Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


V.15.4. Temperamentin fizioloji əsasları



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

V.15.4. Temperamentin fizioloji əsasları

Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haq-

qında  geniş  yayılmış,    bütün  dünya  miqyasında    qəbul  edilən 

üçüncü  nəzəriyyə  sinir  sistemi  nəzəriyyəsidir.  Akademik  İ.P.

Pavlov tərəfindən irəli  sürülmüş bu nəzəriyyə  ali sinir  fəaliy-

yəti  (ASF)  sahəsində  ən  əsaslı  kəşflərdən  biri  olmuşdur.  İ.P.



374

Pavlov  bu  yolla  temperamentin  fizioloji    əsasları    haqqında 

təlim  yarada bilmişdir.  Akademik  İ.P.Pavlov belə  bir  qənaətə 

gəlmişdir  ki,    temperamentin  tipləri  sinir  sisteminin  tiplərinə 

əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament 

tiplərinin fizioloji əsasını  təşkil edir.  Sinir sisteminin bu tipləri 

anadan  gəlmə  xarakter  daşıyır.    Ona  görə  də  İ.P.Pavlov  bu 

tipləri  genotiplər adlandırmışdır. 

Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün

akademik  İ.P.Pavlov    əsas  sinir  prosesləri  olan  oyanma  və 

ləngimənin  üç  xassəsini  əsas  götürmüşdür: 1)oyanma  və 

ləngimənin  qüvvəsi;  2)  oyanma  və  ləngimənin  müvazinət 

dərəcəsi; 3)  oyanma və ləngimənin mütəhərrikliyi.

İtlər  üzərində  apardığı  uzunmüddətli  tədqiqatlar  əsa-

sında  akademik  İ.P.Pavlov  ali  sinir  fəaliyyəti  tiplərinin    təs-

nifatını vermişdir. O, oyanma  və ləngimənin güvvəsi xassəsinə 

görə itləri güvvətli və zəif olmaqla  iki yeə ayırmış və burada 

zəif sinir fəaliyyəti tipinin ayrıldığını  qeyd etmişdir. Oyanma 

və  ləngimənin  ikinci  xassəsi  olan  müvazinət  dərəcəsinə  görə 

qüvvətli xassəyə malik olan heyvanların  da iki yerə  ayrıldığını 

göstərmişdir:  cəld  (diribaş)  və  asta  tip.  Nəticədə  ali sinir  fəa-

liyyətinin  heyvanlar  və  insanlar  üçün  eyni  olan  aşağıdakı 

tiplərinin olduğu aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ; 

3) diribaş (cəld); 4) sakit.

Aşağıdakı  şəkildə  bu  tuplərin  necə  yarandığını  əyani 

şəkiuldə görə bilirik.



375

                         Şəkil 16

Akademik  İ.P.Pavlov  belə  bir  qənaətə  gəlmişdir  ki, 

güvvətli,  müvazinətsiz  xassəyə  malik  olan  hövsələsiz (coşğun

sinir  sistemi  tipi  xolerik  temperament  tipinin;  qüvvətli,  mü-

vazinətli;  mütəhərrik  xassəyə  malik  olan  diribaş (zirək) sinir 

sistemi    tipi    sanqvinik  temperament  tipinin;  qüvvətli,  müva-

zinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik 

temperament tipinin fizioloji əsasını təşkil edir.

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Temperament  nəyə  deyilir?  Onun  digər  psixi  ha-

disələrdən fərqini dərk edin.



2. Temperament  haqqında  humoral  nəzəriyyə    nəyi 

əsas götürür və onun yaradıcısı kim olmuşdur?



3. Temperament  haqqında somatik  nəzəriyyənin  ma-

hiyyətini dərk edin.

Sinir sistemi tipləri

Müvazinətli

Müvazinətsiz S.S.T.

Qüvvətli


Zəif S.S.T.

Diribaş S.S.T.

Sakit S.S.T.


376

4. Temperament  haqqında  sinir  sistemi  nəzəriyyəsi 

nəyi əsas götürür?



5. Sanqvinik temperament tipinin psixoloji xarakteris-

tikasını verin.



6. Xolerik  temperament  tipi  hansı  xüsusiyyətlərinə 

görə fərqlənir?



7. Fleqmatik  temperament  tipinin  psixoloji  xarakte-

ristikasını verin.



8. Melanxolik  temperament  tipini  fərqləndirən  xüsu-

siyyətlər hansılardır?



9. Temperament fizioloji əsası nə ilə izah olunur?

10. Temperament tiplərini nəzərə almağın təlim-tərbiyə 

prosesində rolu nədən ibarətdir?



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Temperamentin  tipləri  və  onların  psixoloji  xarak-

teristikası



2. Şagirdlərdə  temperament  tiplərinin  təzahür  xüsu-

siyyətləri.



3. Temperament və şəxsiyyət

Ədəbiyyat

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə. Psixologiya  2-ci        

nəşri. Bakı 2000, səh. 447-464



Əlizadə Ə.,  Şirinova Z.  Nizami Gəncəvinin

psixoloji görüşləri. – Bakı, 2006, s. 123-137.



Nəcəfov  M. İnsan    beyninin  fəaliyyəti  və  psixiki 

proseslər. Bakı 1989



Qippenreyter Ö.B. Vvedenie v obhuö psixoloqiö. 

Kurs leküiy. M., 1988, str. 234-256



Kovalev A.Q. Psixoloqiə liçnosti.  M.,  1970,  str. 

187-205       



377

Nemov R.S. Psixoloqiə Kn. 1, M., 1998, str. 394-

404


Merlin V.S. Liçnostğ kak predmet psixolo-

qiçeskoqo issledovaniə. Permğ 1988, str. 234-256.



Merlin V.S. Oçerki teorii temperamenta. M., 1964

.  RusalovV.M. Bioloqiçeskie osnovı individualğ-

no-psixoloqiçeskix razliçiy. M.,1979

Rusalov V.M. O prirode temperamenta i eqo

mesto v strukture individualğnıx svoystv çeloveka. 

//Voprosı psixoloqii, 1985, №11, str. 19-33

   

  


378

16-cı  FƏSİL

XARAKTER

Qısa xülasə

        Xarakter 

haqqında 

anlayış

Xarakterin  tərifi.    Xarakter  həyatda 

qazanılmış davranış forması kimi.  Xarakter 

şəxsiyyətin  mühüm  və davamlı  fərdi  psixi 

xüsusiyyətlərinin məcmusu kimi.

        Xarakterin 

quruluşu

Xarakter 

əlamətləri  və onların  qarşılıqlı əlaqəsi. 

Xarakter  əlamətləri  və

şəxsiyyətin  müna-

sibətləri.  İnsanın  başqa  adamlara,  özünə, 

əməyə,  əşyalara  münasibətini  ifadə

edən 


xarakter əlamətləri. 

        

Xarakter 

haqqında 

təlimlər 

tarixindən

 

Xarakter 



haqqında

tədqiqatların  əsas  istiqamətləri.  Qədim 

dünyada  xarakterin    öyrənilməsi  cəhdləri. 

XIX 


əsrdə

xarakter 

haqqında 

elmin 


yaranması. 

A.F.Lazurskinin 

xarakter 

haqqında  tipologiyası.  Z.Freydin    və

müasir 

psixoloanalitiklərin 



xarakter 

haqqında  baxışları.  R.Kettel  şəxsiyyətin 

əsas  amilləri  arasında  güc    və zəiflik 

haqqında. 

E.Frommun 

irəli 


sürdüyü

mazoxist, sadist, konformist, tənha tiplər. 

K.Yunqun tipologiyası (ekstrovert və introvert tiplər).

        Xarakterin  aksentuasiyası.  K.Leonqard və  A.E.Liçkonun 

xarakterin aksentuasiyası  barədə konsepsiyaları).


379

        Xarakter  və  şəxsiyyət.    Xarakter  və  şəxsiyyətin  əlaqəsi. 

Hər  bir  şəxsiyyətdə  xarakterin  ən  müxtəlif    əlamətlərinin 

inkişaf  edə  bilməsi.  Şəxsiyyətin  formalaşmasına      yönəlmiş  

cəmiyyətin fəallığının fərdi xarakterlərdə  müxtəlif  qaydalarla 

rastlaşması. Xarakterin  təzahürünün  şəxsiyyətin  təzahürünə 

nisbətən  vasitəsiz  olması.  A.F.Lazurski  şəxsiyyət  və  xarakter 

haqqında.

        Xarakterin formalaşması.İnsan xarakterinin formalaşması 

şərtləri:  bioloji  və  sosial    şərtlər.  Xarakterin  formalaşmasında 

tərbiyə  və  özünütərbiyənin  rolu.  Xarakterin  formalaşmasında 

mühitin, kollektivin, nümunənin rolu.



V.16.1. Xarakter haqqında anlayış

        Xarakterin tərifi. İnsanları  bir-birlərindən  fərqləndirən 

şəxsiyyətin  davamlı  fərdi  psixi  xassələrindən  biri  də  xarak-

terdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən  onların 

xasiyyətini,  xarakterini  ön  plana    çəkirlər.  Bu  baxımdan 

yunanca  “xarakter”  “möhür”,  “naxış”  mənasini  bildirir. 

Xarakter  bir  növ  insanın    yalnız  özünəməxsus  davranış 

formasını  əks  etdirir.  Onun  ən  mühüm  cəhəti  ondan  ibarətdir 

ki, xarakter şəxsiyyətin hər cür  xüsusiyyətlərini deyil, mühüm 

və  davamlı  fərdi  xüsusiyyətlərinin    məcmuunu özündə  əks 

etdirir.  Digər tərəfdən  xarakteri bir psixi fenomen kimi fərq-

ləndirən başlıca cəhət ondan  ibarətdir ki, o həmişə fəaliyyət və 

ünsiyyət  prosesində,  insanın  onu  əhatə  edən  gerçək  aləmə  və 

insanlara  münasibətdə  təzahür  edir.  Xarakter  həyatda    qaza-

nılmış  davranış  formasıdır.  Heç  kim  anadan    tənbəl  və ya 

işgüzar, gobud və ya mehriban, qəddar və ya humanist, səliqəli 

və  ya  pinti,  təvazökar  və  ya  xüdbin  doğulmur.  Bu  kimi 

keyfiyətləri  həyat  prosesində,  tipik  şəraitin, təlim  və  tərbi-

yəsinin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın  



380

xarakterini təşkil edən tipik əlamətlər kimi  formalaşır və tipik 

şəraitdə dərhal özünü göstərməyə başlayır.

          Bütün  bunlarla  yanaşı  olaraq  insan  xarakteri  onun  

dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın  münasibətlər 

sistemini  təşkil  edən  dünyagörüşü  və  əqidəsi  istər-istəməz 

onun  xarakter    əlamətlərinin  formalaşmasına  zəmin  yaradır. 

Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış 

tərzini həyata keçirməyə təhrik edir.

        Yuxarıda  qeyd  edilənlərə  əsasən  xarakterə  belə  tərif 

vermək olar:

        Konkret  şəsiyyət  üçün  tipik  olan  fəaliyət  və  ünsiyyət 

prosesində formalaşan  və  təzahür  edən,  tipik  şəraitdə  üzə 

çıxan və şəxsiyyyətin bu şəraitə  olan münasibəti ilə müəyyən 

edilən  özünəməxsus  fərdi  psixoloji  xüsusiyyətlərinin 

məcmusuna  xarakter deyilir.

        Psixoloqların  apardıqları tədqiqatlar  belə  bir  qənaətə gəl-

məyə  imkan  vermişdir  ki,  şəxsiyyətin  münasibətləri  xarakter 

əlamətlərinin  fərdi özünə  məxsusluğunu    iki  cəhətdən  müəy-

yənləşdirir.  Birinci,  insanın  düşdüyü  hər  bir  tipik  şəraitdə 

emosional  həyəcanların  fərdi  özünəməxsusluğu  şəxsiyyətin 

münasibətlərindən  asılıdır.  Həyati  faktlar  xarakterin  hər  bir 

xüsusiyyətinin  məhz  bu  cür  tipik  şəraitdə  özünü  büruzə 

verdiyini  göstərir.  İkincisi,  hər  bir  tipik  şəraitdə  şəxsiyyətin  

təzahür  edən  davranış  fomasının  özünəməxsus  fərdi    xüsusiy-

yətləri də onun münasibətindən asılıdır.

V.16.2. Xarakterin quruluşu

Xarakter əlamətlərinin qarşılıqlı əlaqəsi. Həyati

faktlardan göründüyü kimi,  insan xarakteri çoxcəhətli

xüsusiyyətə

malikdir. 

İnsan

xarakterində



müxtəlif

özünəməxsus əlamətləri müşahidə etmək mümkündür.  Bu

əlamətlər bir-birindən ayrı,  təcrid olunmuş şəkildə deyil,

vəhdət halında birləşərək xarakterin vahid strukturunu yaradır. 



381

Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə

qanunauyğun şəkildə bağlıdır.  Təcrübə göstərir ki,  əgər insan

qorxaqdırsa o düşünməyə belə bir əsas verir ki, həmin adam

təşəbbüskarlıq,  qətiyyətlilik

müstəqillik,  əliaçıqlıq



keyfiyyətlərinə malik ola bilməz.  Bununla belə xaraktercə

qorxaq olan adamda mütləq sünilik və yaltaqlıq,  konformluq, 

acgözlük,  xəsislik,  satqınlığa hazır olmaq,  inamsızlıq və s. 

əlamətlər özünü göstərəcəkdir.  Lakin bu zaman həmin

əlamətlər arasında qorxaqlıq üstünlük təşkil edəcəkdir.

Xarakter əlamətləri içərisində bəziləri əsas,  aparıcı

əlamət kimi özünü göstərəcək və bütün kompleksin

təzahürünün inkişafına istiqamət verəcəkdir.  Bunlarla yanaşı

olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki, 

onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla şərtlənir, digər

halda əsas əlamətlərlə uyğunlaşa bilmir.

Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri. 

Xarakter əlamətləri şəxsiyyətin müxtəlif münasibətləri ilə

müəyyən edilən xassələr sisteminə malikdir.  Bu münasibətlər

eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək

üçün əsas rol oynayır. Bu baxımdan şəxsiyyətin münasibətlər

sistemini

xarakter


əlamətlərini

aşağıdakı

şəkildə

qruplaşdırmaq olar:  



       1.  İnsanın başqa adamlara:  doğma və yaxın adamlara, 

təhsil və iş yoldaşlarına,  tanıdığı və az tanıdığı adamlara

münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara

sədaqətlilik,  prinsipiallıq və prinsipialsızlıq,  ünsiyyətlilik və

qapalılıq,  doğruçuluq və yalançılıq,  mərifətlilik və kobudluq, 

qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.

        2.  İnsanın özünün özünə münasibətini bildirən xarakter

əlamətləri.  Bunlara heysiyyət,  öz gücünə inam və inamsızlıq, 

şöhrətpərəstlik,  lovğalıq,  təvazökarlıq,  özü haqqında yüksək

fikirdə olmaq və s. aid etmək olar. 

        3.  Əməyə

münasibətdə

özünü

göstərən


xarakter

əlamətləri.  Bunlalara vicdanlılıq,  əməksevərlik,  tənbəllik, 



382

təşəbbüskarlıq,  işə məsuliyyətli və məsuliyyətsiz    münasibət, 

ciddilik və s. aid etmək olar.

        4.  İnsanın əşyalara münasibətini ifadə edən xarakter

əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əşyalara qayğılı və

qayğısız münasibət və s. aid etmək olar.



V.16.3. Xarakter haqqında təlimlər tarixindən

        Xarakteri  tədqiq  etmək  cəhdləri  hələ  qədim  zamanlardan 

olmuşdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur. 

O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır. 

Qədim  yunan  ədəbiyyatında  Afina  cəmiyyətində  yayılmış 

xarakter  tipologiyasını  Teofrast  təsvir  etmişdir.  Xarakterin 

tədqiqatına zahiri  görünüşün  onun  müəyyən  şəxsiyyət  tipinə 

məxsusluğu  arasında  bağlılıq  haqqında  elm-fizioqnomika 

əhəmiyyətli dərəcədə təsir göstərmişdir.   

        XIX əsrin birinci  yarısında xarakter haqqında  elm  yaran-

mağa  başladı.  Frenologiyanın    yaradıcısı  Qall  insan  xarak-

terinin  təşəkkül  tapdığı  27  elementar  psixi  xüsusiyyətləri 

sadalayır,  onların  arasında  artıq  – törəmə  instinkti,  övlada 

məhəbbət,  bağlılıq,  dostluq,  dağıdıcı  instinkt, mübarizəyə  və 

özünü müdafiəyə meyillilyi qeyd etmək olar.

        XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk maraqlı 

əsərlər    kimi:  F.Cordonun  “İnsanın  genealogiya  və  bədəni 

nöqteyi-nəzərdən  xarakter”  və  F.Polanın  “Xarakterin  psixolo-

giyası” kitabları meydana gəlir. 

        XX  əsrin  əvvələrində  A.F.Lazurski  ilk  dəfə  olaraq  təkcə 

insanın  subyektiv  xüsusiyyətlərini  deyil,  həm  də  onun  dünya 

görüşünü, “ictimai baxışlarını” nəzərə alan xarakterin psixosial 

təsnifatını yaratmağı  təklif etdi. Lazurski insanın ətraf mühitə 

uyğunlaşma  dərəcəsindən  və  ətraf  mühitin  insana  hansı 

dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviy-


383

yə  ayırd  edirdi:  aşağı  səviyyə – kifayət  qədər  uyğunlaşma 

qabiliyyəti  olmayan  insanlar;  orta  səviyyə - ətraf  mühitdə  öz 

yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən 

insanlar;  ali  səviyyə - yaradıcı  səviyyədir.  O  ətraf  mühiti 

dəyişdirməyə çalışan insandır.

        Bu üç uyğunlaşma və  üstünlük səviyyələrini nəzərə alma 

əsasında  Lazurski  xarakterin  aşağıdakı  təsnifatını  təklif 

etmişdir:

        Aşağı  səviyyə: 1)  ağıllı  tip;  2)  affektiv  tip  (hərəkətli, 

hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar,



fəal, inadkar).

        Orta səviyyə:1) praktik olmayan nəzəriyyəçilər,idealistlər 

(alimlər,  rəssamlar, dini xəyalpərəstlər);  2)  praktiklər  –

realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar.

        Ali  səviyyə:  Bu  insanlara  şüurluluq,  ruhi  duyğuların 

uzlaşması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak-

terin daha dəqiq anlaşılmasına gətirib çıxardı. 

        Fərdi  xarakterlərin tipologiyasını  təhlil  edən Z.Freyd

xarakterin  strukturu    ideyasını  əsas  götürərək  sübut  edir ki,

“müəyyən  əlamətlərdən  əsas  xarakterin  formalaşdırılması 

formulunu  çıxartmaq    olar,  həm  də  nəzərə  almaq  lazımdır  ki, 

daimi əlamətlər ya dəyişilməyən ilkin impulsları, ya da onların 

sublimasiyasını  və  ya  onların  yaratdığı  reaktiv  törəmələrini 

təmsil edir”.

        Erkən  uşaqlığın  xüsusiyyətləri,  psixoseksual  mərhələnin 

inkişaf  etməsinin  spesifikası,  müəyyən  psixoseksual  mərhə-

lənin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini  şərt-

ləndirir.  Freyd  xarakteri  oral-passiv,    oral-təcavüzkar,  anal-

xarakterə, genital xarakterə ayırırdı.

        Müasir  psixoanalitiklər    xüsusilə  A.Louenin  tipoloji  

modelində  xarakterin  aşağıdakı  tiplərini  ayırırlar:  aral,  mazo-

xist, əsəbi, fallik-narsis, şizoid.

.        A.Louen xarakter anlayışını yalnız pataloji hallarla

məhdudlaşdırmağı  təklif  edirdi.  İnsan  - əgər  onun  tipik 



384

davranış vasitələri,  yəni xarakteri  yoxdursa o sağlamdır.  Bu  o

deməkdir  ki,  o  real  həyatda  şəraitin  müəyyən  tələblərinə 

uyğunlaşaraq  özünü  çox  gözlənilməz  aparır.  Müasir  amerika 

psixologiyasında    xarakterin  iki  alternativ  tərifindən  istifadə 

olunur:  “Xarakter  – şəxsiyyətin  əxlaqi  və  mənəvi  baxışıdır”; 

“Xarakter – şəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”.

        R.Kettel  şəxsiyyətin  əsas  amilləri arasında  güc  və 

zəifliyi qeyd edirdi. Onun  funksiyası“Ali-mən”in  gücü sərt və 

prinsipial hərəkət edən insanın iradəsinin gücünü, “Ali-mən”in 

zəifliyi isə öz hərəkətlərində qeyri-sabit olan insanın iradəsinin 

zəifliyini bildirməkdən ibarətdir.

        Kettelə görə xarakter  – insanın  müəyyən  münasibətlərdə 

davranışında özünü biruzə verən, şəxsiyyətin  əldə etdiyi daha 

sabit  zəruri  xüsusiyyətlərinin  fərdi  uyğunluğudur.      Bunlar 

aşağıdakılardır:



1. Özünə münasibət  (tələbkarlığın,  tənqidin,  özünəqiy-

mətləndirmənin dərəcəsi).



2. Başqalarına  münasibət  (fərdilik  və  ya  kollektivçilik, 

eqoizm  və  ya  alturizm,  qəddarlıq  və  ya  xeyirxahlıq, 

laqeydlik və  ya həssaslıq, kobudluq və ya nəzakət,  ya-

lançılıq və ya düzgünlük və s.).



3. Tapşırılan  işə  münasibət  (tənbəllik  və  ya  işgüzarlıq, 

səliqəlilik və ya pintilik, təşəbbüskarlıq və ya passivlik, 

səbirlilik  və  ya  səbirsizlik,  məsuliyyət  və  ya    məs-

uliyyətsizlik, təşkilarçılıq və s.).



4. Xarakterdə  iradi  keyfiyyətlər  də  öz  əksini  tapır:  çə-

tinlikləri,  mənəvi  və  fiziki  ağrıları dəf  etməyə  hazır 

olmaq, sərbəstliyin, intizamın, inadkarlığın dərəcəsi.

        Xarakterin ayrı-ayrı xüsusiyyətləri bir-birindən asılıdır və 

bir-birləri ilə sıx bağlıdır. Xarakterin əlamətləri (xüsusiyyətləri) 

dedikdə insan şəxsiyyətinin bu və ya başqa xüsusiyyətləri  başa 

düşülür. Bu xüsusiyyətlər insanın müxtəlif fəaliyyət növlərində 

sistemli  şəkildə  özünü  biruzə  verir  və  bunlara  görə  müəyyən 

şəraitdə  şəxsiyyətin  etdiyi  hərəkətləri  qiymətləndirmək  olar. 


385

Əlamətlərin  birinci  qrupuna  şəxsiyyətin  istiqamətini  (meylini) 

ifadə  edən  xüsusiyyətlər  (sabit  ehtiyaclar,  maraqlar,  meyllər, 

ideallar,  məqsədlər),  ətraf  mühitə  münasibətlər  və  bu  mü-

nasibətləri  həyata  keçirmənin  fərdi-özünə  məxsus  vasitələrini 

təmsil edən sistem daxildir. İkinci qrupa xarakterin intelektual, 

iradi və emosional xüsusiyyətləri daxildir.

        Xarakterin  tiplərinin  başqa  təsnifatları  da  var.  Məsələn, 

insanın  həyata,  cəmiyyətə,  mənəvi  dəyərlərə  münasibəti  əsa-

sında  qurulmuş  xarakter  tipologiyası  çox  məşhurdur.  Onun 

müəllifi  bu  tipologiyanı  xarakterin  sosial  tipologiyası  ad-

landıran  E.Frommdur.  E.Fromm adamları  bir  şəxsiyyət  kimi 

dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.

        E.Fromun  fikrincə  mazoxist  tipə  malik  olan  adam  uğur-

suzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özü-

nü günahkar sayır.

        Sadist  tip öz  uğursuzluqlarının  səbəbini  özündə  deyil, 

başqa  adamlarda,  cəmiyyətdə  görür.  O,  adamları  və  dünyanı 

düşmən  kimi  qavrayır  və  onları    məhv  etməyə  cəhd  göstərir. 

Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.

        Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə 

onlar  kimi  olmağa,  onlardan  fərqlənməməyə  cəhd  edir.  O, 

həmişə mövcüd şəraitə uyğunlaşır.

        Tənha  tip həmişə  mübarizədən,  cəmiyyətdən  uzaqlaşır, 

situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.

        K.Yunq  tərəfindən  irəli  sürülmüş  ekstravert  və  introvert

tipli  xarakterlərin  təsnifatı    geniş  yayılmışdır.  Ekstravertlərə 

coşqunluq,  təşəbbüskarlıq, uyuşqanlıq,  ünsiyyətlilik  xasdır. 

İntrovertlər  üçün  öz  daxili  aləmində  baş  verənlərdə  şəxsi 

maraqlarını  güdməsi,  ünsiyyətsiz,  qapalı,  özünü  təhlilə  meyl, 

uyğunlaşmada  çətinlik  çəkmək  xarakterikdir.  Həmçinin 

xarakteri  konform  və  sərbəst,  hakim  və itaətkar,  normativ  və 

anarxist tiplərə də ayırmaq olar.

        Psixoloq  S.Məcidovanın  işləyib  hazırladığı  tipologiya 

“69”  adlanan  xarakterin  tipologiyası  da  maraq  doğurur.  Bu 


386

tipologiyanın  əsasında  şəxsiyyətin  özünü  dərk  etməsinin 

səviyyələri  durur.  Onun  tərəfindənm  insanın  inkişafının 

təkamül  mərhələlərini  ifadə  edən  özünüdərkin  3  səviyyəsi 

ayrılmışdır.  Özünüdərkin  birinci  səviyyəsinə  aid  olan  insanlar 

aşağıdakı xüsusiyyətlərlə  xarakterizə olunurlar: eqosentrizmlə, 

meyarlarından  birinin  – “mənim  – mənimki  – olmayan”  

münasibətlər sistemi olan ətraf aləmin fərqli qəbul edilməsilə; 

hər şeyə qarşı istehlakçı, əşyavi münasibətlə; mənəviyyat üzə-

rində bütün maddi olanın hakimliyi ilə.

        Özünüdərkin  ikinci  səviyyəsində  olan  insanlar  onunla 

xarakterizə  olunurlar  ki,  soyuqluğun,  eqosentrizmin  yerinə 

birliyin  və  cəmiyyətin  müəyən  hissəsi  ilə  tamlığın  dərk  edil-

məsi gəlir. Köhnə, qalıq kimi saxlanan, ətraf mühitin “mənim” 

– “mənim olmayan”a ayrılmasına yeni fərqləndirmə genişlənir. 

Şəxsiyyətin zamanı “mən”im mövcudluğunun real zamanından 

kənara çıxaraq “biz”im mövcud  olduğu zamanına daxil olur.

        Özünüdərkin  üçüncü  səviyyəsinin  əsas  xarakteristikası  –

fərqləndirmənin  olmaması,  məkan-zaman  sonsuzluğu,  ətraf-

aləmə  qarşılıqlı  münasibətlərin  dərk  edilməsi, onun  birliyinin 

qəbul  edilməsi,  güclü  şəxsiyyətin  başqaları  ilə  konkret 

münasibətlərinin  olmaması,  ümumbəşəri  mənəvi  prinsiplərə 

əməl etməkdir.

        Demək  olar  ki,  tipologiyanın  bütün  müəllifləri  qeyd 

edirlər  ki,  xarakter  az  ya  çox  ifadə  edilə  bilər.  Əgər 

xarakterlərin təzahürlərinin  intensivliyini  göstərən  ox  təsəvvür 

etsək,  onda  aşağıdakı  3  zonanı qeyd  etmək  olar:  tamamilə 

“normal” xarakterlər zonası, seçilən  xarakterlər  zonası  (onlar 

aksentuasiyalı  xarakterlər  adını  alıb),  və  güclü  dəyişikliyə 

məruz qalmış, yəni psixopatiyalı xarakterlər zonası. Birinci  və 

ikinci zonalar normaya uyğundur (geniş mənada), üçüncü zona 

isə xarakterin patalogiyasına aiddir. Müvafiq olaraq, xarakterin 

aksentuasiyasını  normanın  son  variantları  kimi  nəzərdən  ke-

çirirlər. Onlar da öz növbəsində aşkar və gizli aksentuasiyalara 

bölünürlər.  Aksentuasiyalı  patoloji  və  normal  xarakterlər  ara-


387

sında  fərq  çox  ciddidir.İkinci  və  üçüncü  zonalara  ayıran 

əlamətlərin bir  tərəfində  ümumi  psixologiyaya  məxsus  fərqlər

durur. Əlbəttə, əlamət çox yığcam səslənir. Buna baxmayaraq, 

onu  xarakterin  intensivliyi  məhvərində  təxmini  olaraq  lokal-

laşdırmağa imkan verən  meyarlar mövcuddur.

        Bu  meyarlar  üçdür  və  onlar  Qannuşkin-Kerbikovun 

“psixopatiyanın meyarları” kimi məşhurdur. Xarakteri patoloji 

hesab  etmək,  yəni    psixopatiya  kimi    qiymətləndirmək  olar. 

A.E.Liçkonun fikrincə bu ilk əlamət atalar sözündə yaxşı misal 

gətirilir  (Necə  gəlibsənsə  elə  də  gedəcəksən).  İkinci  əlamət  –

xarakterin  ümumilik  əlamətidir;  psixopatlarda  xarakterin  eyni 

bir  xüsusiyyətinə  hər  yerdə  rast  gəlinir:  evdə,  işdə  istirahət 

edərkən və  tanışların da, özgələrinin  də arasında. Əgər insan 

evdə bir cür, adamlar arasında başqa cürdürsə o psixopat deyil. 

Nəhayət,  üçüncü,  demək  olar  ki,  psixopatiyanın  ən  güclü 

əlaməti – sosial uyğunsuzluqdur.

        Bu  əlamət  ondan  ibarətdir  ki,  insan  daima  həyati  çətin-

liklərlə qarşılaşır.

        Normal xarakterlərin son  variantları kimi xarakterin  ak-

sentuasiyasına gəldikdə isə, bu xarakterli insanlar üçün də bəzi 

problemlər  və  çətinliklər  xarakterikdir.  Buna  görə  də  həm 

terminin  özü,  həm  də  aksentuasiyalı  xarakterlərin  ilk  tətqi-

qatları  psixiatrların  əsərlərində  ilk  dəfə  işıq  üzü  görüb.  Hər 

halda  aksentuasiyalı    xarakterlərin  problemləri  bəlkə  də  daha 

çox ümumi psixologiyaya aiddir.

        Məşhur alman psixiatrı  K.Leonqardın fikrincə, 20%-50% 

insanlarda  xarakterin  bəzi  əlamətləri  o  qədər  kəskinləşir  ki, 

(diqqəti  cəlb  edir)  mübahisələrə  və  əsəb  pozuntusuna  gətirib 

çıxarır.  Xarakterin  aksentuasiyası  onun  ayrı-ayrı  xüsusiy-

yətlərinin, digərlərinin əksinə olaraq inkişafının şişirdilməsidir 

və  bunun  nəticəsində  də  ətrafdakı  adamlarla  qarşılıqlı  əlaqəni 

çətinləşdirir.Leonqard aksentuasiyanın 12 tipini ayırır.        

Xarakterin  aksentuasiyasına  daha  çox  yeniyetmə  və 

gənclərdə    rast  gəlinir  (50-80%).  Aksentuasiyanın  tiplərini  


388

xüsusi    psixoloji  testlərin  köməyi  ilə  müəyyən  etmək  olar. 

Leonqard  aksentuasiyanın  tiplərinin  aşağıdakı  təsnifatını 

vermişdir.  



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin