici təxəyyül insanın həyat və fəaliyyətində


324

mühüm əhəmiyyətə malik olmaqla təlim fəaliyyətində

müstəsna əhəmiyyət daşıyır.

Yaradıcı təxəyyül fəaliyyətin tərkib  hissəsini  təşkil edən

yeni    surətlərin yaradılmasıdır.  Təxəyyülün bu növü heç bir

sxemə, təsvirə istinad etmədən, müstəqil olaraq yeni surətlərin  

yaradılmasından ibarətdir.  Bəzən yanlış olaraq yaradıcı

təxəyyüllə, yəni, yeni orijinal obrazların yaradılması prosesi ilə

yaradıcılıq deyilən fəaliyyət prosesini eyniləşdirirlər.  Təbii ki, 

insanın yaradıcılıq fəaliyyəti yaradıcı təxəyyülə çox bağlıdır. 

Lakin,  bunlar eyniləşə bilməz.  Təxəyyül və yaradıcılıq

haqqında sonrakı bölmədə söhbət  açacağıq. Burada isə ancaq

yeni obrazlar yaratmaqdan söhbət gedir. Yeni obrazın, surətin

yaradılması prosesi haqqında ayrıca danışacağıq.                        

Xəyal.  Təxəyyülün növlərindən biri də xəyaldır.  Xəyal

arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılması prosesi-

dir.  Xəyal xülya deyil.  Xəyalı xülyadan ayıran odur ki,  xəyal

əsasən real,  həyata keçirilməsi mümkün olan surətlərin

yaradılması prosesidir.  Xəyal insanın fəallığının çox qüvvətli

stimullarından

biridir.  Xəyal

insana


fəaliyyətində

mübarizəsində qarşıya çıxan çətinliklərə üstün gəlməkdə bir



güc,  qüvvə verir.  Xüsusilə gənclərin,  məktəblilərin gələcək

peşələri,  həyat mövqeləri haqqındakı xəyalları onları yaxşı

oxumağa, çalışmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi

yanaşmağa sövq edir. Göstərdiyimiz bütün bu cəhətlərinə görə

xəyal insanı passivləşdirən xülyadan əsaslı şəkildə fərqlənir.

Xəyal insanın reallaşa bilən,  yaxud reallaşması mümkün

olan fantaziyasıdır.  Belə bir fantaziya,  xəyal rus yazıçısı

D.İ.Pisarevin dediyi kimi,  insanın faydalı işinə təkan verir. 

Xəyal insanın fəaliyyətinin təhrikedici səbəbi,    motivi kimi

meydana çıxır.  Məhz bu mənada demək olar ki,  insan əli ilə  

düzəldilmiş hər şey öz tarixi mahiyyətinə görə maddiləşmiş, 

həyata keçirilmiş insan xəyalıdır.  Xəyalın insanın işində, 

əməlində,  bir sözlə praktik fəaliyyətindəki rolunu böyük rus

psixoloqu S.L.Rubinşteyin belə ifadə etmişdir:  «Hər bir bədii



325

yaradıcılıq aktında və bütün həqiqi hisslərdə fantaziyanın kiçik

parçası var:  bir başa təsir edən faktların üzərində qurulan hər

bir mücərrəd fikirdə fantaziyanın kiçik parçası var; çox kiçicik

şəkildə aləmi dəyişdirə bilən insanın hər bir işində fantaziyanın

kiçik parçası var;  insan düşünərək,  duyaraq,  fəaliyyət

göstərərək, həyata bir damcı da olsa,  yenilik gətirir ki, burada

da fantaziyanın bir parçası var»

1

.

IV. 12. 3. Təxəyyül surətlərinin yaradılması



prosesi

Təxəyyül  surətlərinin  yaradılması   prosesi mühüm fikri  

proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır.  Təhlil və

tərkib (analiz və sintez)  təkcə təfəkkür fəaliyyətinin əsasını

deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsasını təşkil

edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi, texni-

ki, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın şəkildə özünü

göstərir.

Yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr

aparır,  həyatda rastlaşdığı insanları,  onların hərəkətlərini

təhlildən keçirir,  daha sonra müxtəlif adamlarda müşahidə et-

diyi xüsusiyyətləri, əlamətləri birləşdirir.

Surətlərin yaradılmasında yazıçının həyata keçirdiyi bu

tərkib,  sintezləşdirmə fəaliyyəti müxtəlif tərzlərdə özünü

göstərir.  Məsələn,  böyük rus yazıçısı L.N.Tolstoy «Hərb və

sülh» əsərindəki Nataşa Rostova obrazını özünün həyat yoldaşı

Sofiya Andreyevanın və bir də baldızı Tanya Andreyevanın

şəxsiyyətlərinin

təhlilindən

əldə


edilən

xüsusiyyətləri

birləşdirməklə (tərkib) yaratmışdır.

Sintezləşdirmənin və tərkibin bu tərzi surətlərin

yaradılmasında daha çox təsadüf edilən və daha aydın görünən

növüdür.


                                                

1

Рубенштейн С.Л.  Основы общей психологии. М., 1946, с.329



326

Təxəyyül surətlərini yaradarkən digər sintezləşdirmə

tərzlərindən də istifadə edilir.  Belə tərzlərdən biri aqqlyutina-

siya adlanır.  Aqqlyutinasiya elə sintezləşdirmə tərzidir ki,  bu

zaman real həyatda biri-biri ilə birləşməyən müxtəlif

keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin

yaradılması prosesi baş verir.

Məsələn,  su pərisi surətinin    yaradılması prosesi real

həyatda  birləşməsi mümkün olmayan  qadının başı və balığın

gövdəsi kimi hissələrin birləşdirilməsi əsasında baş verir. 

Çoxəlli


ilahələrin,  yeddibaşlı

əjdahaların

obrazlarının

yaradılması da sintezləşdirmənin aqqlyutinasiya deyilən

tərzinin köməyi ilə edilmişdir.

Təxəyyül prosesində özünü göstərən sintezləşdirmə

tərzlərindən biri



hiperbolizasiyadırHiperbolizasiya

təxəyyül obrazlarının yaradılmasında mübaliğədən istifadə

etmək deməkdir. Mübaliğə iki istiqamətdə gedə bilər: şişirtmə

və kiçiltmə istiqamətində.  Məsələn,  nağıllarımızda və

dastanlarımızda xalq öz qəhrəmanlarının obrazını yaradarkən

mübaliğədən geniş istifadə etmişdir.  Məsələn,  «Koroğlu» 

dastanında belə bir əhvalat nəql olunur ki, Keçəl Həmzə Qıratı

qaçırandan sonra dəyirmanda Koroğlu ilə Dürat qalır.  Bu za-

man dəyirmana bir kişi iki öküzlə dörd çuval arpa və buğda

gətirir.  Koroğlu özünü dəyirmançı adlandırır və yükü qəbul

edir.  Sonra iki çuval arpanı bir çuvala doldurub Düratın

qabağına qoyur, öküzün də birini kəsib, kabab çəkib yeyir. La-

kin taxılın da öküzün də pulunu verib, Dürata minib yola düşüb

gedir.  Göründüyü kimi burada Koroğlunun da,  Düratın da

obrazını yaradarkən xalq mübaliğədən istifadə etmişdir.

Yaxud «Kitabi-Dədə Qorqud» dastanında oxuyuruq. 

Qaracıq Çoban kafirin üç yüzünü sapan daşı ilə yerə buraxdı. 

Çobanın daşı tükəndi,  qoyun deməz,  keçi deməz sapanın

aynasına qoyub atar,  kafir yıxar.  Burada da Qaracıq çobanın

obrazının

yaradılmasında

hiperbolizasiyadan

istifadə


edilmişdir.

327

Təxəyyül prosesində təxəyyül surətlərinin yaradılmasında

istifadə edən tərkib üsullarından    biri də nəzərə çarpdırmaq,

yaxud aksentləşdirmədir.  Aksentləşdirmə zamanı xarakterik

olan cəhət odur ki,  surətlərin yaradılması prosesində

birləşdirilən,  tərkib edilən elementlərdən biri qabarıq,  daha

nəzərə

çarpacaq


şəkildə

olur.  Yoldaşlıq

şarjlarının, 

karikaturaların yaradılmasında rəssam həmin tərzdən istifadə

edir.

Təxəyyül


sutlərinin

yaradılması

prosesində

sxematikləşdirmə,  tipikləşdirmə deyilən tərzlərdən də istifadə

edilir.      

        

IV. 12. 4.  Təxəyyül və oyun

Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. 

Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də

bağçada aparılan tərbiyə nəticəsində uşaqların oyun prosesində

onların təsəvvür ehtiyatı xeyli artır,  yaddaş fəaliyyəti, 

təfəkkürləri inkişaf edir,  uşaqlarda yeni tələbatlar əmələ gəlir. 

Bütün bunlar isə onların təxəyyüllərinin geniş və məzmunlu

xarakter alması ilə nəticələnir.

İstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaş dövrü ol-

sun, ümumiyyətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf

edir.


3-4  yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir.  Uşaq

edə    bilməyəcəyi bir iş görmək istəyir,  özünü kiməsə  

oxşatmaq, bənzətmək istəyir. Oyun prosesində uşaq özünü atın

üstündə oturan,  at çapan atlıya,  təyyarəçiyə,  sürücüyə,  mü-

əllimə, həkimə bənzədir. Uşaq öz oyununda təqlid yolu ilə bu

peşə sahiblərinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir

ki,  bütün bunlar uşağın idrakına, psixikasının inkişafına güclü

təsir edir.  Uşaq oyun prosesində cisimlərin əlamətlərini, 

insanların funksiyalarını,  insanlar    arasındakı münasibətləri


328

dərk etməyə başlayır. Oyun prosesində uşaq ancaq gördüklərini

mütləq mənada təkrar etmir.  O,  öz oyununda əks etdirdiyi, 

təqlid etdiyi işə, hərəkətə yeni, nəyi isə əlavə edir. Uşağın oyun

fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır.

Uşağın təxəyyülünün yaradıcı funksiyası özünü büruzə

verir.    Uşaq şəraiti dəyişdirir,  predmetləri yeni qaydada

yerləşdirməyə can atır, əşyalara özü bildiyi  funksiyaları həvalə

edir.  Uzun ağac parçası-ata,  stul- avtomobilə,  gəlinciklər-

müəllimə, anaya, uşağa çevrilir.

Oyun prosesində uşağın təxəyyülü ixtiyari xarakter

daşımağa başlayır.  Belə ki,  təxəyyül obrazları əvvəlcədən

müəyyən olunmuş məqsədlə bağlı olaraq yaradılır.  Lakin, 

məktəbəqədər yaş dövrünün əvvəllərində bu məqsəd uşağın

özü tərəfindən deyil,  böyüklər tərəfindən uşağın qarşısında

qoyulur. Məsələn, kubikləri uşağın qabağına tökür və deyirik: 

«Bu kubiklərdən evcik qur».  Karandaş və ağ kağız verir və

deyirik:  «Pişik çək».  Uşaq da öz bacarığı dairəsində bu işi

görür və bu prosesdə onda istər-istəməz təxəyyül fəaliyyəti

canlanır.

Məktəbəqədər yaşın sonrakı dövrlərində uşaq özü

fəaliyyətə başlamamışdan qabaq qarşısına müəyyən məqsədlər

qoyur. Beləliklə də, nəticə etibarı ilə uşağın təxəyyül fəaliyyəti

ümumən onun fəaliyyətinə bir ixtiyarilik gətirir.  Təxəyyülün

uşaqlarda inkişafı onların oyunlarını daha mürəkkəb və

davamlı edir.  Psixoloqlardan V.S.Muxinanın tədqiqatlarına

əsasən oyun    3-4  yaşlı uşaqlarda 10-15  dəqiqə,  5  yaşlı

uşaqlarda 40-50  dəqiqə, 6-7  yaşlı uşaqlarda bir neçə saat da-

vam edə bilir.

Uşaqlarda oyun fəaliyyətinin bu şəkildə olan inkişafı

onların təxəyyülünü də zahiri köməyə ehtiyacı olan bir

fəaliyyətdən elementar şəkildə olsa da söz yaradıcılığını və

bədii yaradıcılığı həyata keçirməyə imkan verən daxili    bir

fəaliyyətə çevirir.



329

Bəzən yanlış olaraq uşağın oyun prosesində özünü

göstərən fantaziyanın, necə deyərlər, «çox yüksəkdən uçuşunu» 

uşaqlarda təxəyyülün böyüklərə nisbətən daha çox inkişaf

etməsi kimi qiymətləndirirlər. Əslində isə uşaqlarda təxəyyülün  

inkişafı böyüklərə nisbətdə aşağı səviyyədə olur.

Uşağın həyat təcrübəsi çox az, bilikləri məhdud olduğun-

dan o,  bu və ya digər təxəyyül obrazını yaradarkən obyektiv

varlığa xas olan qanunauyğunluqları nəzərə almır,  həyatı

reallığı pozur.

Oyun prosesində uşağın duyğuları, qavrayışı, hafizəsi və

təfəkkürü inkişaf edir və bütün bunlar onun təxəyyül

fəaliyyətinin də inkişafına səbəb olur. Getdikcə uşağın təxəyyül

fəaliyyəti keyfiyyət dəyişmələrinə uğrayır.  Məsələn,  3-4  yaşlı

uşağın oyununda müəyyən bir predmet başqa bir predmetin

əvəzləyicisi kimi istifadə edilir. Uşaq kibrit qutusunu beşik, ki-

britin dənələrini isə uşaq, çağa kimi hesab edir  və öz oyununu

qurur.  Göründüyü kimi    burada əvəz edənin əvəz edilənə

oxşaması o qədər də vacib deyil. Lakin 5-6 yaşlı uşaq heç za-

man oxşarlıq baxımından bu qədər bir-birindən uzaq olan  

/kibrit qutusu-beşik/  predmetləri öz oyununda biri digərinin

əvəzləyicisi /bədəli/  kimi götürməz.  Bu yaşda təxəyyüldə

yaradılan obrazların əvəzləyiciləri, real olanın özünə müəyyən

dərəcədə oxşaması uşaq tərəfindən zəruri sayılır.  O,  oyuncaq

gəlinciklərdən,  maşınlardan,  kürək

dırmıxdan,  su



qablarından və s. istifadə edərək oynunu qurur.

Beləliklə də təxəyyül xüsusi bir psixi proses olmaq

etibarilə uşağın oyun prosesində inkişaf edən qavrayış,  hafizə

və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe tu-

tur.  Bu psixi proseslərin inkişafı ilə təxəyyülün inkişafı

arasında qarşılıqlı təsir mövcud olur.



         

IV. 12. 5.   Təxəyyül və yaradıcılıq

330

Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir

ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində

yeni əsərlər meydana gəlir. Yaradıcılıq sözün hərfi mənasında

nə isə yeninin yaradılmasıdır.

Adətən yaradıcılıq dedikdə insan fəaliyyətinin o sahəsi

nəzərdə tutulur ki, bu fəaliyyətin sahəsində nə isə yeni bir

ideya,  nəzəriyyə,  qanun (elmi yaradıcılıq),  yeni maşın,  mex-

anizm (texniki yaradıcılıq), yeni bir bədii əsər (bədii

yaradıcılıq) yaranır. Rus psixoloqu S.L.Rubinşteyn yaradıcılığa

belə bir tərif vermişdir:  «Yaradıcılıq insanın xüsusi növ

fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və mənəvi

dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət eti-

bari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də

azdır.  Ona görə ki,  hər cür idrak fəaliyyəti elə insanın

fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır».

Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, 

onun duyğu,  qavrayış,  hafizə,  təfəkkür və təxəyyülü iştirak

edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün

rolu daha qabarıq şəkildə özünü göstərir.  Xüsusilə bədii

yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir. 

Hər bir ədəbi–bədii əsər ideya məzmuna malik olur.  Sənətkar  

yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq konkret

obrazların vasitəsilə əks etdirir.      

Obrazları yaradan isə yazıçının bədii təxəyyülüdür. Bədii

təxəyyülün mahiyyəti yeni obrazlar yaratmaqdan ibarətdir. 

Məhz

bu

obrazlar



yazıçının

ideyalarının,  fikirlərinin, 

düşüncələrinin daşıyıcısı funksiyasını yerinə yetirir.

Ədəbi-bədii

yaradıcılıqda

mühüm


rol

oynayan


təxəyyülün gücü onda ifadə edilmir ki,  sənətkar həyati

reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin,  əksinə

yazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki, on-

lar özlərinin həyati qavrayışlarını həyatın tələblərinə,  özünün

ideyasına uyğun bir şəkildə elə dəyişdirir,  birləşdirir,  yenidən


331

işləyir ki,  tamamilə yeni,  əyani obrazlar yarada bilirlər. 

S.Rəhimov  «Saçlı»   romanındakı Kosa surətinin yaradılması

haqqında yazır ki,  «bir kosa kənddə uşaqlıq yaşlarından ona

tanış idi, sonra bu kosanın birini də mən Laçında gördüm, daha

sonra bir kosaya da Noraşen rayonun Qıvraq kəndində rast

gəldim. Lakin bu üç kosanın heç biri hələ də «Saçlı»dakı Kosa

deyildir, üç kosa mənə ancaq zahirən material vermişdir.

Bəs,  «Saçlı»dakı kosanın daxili aləmi?  Qulluq mərəzi, 

dolaşıq imza yaratmaq həvəsi haradan gəlmişdir?  Deməliyəm

ki,  bu bir lopabuğ kişidən,  bizim raykomda xidmət edən,  bir

çox adamın başına ağıl qoymaq istəyən bir adamdan

gəlmişdir».

Yəni,  üç kosadan,  bir lopabuğdan «Saçlı»dakı Kosa

düzəlmişdir. Bütün bu dediklərimiz belə düşünməyə əsas ver-

mir ki,  bədii yaradıcılıqda yaradıcının təxəyyül fəaliyyəti heç

zaman obyektiv reallıqdan uzaqlaşa bilməz. Əgər belə olsaydı, 

onda bizim nağıllarımız, əfsanələrimiz yarana bilməzdi. Lakin

insanın təxəyyülü nə qədər əcayib,  qərayib,  fantastik obraz

yaradırsa yaratsın,  onun ayrı-ayrı bütün elementləri real

həyatdan götürülür. Bu cür təxəyyül obrazları həyatın müəyyən

tərəfini vasitəli şəkildə əks etdirir. Yazıçının təxəyyül fəaliyyəti

yazıçıya gələcəyə baxmaq, gələcəyi qabaqcadan xəbər vermək

imkanı verir.  Böyük S.Vurğun «Bakının dastanı»  poemasında

təxəyyülünün yaratdığı obrazlarla gələcəyə belə baxır:

Bakı! Gecə! Yadımdadır üç il qabaq

Sahil boyu şölə saçan çırağbanlar!

Yanacaqdır! Yanacaqdır yenə onlar.

Ulduz kimi qatar-qatar alışaraq,

Yenə hilal şəklindəki qızıl kəmər

Dolanacaq kərdəninə bu dənizin.

O vaxt bu sahilin ağ şamları

Min toy qurub neçə gəlin köçürəcək.

Ah, o zaman bizim Bakı axşamları     

Bir ilahi əfsanə tək görünəcək!


332

Təxəyyül təkcə ədəbi-bədii yaradıcılıqda deyil,  elmi

yaradıcılıqda da zəruri olan bir prosesdir.  Fransız psixoloqu

Rıbonun fikrinə görə,  hətta təxəyyül fəaliyyətinin yeri elmi, 

texniki yaradıcılıqda bədii yaradıcılıqda olduğundan da

artıqdır.

Təbiidir

ki,  alimin,  ixtiraçının

fikri

prosesində



anlayışlarla yanaşı əyani obrazlar da bu və ya başqa şəkildə

iştirak edir.  Lakin qavrayış,  eləcə də hafizə obrazlarının

mövcudluluğu təfəkkürün qarşısında duran məsələni həll

etməyə imkan vermir.  Belə olduqda qavrayış, hafizə obrazları

dəyişdirilir ki,  bu da yeni bir nəzəriyyənin,  kəşfin meydana

çıxması ilə nəticələnir.  Bu prosesdə hakim rol    təxəyyülün

üzərinə düşür.

                      Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Təxəyyül nəyə deyilir?

2. Təxəyyülün digər psixi proseslərlə əlaqəsi nədən ibarətdir?

3. Təxəyyülün fizioloji  əsaslarından danışın.

4. Təxəyyülün insanın həyat və fəaliyyətində rolu nədən

ibarətdir?

5. Təxəyyülün passiv növlərini səciyyələndirin.

6. Bərpaedici və yaradıcı təxəyyülü şərh edin.

7. Xəyal nədir?  Onu səciyyələndirin və xülyadan fərqini

göstərin.

8. Təxəyyül surətlərinin yaradılması prosesini şərh edin.

9. Təxəyyül və oyunun qaşılıqlı əlaqəsi nədən ibarətdir?

10. Təxəyyülün bədii və elmi yaradıcılıqda rolu nədən

ibarətdir?


333

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Təxəyyül və onun funksiyaları.

2. Təxəyyülün inkişafı.

3. Təxəyyülün digər idrak prosesləri ilə əlaqəsi.

4. Təxəyyül, oyun və yaradıcılıq.

                            Ədəbiyyat



Bayramov Ə.S.,  Əlizadə Ə.Ə. Psixologiya.  2-ci nəşri.-

Bakı, 2002, s.369-380



Qədirov Ə.Ə.Yaş psixologiyası. – Bakı, 2001, s. 284-286

Qədirov Ə.Ə.Uşaqlarda idrak proseslərinin inkişafı.  –

Bakı, 1970



Əlizadə Ə.Ə. Təxəyyül. – Bakı, 2007.

Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər.  Psixopedaqoji

məsələlər. – Bakı, 2006, səh. 175-257.



Əlizadə Ə.Ə. Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi

- Bakı, 1965



Əlizadə

Ə.Ə

Şagirdlərdə

yaradıcı

fəaliyyətin

psixologiyası.- Bakı, 1968

Seidov S.İ. Soüialğnaə psixoloqiə tvorçestva.  Baku, 

1994.


Korşukova L.S. Voobrojenie i eqo rolğ v poznanii.- M., 

1979. s. 3-30



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin