Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

Rubinşteyn S.L. Osnovı obşey psixoloqiə. V 2 t.-t.1.- M. 

1989, s. 344-360



Bruner D.S. Psixoloqiə poznaniə. Za prededelami nepo-

sredstvennoy informaüii.- M., 1977, s. 

304-319

Vıqotskiy L.S. Sobranie soçineniy.  V 6  t.- t.  2.- M., 

1982, s.436-454.



Neysser U. Poznanie i realğnostğ.- M., 1981( voobrajenie

i pamətğ, 141-165)  



Nemov R.S. Psixoloqiə.  V 3-x kn.,  kn.  1.- M.,  1998,  s. 

334

260-273


335

13-cü FƏSİL

HİSSLƏR. EMOSİONAL HALLAR

Qısa xülasə

Hisslər haqqında anlayışHisslər insanın gerçəkliyə bəslədiyi

subyektiv münasibət sistemi kimi. Hissləri duyğulardan fərqləndirən

xüsusiyyətlər.  Hisslərin obyekti və subyekti.  Emosiyalar və onların

hisslərlə oxşarlıq və fərqi. Emosiyalar hisslərin təzahür forması kimi. 

İnsanın idrak fəaliyyətində hisslərin rolu.

Hisslərin xarici ifadəsi və əsas xüsusiyyətləri. Hisslərin

insanın tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində, mimika və

pantomimikasında,  nitqində ifadəsi.  Hisslərin qütbiliyi,  müsbət və

mənfi keyfiyyətləri, ikili və qeyri-müəyyən xarakter daşıya bilməsi.



Hisslərin fizioloji əsasları və funksiyaları. Hisslər beyində

gedən sinir proseslərinin nəticəsi kimi. Hisslər və dinamik stereotip. 

Hisslərin siqnal, tənzim, kommunikativ funksiyaları.

Hisslərin keçirilmə formaları. Əhvallar,  affektlər,  stress (gər

ginlik), frustrasiya hisslərin əsas keçirilmə  formaları kimi.



Ali hisslər.  Əxlaqi,  intellektual,  estetik və praksis hisslərin

xarakteristikası.



IV.13.1. Hisslər haqqında anlayış

İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qa-

vramaqla,  yadda saxlamaqla kifayətlənmir.  O,  həm də dərk

etdiklərinə müəyyən münasibət göstərir.  Ona görə də insan

idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, 

hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. 

Deməli,  hisslər insanın münasibəti ilə bağlıdır.  Münasibət isə

şüurla bağlı olan psixi faktdır.  Cisim və hadisələrə bəslənilən

münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi

fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir. 



336

Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, 

başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir

və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir

İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv

münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır

və o,  şəxsin bilik və təcrübəsindən,  cins,  yaş,  fərdi

xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı

olur.  Hisslərin obyekti ətrafdakı cisim və hadisələr,  başqa

adamlar,  onun subyekti isə şəxsiyyətin özüdür.  Başqa sözlə, 

insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müva-

fiq şəkildə ifadə olunmuş emosional təəssürat əmələ gətirən ci-

sim və hadisələr hisslərin obyekti hesab olunur.

Dilimizdə «hiss»  termini müxtəlif mənalarda işlədilir. 

Adətən,  «hiss»  dedikdə,  duyma,  qavramaq,  hiss etmək,  dərk

etmək anlamı başa düşülür.  Cəmiyyət və təbiət hadisələrinə

münasibət bildirmək istədikdə də bir elmi termin kimi «hiss» 

terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə

mənasında istifadə etdiyimiz «hiss»  anlayışı ilə münasibətləri

ifadə edən «hiss»  anlayışını bir-birindən fərqləndirmək

lazımdır. 

«Hiss» termini ilə «emosiya» termini arasında da həm

oxşar, həm də fərqli cəhətlər var.



Emosiya

(latınca


«emoverre»  həyəcan

keçirmək


deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə

əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və

xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək

təlabatı ilə bağlıdır.  Hiss və emosiyalar həm də insan

davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar

tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. 

Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə yalnız

insana xas olan psixi keyfiyyətdir.  Hisslər insan cəmiyyətinin

inkişafı prosesində formalaşmışdır. Ona görə də hisslər ictimai

səciyyə daşıyır.  Hisslər insanın cisim və hadisələrə,  insanlara

bəslədiyi münasibətin

mahiyyətini,  emosiyalar isə bu



337

münasibətlərin təzahür formalarını ifadə edir.  Ona görə də

emosiyaları,  hisslərin təzahür formaları kimi başa düşmək

lazımdır.  Emosiyaların inkişafının ali səviyyəsi davamlı

hissləridir.  İnsanlar öz hisslərini emosiyalar formasında

yaşayırlar.

Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab

olunur.  Onlar ətraf aləmlə,  cəmiyyətlə qarşılıqlı münasibətləri

zənginləşdirir və xatirələrə dinamiklik verir.  İnsan hiss və

emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, 

psixoloji,  sosial gərginliklərdən azad olur.  Bu psixoterapevtik

funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.

Təsəvvür edin ki, siz yalnız düşünən, hərəkət edən, lakin

hiss etməyən varlıq olsaydınız nə baş verərdi?

Hiss və emosiya əslində bədənlə şüurun birgə

fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır.  Hiss və

emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür, təxəyyül və

orqanizmin mürəkkəb kombinasiyasıdır. 



İnsanın idrak fəaliyyətində hisslərin rolu. İnsanın psixi

həyatı çoxcəhətli,  rəngarəng olsa da o vəhdətdədir.  İdrak

prosesləri (duyğu,  qavrayış,  diqqət,  hafizə,  təfəkkür,  təxəyyül, 

nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü

qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental

əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən

istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini

fəallaşdırmaq yolu ilə,  təlim prosesinin məhsuldarlığını

yüksəltmək olar.

Təlim prosesində öyrəncilərin emosional cəhətdən

fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi

meydana çıxır.

İnsan hafizəsi adətən seçici xarakter daşıyır. Hafizənin bu

önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. 

Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və

hadisələrə münasibəti ilə müəyyən olunur.  Başqa sözlə desək

insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı


338

(söz,  hərəkət,  hadisə,  cism,  və s.)  yaddaşda daha yaxşı

saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli

bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmişdir.



«Kinli adamın yaddaşı uzun olar»,  «İlan vuran ala

çatıdan qorxar» tipli atalar sözləri    empirik surətdə hisslərin

hafizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.

Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar

psixologiyada təsbit olunan faktı təsdiq edirlər.  Sübut

olunmuşdur ki,  insan onun üçün təhlükə törədən,  həyatı üçün

qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün

qavramır.  Yaxud da əksinə insan sevinc hissini yaşayanda, 

sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin, 

insanların yalnız yaxşı cəhətini görür,  onları dəyişdirmək

istəmir,  olduğu kimi qavrayır,  tənqidi münasibət bəsləyə bil-

mir.  «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi hissi-

nin qavrayışa göstərdiyi təsir ön plana çəkilir.

Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış və hafizə

prosesləri ilə məhdudlaşmır.  Təfəkkür,  təxəyyül və nitq kimi

idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir. 

Təfəkkür və hiss,  ət və dırnaq kimi bir-birindən

ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkişaf etdirilməsi

müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır.  Təhsil

müəssisələrində

təlim-tərbiyə

işlərinin

bu

istiqamətdə



qurulması daha da ahəngdar,  kamil şagird şəxsiyyətinin

formalaşdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə

hiss arasında funksional – genetik əlaqə mövcuddur.  Yeni

təhsil konsepsiyası şagirdin,  tələbənin təfəkkürünü inkişaf

etdirməyi əsas məqsəd kimi qarşıya qoyur.  Bu yolda hafizə

artıq köməkçi vasitəyə çevrilir.  Mütəxəssislərin fikrincə son

dövrdə bir çox yerlərdə,  təhsil son dərəcədə rasionallaşdırılıb

və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv – emo-

sional duyumu öləziyir.  Nəticədə insanlar arasında laqeidlik, 

etinatsızlıq,  biganəlik,  soyuqluq əmələ gəlir.  Odur ki,  şagird

təfəkkürünün fəallaşdırılması,  onun inkişafı hiss və emosiya-


339

lardan təcrid olunmuş halda yox,  onunla vəhdətdə,  onun

köməyi ilə həyata keçirilməlidir.  Eksperimental şəkildə sübut

olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb

fikri    və praktik məsələnin həlli subyektiv surətdə mümkün

deyildir.  Odur ki,  hər hansı mürəkkəb məsələ iki planda həll

edilir: 1) emosional,    2) intellektual.

Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipi-

nin tapılmasına olan inam hissinin əmələ gəlməsidir.  Bundan

sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. 

Məsələnin emosional planda həlli,  onun intellektual planda

həllini surətləndirir.  Belə ki,  emosiyalar idrak proseslərini

nəinki fəallaşdırır,  həm də problemlə bağlı qavrayışın, 

hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.

Müasir təlim nəzəriyyəsinin mühüm tələbi - şagirdlərin

təfəkkürünün inkişaf    etdirilməsi problemini yalnız hiss və

emosiyaların fəallaşdırılması zəminində,  təfəkkürlə hissin

vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.

Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində

mühüm rol oynayır.  O,  ilk növbədə hissləri fəallaşdırmağın

başlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək

peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da

rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə  münasibəti

dəyişir və tələbə daha səylə oxumağa başlayır.  Təxəyyülün

aktivləşdirilməsi

tələbənin

emosional

cəhətdən

fəallaşdırılmasının önəmli şərtlərindən biridir.

Beləliklə,  idrak poseslərinin motivasiya əsası bilavasitə

hisslərlə bağlıdır.  Hiss və emosiyaların köməyi ilə şagirdlərin

idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji

tələblərdəndir.



IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri

Hisslərin xarici ifadəsi.  Biz ünsiyyətdə olduğumuz

340

adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, 

bədən hərəkətlərindən,  səsindən aydın duya bilərik.  Adətən, 

insanın razı və narazı olmasını,  sevinc və kədərini, 

narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun

sifət cizgilərində,  bədənin ifadəli hərəkətlərində,  eləcə də

səsində əks olunur.

Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun

tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini

tapır.  Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir,  lazımi

sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə

tamamilə başqa cür nəfəs alır.

İnsanın hansı hissləri keçirməsi qan dövranında daha

aydın təzahür edir.  Beləki adam utandıqda,  pərt olduqda

üzünün rəngi qızarır, qorxduqda isə ağarır.

İnsanın nə kimi hisslər keçirməsi əsasən onun



mimikasında və intonasiyasında daha aydın əks olunur.

Bunlarla yanaşı,  insanın keçirdiyi hissləri, onun

bədəninin ifadəli hərəkətlərindən – pantomimikasından da başa

düşmək mümkündür. Adətən, balet tamaşaları zamanı artist bir

kəlmə söz işlətmədən bədəninin ifadəli hərəkətləri ilə keçirdiyi

müvafiq hissləri təzahür etdirir.

Nəhayət,  insanın keçirdiyi hisslər onun nitqində də öz

ifadəsini tapa bilir.  İnsan müəyyən hadisəyə münasibətini nit-

qinin intonasiya tərzi ilə ifadə edə bilir.  (Məsələn,  necə? 

sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə mimi-

ka,  pantomimika,  jestlər,  intonasiya,  kinesika və proksimika

qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları təzahür etdirir. 



Hisslərin

əsas

keyfiyyətləri.  Psixoloji

tədqiqatlar

göstərmişdir ki,  insanın öz hisslərinin obyektinə necə

yanaşması, indiki anda ona necə münasibət bəsləməsi bu hissin

keyfiyyət məzmununu müəyyən edir.  Bu baxımdan hisslərin

özünəməxsus əsas keyfiyyətləri diqqəti cəlb edir.  Bu

keyfiyyətlər olmadan heç bir psixi hadisəni emosional sahəyə

aid etmək mümkün deyildir.  Ona görə ki,  hissin əsas



341

keyfiyyətləri şəxsiyyətin obyektə emosional münasibətinin

zəruri və özünəməxsus əlamətidir.

Hər şeydən əvvəl,  insanın gerçək aləmdəki cisim və

hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla

iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr insanın

tələbatlarını ödəyirsə,  bu zaman müsbət,  başqa sözlə stenik

hisslər özünü göstərir.  Əksinə,  cisim və hadisələr insanın

tələbatlarını ödəmirsə mənfi – astenik hisslər baş verir. Psixolo-

ji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaşı olaraq daha

iki keyfiyyətini aşkara çıxarmışdır.  Beləki hissi törədən

obyektə şəxsiyyətin müsbət və mənfi münasibətindən başqa



ikili münasibət və qeyri-müəyyən bələdləşmə münasibətinin də

olduğu müəyyən edilmişdir. İkili və yaxud ambivalent hissdə

razılıq və narazılıq təkcə birləşmir, onların biri o birinə keçir, 

hər iki hiss yanaşı yaşanılır. Bu cür ambivalent hissə qısqanclıq

hissini misal göstərmək olar. Beləki qısqanclıq zamanı adamda

məhəbbət və nifrət hissi özünəməxsus şəkildə birləşə bilir. 

Ambivalent hissə başqa bir misalı da göstərmək olar. 

Məsələn, isti günəş altında səhra yolunu keçən bir insan susuz-

luqdan əziyyət çəkir.  Keçdiyi yolun bir hissəsində su

gölməçəsinə rast gəlir.  O,  gölməçədən ovuclarını dolduraraq

içir.  Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi

keçirir.  Bununla yanaşı gölməçədə olan sudan bataqlıq tamı

gəlir. Ona görə də həmin su onda həm razılıq, həm də narazılıq

hissi yarada bilir.

İnsanın

öz

hisslərinin



obyektlərinə

emosional

münasibətinin digər keyfiyyəti hisslərin qeyri-müəyyənliyidir

Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda,  eyni za-

manda bəzi obyektlərə qarşı yaranmış davamlı hisslərdə

müşahidə etmək olar.  Adətən,  insanın ilk dəfə rast gəldiyi

hadisələrə təəccüb etməsi, onunla maraqlanması bu cür baş ve-

rir.


IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları

342

Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti

təşkil edir.  Başqa psixi proseslər kimi,  emosional halların və

hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə

bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması

vegetativ sinir sisteminin funksiyasına daxildir.  Xüsusilə, 

hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş

verən sinir prosesləri çox mühüm rol oynayır.  Həmin sahə

tənəffüs prosesini,  ürək döyüntüsünü,  nəbz vurmanı,  orqaniz-

min ayrı-ayrı hissələrinin qan ilə təchizini,  hərarəti, bəzi

orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir.  Ona

görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə

müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir.  Məsələn: 

tənəffüs ahəngi dəyişir,  ürək döyüntüsü ya artır,  ya da azalır, 

nəbz vurma dəyişir,  göz bəbəyi genişlənir, tüklər biz-biz olur, 

tərləmə artır,  ağızda dil quruyur və s.  Təsadüfi deyildir ki, 

qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf

etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həssas indi-

katorudur.  Ona görə də çox vaxt insanlar öz emosiyalarını

ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.

Hisslərin

əmələ


gəlməsində

dinamik


stereotipin

yaranması və ya pozulması mühüm rol oynayır.  Yəni həyat

tərzindən,  münasibətindən asılı olaraq beyində müəyyən

rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin

rabitələrdə hər hansı dəyişikliyin baş verməsi mövcud

rabitələrin pozulması ilə nəticələnir.  Bu da insanda razılıq, 

narazılıq,  sevinc,  heyrət,  şübhə,  maraq,  qəzəb və s.  kimi

hisslərin əmələ gəlməsi ilə nəticələnir.

Deməli, müəyyən dinamik stereotipin əmələ gəliməsi və

ya pozulması ilə əlaqədar olan sinir prosesləri, hisslərin fiziolo-

ji əsasını təşkil edir. Hiss və emosiyaların əmələ gəlməsində və

cərəyan etməsində ikinci siqnal sistemi xüsusi rol oynayır. 

Çünki hər hansı emosional halı elə sözün köməyi ilə də yarat-

maq olar.

Beləliklə beyin qabığında və qabıqaltı sahədə baş verən


343

sinir prosesləri,  hiss və emosiyaların fizioloji əsası hesab olu-

nur.

Psixologiya tarixində hiss və emosiyaların əmələ gəlməsi



haqqında müxtəlif nəzəriyyələr mövcud olmuşdur.  Bunlardan

Ceyms-Lange,  Kannon-Bard nəzəriyyələrini və S.Şixterin

konsepsiyasını qeyd etmək olar.

İnsanın emosional və hiss halına simpatik və parasimpa-

tik sinir sistemi nəzarət edir.

Dalaşarkən və ya qorxuya düşüb qaçarkən simpatik sis-

tem insan orqanizmində müəyyən dəyişikliklər etməklə (mə-

sələn:  qan təzyiqi artır,  qanın laxtalanma dərəcəsi yüksəlir, 

tərləmə artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji

dolu qanı bütün hüceyrələrə göndərir.  Belə bir təhlükəli

vəziyyət aradan qalxdıqdan sonra parasimpatik sistem öz

funksiyasına

başlayır

insanın



fizioloji

durumunu


normalaşdırır.

Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların, 

təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müşayəti

ilə yaşayırıq. İnsan oğlunun ətrafıyla etdiyi çoxəsrlik davadan, 

vuruşmadan salamat çıxmasına bu iki sistem yardım etmişdir. 

Deməli, 


emosiyalar

orqanizmin

düşdüyü

vəziyyətə



uyğunlaşmasını təmin etməklə,  insan həyatının davam

etməsində önəmli rol oynayır. 

Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirirsiqnal, 

tənzimetmə və    kommunikativ funksiya.  Bu funksiyalar ümu-

milikdə insanın ətraf aləmi düzgün əks etdirməsinə və ona

uyğunlaşmasına xidmət göstərir.  Biz emosiyaların köməyi ilə

nitqdən istifadə etmədən biz tərəf müqabilimizin emosional du-

rumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət qururuq. 

Hiss və emosiyaların xarici təzahürlərinə əsasən müxtəlif

mədəniyyətə malik olan,  dilini bilmədiyimiz hər hansı xalqın

nümayəndəsinin emosional halını,  şad,  kədərli,  qəzəbli

olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla müəyyən

edə bilərik.



344

Hisslər insanın idrak obyektinə bəslənən subyektiv

münasibətlə bağlıdır. 

Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş

verən hadisələrin hansının həyatımız üçün faydalı və ya

təhlükəli olduğunu dərk edirik.  Bundan sonra davranış və

rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə

müəyyən dəyişikliklər edirik.

İkincisi,  hisslər insanın hərəkət və fəaliyyətinin motivi

kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu

hisslərin tənzim etmə funksiyası ilə bağlıdır.    Məsələn:  hər

hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı müvafiq ali

məktəbdə oxumağa təhrik edir.  Dilə olan həvəs insanı həmin

xalqın tarixindən,  mədəniyyətindən bəhs edən kitablar

oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa

vadar edir.

Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur

ki,  insanın keçirdiyi hisslər onun mimikasında,  səsində, 

tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspres-

siyası,  qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir. 

Beləliklə,  həmin kommunikativ funksiya şəxsiyyətlərarası

qarşılıqlı münasibətlərin tənzimlənməsinə xidmət göstərir. 

Məsələn: kədəri ekspressiya etməklə insan qarşı tərəfə özünün

pis,  çətin vəziyyətdə olduğunu bildirir.  Bu hal onun köməyə

ehtiyacı olduğu haqqında başqasına məlumat verir. Bundan so-

nra biz həmin adama kömək etmək istəyir, onun dərdinə şərik

olur və təsəlli veririk.

Amerikan psixoloqu K.İzard qeyd olunan funksiyalarla

yanaşı emosiyaların motivasiya və sosializasiya funksiyalarının

olduğunu da qeyd etmişdir. Məsələn: qorxu hissi insanı kömək

axtarmağa məcbur edir.  Güclü yanğın təhlükəsi qonşularda

qorxu hissi yaradır.  Bu da onların birləşməsinə və mütəşəkkil

formada qorxu mənbəyinə qarşı mübarizə aparmalarına səbəb

olur.  Bu qorxunun yaratdığı sosializasiyadır.  Hər bir

emosiyanın özünə məxsus sosializasiya funksiyası var.  İkrah


345

emosiyası olmasaydı,  insanların gigiyenik qaydalara əməl

etməsi,  estetik tələbatları ödəməyə ehtiyac qalmazdı.  Bu

mənada fərdin sosiallaşması prosesi hiss və emosiyanın

hesabına həyata keçirilir.

Ümumiyyətlə hiss və emosiyaların yerinə yetirdiyi funk-

siyalar bir-birilə vəhdət təşkil edir. Psixoloji araşdırmalarda

aşağıdakı fundamental emosiyalar müəyyən olunmuş və təsvir

edilmişdir (K. İzard, 1980) maraq, sevinc, heyrət, kədər, qəzəb, 

nifrət, həqarət, qorxu, həya, günah, həyəcan, əzab.



IV.13.4. Hisslərin keçirilməsi formaları

Hisslər yaranma sürətinə,  qüvvəsinə və davamlılığına

görə müxtəlif şəkildə keçirilə bilir.  Bu baxımdan hisslərin

aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, 



affektlər, gərginlik, frustrasiya.

Əhvallar.  Əhval tədricən yaranan,  orta qüvvəyə malik

olan,  xeyli müddət davam edən emosional haldır.  Səhər

eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə

keçirməyimizə səbəb ola bilər.  Bu baxımdan əhval xeyli

müddət insanın davranışına və psixi proseslərinə təsir edən

ümumi emosional haldır.  İnsanda yaranan əhvallar müsbət və

ya mənfi xarakter daşıya bilər.  Məsələn,  müsbət xarakter

daşıyan gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və

ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz

müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini

ruh yüksəkliyi,  inamla yerinə yetirir.  Mənfi əhval-ruhiyyə isə

insanın fəaliyyətinə ləngidici təsir göstərir. Bir çox hallarda

əhvalın yaranması və dəyişməsi böyük emosional təəssürat ya-

radan,  bəzi hissləri canlandıran,  digərlərini zəiflədən müxtəlif

həyat hadisələrindən ibarət ola bilər.  Ona görə də birinci

növbədə məktəblilərdə pis əhvalın yaranmasına təsir edən

mənbələrin aşkara çıxarılması, imkan daxilində onların aradan

qaldırılması,  məktəbliyə nəzakətli yanaşmaq lazım gəlir.  Bu

prosesdə şagirdin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə


346

alınması da zəruridir.



Affektlər.  Affektlər surətlə yaranan,  qüvvətli,  nisbətən

tez keçib gedən emosional hallardır.  Affektlər insanı tez

bürüyən,  sürətlə ötüb keçən,  iradi nəzarətin pozulması ilə

səciyyələnən emosional prosesdir.  Bu zaman insan keçirdiyi

qorxu,  hiddət,  qəzəb və s.  hisslərə güclü şəkildə qapılır.

Adətən,  insana qarşı ədalətsiz,  normalara uyğun gəlməyən, 

mənliyə toxunan hərəkətlər onu bir anda,  sürətlə özündən

çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb olur.  İnsan

bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır.  Onun

bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji

affekt adlanan bu hal tez də keçib gedə bilir.

Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) –

insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fi-

ziki,  zehni işlər görərkən,  eləcə də təhlükə zamanı təcili və

məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısındaqaldıqda

keçirdiyi psixi vəziyyətdir.  Mahiyyətcə stress – insanın keçir-

diyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin

emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. 

Belə ki,  stress halı bəzi vaxtlarda insanın məqsədyönlü

fəaliyyətinə pozucu təsir göstərir,  bəzən isə    əksinə qüvvə və

enerjini artırır,  fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, 

çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. 

Bu mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi

adaptasiya sindromu»  adlandırmış və onun üç mərhələdən

ibarət olduğunu göstərmişdir: 1. həyəcanlanma. 2. müqavimət. 

3.  əldən düşmə və üzülmə.  H.Selye stressi – hər hansı

fövqaladə təsirə qarşı qeyri – spesifik müdafiə reaksiyası

adlandırmışdır.  Deməli psixi proseslərin diqqətin,  qavrayışın, 

hafizənin,  təfəkkürün gedişinə dolaşıqlıq yaradan psixi

vəziyyəti distress    adlandırmaq olar.  Uzunmüddətli distress

vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt,  beyin insultu, 

keçəllik, diş tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji

stress emosional və informasion stressə bölünür.  Emosional



347

stress təhlükəli, çətin, qorxulu şəraitdə özünü biruzə verir. Belə

olan halda psixi fəaliyyətin gedişində neqativ məzmunlu

dəyişiklik təzahür edir.  İnformasion stress isə informasiya

gününün həddən ziyadə çoxluğu nəticəsində tapşırığın

öhdəsindən gələ bilməkdə özünü göstərir.

Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər, 

yaradıcılıq müvəffəqiyyəti, xoşa gələn fiziki iş və s. nəticəsində

yaranan müsbət gərginlik vəziyyətidir.  Eustress – əmək

fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı müqavimətini

gücləndirir.    

Frustrasiya. Frustrasifa - (latınca frustrasio – aldanma, 

nahaq gözləmə,  əhval pozuntuluğu) –    insanın düşdüyü psixi

vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik

törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində

keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun mahiyyətini

daha yaxşı başa düşmək üçün aşağıdakı nümunə ilə tanış olaq: 



İmatahan olduğu üçün,  gecə saat 3-ə qədər yatmayıb

suallara

hazrlaşmısınız.  Gec

yatdığınıza

görə,  otaq

yoldaşınızın    da nə vaxt oyandığını və evdən çıxdığını da

bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan

halda,  imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib

tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan

kimi universitetin yanından ötən avtobusun elə indicə

uzaqlaşdığını

görürsünüz.  İmtahana

gecikməmək

üçün

universitetə qismən yaxın gedən başqa avtobusla getməyə

qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu

olduğu üçün sizi götürmək üçün saxlamırlar.  Artıq sınağa

yarım saat qalıdığı üçün məcbur olub taksi saxlayırsınız. Yolda

tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə

məcburdu. Elə universitetə azacıq qalmış arxadan gələn maşın

sizin maşınla toqquşur.  Sürücü maşını yolun kənarında sax-

layaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda

siz həyəcanla saata baxıb imtahana 8  dəqiqə qaldığını

görürsünüz. Sürücü «Mən gedə bilmərəm» – deyib, yol polisi-

348

nin gəlməsini gözləyir.  Sürücünün haqqını ödəyib,  qalan yolu

piyada getməyə məcbur olursunuz.  Auditoriyaya girəndə

müəllimin sizi soruşduğunu eşidirsiniz.  Bileti çəkib əyləşəndə, 

qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə

başınızı əlləriniz arasına alaraq durur və yaxında olan tələbə

yoldaşınızdan qələm istəyirsiniz.

Yuxarıda göstərdiyimiz misalda, tələbənin düşdüyü psixi

vəziyyət onun keçirdiyi emosional hal,  frustrasiya halıdır.  Bu

cür halı, psixi vəziyyəti elə dilimizdə işlədilən əngəllənmə sözü

ilə ifadə etmək olar.  Onda frustrasiyanı,  əngəllənmə duyğusu, 

hissi kimi xarakterizə etmək olar.



Beləliklə,  insanın qarşısına qoyduğu məqsədə nail

olmasına,  onu əldə etməsinə real və xəyali surətdə əngəllər

törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi

hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. Başqa sözlə

frustasiya insanın hər hansı bir uğursuzluğa,  itgiyə əlacsızlıq

hissi, bihadə sərf olunan cəhdlə müşayət olunan mənfi – emo-

sional təəssüratıdır.

Frustrasiya əsasən insanın narazılıq və ya təmin olunma-

maq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduqda əmələ

gəlir.  Frustrasiya özünü itirmək,  qəzəb aqressiya,  küskünlük, 

həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Həyəcan – fru-

strasiya halətinin katalizatorudur.  Həyəcan – mövcud

vəziyyətin və davranışın gələcəkdə ortalığa çıxaracağı nəticə

ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi

bir durumda olmaqdan qorunmasına yönəldir. 

Frustrasiya həyəcan və aqressivliklə müşayət olunan pro-

sesdir.  Yuxarıda,  imtahana gecikən tələbənin həm həyəcan, 

həm də frustrasiya halətinə düşməsi bunu  sübut edir.

İmtahandan müvəffəqiyyət qazanıb-qazanmamasını dü-

şünərkən həyəcanlanan tələbə,  onu oyatmadığı üçün otaq

yoldaşına,  saatı qurmadığı və qələmi unutduğu üçün özünə

hirslənir,  acığı tutur.  Frustrasiya şəraitində narazılıq səviyyəsi

üstünlük təşkil etdiyi üçün ətrafda baş verən hadisələri



349

qavrayarkən və qiymətləndirərkən emosional qiymətləndirmə

ön plana keçir. Belə olan halda insanlar, xüsusilə ekstravertlər

hər şeydə qərəz axtarırlar və tapırlar.

Frustrasiyanın müxtəlif formaları var.  Onlardan biri so-

sial frustrasiyadır. Sosial frustrasiya yalnız ayrıca götürülmüş

bir şəxsdə deyil,  həm də ayrı-ayrı qrup və zümrələrdə, hətta

xalqın böyük əksəriyyətində özünü biruzə verən psixoloji

vəziyyətdir. Frustrasiya haləti müxtəlif səbəblərlə bağlı şəkildə

meydana gəlir. Lakin, burada ən əsas şəxsiyyət amilidir. Yəni

baş verən səbəblər,  maneə və əngəllərə insanın münasibəti

necədir? İstər azərbayan dilli, istərsə də əcnəbi dilli mənbələrdə

frustrasiyanın mərkəzində əsasən gecikmə,  ləngimə,  sosial və

ya etnik qadağanın, konfliktin və s. səbəblərin dayandığı qeyd

olunur.  Şəxsiyyətdaxili konfliktlər frustrasiyanın daha tez

təzahür etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt

müəyyən edilmişdir.

1.Arzu olunan – arzu olunan tipli konflikt – İnsanın istə-

diyi iki arzudan birini seçmək zəruriyyəti qarşısında qalması. 

Məsələn:  həm erkən yatıb yaxşı dincəlmək,  həm də

televiziyadakı gecə proqramına tamaşa etmək istəyi ilə bağlı. 

2.İnsanın istəmədiyi iki, lakin birini seçmək məcburiyyəti

qarşısında qaldığı zaman düşdüyü konflikt şərait. Məsələn, bir

tərəfdən amansız ögey ananın acı sözlərini, kinayəli baxışlarını

qəbul edərək onunla bir evdə yaşamaq,  digər tərəfdən sevmə-

diyin 3 uşağı olan dul kişiyə ərə getmək məcburiyyəti.

3.Bu tip konflikt arzu etdiyiniz,  gerçəkləşdirmək istədi-

yiniz müəyyən hərəkət qorxu,  ağrı ilə nəticələnən və ya

müşayət olunan halda meydana çıxır. Məsələn: ziyafətdə iştirak

edən şəxsin bir tərəfdən spirtli içki içmək, şənlənmək istəməsi, 

digər tərəfdən isə içkili halda maşınla evə qaytmaq üçün uzun

yol qət edəcəyini və bu zaman qəzaya düşməsindən ehtiyat

etməsi buna misaldır.

Qeyd etdiyimiz konfliktlər frustrasiya törədən amillərdir. 

Frustrasiya həm də insanın özünü reallaşdıra bilməməsi, özünü



350

aktuallaşdırma tələbatını ödəməməsi ilə də bağlı olaraq yaranır

və inkişaf edir.  Çox vaxt belə hallar insanın öz peşəsindən, 

onun məzmunundan və nəticəsindən razı qalmadıqda  daha da

inkişaf edir.  Belə olan halda insan həyatda heç bir iz

qoymadığını, öz həyat enerjisini boş-boşuna sərf etdiyini, hal-

buki daha yaxşı və mənalı yaşamağın mümkün olduğunu etiraf

edir.  Belələri ömrünün qalan hissəsində psixoloji müdafiə

vasitəsi kimi şəraitin olmamasını, maddi vəziyyətin çətinliyini, 

ailə qayğısının çoxluğunu və başqa bir bəhanə gətirərək

özlərindən başqa hamını və hər şeyi günahlandırırlar.

Beləliklə,  frustrasiya haləti neqativ emosional vəziyyət

kimi insanların davranış və rəftarına mənfi təsir edir.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin